245
lazımdır. Şübhəsiz, bütün bunlar - tarixi yaddaşın izləridir;
insanlar əfsanələri yaratmaq
vərdişindən əl çəkə bilmir;
rasional
düşüncə öz yerini mifoloji təsəvvürlərə verir; buraya dini
etiqadları,
müəyyən
mənada
«Şərq
ləngliyi»ni
də
(Ş.Monteskye. F.Hegel) əlavə etmək lazımdır.
Etnik təfəkkürün tərkibinə həm də Azərbaycan xalqının
etnogenezi də təsir göstərib: bu xalqı formalaşdıran əsas
komponentlər müxtəlif dövrlərdə müxtəlif olub: məs., е.ə. I
minilliyin II yarısında albanlar və saklar, erkən orta əsrlər
dövründə - qıpçaqlar və peçeneqlər, hunlar, collar, suvarlar,
bulqarlar və xəzərlər və s. Etnik proseslər xalqın iqtisadi və
siyasi qüdrətilə, onun coğrafi vəziyyəti və sosial-siyasi statıısu
ilə six əlaqəlidir. Orta Asiya, Yaxın və Uzaq Şərq, Avropa
xalqlarının, tayfalarının irticaçı siyasətinin nəticəsində şəhərlər,
kəndlər boşaldılır, yer üzündən silinirdi, sonradan yenilər
ucaldılırdı; tərəqqinin «dalğavari» hərəkətı, özündəşüurla bağlı
olan bir sıra tarixi dəyərlərin mənimsənilməsinə səbəb olur,
dıgər tərəfdən, xalqın tarixi yaddaşında bir sıra «boşluqların»
əmələ gəlməsinə gətirib çıxarırdı.
Vasitəçi rolunu burada din, hakim tayfalar, ittifaqların və
yerli qəbilələrin danışıq dilləri oynayırdı. Ən əhəmiyyətli olan
din və inanclar ən qədimləridir, çünki onlar primitiv şüura
mühüm təsir göstərə bilib; bu təsır indi də özünü ifadə edir;
söhbət zərdüştlük, xristianlıq və islamdan gedir. Dinin təsirini
birinci növbədə tarixi özündəşüurda qəhrəman, qəhrəmanlıq,
təmənnasızlıq, borc, təmənnasız xeyirxahlıq ideyaların
yaradılmasında görmək olar. Şübhəsiz, qəhrəman obrazı lap
əvvəl mifoloji şüurda yaranıb yaşayırdı. Qəhrəmanın təsvirini
biz daha çox şifahi xalq ədəbiyyatı janrlarında görürük.
bununla belə qəhrəmanlıq, xeyirxahlıq ideyaları dini şüurda da
yaşayır (xüsusilə ruhanilərin, dini xadimlərin həyat və
yaradıcılıqla bağlı olan dini ideyalar və təsəvvürlərdə).
Din və dil nəsillərin qarşılıqlı əlaqələrini ənənələrdə,
adətlərdə, siyasi quruluşda təmin edirdi; qəbilə-tayfa, icma,