Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   110

266 
 
izah olunurdu. Hesab olunurdu ki, insanların həyat fəaliyyətinin 
əhəmiyyəti  haqqında  ideal  təsəvvürlər  bu  həyatın  obyektiv 
qiymətini  verərək  dünyanın  dəyişilməsinə  və  təkmilləşməsinə 
sırf mənəvi vasitələrlə nail olmaq mümkündür.  
  Müasir  etik  nəzəriyyələrdə 
yaşamağın  mənasını 
fövqəltarixi  vəzifələrin  reallaşmasında  (dini  etika),  müəyyən 
istehlakçı  standartların  və  fərdi  rifahın  əldə  edilməsində 
(hedonizm, utilitarizm, özünüreallaşdırma etikası), hər hansı bir 
həyat  fəaliyyətinin  mənasızlığında  və  absurdlu  olmasında 
(ekzistensializmin bəzi istiqamətləri) görürlər. Elə bir mövqedə 
duranlar  da  var  ki,  onlar  tərəfindən  yaşamağın  mənasına  elmi 
cavabın  verilməsi  mümkünlüyü  ümumiyyətlə  inkar  edilir 
(konformizm və əxlaqi skeptisizm).  
  Yaşamağın mənasına cavab axtarılarkən unutmaq olmaz 
ki,  bunun  məzmununu  mövcud  ictimai  münasibətlər  müəyyən 
edir.  Burada  artıq  öz  həllini  gözləyən  məsələlərin  həllində 
insanın  fəal  mövqeyi  xüsusilə  əhəmiyyətlidir.  Gərək  hər  bir 
cəmiyyətdə  hər  bir  insanın  intellektual,  emosional  və  digər 
qabiliyyətlərin  üzə  çıxarılması  üçün  bütün  şərait  yaradılsın. 
Həyat  dəyişdikcə,  məqsədlər,  tələbatlar,  mənafelər  də 
dəyişərək, həyat haqqında təsəvvürlərə təsir göstərir. 
Vicdan 
şəxsiyyətin 
əxlaqi 
özünənəzarət 
etmək 
qabiliyyətini  xarakterizə  edən  əxlaqi  kateqoriyadır.  Bu  zaman 
insan  özünə  aid  əxlaqi  vəzifələri  müəyyən  edir,  onlara  əməl 
olunmasını  özündən  tələb  edir,  görülən  hərəkətlərin 
qiymətləndirilməsini həyata keçirir. Vicdan əxlaqi özünüdərkin 
ifadələrindən  biridir.  Vicdan  özünü  həm  görülən  əməllərin 
əxlaqi əhəmiyyətinin ağıl vasitəsilə düşünülməsi forması kimi, 
həm  də  emosional  təəssüratlanma,  fikirçəkmə  şəklində  ifadə 
edə  bilər.  Məsələn,  insan  vicdan  əzabını  çəkə  bilər.  Beləliklə, 
vicdan  şəxsiyyət  tərəfindən  cəmiyyət  qarşısında  öz 
məsuliyyətinin  və  borcunun  subyektivcəsinə  dərk  edilməsi 
deməkdir.  Burada  dərketmə  forması  belədir  ki,  onlar  ilk 


267 
 
növbədə  insanın  özü  qarşısında  vəzifə,  borc,  məsuliyyət  kimi 
çıxış edir. 
  İnsan, şəxsi vicdandan irəli gələrək öz hərəkətlərinə bir 
növ  öz  adından  qiymət  verir.  Əxlaqi  fikir  tarixində  vicdan 
probleminə  münasibət  birmənalı  olmamışdır.  Bəzən  vicdanı 
“daxili  mən”  adlandırırlar  (əxlaqi  hiss  nəzəriyyəsi),  bəzən  isə 
əxlaqi  borcun  əsasının  olduğunu  qeyd  edirdilər  (Kant,  Fixte). 
Həm  də  tez-tez  onu  həm  xarici  hökm  və  ehkamlara,  həm  də 
cəmiyyətin  insana  qarşı  qoyulan  tələblərə  qarşı  qoyurlar 
(ekzistensializm).  
Etikanın  digər  kateqoriyaları  kimi,  vicdan  da  ictimai 
mənşəyə  malikdir,  sosial  varlıq  və  insan  tərbiyəsi  ilə 
səciyyələnir.  Əgər  insan  vicdanı,  onun  əqidəsi  sosial  mühitlə 
uyğunlaşmırsa,  bu,  o  deməkdir  ki,  obyektiv  reallıq  müxtəlif 
insanlarda,  sosial  qruplarda  müxtəlif  şəkildə  inikas  olunur. 
Burada yaranan toqquşmalar həm də ictimai ziddiyyətlərdən və 
sosial  ədalətlilik  prinsipinin  pozulmasından  irəli  gəlir. 
İnsanlarda  şüurluluq  artdıqca,  mənəvi  azadlığın  imkanları 
genişlənir,  bu  da  vicdanın  cəmiyyətin  tələblərinə  daha  uyğun 
olmasına gətirib çıxarır. 
Borc əxlaq kateqoriyalarından biri olaraq ictimai zərurəti 
bildirir,  müəyyən  şəxs  qarşısında  əxlaqi  tələblər  formasında 
çıxış  edir.  Bu  zaman  eyni  dərəcədə  bütün  insanlara  aid  olan 
mənəvi  tələb  konkret  şəxsin  şəxsi  vəzifəsinə  çevrilir  və  real 
şəraiti  özündə  əks  etdirir.  Əxlaqi  tələb  vasitəsilə  cəmiyyət  öz 
ayrı-ayrı  üzvlərinə  müəyyən  münasibəti  bildirirsə,  borc  şəxsin 
cəmiyyətə  olan  münasibətini  bildirir.  Şəxsiyyət  burada 
cəmiyyət qarşısında müəyyən əxlaqi vəzifələri daşıyan subyekt 
kimi çıxış edir. Həmin vəzifələri o dərk edərək öz fəaliyyətində 
reallaşdırır.  Borc  anlayışı  şəxsiyyətin  əxlaqi  fəaliyyətini 
xarakterizə  edən  digər  anlayışları  ilə,  o  cümlədən  məsuliyyət, 
özünüdərk, vicdan, motivlər kimi anlayışlarla sıx əlaqəlidir. 
  Etika  tarixində  borc,  vəzifə  anlayışını  gah  ilahi 
ehkamlarda, gah da apiror əxlaqi qanunlarda axtarırdılar (“qəti 


268 
 
hökm”).  Bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  borc  hissi  insan 
təbiətinin  özündən  irəli  gəlir,  çünki  insan  xoşbəxtliyə, 
həzzalmaya meyllidir (hedonizm, evdemonizm). Nə üçün insan 
borca  əməl  etməlidir?  Bu  suala  müxtəlif  cavablar  verilmişdir: 
cəmiyyət, Allah, vicdan, əxlaqi hisslər və s. bunu tələb edir. 
  Ümumiyyətlə 
borc, 
vəzifə 
məsələsi 
əxlaqın, 
mənəviyyatın  tələblərindən  irəli  gəlir.  Əxlaqi  tələblər 
bütövlükdə  sosial  inkişafın  obyektiv  qanunlarını  özündə  əks 
etdirir.  Bu  qanunlar  müəyyən  tələblərdə  ifadə  olunur.  Hər  bir 
insan  öz  əxlaqi  borcunu  dərk  etməlidir.  Qeyd  edilməlidir  ki, 
cəmiyyət  və şəxsiyyətin  məsuliyyət  ölçüsü və sərhədləri  tarixi 
xarakter daşıyır. 
  Namus əxlaqi şüur anlayışı, etikanın kateqoriyasıdır. Bu 
anlayış ləyaqət anlayışı ilə sıx bağlıdır. Namus vasitəsilə insan 
həm  özü-özünə,  həm  də  cəmiyyətə  olan  münasibətini 
aydınlaşdırır. Namus insanın cəmiyyətdə tutduğu mövqe, onun 
fəaliyyət sahəsi və qazandığı əxlaqi xidmətlərlə müəyyənləşir. 
  Tarixən  cəmiyyətdə  namus  anlayışı  cəmiyyətin  mənəvi 
şüurunda qəbilə və silk namusu kimi meydana gəlmişdir. İnsan 
qarşısına  müəyyən  əxlaqi  tələblər  qoyulurdu  ki,  onun  həyat 
tərzi,  hərəkətləri  həmin  tələblərə  uyğun  gəlməli  idi.  Həmin 
qaydalar  müəyyən  nəslin,  təbəqənin  ləyaqətinə  xələl 
gətirməməli idi. Feodal dövrünün əxlaqına və namus haqqında 
təsəvvürlərə  müxtəlif  tələblər  var  idi.  Məsələn,  zadəgan 
nəslinin  nümayəndələri  gərək  aşağı  təbəqələrin  adamları  ilə 
bərabər  hüquqlu  münasibətlər  qurmasın,  onun  heysiyyatına 
toxunan  adamı  isə  duelə  (təkbətək  döyüşə)  çağırsın,  sadə 
əməklə məşğul olmasınlar və s. 
  Bəzi  adamlarda  namus  duyumu  təhrif  olunaraq 
təkəbbürlük,  lovğalıq,  öyünmək,  şöhrətpərəstlik  və  s.  kimi 
hisslərə  çevrilir.  Hər  bir  insanda  namus  dedikdə  onun  şəxsi 
xidmətləri və qabiliyyətləri nəzərə alınır.  
Əxlaqi  ideal  əxlaqi  şüurun  anlayışı  olaraq  əxlaqi 
cəhətdən  kamil  şəxsiyyət  haqqında  təsəvvürlər  və  ideyalardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə