Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   110

272 
 
açıqlayır,  cəmiyyətin  əxlaqi  şüurunda  insanın  mahiyyətini 
açıqlayan,  həyatın  mənasını,  müqəddəratını,  insanlararası 
münasibətlərini bildirən tələblərini ifadə edir. Əxlaqi prinsiplər 
insan  fəaliyyətinin  ümumi  istiqamətini  bildirir,  daha  konkret, 
əxlaqi  davranış  normaları  üçün  əsas  rol  oynayır.  Tarixin 
müxtəlif dövrlərində əxlaqi prinsiplərin məzmunu və mahiyyəti 
sabit  qalmır,  daim  dəyişir  və  inkişaf  edir.  Məsələn,  dini  əxlaq 
prinsipləri, milli əxlaq prinsipləri və s. vardır. İnsanlar arasında 
formalaşan münasibətlərdə də müxtəlif prinsiplər istifadə oluna 
bilər. 
Mənəvi  münasibətlər  formalaşdıqca,  əxlaqla  bağlı 
qaydalar,  normalar  və  stereotiplər  formalaşır.  Bunlardan  biri 
davranış mədəniyyətidir. Insan davranışında mühüm rolu həm 
də əxlaqi vəzifə haqqında təsəvvürlər oynayır. 
  Əxlaqi 
prinsiplərdən 
biri 
asketizm
yaxud 
tərkidünyalıqdır  (yunanca  askeo  –  məşq  etmək  deməkdir).  Bu 
prinsipə əsasən insanlar  gərək  gündəlik naz-nemətdən, hiss və 
həzzalmadan uzaqlaşsın, hansısa sosial məqsəd və yaxud əxlaqi 
kamilləşdirmə  naminə  özündə  hiss  və  ehtirasları  cilovlasın. 
Etika tarixində asketizmə qarşı duran gedonizm və epikürçülük 
olmuşdur.  Asketizmin  kökləri  çox  ehtimal  ki,  hələ  qədim 
cəmiyyətlərə gədib çıxır. Məlumdur ki, həmin dövrdə yaşayan 
insanlar  çoxlu  çətinliklər,  məhrumiyyətlərlə  rastlaşırdı. 
İnsanlardan  möhkəm  fiziki  hazırlıq  və  dözümlülük  tələb 
olunurdu.  Buna  nail  olmaq  üçün  xüsusi  dini  ibadət  formaları 
yaşadılırdı.  Məs.,  oğlan  uşaqlarını  növbəti,  böyük  həyat 
mərhələsinə keçirmək üçün xüsusi ibadətlərlə müşaiyyət olunan 
mərasimlər  təşkil  edilirdi.  Burada  uzunmüddətli  pəhriz,  tək 
qalma,  dişlərin  yuyulması  və  s.  həyata  keçirilirdi  ki,  gənclər 
özündə  dözümlülük  və  mətinliyi  aşılasın,  başa  düşsünlər  ki, 
həyat nə qədər mürəkkəb və çətindir. 
  Demək olar ki, asketizmin nəzəri əsaslandırılmasını biz 
bütün  dinlərdə  (hələ  qədim  Şərq  dinlərində,  pifaqorçuluq 
təlimində, xristianlıqda və s.) tapa bilərik. Tərkidünyalıq burada 


273 
 
əxlaqi  kamilliyə  doğru  bir  yol  kimi  qiymətləndirilir.  İnsan  öz 
maddi  tərəfini  məhdudlaşdırır  ki,  ali  varlığa  (məs.,  Allaha) 
qovuşsun. 
  Asketizmin bəzi elementlərini müxtəlif siyasi təlimlərdə 
də tapmaq olar. Məsələn, asketizm məzlum sinif nümayəndələri 
tərəfindən  tətbiq  olunurdu  ki,  bu  yolla  hakim  siniflərin  cah-
cəlallı  yaşayışına  qarşı  etiraz  bildirsinlər  (kəndli  və  erkən 
proletar hərəkatları). Asketizmin elementlərini həm də müxtəlif 
kommunizm nəzəriyyələrində tapmaq olur.  
Daha  bir  əxlaqi  prinsip  amoralizmdir  (yunanca  a  – 
inkaredici hissəcik,  latınca moralis  – mənəvi).  Burada ictimai, 
ilk  növbədə  ümumbəşəri  əxlaqi  normalara  mənfi  münasibət 
əsaslandırılır,  əxlaqsızlıq  isə  insan  davranışının  əsil  forması 
elan  olunurdu.  Amoralizm  özünün  ilk  növbədə  insanlara 
nifrətdə, eqoizmdə, asosial davranışı təqdir etməkdə ifadə edir. 
Amoralizm  həm  də  hər  hansı  bir  məqsədə  nailolunmanın  ən 
çirkin yollarını qanuni, mümkün sayır (makiavellizm, fanatizm, 
demaqoqluq).  
Amoralizmin  formalarından  biri  həm  də  nihilizm  hesab 
olunur  (burada  mövcud  əxlaqa  qarşı  bir  növ  qiyam  qaldırılır). 
Amoralizmin  bəzi  müddəalarını  bir  sıra  əxlaqi  nəzəriyyələr,  o 
cümlədən  relyativizm,  volyunatarizm,  skeptisizm  əsaslandırır. 
Məs.,  qədim  Yunanstanda  amoralizmin  bəzi  elementlərini 
kiniklərin  və  bəzi  sofistlərin  təlimlərində  tapmaq  olur.  Müasir 
etik təlimlərində də amoralizm mövqeyindən Nitsşe, L.Klager, 
C.Centile,  A.Rozenberq  də  çıxış  edirdilər.  Amoralizmin  bəzi 
elementlərini  neoprotestantizm,  emotivizm,  “humanist”  etika 
kimi təlimlərdə də tapmaq olur. 
Fərdiyyətçilik 
və 
yaxud 
individuallıq 
(latınca 
individuum – bölünməz, fərd deməkdir), davranış istiqamətinin 
seçimində  mənəviyyatın  əsaslandırılması  prinsipidir.  Hər  bir 
fərd  cəmiyyətdə  avtonom  bir  şəxsiyyət  təşkil  edərək  öz 
mənəviyyat  qanunlarını  axtarıb  tapa  bilir.  İnsanın  özündə 
mənəviyyatın  əsasları  var,  ona  görə  də  o,  öz  əxlaqi  norma  və 


274 
 
prinsiplərini  yaradaraq,  xarici,  sosial  şəraitdən  asılı  olmayaraq 
öz fərdiliyi və azadlığını təşkil edə bilər. Fərdiyyətçiliyin sosial 
əsasını xüsusi mülkiyyət təşkil edir. 
Fərdiyyətçilik  prinsipini  hələ  qədim  dövrdə  bir  sıra 
tədqiqatçılar irəli sürmüşlər. Protaqor hesab edirdi ki, insan hər 
bir  şeyin  meyarıdır,  bu  barədə  öz  fikrini  həm  də  kiniklər, 
kirenaiklər,  həmçinin  stoisizm,  epikürçuluq  kimi  cərəyanların 
nümayəndələri 
bildirmişlər. 
Fərdiyyətçilik 
İntibahın 
ideologiyasında,  erkən  protestanizmdə  və  maarifçilikdə 
mütərəqqi  məna  daşıyır  və  insanın  feodal  asılılığından  azad 
olmasını, onun ləyaqətini, siyasi və mənəvi azadlığını bildirirdi.  
  Fərdiyyətçilik  prinsipi  həm  də  bir  sıra  burjua  etik 
nəzəriyyələrində  öz  ifadəsini  tapmışdır  (məsələn,  “İctimai 
müqavilə”,  eqozim  nəzəriyyəsi,  əxlaqi  hiss  nəzəriyyəsi, 
evdemonizm); burada əxlaq ayrılıqda götürülmüş insanın şəxsi 
meyilləri  və  maraqları  üzərində  qurulur.  Kapitalizm 
cəmiyyətində  Nitsşedə  fərdiyyətçilik  sərt  qüvvə  səcdəsi 
mənasını daşıyırdı ki, bu da öz ifadəsini simasız kütlə üzərində 
hökmranlıq  edən  “fövqəlinsan”  ideyasında  tapmışdır.  Müasir 
etikada fərdiyyətçilik ən müxtəlif nəzəriyyələrdə əsaslandırılır, 
o cümlədən, neopozitivizmdə, intuitivizmdə, ekzistensializmdə, 
özünürealizəetmə etikasında, humanist eitkada və s. Bu prinsip 
əsasında  insan  cəmiyyətin  həyatında  yaxından  iştirak  edir, 
ictimai  asılılıqdan  özünü  azad  edərək,  cəmiyyətə  qarşı 
“qiyam”a çıxa bilir. 
Humanizm (latınca humanus – insani) əxlaqi prinsipdir; 
bu  prinsipin  əsasında  insanın  sonsuz  dərəcədə  kamilliyə 
bacarığın olmasına inam, onun ləyaqətinin azadlığı və müdafiə 
olunması 
tələbi, 
insanın 
xoşbəxt 
olması 
haqqının 
əsaslandırılması,  insan  tələbatları  və  maraqlarının  cəmiyyət 
tərəfindən təmin olunması tələbi durur. 
  Tarixdə  humanizm  ideallarını  təbliğ  edənlər  sırasında 
F.Petrarka,  L.da  Vinci,  Kopernik,  M.  Monten,  F.Bekon, 
V.Şekspir  olmuş,  dünyanın  mərkəzində  onu  yerləşdirmişlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə