Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə82/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   110

249 
 
Təlimat:  Sizdən  soruşulan  hərəkəti  yerinə  yetirməyə 
hazırlığınızın dərəcəsini qiymətləndirin. Verilən 25 sualdan hər 
birinə  cavab  verərkən  aşağıdakı  sxemə  uyğun  olaraq  müvafiq 
balları verin: 
2 bal - tamamilə razıyam, tam “hə”; 
1 bal - daha çox “hə”, nəinki “yox”; 
0 bal - nə “hə”, nə “yox”, orta bir mövqe
-1 bal - daha çox “yox”, nəinki “hə” 
-2 bal - tam “yox”. 
1. Ağır xəstə adama zəruri tibbi yardım göstərmək üçün 
yolda müəyyən olunmuş sürət həddini aşardınızmı? 
2.  Yaxşı  qazanc  xatirinə  uzun  müddətli  və  təhlükəli 
ekspedisiyada iştirak etməyə razı olardınızmı? 
3.  Hadisə  yerindən  qaçıb  uzaqlaşmaq  istəyən  təhlükəli 
oğrunun yolunu kəsərdinizmi? 
4.  Saatda  100  km-dən  artıq  sürətlə  şütüyən  sürət 
qatarının pilləsində gedə bilərdinizmi? 
5.  Yuxusuz  keçirdiyiniz  gecədən  sonrakı  gün  normal 
işləyə bilirsinizmi? 
6.  Çox  soyuq  sulu  çayı  keçmək  üçün  suya  birinci 
girərdinizmi? 
7.  Qaytara  biləcəyinə  tam  əmin  olmadığınız  halda 
dostunuza böyük məbləğdə pul borc verərdinizmi? 
8. Təlimçinin bunun təhlükəli olmadığı barədə vədinə bel 
bağlayaraq, onunla birlikdə şirlər olan qəfəsə girərdinizmi? 
9.  Kənardan  kiminsə  rəhbərliyi  altında  yüksək  fabrik 
borusuna dırmaşardınızmı? 
10.  Məşq  etmədən  yelkənli  qayığı  idarə  edə 
bilərdinizmi? 
11. Qaçan atın yüyənindən tutmağa risk edərdinizmi? 
12.  On  stəkan  pivə  içdikdən  sonra  velosiped  sürə 
bilərdinizmi? 
13. Paraşütla tullana bilərdinizmi? 
14. Zərurət olsa, qatarda biletsiz gedə bilərdinizmi? 


250 
 
15.  Lap  bu  yaxınlarda  yol  qəza  hadisəsinə  düşmüş 
tanışınızın  idarə  etdiyi  avtomobildə  uzaq  səfərə  çıxmağa  razı 
olardınızmı? 
16. 
10 
metrlik 
yüksəklikdən 
yanğınsöndürmə 
komandasının bpezenti üzərinə tullanardınızmı? 
17.  Yataq  rejimli  uzun  xəstəlikdən  yaxa  qurtarmaq 
xatirinə  həyatınız  üçün  təhlükəli  olan  ağır  cərahiyyə 
əməliyyatına razılıq verərdinizmi? 
18.  Saatda  50  km  sürətlə  hərəkət  edən  yük  qatarının 
pilləkənindən tullana bilərdinizmi? 
19.  Yalnız  6  nəfər  üçün  nəzərdə  tutulmuş  liftdə  yeddi 
nəfərlə birlikdə yüksək mərtəbəyə qalxa bilərdinizmi? 
20.  Yüksək  pul  mükafatı  xatirinə  hərəkətin  gur  olduğu 
yol ayrıcını gözübağlı keçə bilərdinizmi? 
21. Yaxşı haqq versəydilər, həyatınız üçün təhlükəli olan 
işi öhdənizə götürərdinizmi? 
22.  On  qədəh  pivə  içdikdən  sonra  faiz  hesablaya 
bilərdinizmi? 
23. Əgər rəisiniz desəydi ki, naqildə cərəyan yoxdur, ona 
inanıb yüksək gərginlikli naqilə əl vura bilərdinizmi? 
24.  Əvvəlcədən  sizə  bir  qədər  izahat  versəydilər, 
vertalyotu (helikopteri) idarə edə bilərdinizmi? 
25.  Biletiniz  olsaydı,  ərzaqsız  və  pulsuz  qatarda  uzaq 
səfərə çıxa bilərdinizmi? 
Açar 
  Təlimata uyğun olaraq topladığınız balları hesablayın. 
  Testin  ümumi  qiyməti  fasiləsiz  şkala  üzrə  orta 
qiymətdən sapmaq əsasında müəyyənləşdirilir. Müsbət cavablar 
riskə meyilliliyi göstərir. Testin qiymət balansı -50-dən +50-yə 
qədərdir. 
Nəticə 
-30 baldan aşağı – həddən artıq ehtiyatlısınız; 
-10-dan +10-a qədər - orta göstəricidir; 
+20 baldan yuxarı - riskə meyillisiniz. 


251 
 
  Riskə  yüksək  meyillilik  uğursuzluqdan  qaçınmaq 
(müdafiə)  motivasiyasınin  aşağı  səviyyəsi  ilə  müşayiət  olunur. 
Riskə  hazırlıq  isə  buraxılmış  səhvlərin  miqdarı  ilə  düz 
mütənasibdir. 
  Araşdırma həmçinin aşağıdakı nəticələri vermişdir: 
- insanın yaşı artdıqca riskə hazırlıq azalır; 
- təcrübəsiz işçilərlə müqayisədə, təcrübəli işçilərdə riskə 
meyillilik dərəcəsi daha aşağı olur; 
-  kişilərlə  müqayisədə,  qadınlarda  riskə  hazırlıq  daha 
müəyyən şəraitdə reallaşır; 
-  hərbi  komandirlərdə  və  müəssisə  rəhbərlərində  riskə 
hazırlıq dərəcəsi tələbələrlə müqayisədə daha yüksəkdir; 
-  şəxs  daxili  konfliktlilik  vəziyyətində  olduqda  riskə 
hazırlıq dərəcəsi artır; 
-  qrup  halında  riskə  hazırlıq  dərəcəsi  özünü  nisbətən 
daha güclü şəkildə biruzə verir və qrup təsirindən asılı olur. 
 
Sizin  diqqətinizə  daha  bir,  motivasiya  ilə  bağlı 
metodikanı təqdim edirik
1

Motivasiya  –  tələbat  sahəsində  şəxsiyyətin  sosial  – 
psixoloji  yönlənmələrinin  diaqnostik  metodikası  (O.F. 
Potyomkina).  «Ünsiyyətcillik  –  xudbinlik»,  «proses  və  nəticə» 
istiqamətli  sosial  –  psixoloji  yönlənmələri  aşkarlamaq 
metodikası. 
Metodikanın  məqsədi:  Sosial  –  psixoloji  yönlənmələrin 
aşkarlıq dərəcəsini müəyyənləşdirmək. 
Keçirilmə  qaydası:  Metodikanın  istifadəsi  üçün  aşağıda 
gətirilən  protokoldakı  (nümunəyə  bax)  suallara  cavablar 
vermək  olar.  Sualları  cavablayarkən  verilən  təlimata  riayət 
etmək  lazımdır:  «Sualları  diqqətlə  oxuyun  və  iki  üsulla 
cavablandırın:  əgər  təsdiqləyirsinizsə  “hə”,  əgər  inkar 
edirsinizsə və sizin davranışınız sualın müsbət cavabına uyğun 
deyilsə, “yox”. 
                                                 
1
 Yenə orada 


252 
 
 
Suallar: 
 
1.
 
Tapşırığın  icra  prosesi  sizi  onun  tamamlama 
mərhələsindən daha çox cəlb edirmi? 
2.
 
 Siz 
məqsədə  çatmaq  üçün  adətən  gücünüzü 
əsirgəmirsiz? 
3.
 
Sizə  tez-tez  deyirlərmi  ki,  siz  özünüzdən  daha  çox 
başqaları barədə fikirləşirsiniz? 
4.
 
Siz adətən özünüzə çox vaxt ayırırsızmı? 
5.
 
Siz  adətən  hətta  vacib  olsa  belə,  sizə  maraqlı  olmayan 
bir işi başlamaq üçün üzün müddət qərara gələ bilmirsiniz? 
6.
 
Siz  əminsiz  ki,  sizdə  inadlılıq  bacarığınızdan  daha 
çoxdur? 
7.
 
Sizə  başqalarının  işi  üçün  xahiş  etmək  daha  asandır, 
nəinki özünüz üçün? 
8.
 
Sizcə,  insan  əvvəlcə  özünü,  sonra  başqalarını 
düşünməlidir? 
9.
 
Bir  maraqlı  işi  başa  çatdıranda  siz  adətən  ondan 
ayrılmağınıza görə heyfislənirsiz? 
10.
 
Kim  sizin  daha  çox  xoşunuza  gəlir:  müəyyən 
nəticəni  əldə  etməyi  bacaran  fəal  insanlar,  yoxsa  sadəcə 
xoşxasiyyət və xeyirxah adamlar? 
11.
 
Sizdən  nə  isə  xahiş  etsələr,  rədd  cavabı  vermək 
çətindirmi? 
12.
 
Siz  hər  hansı  bir  işi  özünüz  üçün  böyük 
məmnuniyyətlə görürsünüz, ya başqaları üçün? 
13.
 
Uduş  barəsində  düşünülməyən  oyunda  iştrak 
etməyinizdən həzz alırsınızmı? 
14.  Siz  hesab  edirsinizmi  ki,  həyatınızda  nailiyyətləriniz 
uğursuzluqlarınızdan  çoxdur?         
15.  Siz  tez-tezmi  başlarına  fəlakət  gəlmiş  və  ya  çətinliyə 
düşmüş insanlara yardım edirsiniz? 




Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə