Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   110

225 
 
aiddirsə,  siyasət  ayrı-ayrı  qrup  və  siniflərin  fəaliyyəti  ilə 
bağlıdır.  Siyasət  əsasən  dövlət  tərəfindən  həyata  keçirilir,  bu 
işdə müxtəlif sosial institutlar və partiyalar da iştirak edir, əxlaq 
isə  bütün  insanlar  tərəfindən  reallaşdırılır.  Siyasi  fəaliyyət 
zamanı  qarşıya  qoyulan  məqsədlərə  uyğun  olaraq  bu  və  ya 
digər  vasitə  və  metod  seçilir.  Əxlaq  isə,  qarşıya  qoyulan 
fəaliyyət  məqsədlərini  rəhbər  tutaraq,  bunlara  nail  olunma 
metodlarından  daha  çox  səmərəlilik  baxımından  yox,  onların 
mümkünlüyü  və  zəruriliyi  baxımından  istifadə  edir.  Eyni 
zamanda  məlumdur  ki,  əxlaq  və  siyasətin  ümumi  cəhətləri  də 
var:  məsələn,  uzaqgörən  və  düşünülmüş  siyasət  əslində 
humanizm  və  ədalətliliyin  tələblərinə  cavab  verir.  Hüquqi 
dövlət,  vətəndaş  cəmiyyəti,  açıq  cəmiyyət  şəraitində  əxlaqi 
idealların reallaşması üçün bütün imkanlar var. 
  Tarix  boyu  əxlaq  və  siyasətin  nisbəti  ziddiyyətli 
xarakter daşıyırdı. Söhbət ilk növbədə siyasi məsələlərdə əxlaqi 
meyarların  tətbiqindən  gedir.  Məlumdur  ki,  bəzi  dinlə  bağlı 
əxlaqi  baxışlarda  əxlaqi  ideyaların  insanların  gündəlik  həyatı 
ilə,  cəmiyyətin  inkişafı  ilə  əlaqəsi  inkar  olunurdu. 
Tədqiqatçıların bir qismi isə, əksinə, əxlaqı insanın tələbatları, 
sosial  həyatı  ilə  əlaqələndiridilər.  Burada  həm  də  əxlaq  və 
siyasətdə  olan  ümumi  məqamlar  da  nəzərdə  tutulur.  Məsələn, 
N.Makiavelli  hesab  edirdi  ki,  əxlaq  özünü  bütövlükdə  siyasi 
vəzifələrə tabe etməlidir. Hobbs isə ümumiyyətlə mənəviyyatın 
vəzifələrini  siyasət  və  hüququn  qarşısında  duran  vəzifələrlə 
məhdudlaşdırırdı.  Onun  fikrincə,  yaxşılıq  dövlətin  əsaslarının 
möhkəmləndirilməsindən  ibarətdir.  Fransa  materialistləri  isə, 
əksinə, dövlət siyasətinin ən vacib  məqsədlərindən birini onda 
görürdülər ki, “ağıllı” qanunvericilik əsasında insanlarda əxlaqi 
davranışa  marağın  yaranması  təmin  olunmalıdır;  dövlət 
siyasətini  də  onlar  məhz  həmin  meyar  əsasında,  yəni  həmin 
vəzifənin yerinə yetirilməsinə uyğun olaraq qiymətləndirilməsi 
tövsiyə edirdilər. 


226 
 
  Qeyd  olunmalıdır  ki,  əksər  hallarda  əxlaq  və  siyasətin 
bir-birini  istisna  edən  sosial  hadisələr  olduğunu  qeyd  edirlər. 
Əxlaqın ideal, praktik məqsəd və faydadan uzaq olan, siyasətin 
isə,  əksinə,  praktik  məqsədə  uyğunluq  baxımından 
qiymətləndirilməli  olan  bir  sahə  kimi  nəzərə  alınması  tövsiyə 
olunurdu. Bu cür yanaşma Kantın yaradıcılığına xasdır. 
  Əxlaq  və  hüquq  haqqında  da  demək  olar  ki,  hər  ikisi 
ictimai  şüur  formalarıdır.  Burada  həm  oxşar,  həm  də  fərqli 
cəhətlər  var.  Hər  ikisi  cəmiyyətdə  insan  davranışının 
tənzimlənməsi  vəzifəsini  yerinə  yetirirlər.  Həm  əxlaq,  həm  də 
hüquq  ictimai  şüurda  təşəkkül  tapmış,  nisbətən  sabit  çərçivəsi 
müəyyənləşdirilmiş,  cəmiyyətin  sosial-tarixi  tələbatlarını 
özündə  əks  etdirən  davranış  normaları  məcmusudur.  Bu 
normalar  ümumi  səciyyə  daşıyır,  cəmiyyətin  bütün  üzvlərinə 
aid  edilir.  Məsələn,  əxlaqda  bərabərlik  prinsipi  hüquqda 
insanların qanun qarşısında bərabərliyinə uyğun gəlir. Əxlaq və 
hüquq normalarını müxtəlif həyat fəaliyyəti sahələrinə bölmək 
olar  (əxlaqda  bu  cür  bölgü  bir  qədər  şərtidir,  məsələn,  əmək 
etikası, peşə etikası, məişət əxlaqı, ailə-nikah əxlaqıvə s.). 
  Əxlaq və hüquq arasında fərq əsasən insan davranışının 
tənzimlənməsində  seçilən  üsulu  ilə  izah  olunur.  Məsələn, 
hüquq  normaları  dövlət  tərəfindən,  onun  iradəsi  əsasında 
müəyyən edilir, rəsmi qanun və qanunverici aktlarda bildirilir. 
Həmin  normalara  riayət  olunmasını  təmin  etmək  üçün 
məcburetmədən  (iqtisadi  və  hüquqi  sanksiyalar,  zorakılığın 
tətbiqi,  məhkəmə  və  s.)  istifadə  olunur.  Əxlaqın  tələblərinə 
riayət olunmasını ictimai rəy təmin edir. Burada adət-ənənənin 
gücündən  də  istifadə  olunur.  İnsanın  şəxsi  əqidəsi  də  burada 
əhəmiyyətlidir. 
  Məlumdur  ki,  əxlaqi  sanksiya  mənəvi  təsiretmə 
imkanlarına  aiddir.  Həmin  imkana  cəmiyyətin  hər  bir  üzvü 
malikdir.  Əxlaqi  qaydalar  adətən  qələmə  alınmır,  ictimai 
şüurda  ümumi  təsəvvürlər  şəklində  yaşayır,  nəsildən-nəsilə 
ötürülür. Burada  gündəlik ünsiyyətin və  əxlaqi tərbiyənin rolu 


227 
 
olduqca  böyükdür.  Əxlaqi  normalar  xalq  rəvayətlərdə, 
əfsanələrdə,  atalar  sözlərində,  incəsənət  əsərlərində,  əxlaq 
kodesklərində  (bunlar  tam  olmur)  öz  əksini  tapır.  Cəmiyyətin 
əxlaqi şüurunun mürəkkəb quruluşu var, bu da hüquqda norma 
və prinsiplərin əsaslandırılması zamanı istifadə oluna bilər. 
  Məlum  olduğu  kimi,  hüququn  yaranması  sinifli 
cəmiyyətdə  dövlətin  yaranması  və  inkişafı,  hakimiyyətin 
ümumxalq  iradəsindən  ayrılması  ilə  bağlıdır.  Həmin  andan 
hüquq  və  əxlaq  fərqləndirməyə  başlanmışdır.  Əxlaq 
cəmiyyətdə  insana  qeyri-rəsmi  şəkildə  mənəvi  təsir  göstərir. 
Əxlaq və hüquq arasında vəzifə bölgüsü də əmələ gəlir. İctimai 
həyatın  bəzi  sahələrini  məhz  hüquq  tənzimləyir  (mülkiyyət 
məsələsi, ictimai vəzifələrin bölgüsü, cəmiyyətin fəaliyəti üçün 
təhlükə  yarada  biləcək  əməllərin  qarşısının  alınması  və  s.). 
Qeyri-rəsmi  və  daha  çox  şəxsi  münasibətlər  yazılmamış 
qanunlarla  -  əxlaqi  normalarla  tənzimlənir.  Bununla  belə 
ictimai münasibətlərin əksər hissəsi həm hüquq, həm də əxlaqla 
tənzimlənir. 
  Bəzən  problemin  hüquqi  və  əxlaqi  tərifləri  arasında 
müəyyən ziddiyyət yaranır. Bu cür uyğunsuzluq qanunvericilik 
və  ona  riayət  olunması  arasındakı  ümumbəşəri  və  milli 
dəyərlərə aid normalar və insan əqidəsi arasındakı fərqlərdən və 
s-dən  irəli  gəlir.  Həmin  ziddiyyətlər  o  zaman  aradan  qaldırıla 
bilər  ki,  əxlaqi  prinsiplərin  gözlənilməsi  dövlət  siyasətinin 
vacib  hissəsinə  çevrilsin.  Bu  zaman  siyasət  ictimai  təsiretmə 
imkanlarından daha çox istifadə edir. 
  Əxlaq  və  din,  ictimai  şüur  formaları  olaraq  mürəkkəb 
münasibətlərə  malikdirlər.  Məlumdur  ki,  etika  bilavasitə 
mənəviyyatın  meyarı  məsələsi  ilə  bağlıdır.  Dində  əxlaq 
haqqında  təsəvvürlərin  tarixi  icmalı  dərsliyin  əvvəlki 
bölmələrində  nəzərdən  keçirilib.  Xatırladaq  ki,  dini  baxışlara 
görə  allaha  inam  “yüksək”  əxlaqi  prinsiplərin  əsaslandırılması 
üçün  yeganə  vasitədir.  Bu  prinsiplərə  zidd  olan  insanın  sosial 
həyatındakı  “alçaq”  meylləri,  günahlarıdır.  Bu  mənada  əxlaqi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə