Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə93/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   110

285 
 
xoşbəxtlik 
rahatlıq, 
soyuqqanlıq 
və 
iztirabların 
olmamasındadır. 
Təmkinlik də əxlaqi keyfiyyətdir. Bu, bir növ dözümün, 
özünüsaxlamanın  müəyyən  tərəfidir;  buraya  daxildir:  öz 
hisslərinə  nəzarət  etmək  bacarığı,  öz  hərəkətlərini,  yaranmış 
çətinliklərə  baxmayaraq,  qarşıya  qoyulmuş  məqsədə  nail 
olmağa yönəltmək, yeri gələndə inadkarlıq göstərmək, seçilmiş 
ideallara  və  prinsiplərə,  məhrumiyyətlər  və  çətinliklərə 
baxmayaraq  sadiq  olmaq,  açıq  və  ya  gizlli  düşmən  tərəfindən 
edilən  təzyiqlərə  baxmayaraq  mətanətli  olmaq,  digərlərin 
yanında  özündə  əsəbiliyə,  bədbin,  bəlkə  də  avantürist  əhval-
ruhiyyəni  boğmağı  bacarmaq  və  s.  Bu  keyfiyyətlər  rəhbər 
kadrlar üçün xüsusilə vacibdir. 
  Lovğalıq  və  yaxud  iddialanma  mənfi  əxlaqi  keyfiyyət 
olaraq,  insanın  digər  insanlara  təşəxxüslü,  nəzakətsiz 
münasibəti bildirir. Bu zaman lovğalıq göstərən insan öz qədr-
qiymətini çox şişirdir, eqoizmi nümayiş etdirir. Bunun əksi olan 
keyfiyyətlər  təvazökarlıq  və  insanlara  göstərilən  hörmətdir. 
Lovğalığın  sosial  bazası  da  (xüsusilə  cəmiyyətdə  sosial 
təbəqələr arasında ziddiyyətlər çoxdursa) var. 
Fəxr  etmək,  fəxr  hissi  elə  bir  əxlaqi-sosial  hissdir  ki, 
burada  insanın  özü-özünə  hörməti  ifadə  olunur.  Ləyaqət  hissi 
kimi,  fəxr  hissi  də  insan  davranışını  tənzimləyir  və  idarə  edir. 
Fəxr etmək hissi insandan elə bir hərəkətləri tələb edir ki, onlar 
onun  özü  haqqındakı  təsəvvürlərinə  cavab  verir  və  ləyaqəti 
alçalda  biləcək  hərəkətlərdən  çəkindirir.  Fəxr  hissi  adətən 
insanın  şəxsi  xidmətlərilə,  xüsusi  sosial  qrupa  aid  olması  ilə 
(məs., millətə, peşəyə), müəyyən mülkiyyətə sahib olması və s. 
ilə bağlıdır. 
  Fəxr  hissi  həm  də  insanın  əxlaqi  aləmin  necə  olmasını 
bildirir,  onun  davranışına  təsir  edir.  Fəxr  hissi  milli 
özünüdərkin və milli şüurun vacib tərkib hissələrindən biridir. 
Günah,  günahkarlıq  hissinin  ilk  növbədə  dini  mənası 
nəzərdən  keçirilməlidir.  Günahın  yuyulması  da  dini  mənada 


286 
 
istifadə  olunur.  Din  tələb  edir  ki,  günahın  ağırlığından  asılı 
olaraq,  onların  bəzilərini  peşman  olmaq,  günahı  boynuna 
götürməklə,  ibadət  etməklə,  xeyirli  işlər  görməklə  aradan 
qaldırmaq olar. İlkin günah bütün bəşər övladlarına aiddir. Bu 
günahın  kökünü  Adəm  və  Həvvanın  günaha  batması  ilə 
bağlayırlar.  Hesab  olunur  ki,  bütün  sonrakı  çətinliklər 
ümumiyyətlə  şər  həmin  ilkin  günahla  bağlı  olmuşdur. 
Günahkarlıq  hissinin  əxlaqi  mənası  ondadır  ki,  hər  bir  insan 
əməllərindən, hərəkətlərindən asılı olmayaraq günahkar sayılır, 
buna  görə  də  o  itaətkar  olmalıdır  ki,  həmin  ilkin  günahın 
məsuliyyətini öz üzərindən qismən olsa da, götürə bilsin. 
Qayğı və maraq sevginin digər aspektinə gətirib çıxarır – 
məsuliyyətə.  E.Fromm  məsuliyyət  hissinin  digər  əxlaqi 
hisslərlə bağlı olduğunu vurğulayır: “sevginin mahiyyəti kimin 
üçünsə əziyyət  çəkmək və onun inkişafına köməkdir, sevgi və 
əmək  ayrılmazdır.  Hər  kəs  əmək  sərf  etdiyi  şeyi  sevir  və  hər 
kəs sevdiyi şey üçün çalışır.  
Bu  gün  məsuliyyət  çox  vaxt  məcburi  vəzifə,  kənardan 
vadar edilən bir şey kimi başa düşülür. Lakin məsuliyyət sözün 
əsil mənasında əvvəldən axıra qədər könüllü aktdır. Bu, mənim 
insan  varlığının  ifadə  olunan  və  olunmayan  tələblərinə 
cavabımdır.  “Məsuliyyətli”  olmaq  “cavab  verməyə  qadir 
olmaq” deməkdir. İona Nineviya sakinləri üçün məsuliyyət hiss 
etmirdi.  O,  qalib  kimi  soruşa  bilərdi:  «Məgər  mən  mənim 
qardaşıma  keşikçiyəm?”  Sevən  insan  özünü  məsuliyyətli  hiss 
edir. Onun qardaşının həyatı təkcə qardaşın özünün deyil, həm 
də onun işidir. O, özü üçün məsuliyyət hiss etdiyi kimi, bütün 
yaxınları  üçün  də  məsuliyyət  hiss  edir.  Bu  məsuliyyət  ana  və 
uşaq nümunəsində götürsək, ananı qayğıya məcbur edir. Yetkin 
insanlar  arasında  sevgi  ilk  növbədə  digər  insanın  psixi 
tələbatlarına aid olur”
1
.  
                                                 
1
 Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. Psixoanaliz və din. E.Fromm. 
Sevmək sənəti. Bakı: 2013 
 


287 
 
Sevgi - insanlar arasında ümumiliyi və yaxınlığı bildirən 
və  onların  qarşılıqlı  maraq  və  meyllərinə  əsaslanan 
münasibətləri  bildirir.  Sevginin  bir  çox  ifadələri  var:  cinslərin 
insanlar  arasında  simpatiya  və  dostluğun  ifadəsi,  təbiətə, 
həqiqətə, həyata sevgi və s. Etikada və fəlsəfədə sevgi insanlar 
arasında elə bir münasibəti bildirir ki, bir adam digərini özünə 
yaxın  və  əziz bilir, bununla da onu özü ilə eyniləşdirir, çalışır 
ki, onunla öz maraq və meyllərini eyniləşdirsin, könüllü olaraq 
özünü fiziki və mənəvi mənada başqasına verir və çalışır ki, bu 
qarşılıqlı  olsun.  Sevginin  əksi  nifrətdir.  Sevgi  kateqoriyası 
əxlaqi  təlimlər  tarixində  böyük  rol  oynamışdır.  Sevgi  insan 
nəslinin  əxlaqi  şüurunda  xüsusi  birlik  növü  kimi  formalaşaraq 
insanların bir-birindən təcrid olunmasına qarşı çıxış edir. 
  Tarixən  inkişaf  belə  istiqamətdə  gedib  ki,  sevgi 
insanların  şəxsi  münasibətlər  sahəsinə  çevrilmişdir  (qan 
qohumluğu  olanlar,  ailə-nikah  münasibətləri,  dostluq  əlaqələri 
və  s.).  Özgələşmə,  düşməniçlik  tez  bir  zamanda  insanlar 
arasında sosial həyatın bütün sahələrində humanist sevgiyə nail 
olmaq arzusunu formalaşdırmışdır. 
  İncildə sosial həyatdakı sevgi belə bir ehkamçı kəlamda 
ifadə  olunmuşdur:  “Öz  yaxınını  özünü  sevdiyin  qədər  istə”. 
Xristian etikasında bu ifadəni bütün insanların allah tərəfindən 
yaradıldığına  görə  dini  mənada  izah  etməyə  başladılar. 
Cəmiyyət inkişaf etdikcə sevgi və dostluq da getdikcə mənəvi-
əxlaqi  məzmunla  əhatə  olunurdu.  Bütövlükdə  sevgini  insanlar 
arasında 
sosial 
münasibətlərin 
ali 
nümunəsi 
kimi 
qiymətləndirməyə başladılar. 
Sevgi  haqqında  ən  dolğun  və  hərtərəfli  tədqiqatın 
müəllifi olan E.Fromm bunu belə təsvir edir 
1
:  
Vermə  aktı  kimi  başa  düşülən  sevgi  qabiliyyətinin 
insanın xarakterindən asılı olduğunu qeyd etmək bir qədər artıq 
olardı.  O,  yaradıcı  orientasiyanın  yüksək  səviyyəsinin  əldə 
                                                 
1
 Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. psixoanaliz və din. 
E.Fromm.Sevmək sənəti. Bakı: 2013 




Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə