Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə94/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   110

288 
 
edildiyini  nəzərdə  tutur,  bu  orientasiyada  insan  digərlərini 
istismar  etmək  və  qüvvəsini  yığmaq  kimi  narsissik  arzunun 
öhdəsindən gəlir, özünün insani qüvvələrinə inam, məqsədlərə 
nail  olmada  özünəinam  cəsarətini  əldə  edir.  İnsana  bu 
xüsusiyyətlər nə qədər çatmırsa, bir o qədər də o, özünü vermək 
– və, deməli, sevməkdən qorxur.  
Vermə elementindən əlavə sevginin fəal xarakteri bütün 
sevgi  formalarına  xas  olan  müəyyən  elementlər  yığımını 
şərtləndirir. Bu qayğı, məsuliyyət, hörmət və bilikdir.  
Sevginin  qayğı  olması  daha  çox  ananın  öz  uşağına 
sevgisindən  özünü  büruzə  verir.  Əgər  biz  onun  uşağın 
qayğısına  qalmadığını,  onu  yedirmədiyini,  çimdirmədiyini, 
onun  hərtərəfli  qayğısına  qalmadığını  görsək,  onun  uşağı 
sevmək barədə heç bir andı  bizi  buna inandıra bilməz. Amma 
onun  uşağa  qayğısını  görəndə,  sevgisinə  tam  inanırıq.  Bu, 
həmçinin  heyvan  və  bitkilərə  olan  sevgiyə  də  aiddir.  Sevgi 
bizim sevdiyimiz kiminsə və ya nəyinsə həyatına və inkişafına 
aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur. 
Əgər sevginin hörmət komponenti olmasaydı, məsuliyyət 
asanlıqla üstünlük və hakimlik istəyinə çevrilə bilərdi. Hörmət 
qorxu  və  xeyirxahlıq  deyildir:  o,  sözün  kökünə  uyğun  olaraq 
(respicere-to  look  at)  insanı  onun  olduğu  kimi  görmək,  onun 
unikal individuallığını dərk etmək mənasını verir. Hörmət digər 
insanın  olduğu  kimi  böyüməsi  və  inkişaf  etməsi  istəyini  ifadə 
edir. Hörmət, beləliklə, istismarın  yoxluğunu şərtləndirir. Mən 
istəyirəm ki, sevdiyim insan özü üçün böyüsün və inkişaf etsin, 
öz yolu ilə bunu etsin, mənə xidmət etmək üçün yox. Əgər mən 
digər  insanı  sevirəmsə,  mən  onunla  vəhdət  hiss  edirəm.  Bu 
halda  o,  mənim  onu  görmək  istədiyim  kimi,  məqsədlərimə 
vasitə  kimi  deyil,  özü  olduğu  kimi  qalır.  Aydındır  ki,  hörmət 
yalnız  o  zaman  mümkündür  ki,  mən  özümdə  müstəqillik  əldə 
edim,  başqalarının  köməyi  olmadan  ayağa  dura  bilim,  kiməsə 
hökm  etmək  və  ya  istifadə  etmək  tələbatı  olmadan  yaşayım. 
Hörmət  yalnızca  azadlığın  əsasında  mövcuddur:  l’amor  est 


289 
 
l’enfant de la liberte – fransız mahnısında deyildiyi kimi, sevgi 
hökmranlığın deyil, azadlığın övladıdır.  
İnsanı  tanımadan  ona  hörmət  etmək  mümkün  deyil, 
qayğı və məsuliyyət, onları bilik yönləndirməsəydi, kor olardı. 
Bilik  –  onun  motivi  maraq  olmasaydı,  boş  olardı.  Biliyin 
müxtəlif  növləri  vardır:  sevginin  elementi  olan  bilik  səthi 
səviyyə ilə kifayətlənməyib, mahiyyətin özünə varır. Bu ancaq 
onda mümkün olur ki, mən öz maraqlarım çərçivəsindən çıxım 
və  digər  insanı  onun  şəxsi  təzahüründə  görə  bilim.  Mən  bilə 
bilərəm  ki,  insan  nə  vaxt  acıqlı  olduğunu  açıq  göstərməsə  də, 
mən onu daha dərindən tanıya bilərəm; mən belə bilərəm ki, o, 
həyəcanlı və narahatdır, özünü tənha hiss edir, özünü günahkar 
hiss edir. Onda mən bilərəm ki, onun acığı daha dərin nəyinsə 
təzahürüdür. Mən ona, həyəcanlı və narahat insan kimi baxıram 
və bu, o deməkdir ki, mən ona təkcə acıqlı deyil, həm də əzab 
çəkən insan kimi baxıram.  
Qardaş  sevgisi  bərabər  olanlar  arasında  sevgidir;  ana 
sevgisi  aciz  varlığa  sevgidir.  Onlar  bir-birindən  nə  qədər 
fərqlənsələr  də,  onlarda  ümumi  bir  şey  var  ki,  onlar  öz 
təbiətlərinə  görə  bir  insanla  kifayətlənmirlər.  Əgər  mən  öz 
qardaşımı  sevirəmsə,  mən  bütün  qardaşlarımı  sevirəm;  əgər 
mən  öz  uşağımı  sevirəmsə,  mən  bütün  uşaqlarımı  sevirəm; 
bundan əlavə, mən bütün uşaqları, köməyimə ehtiyacı olanların 
hamısını sevirəm. Hər iki sevgi tipinə əks tip olan erotik sevgi 
tam qovuşma, bir insanla birlik tələb edir. O, öz təbiətinə görə 
ümumi olmayıb, istisnadır, çox güman ki, bu həm də sevginin 
ən aldadıcı formasıdır.  
Eqoist  insan  ancaq  özü  ilə  maraqlanır,  hər  şeyi  ancaq 
özü üçün arzu edir, verəndə deyil, alanda özünü rahat hiss edir. 
Xarici aləmə isə ondan nə ala biləcəyi nöqteyi-nəzərdən baxır: 
bu insanda başqalarının tələbatlarına maraq, onların ləyaqəti və 
bütövlüyünə  hörmət  yoxdur.  O  özündən  başqa  heç  nəyi  görə 
bilmir:  hər  şeyi  və  hər  kəsi  o,  özünə  səmərə  baxımından 
nəzərdən keçirir: prinsipcə o, sevməyə qadir deyil. Bu özünə və 


290 
 
başqalarına marağın  alternativli olmağını sübut etmirmi? Əgər 
eqoizm və özünəsevgi vəhdət təşkil etsəydilər, bü doğru olardı. 
Lakin  belə  mülahizə  bizim  problemin  həllində  meydana  çıxa 
biləcək  yanlış  nəticə  olardı.  Eqoizm  və  özünəsevgi  vəhdət 
olmayıb, birbaşa əkslikdirdər. 
Eqoist  insan  özünü  elə  də  güclü  deyil,  çox  zəif  sevir. 
Əslində isə özünə nifrət edir. Yaradıcılığın olmamasının yalnız 
bir hissəsini ifadə edən özünə qayğı və incəliyin olmaması onu 
boş və frustrasiyalaşmış edir. O, qaçılmaz olaraq bədbəxtdir və 
həyəcanla  həyatdan  almaqda  elə  özünün  maneə  yaratdığı 
həzləri almağa çalışır. Elə təəssürat oyanır ki, o, həddən artıq öz 
qayğısına  qalır.  Əslində  isə  o,  öz  “mən”inin  qayğısına 
qalmaqda 
qarşılaşdığı 
uğursuzluğu 
gizlətməyə 
və 
kompensasiya  etməyə uğursuz cəhdlər edir. Freyd iddia edirdi 
ki,  eqoist  insan  özünə  vurğundur.  Əgər  başqalarına  sevgidə 
imtina  edib  onu  öz  varlığına  yönəldibsə,  o,  narsisistdir. 
Doğrudan  da,  eqoist  insanlar  başqalarını  sevməyə  qabil 
deyillər. Lakin onlar özlərini də sevmirlər.  
Eqoizmi başqa insanlara həris maraqla müqayisə etdikdə 
başa  düşmək  daha  asandır:  bu  cür  marağa  biz  ifrat  qayğıkeş 
ananın  timsalında  rast  gələ  bilərik.  O,  uşağı  ilə  çox  zərif 
davrandığına  ürəkdən  əmin  olsa  da,  əslində,  o,  özünün  maraq 
obyektinə  dərin  gizli  rəqabət  hissi  bəsləyir.  Onun  uşağa  ifrat 
marağı  onu  ifrat  sevgidən  deyil,  özündə  bu  üşağı  sevmək 
qabiliyyətinin 
heç 
olmamasını 
kompensasiya 
etmək 
məcburiyyətində olduğu üçündür. 
Özünə sevgi haqqında ideyaları Meyster Ekxartın sözləri 
ilə daha yaxşı cəmləşdirmək olar: “Əgər sən özünü sevirsənsə, 
sən  hər  bir  insanı  özün  kimi  sevirsən.  Əgər  sən  digər  insanı 
özündən az sevirsənsə, deməli, əslində, sən özünə sevgidə uğur 
qazanmadın.  Lakin,  əgər  sən  özünü  də  daxil  etməklə  hamını 
eyni  qədər  sevirsənsə,  sən  onların  hamısını  bir  şəxsiyyət  kimi 
sevəcəksən  və  bu  şəxsiyyət  Allah  və  insandır.  Deməli, 




Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə