Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   110

237 
 
əmələ  gəlməsi,  ortaya  çıxması  məsələsi;  3)  gələcəyin  inkişaf 
tendensiyalarının proqnozlaşdırılması və s.
1
  
Daha bir ümumelmi metod monoqrafik adlanan üsuldur. 
Ingiliscə 
method, 
case; 
alman 
dilində 
Methode, 
monographische.  Fərdi  halda  ayrı-atrı  hadisələrin  öyrənilməsi 
metodudur;  hadisələrin  bu  sinfi  üçün  tipik  hesab  edilən  bir 
obyektin  hərtərəfli  təhlili  deməkdir
2
.  Bu  metodun  da  etik 
problemlərin öyrənilməsində böyük imkanları var. 
Tətbiqi  etika  sahələrinin  hər  birində  özünəməxsus 
metodlar  da  olduqca  rəngarəngdir.  Burada  sosiologiya  və 
psixologiya elmləri daha çox fərqlənərək, tədqiqat metodlarının 
geniş  çeşidini  nümayiş  edirlər.  Bu  sahədə  çoxsaylı  tədqiqatlar 
aparılmış, yaxşı nəticələr əldə edilmişdir. Qeyd edək ki, ailənin 
sosiologiyası,  mənəvi  həyatın  sosiologiyası,  idarəetmənin 
sosiologiyası  kimi  sahələrdə  bu  istiqamətdə  daha  çox  işlər 
aparılmışdır.  Nümunə  kimi  müəllif  tərəfindən  keçirilmiş 
sosioloji  tədqiqatın  metodikasını  və  nəticələrini  nümayiş 
etdirmək  istəyirik.  Söhbət  tələbələrin  dünyagörüşündə  əxlaqi 
və estetik dəyərlərin oynadığı rolundan gedir. 
Аli  məktəb  sosiologiyasında  tələbə  şəxsiyyətinin 
formalaşması problemləri böyük aktuallıq kəsb edir. Bu prosesi 
gender  baxımından  izləmək  üçün  Bakı  Dövlət  Universitetinin 
sosial  elmlər  və  psixoiogiya  fakültəsində  100  nəfər  tələbə 
arasında  sorğu  keçirilmişdir.  Onların  bu  fakültəni  seçməsinin 
səbəbi  əsasən  böyüklərin,  yoldaşlarının  məsləhəti  olub; 
oğlanların 3 nəfəri səbəb kimi təsadüfü göstəriblər. Qeyd edək 
ki, sorğuda 18-24 yaş həddlərində 59 (19 r/b) və 40 oğlan (6 - 
r/b) iştirak etmişdir (bir anket qayıtmadı). 
Əxlaqi  dəyərləri  və  tələbatları  müəyyən  edən  bir  sıra 
suallara  verilən  cavablar  göstərdi  ki,  bıırada  əxlaqi  normalar 
əsasən  mövcud  şəraitə,  adət-ənənəyə  ııyğundur.  Mərhəmət 
hissini  bildirən  aədətə  münasibətdə  (dilənçiyə  pay  vermək 
                                                 
1
 Tarixi metod // http://terme.ru/dictionary 
2
 Monoqrafik metod // http://dic.academic.ru/ 


238 
 
adəti)  mənfi  cavabı  30%  qızlar  və  32%  oğlanlar  qeyd  etdilər. 
Pay  əsasən  yoxsul,  şikəst,  bütün  yardıma  möhtac  olanlara 
verilir;  dilənçi  uşaqlar  xüsusılə  qeyd  edilir,  eyni  zamanda 
göstərilir  ki,  yalançı  dilənçilər  də  var.  İctimai  yerlərdə  xırda 
alverlə  məşğul  olan  adamlar  haqqında  qızlar  belə  düşünür: 
oğurluq, tənbəllikdən bu yaxşıdır; lakin bu yolla işsizliyi aradan 
qaldırmaq  olmaz.  Oğlanlar  da  bu  fikirlə  razılaşaraq  qeyd 
edirdilər  ki,  ölkədə  iqtisadi  islahatlar  keçirilməlidir  ki,  bu 
problem həll edilsin. 
Müstəqil həyata qədəm qoymaq, işləmək arzusunu qızlar 
daha çox qeyd ediblər (36 nəfər) ixtisas üzrə və yaxud hökümət 
idarələrində,  arzulanan  maaş  400-500  manat  arasındadır;  22 
oğlan  da  eyni  zamanda  işləmək  və  oxumaq  arzusunda 
olduqlarını (əgər dərs vaxtı ilə üst-üstə düşməsə), həm də bunu 
məcburiyyət qarşısında etdiklərini qeyd ediblər.  
Əxlaqi  dəyərlər  sırasında  (tədrislə  bağlı  olan)  qızlar 
BDU-nun prestijli ali məktəb olmasını, gənclərlə, müəllimlərlə 
ünsiyyətin yaranması imkanını, ixtisasın gərəkliliyini, müəyyən 
bilikləri almaq imkanını, oğlanlar isə buraya bəzi müəllimlərin 
aliliyini,  savadlılığını  və  demokratikliliyini  də  əlavə  edirlər; 
onlar  bu  məsələyə  daha  tələbkarlıqla  yanaşırlar.  Təhsildə 
oğlanları  və  qızları  tətil  günləri  və  hətta  təmirdən  çıxan  liftlər 
də  sevindirir.  Qızları  və  oğlanları  eyni  dərəcədə  rüşvətxorluq, 
korrupsıya,  tələbələrin  tədrisə  maraqın  göstərməməsi,  bəzi 
müəllimlərin  laqeydliyı  kədərləndırir.  Qızlar  buraya  dərs 
vəsaitlərin,  işlə  təminatın  olmamasını,  imtahanları,  düzgün 
təşkil  edilməyən  təcrübəni,  tədrisin  aşağı  səviyyəsini,  oğlanlar 
isə  buraya  küllü  miqdarda  ədalətsizliyi,  informasiya  qıtlığını 
əlavə edirlər. 
Özünüqiymətləndirmə  yolu  ilə  qızlar  və  oğlanlarda 
əxlaqi  normaların  песə  aşılanmasını  yoxlamağa  çalışdıq. 
«Hansı əməlindən razı qalardın?» suala belə cavab aldıq: qızlar 
ümumiyyətlə  yaxşı  əməllərini  (səbirli,  xeyirxah,  qayğıkeş, 
məsuliyyətli,  səmimi,  savadlı,  vətənpərvər  olmaq  arzularını 


239 
 
bildiriblər),  oğlanlar  isə  özünə  və  ailəyə  xeyir  gətirmək 
bacarıqlarını, 
özü-özünü 
təmin 
etmək 
qabiliyyətini, 
ümumiyyətlə  az-çox  dostlara,  ehtiyacı  olanlara,  cəmiyyətə 
xeyir vermək bacarıqlarını qeyd etdilər.  
Qızlar  və  oğlanlar  eyni  dərəcədə  yalan  danışanda, 
kiminsə  xətrinə  dəyəndə  vicdan  əzabını  çəkdiklərini  qeyd 
etdilər,  qızlar  ağılsız  addım  atmaq,  xəyanət,  kimə  isə  pislik 
arzulamaq,  bilə-bilə  kiməsə  pislik  etmək,  düşmən  qarşısından 
qaçmaq, haqsızlıq qarşısında susmaq kimi əməlləri burada qeyd 
etdilər. 
Mənəvi  dəyərlər  sırasında  xalqı  xarakterizə  edən 
keyfəyyətlər  də  qeyd  olundu.  Qızlar  bu  keyfiyyətlər  sırasında 
istiqanlılığı, düz danışmağını, gülərüzlülüyü, oğlanlar müxtəlif 
adət  və  ənənələri,  ürəkaçıqlılığı,  insanpərvərliyi,  həm  qızlar, 
həm  də  oğlanlar  isə  mehribançılığın,  qonaqpərvərliyin, 
böyüklərə hörmət və ümumiyyətlə qarşılıqlı hörmətin olduğunu 
qeyd  etdilər.  Qızlar  həm  regionlar  üzrə,  həm  də  bütövlükdə 
xalqda  xeyli  müsbət  keyfıyyətləri  göstərmişdilər  (mülayimlik, 
sadəlik,  kökə  bağlılılıq.  namusu  yüksək  tutmaq,  qadınlara 
hörmət etmək, sülhü, azadlığı sevmək. mərdlik, gözəllik və b.); 
oğlanlar  da  burada  mərdliyi,  güzəştə  getmək  bacarığını, 
davranışda  nəzakətli  olmağı,  mülayimliliyi,  səbrliliyi, 
şirindilliliyi, əməksevərliyi qeyd etdilər. 
Eyni  zamanda  bir  sıra  amillər  də  var  ki,  onları  aradan 
qaldırmaq  lazımdır.  Həm  oğlanlar,  həm  də  qızlar  qırxa  yaxın 
mənfi  kefiyyətləri,  o  cümlədən  unutqanlıq,  paxıllıq, 
rüşvətxorluq,  yaltaqlıq,  ikiüzlülük,  korrupsiya,  birliyin 
olmaması kimi keyfıyyətlərini göstərdilər. 
Qızlar buraya ali təhsilə olan biganəliyi, köhnəfikirliliyi, 
avropalaşmanı,  qeybəti,  başqa  millətə  pərəstiş  etməni  və  s., 
oğlanlar  isə  görməmişliyi,  pulgirliyi,  qarınqululuğu,  mədəni 
qaydaların  pozulmasını  (məs.  küçəyə  tüpürmək),  pintiliyi, 
yerlibazlığı,  özünü  qiymətləndirmənin  aşağı  olmasını  da  qeyd 
etdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə