Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   110

234 
 
Cavab: Mən onlara daim deyirəm ki, onlar pis işçilərdir; 
bizdə  kadr  yoxdur,  köməkçilər  yoxdur,  mən  sizin  yerinə 
işləməli oluram. 
 
Ikinci baş direktoru ilə müsahibə 
Sual: Siz niyə öz müavininizi işdən çıxardınız? 
Cavab:  bilirzinizmi,  o  lap  əvvəldən  məni  çox 
qıcıqlandırırdı! 
Sual: O Sizi nə ilə qıcıqlandırırdı? 
Cavab:  Onda  məni  hər  şey  qıcıqlandırırdı!  Əgər  siz 
görsəydiniz,  o,  qəhvəni  necə  içir,  konfetləri  necə  açır, 
kağızlarla  necə  xışıldayır!  Mən  heç  nə  deməyib  onu  işdən 
çıxardım. 
Sual:  Sizin  firmanızda,  Sizdən  başqa,  kim  qərar  qəbul 
edir? 
Cavab: Bütün qərarları Mən qəbul edirəm! 
Müsahibə  müəllifinin  nəticəsi.  Müasir  müəssisələrin 
işçiləri  nə  şəxsi,  nə  hüquqi  mənada  qorunmamışlar.  Onlar 
idarəetmə  mədəniyyətinə  öyrədilməmiş  müdirlərdən  tam 
asılıdırlar. Cavabınızı əsaslandırın. 
 
Mövzu 8. Etikada tədqiqat metodları 
 
Etikada ümumelmi və xüsusi tədqiqat metodları. Etikada 
sosioloji,  sosial-psixoloji  tədqiqat  metodları.  Cəmiyyətdə  etik 
proseslərin layihələşdirmə (proqnozlaşdırma) metodları. 
 
Etika elminin tarixi inkişaf yolu onun çoxsaylı sahələrin, 
istiqamətlərin,  tətbiqi  aspektlərin  formalaşması  ilə  nəticələndi. 
Həmsərhəd  sahələr  var  ki,  burada  etika  və  peşə  fəaliyyətinin 
prinsipləri və formaları, etika ilə psixoloji problemlərin tədqiqi, 
etika  və  siyasi  idarəetmə,  etika  və  bədii  yaradıcılıq  və  s.  kimi 
sahələr  uzlaşırlar.  Nəticədə  etikanın  olduqca  maraqlı,  həyatla 
bağlı  olan  tədqiqat  istiqamətləri  və  formaları  yaranır. 


235 
 
Xatırladaq ki, hər hansı bir məlumatı qavrayan insan buna həm 
də öz münasibətini bildirə bilər. Bunun da xarakteri, ifadə tərzi, 
ölçmə meyarları müxtəlif ola bilər. 
Bəşəri  keyfiyyətlərin  öyrənilməsi,  tədqiqatçıların  qeyd 
etdiyi  kimi,  “ancan  üzdən  sadə  görünür”
1
.  Əslində  belə 
əsaslandırılmanın  xarakteri  tədqiqatçı  üçün  mürəkkəb  xarakter 
daşıyar.  Belə  yanaşma  öz  mahiyyətinə  görə  nadir  hallarda 
nəzəri  cəhətdən  əsaslandırılmış  olur,  amma  kütləvi  sorğularda 
onsuz keçinmək çətindir. Belə yanaşmanı tətbiq edərkən bilmək 
zəruridir  ki,  onun  vasitəsilə  əldə  edilmiş  nəticələrin 
interpretasiya olunma sərhədləri hansı ölçülərdədir.  
Sosial 
fenomenlərin 
və 
xüsusilə 
attityudlar 
adlandırılanlarla  (yəni  sosial  istiqamətləndirmələrlə)  bağlı 
olanların  düzgün  və  dərindən  öyrənilməsi  üçün  başqa  üsullar 
vacibdir.  Bununla  da  sosial  istiqamətləndirmələrin  ölçülməsi, 
istiqamətləndirmə  şkalalarının  («sıfır»  respondentə  aid  edilir) 
yaradılması problemi meydana çıxır”
2
.  
Məlumdur  ki,  “hələ  1942-ci  ildən  M.Smit  tərəfindən 
attityudun üç komponentli strukturu müəyyən olundu: koqnitiv 
komponent  (sosial  istiqamətləndirmə  obyektinin  dərk 
edilməsi); 
affektiv 
komponent 
(obyektin 
emosional 
qiymətləndirilməsi,  ona  qarşı  simpatiya  və  ya  antipatiya 
hissinin  aşkara  çıxarılması);  davranış  (konativ)  komponenti 
(obyektə  münasibətdə  ardıcıl  davranış).  «Attityud»  anlayışının 
özü daha əvvəl tətbiq olunmuşdur. Sosial istiqamətləndirmə (bu 
anlayışı  Vilyam  Tomas  1916-cı  ildə  tətbiq  etmişdir)  dərk 
etmək,  qiymətləndirmək,  hərəkət  etməyə  hazır  olmaq  və  ya 
sosial  oybektə  qarşı  müsbət  və  ya  mənfi  reaksiya  göstərməyə 
                                                 
1
 
Q.Q.Tatarova.  Sosiologiyada  məlumatların  təhlili  metodologiyası 
(giriş).  Ali  məktəblər  üçün  dərslik. 
Rus  dilindən  tərcümə.  Bakı,  «Turan 
Nəşrlər evi», 2014, ы.84-85 
 
2
 Yenə orada 


236 
 
hazır olmağın psixoloji ifadəsi şəklində olan dəyərli münasibət 
bəsləmək deməkdir”
1
 
Biz  buradan  belə  bir  nəticə  çıxardırıq  ki,  “ölçmə 
prosedurasına  başlamazdan  əvvəl  onu  bilmək  zəruridir  ki,  biz 
sosial 
istiqamətlənmənin 
hansı 
aspektlərini, 
hansı 
komponenlərini 
ölçürük. 
Aydındır 
ki, 
bəzi 
ölçmə 
prosedurlarında  bu  komponentlər  öz  aralarında  bir-birinə 
sarmaşırlar  və  ayrılmaz  hala  gəlirlər”
2
.  Etik  dəyərlərin, 
hisslərin,  davranışda  onların  ifadəsinin  müxtəlif  yolları  var. 
Bunları tam şəkildə, kitabın ölçüsünü və qarşıya qoyulmuş əsas 
vəzifələri  nəzərə  alaraq,  bu  bölmədə  yalnız  bəzi  cəhətləri  və 
xüsusiyyətləri qeyd etmək qərarına gəldik.  
Ilk  növbədə  ümumelmi  metodları  qeyd  etməliyik. 
Aydındır  ki,  buraya  sistemli  yanaşma  daxil  edilməlidir. 
Systemli yanaşma obyektə bir sistem kimi baxılması prinsipinə 
əsaslanan  elmi  biliklərin  tədqiqi  metodologiyasının  bir 
istiqamətidir,  bunu  qarşılıqlı  şəkildə  bir-biri  ilə  əlaqəli  olan 
elementlər  kompleksi  (I.V.  Blauberg,  V.N.  Sadovsky,  E. 
Yudin); qarşılıqlı şəkildə fəaliyyət göstərən obyektlər məcmusu 
(L. fon Bertalanffy); mahiyyətlərin və münasibətlərin məcmusu 
(A.D. Hall, R.I. Fagin, Bertalanffy) kimi başa düşürlər
3
. 
Burada  tarixi  yanaşma  da  qeyd  edilməlidir.  Sosial  elm 
sahəsi olan etika böyük tarixi yol keçmiş, burada müxtəlif, bir-
birindən  fərqli  mərhələlər  olmuşdur.  Tarixi  metod  -  təbii  və 
sosial obyektlərin məzmununu öyrənmək üsuludur. Burada əsas 
diqqət  öyrənilən  obyektlərin  formalaşması,  inkişafı  və 
dinamikasına  yetirilir.  Bu  üsulun  əsasında  tarixilik,  yəni  elmi 
dərketmə  prinsipi  durur.  Bu  prinsipə  isə  reallığın  inkişafının 
metodoloji ifadəsi daxildir: 1) elmi tədqiqat predmetinin hazırkı 
vəziyyətin  öyrənilməsi;  2)  keçmişin  yenidən  qurulması,  yəni 
onun genezisi, tarixi  hərəkatın sonuncu və əsas mərhələlərinin 
                                                 
1
 
Андреева Г.М. Социальная психология. М: Наука. 1994. С. 84
 
2
 Tatarova Q.Q., yenə orada 
3
 Sistem yanaşma // https://ru.wikipedia.org 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə