257
arasında hər hansı bir məntiqi əlaqə qeyri-mümkündür.
Aydındır ki, əxlaqi kateqoriyalar tarixi xarakter daşıdığı üçün
onlar arasında məntiq baxımından vəhdət mümkündür.
Kateqoriyaların mənaları sistemi əxlaqın strukturunu ifadə edir.
Mənəviyyatın əsas tərəfləri
əxlaqi fəaliyyət, əxlaqi
münasibətlər və əxlaqi şüur kateqoriyalarında öz ifadəsini
tapır. Bunlardan hər biri isə bir çox digər anlayışları əhatə edir.
Qeyd edilən tərəflər əxlaqla sıx vəhdət təşkil edir, eyni
zamanda bəzi əxlaqi anlayışlar bütün
kateqoriyalara aiddir, yəni
əxlaqın bütün tərəfələrini əhatə edir (məsələn, əxlaqi norma və
s.).
Etik nəzəriyyə və adi əxlaqi şüur həmin kateqoriyaların
məzmununu müxtəlif ölçüdə götürür. Hər bir əxlaqi təsəvvür
(anlayış) normativ xarakter daşıyır.
Əxlaqı ideal dedikdə real həyatda təqlid etmək istəyini
yaradan yüksək əxlaqi mənəviyyat və əxlaqi keyfiyyətlərin
daşıyıcısı olan uca əxlaqlı şəxsiyyətin obrazı vasitəsilə əxlaqi
tələblərin qavranılması prosesi nəzərdə tutulur.
Hər bir tarixi dövrün öz mənəvi idealı mövcud
olmuşdur. Həmin ideal haqqında fikirlər və mülahizələr öz
əksini fəlsəfi təlimlərdə, dini ehkamlarda, əbədi əsərlərdə
tapırdı. Məsələn, Aristotel ideal dedikdə dünya işlərindən,
gündəlik həyatdan təcrid vəziyyətdə olaraq həqiqətin nə olması
üzərində düşünən insanı nəzərdə tutur. Emmanuel Kant əxlaqi
ideal haqqında düşünürdü ki, o, hər bir kəsin daxilində olan
“kamil insan”la ölçülən hərəkət və fəaliyyət üçün bir hökmdür.
Insan həmin daxili hökmün təsiri altında yaşayır, yaradır, lakin
onunla bir pillədə heç vaxt dura bilməz, onun səviyyəsinə ucala
bilməz. Hər bir filosof, alim, ilahiyyatçı öz idealını yaşadır.
Əxlaqi ideal həm də insanın əxlaqi tərbiyyəsinin məqsədini
dəqiqləşdirir. Bu ideala nail olmaq üçün insan iradi fəaliyyət
göstərir ki, əxlaqi ideala nail olmaq arzusunu həyata keçirsin.
Əxlaqi ideal əxlaqi prinsiplər və normaların
məzmununa
da təsir göstərir. Təsirlilik dərəcəsi insanın maraq dairəsindən
259
baxımından onu öyrədə biləcək adama rəğbət bəsləyib ona tabe
ola bilər. O, yalnız insan gözəlliyini, harmoniyanı dərk edə
bilər. Müdriklik, ağıl insana mənəvi cəhətdən gözəl olanı
qavramağa köməklik edə bilər.
Siseron, Platonu xatırlayaraq, onun belə ifadəsini gətirir:
bu dünyaya biz yalnız özümüz üçün gəlmişik. Bizim
varlığımına “qatılanlar” var – dostlarımız, vətənimiz... Biz
əmək bölgüsündə iştirak edir, cəmiyyəti yaşadırıq. Ədalətin
əsasını sədaqət təşkil edir.
Sədaqət nədir? Öz sözünə əməl
etmək, doğruluğu gözləmək. Haqsızlığın iki cürəsi var.
Birincisi
biganəlikdir (ədalətsiz, qanunsuz hərəkərlərə qarşı
çıxış etməmək). Qərəzli şəkildə görülən haqsız əməllər
qorxaqlıq zəminində baş verir. Bəzən də bunun səbəbi nəyəsə
nail olmaq, nəyisə əldə etmək arzusu olur. İkincisi, daha tez-tez
təsadüf edilən
haqsızlıq kiməsə yardım etməmək, kimisə
müdafiə etməməkdir. Xeyli adam var ki, onlar öz işini görür və
bununla da heç kəsə zərər vurmurlar. Doğrudan da onlar birinci
növ haqsızlığa əməl etməsələr də, ikincidə günahkar sayıla
bilərlər.
Beləliklə, həyatda bəzən elə bir vəziyyət yaranır ki,
əvvəllər layiqli, normal sayılan bir şey özünün əksinə çevrilir.
Məsələn, ağıldan kəm olan adama qabaqlar ondan saxlamaq
üçün götürdüyümüz bir əşyanı qaytarmaq düzgün olmazdı.
Burada verdiyimiz sözü pozmaq olar. Beləliklə, verilən sözə o
zaman əməl etməmək olar ki, bu, söz verdiyi adama ziyan
gətirə bilər.
Siseron göstərirdi ki, qeyri-qanuni əməllərin əsası qanun
pozuntusudur. Ən böyük
ədalətsizlik yalan üzərində qurulandır.
Həmin adamlar hətta özlərinin vicdanlı olduğu barədə təsəvvür
yaratmağa çalışırlar. Yaxşılıq edəndə qorx ki, bununla həm də
zərər gətirəsən. Yaxşılığı imkana baxıb etmək lazımdır. Bəzən
xeyriyyəçi bu adı lovğalıqdan qazanmaq istəyir. Bəzən də
tələsib yaxşılıq
etməklə buna fəzilət deyirik
1
.
1
Yenə orada