Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə8/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   110

23 
 
  İnsanı 
və  dünyanı  xeyir  və  şər  baxımından 
qiymətləndirmək,  yəni  bunlara  pis  və  yaxud  yaxşı  demək 
olmaz.  Xeyir  və  şər  insanın  özünə,  dünyaya  münasibətini 
bildirir,  məziyyətləri  və  onların  əksi  olanları  göstərir.  İnsan 
qismətinə  düşəni  dəyişdirə  bilməz,  lakin  onun  öz  taleyinə 
münasibəti  fərqli  ola  bilər.  Xoşbəxtlik  insanın  düşdüyü 
vəziyyətindən 
yox, 
onun 
bu 
vəziyyəti 
necə 
qiymətləndirməsindən asılıdır. 
  Stoiklər  4  məziyyəti  əsas  sayır:  müdriklik,  comərdlik, 
sağlam  düşüncə  (mötədillik)  və  ədalətllilik.  Müvafiq  olaraq  4 
əsas ehtiras göstərilir: istəklər, qorxu, həzzalma, kədər. 
  Mənəvi  dəyərlər  müxtəlif  dərəcədə  əhəmiyyətli  olduğu 
üçün  bunlar  davranışda  da  müxtəlif  şəkildə  özünü  ifadə  edir. 
Elə  dəyərlər  var  ki,  onlar  daha  üstün  sayılır.  Bu  da  insanın 
mənəvi  aləmindən  asılıdır.  Düzgün  seçim  etmək  üçün  müdrik 
insana  müraciət  etmək  lazımdır.  Müdrik  insanda  bütün 
məziyyətlər  qabarıq  şəkildə  özünü  göstərir.  O,  azaddır,  çünki 
müstəqil  hərəkət  edə  bilir,  qərar  qəbul  edir.  O,  təbiətin 
qanunlarına  uyğun  yaşayır,  daxili  tarazlıq  və  rahatlıq  həmin 
uyğunluqdan  irəli  gəlir.  Yeganə  xoşbəxtlik  –  ruhun  mətinli, 
möhkəm olmasıdır. 
  Digər  stoiklər  –  Panetsi  (e.ə.  185/110/09)  və  Posidoni 
(e.ə.  132-51/50)  təbii  tələbatların  ödənilməsini  də  ali 
məziyyətin  zəruri  tərəfin  olduğunu  qeyd  edirdilər.  Onlar 
mənəvi-gözəl  olanı  həm  də  eyni  zamanda  faydalı  olduğunu 
qeyd  edirdilər.  Beləliklə,  burada  etikaya  utilitar  amil  də  əlavə 
olundu.  Ən  ali  məqsəd  yaxşılıqdır,  amma  insanlar  müxtəlif 
olduğu üçün bu məqsədin də müxtəlif variantları qəbul edilir və 
ona  nail  olma  yolları  seçilir.  Nəzəri  fəzilət  bilikləri  əldə 
etməkdir.  Praktiki  yaxşılıq  isə  özünə  və  başqalarına  qarşı 
ədalətli olmaq, ümumi fayda naminə çalışmaq deməkdir. 
  Panetsi  əxlaqi  borcun  4  cürə  olduğunu  qeyd  edir:  1. 
həqiqəti  və  incəsənəti  qavramaq  və  dərk  etmək;  2.  ədalət  və 
dövlət səviyyəsində fəzilət; 3. ruhun ali yetkinliyi və mətinliyi; 


24 
 
4.  insan  davranışında  təvazökarlıq,  mötədillik  və  namuskarlıq. 
Panetsinin bir çox ideyalarını Siseron əxlaq haqqında təlimində 
olduğu  kimi  təkrar  edirdi.  Panetsi  də  əsas  vəzifəni  nəzəri 
biliklərin qavranılmasında görürdü, çünki bu - əsasdır. 
  Posidoninin  əxlaq  haqqında  ideyalarına  Platonun  təsiri 
çox  olmuşdu.  Dünya  ağıllı,  düşünülmüş,  məqsədyönlü  şəkildə 
qurulduğu  üçün  burada  bütün  hadisələr  və  şeylər  bir-biri  ilə 
əlaqəlidir. Onları vahid od birləşdirir. İnsan ruhu da istəklərdən, 
iradə  və  ağıldan  ibarətdir.  Bunların  hər  biri  dünya,  ağıl-odun 
təcəssümüdür. Bunlardan aparıcı rol ağıla məxsusdur. Bununla 
belə  digərlərin  də  yaxşı  tərəfləri  var  ki,  ağılla  əlaqəli  şəkildə 
insan ruhunu idarə edir. Ağlın düzgünlüyünü xeyir ifadə edirsə, 
iradə  comərdlik  və  ədalətliliklə,  istəklər  isə  mötədilliklə 
əlaqəlidirlər. 
İnsan 
ruhunu 
təlim-tərbiyə 
yolu 
ilə 
püxtələşdirmək olar ki, xeyir şər qüvvələrə qalib gəlsin. Sosial 
mühitin rolu burada olduqca böyükdür. 
  Stoisizmin  sonuncu  mərhələsində  Seneka  (e.ə.  5  –  b.e. 
65), Epiktet (5-140), Mark Avreli (121-180) də əxlaq məsələləri 
ilə  bağlı  öz  fikirlərini  ifadə  etmişlər.  Onlar  hesab  edirdilər  ki, 
insanda  aparıcı  tərəf  iftixar,  ləyaqət,  özünə  inam  yox,  zəiflik, 
özünü  itirmə,  sarsıdılmış  vəziyyətdir.  Burada  pessimizm 
meylləri olduqca  güclüdür.  İnsan fəlsəfəsayağı  həyatın mənası 
üzərində,  özünün  ölümə  düçar  olması  barəsində  düşünməlidir. 
Epiktet  göstərirdi  ki,  ilk  növbədə  allahı  vəsf  etmək,  onun 
mərhəmətli  olmasını  düşünmək  lazımdır.  Allah  insanların  və 
digər  allahların  atasıdır.  İnsan  özünü  Allahın  rəhminə  və 
ümidinə həvalə etməlidir. 
  Bu  dövrün  etik  ideyalarının  xüsusiyyətlərindən  biri  də 
fərdiyyətçiliyə meyllərin artması olmuşdur.  İnsan özünü gərək 
günahkar  dünyadan  təcrid  etməyi  bacarsın.  Digər  tərəfdən, 
burada  həm  də  tərki-dünyalıq  ideyası,  özünü  kamilləşdirmə 
fikri  önə  çəkilməyə  başlayır.  Əxlaq  əslində  xeyirxahlıq, 
insansevərlik,  digər  insanlara  pərəstiş  etmək,  onlara  (o 
cümlədən  qullara)  hörmətlə  yanaşmaq  kimi  xüsusiyyətləri 


25 
 
nəzərdə  tutur.  Seneka  yazırdı  ki,  “biz  ümumi,  nəhəng  təbiətin 
hissələriyik.  Təbiət  bizi  qarşılıqlı  sevgi  üçün  yaratmış,  bizi 
ünsiyyətcil  etmiş,  bizə  düzgün  və  ədalətli  olanı  başa  salıb, 
mərhəmətli olmağı öyrətmişdir”. 
  Düzdür,  cəmiyyətdə  formalaşmış  iqtisadi,  siyasi  və 
digər  münasibətlər  həm  də  düşmənçiliyə  və  nifrətə  səbəb 
olmuşdur.  Buna  baxmayaraq  hər  birimizin  qəlbində  vicdan 
yaşamaqdadır.  Burada  güclü  iradə  lazımdır  ki,  insan  özündə 
lazımi  qüvvələr  tapsın.  Əxlaqlı  olmaq  üçün  əxlaqi  tərbiyə 
almaq lazımdır. İnsan öz daxili mənəvi özəyini formalaşdırmalı 
və  möhkəmləndirməlidir.  (Özünükamilləşdirmə  yolu  müəyyən 
dini çalarlara da malikdir). 
  Skeptisizm etikasının nümayəndələri həm epikürçu, həm 
də  stoiklərin  etik  ideyalarına  yaxın  bir  mövqedə  dururdular. 
Onlar  mənəviyyatın,  xoşbəxtliyin  mənbəyini  fərdin  özünü 
dərketməsində,  həyatın  mənasını  isə  fərdin  müstəqilliyində, 
özü-özünə uyğun olmasında, ruhun dönməzliyi  və sabitliyində 
görürdülər.  Stoiklər  göstərirdilər  ki,  təbiət  dərkedilməzdir, 
burada  zərurət  və  azadlığın  nisbətinin  necəliyi  bizə  məlum 
deyil.  Deməli,  burada  soyuqqanlığın  mənbəyi  insanın 
zəkasındadır. 
  Skeptisizm  cərəyanının  banisi  sayılan  Pirron  (e.ə.  IV-
III) haqqında onun sagirdi Timon (e.ə. 320-230) yazır ki, Pirron 
yeni  skeptik  əxlaqi  idealı  yarada  bilmişdir.  Skeptisizmin 
tanınmış  nümayəndələrindən  biri  Sekst  Empirik  (e.ə.  II  əsrin 
ikinci  yarısı  –  III  əsrin  birinci  yarısı)  hesab  olunur.  Timon 
hesab  edirdi  ki,  təbiətlə,  ətraf  aləmlə  bağlı  biz  üç  suala  cavab 
verməyə hazır olmalıyıq. 1. Şeylərin mahiyyəti, təbiəti nədir? 2. 
Bunlara  bizim  münasibətimiz  necə  olmalıdır?  3.  Həmin 
münasibətdən  qazandığımız  fayda  nədədir?  Qoyulan  hər  bir 
məsələ  üzrə  əks  fikir  yürütmək  olar,  hansılar  ki,  bir-birini 
istisna edəcəkdir. Dünya buna görə də dərk oluna bilməz, çünki 
bir-birinə  əks  mövqelər  var.  Mühakimə  yürütməkdən  özünü 
saxlamaq  bu  vəziyyətdə  çıxış  yolu  sayıla  bilər.  Qərar 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə