26
verməkdən çəkinmək, bitərəf qalmaq lazımdır. Bu da heç də
zəifliyin əlaməti deyil. İnsan bu yolla ruhi təşkinliyi, sabitliyi
tapır. Beləliklə, skeptiklər xoşbəxtliyi dərketmə, biliyi qazanma
ilə birbaşa əlaqələndirmirlər. Əslində, biliklərdə, elmlərdə,
fəlsəfədə insan heç də dərinə gedə bilməmişdir.
Belə mövqe tutmaqla skeptiklər insanın xeyir,
xoşbəxtlik, ədalətlik, məziyyət haqqında olan biliklərin
məzmununun nisbi olduğunu sübut etməyə çalışırdılar.
Dərketmə yolu ilə qazanılan biliklər nisbidir, xeyir və şər
haqqında olan təsəvvürlər də müxtəlif xalqlarda bəzən əsaslı
şəkildə bir-birindən fərqlənir. Digər tərəfdən fərddən fərdə də
həmin dəyərlərin mahiyyəti və məzmunu fərqlənir. Birinə fayda
gətirə biləcək digərinə zərərlidir və s.
Ümumiyyətlə, xeyir və şər məsələlərini tənzimləyən
elmin mümkünlüyünü inkar edən skeptiklər sübut etməyə
çalışırdılar ki, xeyir və şərin real statusları əslində yoxdur.
İnsan öz əməllərində gərək təcrübəsinə əsaslansın və mötədillik
yolu ilə mənfi təsirləri azaltsın. Şər, xeyir kimi anlayışların
məzmunu tarixi xarakter daşıyır, deməli, nisbidir. Buna görə də
burada təmkinliliyi nümayiş etdirməklə ruhu həmin istiqamətdə
tərbiyələndirmək lazımdır.
Skeptisizmin əxlaq sahəsində xidmətlərindən biri də
ondan ibarətdir ki, burada əxlaqi tərbiyədə emosional
mexanizmlərin rolu göstərilmişdir. Əxlaq vasitəsilə fərd və
cəmiyyət öz sosial varlığını dərk edir, qavrayır, öz real
vəziyyətini ifadə edir. Tətbiq olunan, istifadə olunan əxlaq real
sayılır. Əxlaqi davranışı tənzimləyən amillər sırasında başlıca
rol bilavasitə təcrübəni təsdiqləyən hiss və emosiyalara aiddir.
Ağıl tərəfindən obyektiv aləm tam şəkildə qavranılıb qəbul
edilməsə də, burada köməklik göstərə biləcək bir amil var, bu
da praktik davranışdır. Əxlaqi düşüncə bu yolla insana tam
sərbəstlik verir, ona fəaliyyət azadlığını bəxş edir. Ağıl daima
axtarışda
olmalı,
fərqli
mövqelərdən
vəziyyəti
qiymətləndirməyi bacarmalıdır. İdeal o adam sayıla bilər ki, rəy
27
müxtəlifliyindən, təxəyyülündən, gündəlik işlərindən azad
olmağı bacarsın. Əxlaq burada əslində fərdin təbiət və
cəmiyyətdən azad olduğunu ifadə edir. Fərd öz ləyaqətini
həmişə qorumalıdır.
Neoplatonizm cərəyanında əxlaqi baxışlar əxlaqi
idealizmin yeni variantını təşkil edir. Bu fəlsəfi istiqamətin
banisi və başlıca nümayəndələrindən biri olan Plotin (204/205-
270) Platonun əxlaqi idealizminin yeni varinatını təqdim edir.
Burada insanın əxlaqi məqsədi hissi (həm təbii, həm də sosial)
aləmin inkarı, əbədi və tərki-dünya sahəsinə qatılmaq
məqsədilə ruhun “təmzinlənməsi”dir. Bu istiqamətdə aparılan
iş nəticəsində insan mistik cuşa, fövqəlruhi eyforiya
vəziyyətinə düşə bilər.
Varlığa vahid, tam deyən Plotin hesab edir ki, vahidin
inkişafı nəticəsində ağıl, daha sonra ruh əmələ gəlir. Dünyada
bütün elementlər bir-birilə əlaqəlidir. Prokl (V əsr) vahidi həm
də mütləq başlanğıc olduğu üçün mütləq yaxşılıq, məziyyət
adlandırır. Hər üç sahə (vahid varlıq, ağıl, ruh) işıq, xeyir,
məziyyətdir. Bunların davamı, yəni duyan Kainat, materiya
olmasaydı, şər yaranmazdı. Materiya elə şərin özüdür. İnsan
vahidin və materiyanın birləşməsi olduğu üçün həm xeyir, həm
də şəri özündə təcəssüm edir. İnsan həyatında əxlaqi məqsəd
varlığın bütün pillələrini bir-bir keçib tama qovuşmaqdır. İnsan
həmin vahid olanı ilə əlaqəsini daima saxladığı üçün ona doğru
hərəkət edə bilir. Orada ruh təskinlik tapır, biz məziyyəti, ruhun
kamilliyini məhz orada axtarib tapırıq.
Plotin məziyyətləri 4 yerə ayırır: 1. praktik, 2. asketik,
3. nəzəri, 4. tərki-dünyalıq. Prokl isə bu təsnifatı bir qədər də
genişləndirir və onları təbii, əxlaqi, ictimai, paklaşdırıcı,
mücərrəd və sitayişedici sahələrə bölürdü. Bu pillələr
xeyirxahlığın kamilləşməsi, şəxsiyyətin ucalması yollarını
bildirir. Birinci pillədə insan hissi-praktiki fəaliyyətini
məhdudlaşdırır, onu müəyyən ölçülərə salır. Burada ağıllılıq,
comərdlik, səmərəlilik kimi keyfiyyətlərdən istifadə olunur. Bu
28
istiqamət insanların affektiv, hissi tərəfi ilə bağlıdır. Növbəti
mərhələdə insan ruhu tam paklığa, bədəndən təmizlənməsinə
nail olur; burada asketik qabiliyyətlərdən istifadə olunur:
qorxmazlıq (comərdlik), soyuqqanlılıq, intuisiya həddinə
çatdırılmış
ağıllılıq,
ağıldan
başqa
bütün
bütlərin
uzaqlaşdırılmasına səbəb ola biləcək ədalətlilik.
Üçüncü mərhələdə fəlsəfi-nəzəri, seyredici fəaliyyət
dövrü başlayır. Burada ruh yuxarıya doğru istiqamətlənir və
ikinci paradiqmasına – ağıla qədər ucalır. İnsan bu zirvəyə
ucalsa da, hələ onun ali nöqtəsinə çatmış olmur. Bunun üçün
nail olduğu sevgi, gözəllik və dialektika hələ kifayət etmir.
Növbəti, dördüncü mərhələdə insan özünü Allaha
bənzədir, onu birbaşa seyr edir, bir çox vahidlərdən çoxunun
təki, bütövü olur, onu səma erosu bürüyür. Buna doğru yol
mistik vəhydir. Bu mərhələni sözlə təsvir etmək çətindir: tam,
hər şeydən məmnun, təskinlik tapmış, allaha qovuşmuş
təfəkkür bir növ düşünən insanın bütün varlığına hopmuşdur.
Belə vəziyyətdə insan işığa qərq olunmuş dünyada yerləşmiş
olduğunu, özünü də həmin işığın bir payı olmasını hiss edir.
Neoplatonçuların mistik vəhyi insanın bir növ təhtəlşüur
vəziyyətini təsvir edir. Porfiri yazır ki, Plotin həmin vəziyyətə
dörd dəfə nail olmuşdur, özü isə yalnız bir dəfə.
Məlumdur ki, neoplanotçuların etik ideyaları antik
dövrünün bir sıra müddəalarından uzaqlaşmış, eyni zamanda
əxlaqın xristian anlamına əsaslı şəkildə təsir etmişdir. Həmin
təsir aşağıdakı müddəalarda özünü bildirir: hissi varlığın inkarı,
şər və materiyanın eyniləşdirilməsi, ali məziyyətin, mütləq
yaxşılığın vahid allah olduğunun göstərilməsi, əxlaqi
özünükamilləşdirmə
prosesində
irrasional
vəziyyətin
qiymətinin
rasionala
üstün
gəlməsi,
insanın
əxlaqi
kamilləşməsini sırf fərdi mənəvi proses olduğunun
vurğulanması (ruhun təmizlənməsi, paklanması).
Tədqiqatçılar hesab edirlər ki, neoplatonçuların etik
ideyaları antik dövrün etikasından nə qədər uzaqlaşsa da,
Dostları ilə paylaş: |