291
möhtəşəm və mömin o şəxsiyyətdir ki, özünü sevə-sevə
başqalarını da eynilə sevir”
1
.
O, müxtəlif hərəkətlərin obyektiv sosial əhəmiyyətinə
əsaslanır. Qiyməti daha ümumi əxlaqi təsəvvürlər, məsələn,
əxlaqi keyfiyyətlər, prinsiplər, ideallar, xeyir və şər anlayışları,
sosial nəticələrin təhlili əsasında vermək olar
2
.
Qısqanclıq bir insanın digərinə münasibətdə olan
düşmənçilik və qeyri-səmimi münasibətidir. Bunun əsasında
digərinin nailiyyətləri, əldə etdiyi imkanları və yaxud
populyarlığıdır. Öz məzmununa görə qısqanclıq egoizmə çox
yaxındır: qısqanc adam istəyər ki, əldə edilən uğurlar,
başqalarının rəğbəti, səmimiliyi yalnız onun özünə ünvanlansın.
Qısqanclıq eqoizmin, özündən razılığın, digər adamların
uğurlarına yaranan paxıllıq hissinin nəticəsidir. Cinslər arasında
yaranan qısqanclıq hissinin təbiəti isə bir qədər başqadır.
Burada sevgi iki insanın bir-birinə olan təbii meylinin əsası
olduğu üçün qısqanclıq da yaranır. Lakin bu cür qısqanclığın
son həddə çatdırılması qarşılıqlı hörmətsizlik, şəxsi azadlığın
məhdudlaşdırılması, zülmkarlıq və inamsızlıq ilə gərək
nəticələnməsin.
Özü-özünə hörmət insanın ləyaqət üzərində qurulan
özünü qiymətləndirilməsini bildirən əxlaqi hissdir. Fəxr
hissində olduğu kimi özünəhörmət insanın özündəşüurun
ifadəsi olaraq onun hərəkətlərini istiqamətləndirir, eyni
zamanda fərdi şüur sahəsi olaraq sırf insanın özünə aid edilir.
Özünəhörmət insana müxtəlif vəziyyətlərdə çətinlikləri fəth
etməyə köməklik göstərir, onu öz ləyaqətini qorumağa sövq
edir. Özünə hörmət bəzən əsası olmayan təfəkkürə, lovğalığa
çevrilir, onda insan tənqidi qəbul etmir, öz hərəkətlərinə
obyektiv qiymət verə bilmir və vəziyyətdən çıxış yolunu
görmür.
1
Мейстер Экхарт. Проповеди и рассуждения. М., 1913
2
Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. psixoanaliz və din.
E.Fromm.Sevmək sənəti. Bakı: 2013
292
Həmrəylik (latınca “solidar”, yəni möhkəm deməkdir)
və yaxud solidarlıq ümumi məqsədlərin yerinə yetirilməsi
işində ümumi maraqlara əsaslanan qarşılıqlı yardım və dəstək,
əqidə və hərəkətlərinin vəhdəti deməkdir. Həmrəy olmaq tələbi
hansısa tarixi dövrün xüsusi mərhələsində meydana gəlir ki,
bunun əsasında mühüm tarixi vəzifələr öz həllini tapır.
Həmrəyliyin bir çox növləri var, məsələn, inqilabi, sinfi, milli,
partiya və s. Millik həmrəyliyə vətənpərvərlik hissi yaxındır.
Təəssübkeşlik
(cürbəcür)
insansevərliyin,
yəni
humanizmin ifadə formalarından biridir; burada bir insan
tərəfindən digər insanın tələbatları və maraqlarının qanuni
olmasının qəbul edilməsi ideyası vurğulanır. Can yandıran,
yəni təəssübkeş digər insanların hisslərini və fikirlərini dərk
edir, onun arzu və meyllərinin reallaşmasına köməklik
göstərməsinə hazır olmasını nümayiş etdirir. Bu əxlaqi hiss
vasitəsilə insanların eqoizmi məhdudlaşdırılır, hər bir kəs
özünü başqasının yerində təsəvvür edə bilir. Dini əxlaqda da
təəssübkeşliyin, mərhəmətin öz “yaxının”a göstərilməsi tövsiyə
olunur. Bir insan digərinin buraxdığı səhvlərə dözümlü
olmalıdır ki, son nəticə etibarilə axirət günü hamının xilas
olunması mümkün olsun.
Qorxu insanda real və yaxud uydurulmuş təhlükə
üzündən yaranmış qısamüddətli emosiya və yaxud sabit hissini
bildirir. Psixoloji hadisə kimi qorxu özünü narahatçılıqda,
halsızlıqda,
panika
vəziyyətində,
əzabkeşlikdə,
təəssüratlanmalarda, həm də kortəbii və yaxud şüurlu, özünü
qorumağa istiqamətlənmiş hərəkətlərdə ifadə edir. Qorxunun
əksi, yəni insan tərəfindən qorxu hissinin fəth edilməsi
cəsarətdir. Qorxu hər ayrılıqda götürülmüş insanın, həm də
müxtəlif sosial qrupların, hətta cəmiyyətin psixi durumu kimi
yaşana bilər (məsələn, 2012-ci ilin sonunda gözlənilən
dünyanın sonu qorxusu; proqnoz özünü, təbii ki, doğrultmadı).
Təbiət hadisələri qarşısında acizliyindən, bilməzliyindən əmələ
gələn qorxu kortəbii xarakter daşıyır.
293
Qorxu hissinin sosial kökləri də var: burada insan ictimai
qüvvələr, hadisələr qarşısında bəzən aciz olur. Bir çox burjua
filosofları (Kyerkeqor, Şopenhauer, Nitsşe, Şpengler və s.)
qorxunu insanın təbii vəziyyəti olduğunu hesab edirdilər.
Ekzistensializmdə qorxu insan varlığının əsil ifadəsinin
təzahürü hesab olunur; qorxu vasitəsilə insanın təbii durumu,
ilk növbədə tənhalığı, yaşamağın mənasızlığı izah olunur.
Berqsonun fikrincə, qorxu həyatın əsasında durur. Kyerkeqor,
Haydegger və digər ekzistensialistlər üçün qorxunun predmeti
əslində “heçnədir”.
İnsan daima hər hansı bir məsələnin həllinə öz üzərinə
məsuliyyəti götürmək qorxusu ilə yaşayır. Bu zaman ağıllı
mühakimə üçün yer qalmır. Qorxu hissi cəmiyyətdə insan
davranışını tənzimləyə biləcək vacib qüvvə və vasitələrindən
biridir (cəzalandırma qorxusu, hakimiyyət qorxusu və s.).
Bəzən qorxunu əxlaqi mənada bir təhrikedici qüvvə olduğunu
da qeyd edirlər. Dini əxlaq insanları Allahdan, axirət günündən
qorxmağa dəvət edir ki, bu yolla insanda intizamlılıq və
itaətkarlıq formalaşsın. Cəmiyyətdə insan qorxuya yox, öz
daxili əqidəsinə və vicdana arxalanaraq hərəkət etməlidir.
Utanmaq
hissi,
utancaqlıq
şəxsiyyətin
əxlaqi
özünüdərkin ifadələrindən biridir; burada insan öz hərəkətlərini,
motivləri və əxlaqi keyfiyyətlərini tənbeh edir. İnsan həmin
hərəkətlərinin mənfiliyini ya müstəqil şəkildə özü dərk edir, ya
da bunu ətrafdakıların təzyiqi altında edir. Utanmağın əksi fəxr
etməkdir, bu da insanın özü-özünə olan müsbət münasibətidir.
Vicdandan fərqli olaraq utanmaq hissi daha çox xarici
mühitlə əlaqəlidir: insan burada öz hərəkətlərini digərlərin gözü
ilə qiymətləndirir. Utanmaq hissi şəxsiyyətin vacib
keyfiyyətidir. O, insanda yalnız o zaman əmələ gəlir ki, insan
özünü artıq kollektivdən ayırır (yəni ibtidai icma
cəmiyyətində). Xüsusi mülkiyyətin və sinfi bölgünün əmələ
gəlməsi nəticəsində utanmaq hissi təhrif olunmuş bir formada
özünü yaşadır, özünəməxsus əxlaqi əhəmiyyətini itirir. İnsan
Dostları ilə paylaş: |