Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə85/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   110

260 
 
  Qarşılıqlı  hörmət  üzərində  qurulan  ünsiyyət  əsasında 
yaşayan insana cəmiyyətdə imkan daxilində təmənnasız yardım 
edilməlidir.  
  Övlad, valideynlər bizə nə qədər əziz olsa da, vətən hər 
şeydən  üstündür.  Hər  bir  vicdanlı  insan  vətən  uğrunda  canını 
verməyə  hazır  olmalıdır.  Onu  da  unnutmayaq  ki,  yaxşı  qonşu 
qohumdan  da  bəzən  əziz  olur.  Ümumiyyətlə  şəraiti  nəzərə 
almaq  lazımdır.  Mərdlik  ədalətlilik  üzərində  qurulmalıdır. 
Mərdlik və mənfurluq bir araya sığmır. Mərd insan ruhən uca, 
eyni zamanda sadə və xeyrixah olmalıdır. 
  Ali məqsədlərə qulluq edən insanı iki əlamət üzrə təyin 
etmək olar: o, şərait ilə hesablaşmır və yaşamaq ideyasına sadiq 
qalaraq  böyük  məqsədləri  həyata  keçirir.  İnsan  çox  sınaqlarla 
rastlaşır (pul, şöhrət və s.). Daxilən sakit qalmaq, iradəli olmaq 
bacarığı  da  çox  əhəmiyyətlidir.  Adam  da  var  ki,  sakit  həyat 
naminə  ictimai  faydalı  əməkdən,  dövlət  işlərindən  uzaqlaşır. 
Yəqin ki, bunlar adicə işləməkdən qorxurlar. 
  Hər  bir  işdə  səriştə  və  hazırlıq  lazımdır.  Mənən  gözəl 
əməlləri  insan  qol  gücünə  yox,  əqidə,  məslək  gücünə  həyata 
keçirir. 
  Təbiət bizə həm ağıl, həm də ruh, mənəviyyat verib. Hər 
bir həyati məsələnin öz  vəzifələri  var. Gənclər öz bədənini və 
ruhunu  daima  tərbiyələndirməlidirlər  ki,  gələcəkdə  hərbi  və 
vətəndaşlıq borcunu layiqincə yerinə yetirə bilsinlər
1

  Ümumiyyətlə,  əxlaqi  gözəlliyinin  dörd  mənbəyi  var: 
dərketmə,  ictimai  mühit,  ürəkaçıqlılıq  və  özünə  nəzarət. 
Özündə  ictimai  başlanğıcı  daşıyan  məziyyətlər  daha 
əhəmiyyətlidir,  çünki  burada  ümumi  mənafe  məsələləri  var. 
Xeyirxahlığın iki yolu var: 1. pul vermək; 2. əməllə, işlə kömək 
etmək.  İmkanlı  adam  üçün  birinci  yol  daha  sərfəlidir.  Eyni 
zamanda ikinci yol şərəfli və gözəldir. Nıə qədər çox insana işlə 
kömək  etsən,  bir  o  qədər  çox  köməkçi  ətrafında  toplanacaq. 
Əliaçıq olmaq lazımdır, amma yerində. Əgər insan doğrudan da 
                                                 
1
 Yenə orada 


261 
 
ehtiyac  içindədir,  əgər  onun  başına  bir  qəza  gəlib,  onda  ona 
kömək  etməyə  dəyər.  İnsan  nəsli  elə  bir  cəmiyyət  yaradıb  ki, 
burada  özbaşınalıq,  ədalətsizlik  və  hərislik  kimi  hallar  özünə 
yer  tapmamalıdır.  Ağıl  bizdən  tələb  edir  ki,  insanlar  yalanla, 
xəyanətlə, haqsızlıqla bağlı heç bir əməl etməsinlər. 
İradə  azadlığı  fəlsəfi  kateqoriyadır.  Ümumi  mənada 
iradə azadlığı insan tərəfindən müstəqil şəkildə öz hərəkətlərini 
seçmək, istədiyinə əməl etmək, qərarları qəbul etmək bacarığını 
bildirir.  Əxlaqi  kateqoriya  kimi  iradə  azadlığı  onu  bildirir  ki, 
insan, hər hansı bir hərəkət edərək, xeyir və şər arasında əxlaqi 
seçim  edir,  burada  əxlaqlı  və  əxlaqsız  olanı  fərqləndirir.  Bu 
seçim  insanın  özündən  asılı  olduğu  üçün  insan  bununla  öz 
üzərinə əxlaqi məsuliyyət götürür, yəni insanın hər bir hərəkəti 
ya təqdirə layiq göstərilə bilər, ya da ki, mənfi qiymətləndirilə 
bilər. 
Tarixdə  iradə  azadlığı  müxtəlif  istiqamətlərdə  və 
mənalarda  izah  olunurdu.  İndeterminizm  (səbəbiyyət) 
baxımından  izah  edilən  iradə  azadlığı  hər  hansı  bir  səbəbdən 
tam  uzaq  olaraq  götürülür.  İnsan  fəallığının  mənbəyi  və  onun 
hərəkəti  düzgün  seçmək  qabiliyyəti  iradədən  irəli  gəlir,  iradə 
burada hər hansı bir zərurətə qarşı durur. Burada iradə azadlığı 
əslində obyektiv varlıqdan uzaqlaşdırılırdı. Hesab olunurdu ki, 
maddi,  yəni  real  dünyada  bu  tətbiq  oluna  bilməz.  Hələ  qədim 
dövrdə Epiktet adlı filosof belə bir fikri irəli sürdü ki, xeyir və 
şər bir anlayış olaraq yalnız insan şüurunda yerləşir, buna görə 
də  “hər  bir  zorakı  akt  insanı  seçim  azadlığından  məhrum  edə 
bilməz”. Yeni dövrdə təxminən həmin mövqedən Kant da çıxış 
edirdi.  O  göstərirdi  ki,  real  dünya  təbii  zərurət  aləmi  (burada 
insan  təbii  varlıq  olaraq  azad  deyil,  çünki  səbəbiyyət 
qanunlarına  tabedir  və  məkan  və  zaman  hüdudlarından  xaric 
zehin  vasitəsilə  qavranılan  aləmə  bölünür)  yalnız  sonuncuda 
insan iradə azadlığına malikdir.  
  Kant  göstərir ki,  yalnız “xeyrixah iradə” azad ola bilər, 
bununla  belə  real  şəkildə,  praktik  olaraq,  zərurət  dünyasında 


262 
 
həmin  iradə  özünü  ifadə  edə  bilmir.  Kantdan  sonra  yaşayıb 
yaradan  tədqiqatçılar  azad  iradəni  daha  çox  heç  nə  ilə 
məhdudlaşmayan özbaşınalıq kimi başa düşürdülər (istər insan 
xasiyyəti  kimi,  istərsə  də  müstəqil,  mütləq  hadisə  kimi 
götürülsə də). 
  Bu  mövqedə  M.Stirner,  F.Nitsşe,  A.Şopenhayer 
dururdular.  Ekzistensializm  etikasında  da  iradə  azadlığı 
mərkəzi  anlayışlardan  biridir.  Materializm  mövqeyində  duran 
mütəfəkkirlər  (Hobbs,  XVIII  əsr  Fransa  materialistləri  iradə 
azadlığının  indeterminizm  mövqeyindən  anlamına  qarşı  çıxış 
edirdilər.  Hesab  olunurdu  ki,  insanın  hər  hansı  bir  hərəkəti 
müəyyən səbəblərdən irəli gəlir. Hər halda bir sual da öz həllini 
gözləyir:  necə  olur  ki,  insan  hər  hansı  bir  hərəkət  görmək 
istəyini  dünyanın  obyektiv  qanunları  ilə  uzlaşdırır?  Mexaniki 
yanaşma belə bir nəticəyə gətirib çıxarır ki, ümumi hadisələrin 
gedişatı  insan  hərəkətlərini  qabaqcadan  müəyyən  edir,  yəni 
müqəddərat hər şeyi həll edir (Hobbs, Holbax, A.Kollinz). 
  Demək olar ki, bütün yanaşmalar iki mümkün nəticədən 
biri  ilə  nəticələnirdi:  ya  volyuntarizm,  ya  da  ki,  fatalizm. 
Aydındır ki, müəyyən məqsəd güdən insan fəaliyyəti son nəticə 
etibarilə  təbiət  və  cəmiyyətin  müəyyən  inkişaf  qanunlarını 
özündə  əks  etdirir.  Burada  obyektiv  zərurət  var  ki,  öz  əksini 
insanların  və  müxtəlif  sosial  qrupların  maraqları  və 
tələbatlarında  tapır,  burada  motivasiyanın  istiqamətini 
səciyyələndirir. Şübhəsiz ki, insan da özünü əhatə edən mühitə 
təsir  edə  bilər.  İnsanlar  seçim  azadlığına  malikdirlər,  lakin 
bunun da müəyyən hədləri vardır. 
  Əxlaqi  azadlıq  müəyyən  əxlaqi  vəzifələrin  yerinə 
yetirmək və yaxud yetirməmək yolunda əxlaqi vəzifədir. Əxlaq 
və məsuliyyət bir-birilə sıx əlaqəlidir. İnsan azadlığının əsasları 
təbii və ictimai qanunauyğunluqlardan ibarətdir. Əxlaqi azadlıq 
və  determinizm  prinsipi  arasında  da  mürəkkəb  münasibətlər 
formalaşmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə