Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   110

228 
 
başlanğıcın  yeganə mənbəyi allahdır, çünki o insana qanunları 
öyrətmişdir.  Adətən  mədəniyyətin  dini  əsaslandırılmasının 
xeyrinə olan aşağıdakı müddəalarını irəli sürürlər:  
1.  İnsan  öz  təbiətinə  görə  daima  eqoist  tələbatlarını 
ödəməyə can atır və ona görə də əxlaqi ideyaları və anlayışları 
özü irəli sürə bilməz.  
2. İctimai həyatda yaxşılıq heç də həmişə alqışlanmır və 
mükafatlandırılmır,  günah  isə  tez-tez  qələbə  çalır  və  cəzasını 
almır.  
Beləliklə,  insanların  mənəviyyatın  tələblərinə  əməl 
etməsini  yalnız  onların  axirət  gününə  olan  inamı  təmin  edə 
bilər.  İnsanlar  bilməlidirlər  ki,  həm  yaxşı,  həm  də  pis 
əməllərinə  görə cənnət  və cəhənnəm var, deməli, hətta  Allaha 
inanmayan adamlar belə mənəvi şüurun formalaşmasında dinin 
oynadığı müsbət rolu gərək qəbul etsinlər. 
  Bununla  belə  məlumdur  ki,  bu  məsələyə  münasibət 
müxtəlif  olmuşdur.  Qədim  Yunanstanda  əxlaqın  dini 
əsaslandırılmasını  tənqid  atəşinə  tuturdular  (epikürçulər). 
Maarifçilər də mənəviyyatın dini mövqedən izahına qarşı çıxış 
edirdilər. Sübut etməyə çalışırdılar ki, din əsrlər boyu daha çox 
əxlaqa  qarşı  cinayət  törədib,  nəinki  ona  fayda  verib.  Fransa 
maarifçiləri teologiyaya qarşı “ağıllı eqoizm” nəzəriyyəsini irəli 
sürmüşlər. Onlar hesab edirdilər ki, insan, öz maraqlarını ağıllı 
şəkildə başa düşüb qavrasa, əsl əxlaqi şəxsiyyətə çevrilə bilər, 
əks  təqdirdə  əxlaqi  tələblərin  pozulması  onun  maraqlarına 
ziyan vura bilər. 
Maarifçilər həm də düşünürdülər ki, cəmiyyət o dərəcədə 
ağıllı qurula bilər ki, yaxşılıq və pisliyin əvəzi avtomatik olaraq 
verilə  bilsin.  Vaxt  ötdükçə  bu  mövqe  sarsıdıldı,  əvəzinə  isə 
əxlaqın  izahında  dini  mövqelər  güclənməyə  başladı.  Məsələn, 
Kant  hesab  edirdi  ki,  insanın  bu  dünyadakı  arzu  və  istəkləri 
eqoizm  üzərində  qurulur,  ona  görə  də  əxlaq  əbədi  həyat 
ideyasının  qəbul  edilməsi,  o  dünyada  əvəzin  verilməsi  ideyası 
olmadan  mümkün  deyildir.  Müasir  tədqiqatçıların  da  bəziləri 


229 
 
bu  fikirlə  razıdırlar.  Onlar  göstərirlər  ki,  elm  insana  qüdrətli 
imkan və fürsətlər verir, lakin bu sualın qarşısında o aciz qalır: 
hansı  məqsədlərə  can  atmaq  lazımdır?  Bu  sualın  cavabını 
yalnız  inam,  din  əsasında  almaq  olar.  Beləliklə,  mənəviyyatın 
əsaslandırılmasında  dinin  imkanlarından  tarix  boyu  geniş 
istifadə olunurdu.  
Bu  cür  yanaşma  cəmiyyətin  inkişaf  xüsusiyyətlərinə 
uyğun  gəlirdi,  çünki  burada  insan  fəaliyyəti  təcrid  olunurdu. 
Özgələşmə  geniş  yayılırdı.  Əxlaq  isə,  insanların  təfəkkür 
məhsulu olaraq xaricdən gəlmə,  yabançı  bir qüvvə kimi  qəbul 
olunur, təsirini göstərirdi. Sinifli cəmiyyətdə əxlaqi baxışlar və 
təsəvvürlər  də  müxtəlif  qruplarda  fərqləndirilməyə  başlandı. 
Dünyagörüşün  əsasında  da  müəyyən  əxlaqi  təsəvvürlər 
dururdu.  Bu  təsəvvürlərin  əsası  isə  həyat  fəaliyyəti  şəraiti 
olmuşdur (insanların real ictimai tələbatları və maraqları və s.). 
Bu  mənada  din  vasitəsilə  ictimai  şüurda  əks  olunan  əxlaqi 
ideyalar  işlənib  qəbul  olunur,  müxtəlif  formada  cəmiyyətdə 
yayılırdı. 
Psixologiya  və  etika  ilə  bağlı  E.Frommun  bəzi 
ideyalarına müraciət edək. 
Bəzi  mədəniyyətlərdə,  məsələn,  Misirdə  kahinlər 
həqiqətən  “ruhun  xilaskarları”  hesab  edilirdilər,  digərlərində  - 
məsələn,  Yunanıstanda  bn  funksiyanı  ən  ifrat  halda  qismən 
filosoflar  yerinə  yetirirdilər.  Sokrat,  Platon,  Aristoteİ
2
  insan 
xoşbəxtliyi  və  ruhuna  dair  mülahizələrində  vəhylərə  deyil, 
zəkanın  gücünə  əsaslanırdılar.  Onlar  insanı  özlüyündə  tam  və 
tədqiqatın  ən vacib  predmeti  hesab edirdilər. Onların fəlsəfəyə 
və  etikaya  dair  traktlarında  eyni  zamanda  həm  də  psixoloji 
məsələlər araşdıdılırdı. Antik ənənələr intibah dövründə davam 
etdirilir  və  bu  dövr  üçün  adında  psixologiya  sözü  işlədilən 
birinci  kitabın  “Hoc  est  de  Perfectione  Hominis”  ("İnsanın 
təkmilləşməsinə  aid")
1
 
yarımsərlövhəsinə  malik  olması 
                                                 
1
 
Rudolf Qbeckel, 1590. 
 


230 
 
səciyyəvi idi. Maarifliçik dövründə bu ənənə özünün ən yüksək 
səviyyəsinə  çatdı.  Zəkanın  gücünə  inanan  filosof-maarifçilər 
insanın  siyasi  buxovlardan  azad  olduğu  kimi,  mövhumat  və 
cəhalətdən də azad olmalı olduğunu iddia edirlər. Onlar illüziya 
doğuran  yaşayış  şəraitinin  aradan  qaldırılmasını  istəyirdilər, 
psixoloqlar isə tədqiqatları insan xoşbəxtliyinin ilkin şərtlərinin 
müəyyənləşdirilməsinə 
yönəldirdilər. 
Onların 
fikrincə 
xoşbəxtliyin şərti insanın daxili azadlığıdır; yalnız bu zaman o, 
həm  də  ruhən  sağlam  ola  bilər.  Lakin  sonralar  Maarifçilik 
rasionalizminin
4
  xarakteri  kəskin  şəkildə  dəyişdi.  Maddi 
inkişafdan  və  təbiətin  tabe  etdirilməsi  sahəsində  qazandığı 
müvəffəqiyyətindən  məst  olmuş  insan  özünü  əsas  hesab 
etməkdən - həm həyatda, həm də nəzəri tədqiqatlarda - əl çəkdi. 
Həqiqəti 
müəyyənləşdirən  və  hadisələrin  təzahüründən 
mahiyyətinə  nüfuz  edən  vasitə  kimi  ağıl  öz  yerini  intellektə  - 
əşyaların  və  insanların  manipulyasiyası  üçün  sadəcə  alətə 
güzəştə getdi. İnsan zəkası, onun davranışının düzgün norma və 
ideallarını müəyyənləşdirmək qabiliyyətinə inamını itirdi. 
İntellektual  və  emosional  atmosferdə  baş  verən  bu 
dəyişikliklər  psixologiyanın  elm  kimi  inkişafina  ciddi  təsir 
göstərdi.  Əgər  Nitsşe  və  Kyerkeqor  kimi  alimləri  nəzərə 
almasaq,  ləyaqət  və  xoşbəxtliyi  əldə  etməyə  yönələn  məqsəd, 
ruhun tədqiqi olan psixologiya yox oldu. İnsanı laboratoriyada 
öyrənərək akademik psixologiya təsdiq edirdi ki, ədalət, dəyərli 
mühakimə, yaxşılıq və pislik mahiyyətcə psixoloji problemlərin 
hüdudlarından  kənara  çıxan  metafizik  anlayışlardır.  Akademik 
psixologiya  hər  şeydən  çox  “elmi  metodlarla”  alınanlara 
müvafıq olan ən xırda məsələləri həll edirdi; və o, vacib insan 
problemlərinin tədqiqi üçün heç bir yeni metod irəli sürmürdü. 
Bununla  da  psixologiya  elm  kimi  özünün  əsas  predmetini  – 
ruhu  -  itirdi.  O,  reaksiya  və  instinklərin  formalaşması 
“mexanizmləri”  ilə  məşğul  olmağa  başladı,  lakin  insan  üçün 
daha  səciyyəvi  olan  fenomenləri  –  məhəbbət,  zəka,  ədalət  və 
dəyərləri  nəzərə  almadı.  Mən  “psixika”  və  ya  “şüur”  deyil, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə