Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   110

294 
 
özünün yoxsul olmağından, təmsil etdiyi sosial qrupundan və s. 
utana  bilər.  Əslində  ilk  növbədə  cəmiyyətin,  digər  insanların 
maraqlarının  tapdalanması  ilə  nəticələnən  hərəkətlərdən 
utanmaq lazımdır. 
Paxıllıq başqa bir şəxsin uğurlarına, şan-şöhrətinə, əxlaqi 
üstünlüyünə,  maddi  durumuna  düşmənçilik  və  yaxud  qərəzli 
münasibətin  bəslənməsidir.  Paxıllıq  hissinə,  paxıllığa  insanda 
eqoizm və onunla bağlı olan şöhrət düşkünlüyü də səbəb olur. 
Mənfi  xüsusiyyət  olaraq  şəxsiyyətə,  onunla  ünsiyyət  yaradan 
insanlara  pis  təsir  göstərir.  Paxıl  adam  istəyir  ki,  paxıllıq 
obyekti  uğursuzluğa  düçar  olsun,  bədbəxt  olsun,  özünü 
cəmiyyət  qarşısında  biyabır  etsin,  onu  hamının  gözündən 
salsın;  paxıl  adam  bəzən  əxlaqa  zidd  olan  hərəkətlərə  də  can 
atır.  Bəzi  tədqiqatçılar,  o  cümlədən  F.Nitsşe,  O.Şpenqler 
göstərirdirlər  ki,  paxıllıq  insanlar  arasında  bərabərliyə  gətirib 
çıxara  bilər,  beləliklə  də  xüsusi  mülkiyyətin  cəmiyyətdə  rolu 
azalar. 
Əxlaqi  meyllər  şəxsiyyətin  mənəvi  mahiyyətini  bildirən 
terminlərindən  biridir  (əqidə,  hisslər,  vərdişlərlə  yanaşı);  bu, 
məcburiyyət  olmadan  insanın  daxili  tələbatından  irəli  gələn 
əxlaqi  hərəkətləri  görmək  psixoloji  bacarığıdır.  Bunu  insan 
borc  naminə  yox,  öz  arzusuna  və  istəyinə  uyğun  edir,  çünki 
əxlaqi  tələbin  yerinə  yetirilmək  arzusu  artıq  onun  daxili 
tələbatına çevrilir. Əxlaqi meyllər insanda real həyatda, öz borc 
və  vəzifələrini  yerinə  yetirdiyi  zaman  əmələ  gəlir.  Əxlaqi 
meyllərin  reallaşması  psixoloji  mexanizmi  əxlaqi  hisslərə  və 
vərdişlərə  çox  yaxındır.  İnsanda  bunların  aşılanması  əxlaqi 
azadlığın vacib şərtidir. 
  Minnətdarlıq hissi insanın nə vaxtsa başqa insan, qrup, 
təşkilat  tərəfindən  ona  qarşı  görülən  yaxşılığa  görə  qarşılıqlı 
şəkildə  cavab  olaraq  yaxşılıqla  cavab  verməyə  hazır  olması 
deməkdir. “Yaxşılığa yaxşılıq hər adamın işidir” kəlamı da onu 
təsdiqləyir ki, bu prinsip hələ qədim dövrdə yaranmış və indiyə 


295 
 
qədər  özünü  bildirməkdədir.  Minnətdar  olmaq  hissi  müasir 
cəmiyyətdə ədalət prinsipi ilə sıx bağlıdır. 
 
10.2.Müasir cəmiyyətdə əxlaqi praktika 
 
Müasir  cəmiyyət  sosioloji  mənada  ümumiyyətlə  əhali 
sayına, hakimiyyət növünə yox, maraq və həmrəyliyə əsaslanan 
təşkilat  növü  kimi  qiymətləndirilməlidir.  Bu  cəmiyyət 
Avropada  XVIII  əsrin  axırlarında  “ali  təbəqə”,  seçmə 
adamlardan  ibarət  “əsilzadələr  cəmiyyəti”  kimi  yaranmış, 
sonradan  isə  tədricən  digər  regionlara  da  yayılmağa 
başlamışdır.  Bu  cəmiyyətin  yaranması  ənənəvi  silk  və 
təbəqələrdən  ibarət  olan  qapalı  sosiumdan  kütləvi,  social 
mobilliyə  əsaslanan,  uğurları  asan  əldə  edən  cəmiyyətə  doğru 
irəliləmişdir.  Keçmişdə  insanlar  ilk  növbədə  hökmranlıq 
strukturları şəklində birləşib (patriarxal, patrimonial səltənətlər, 
icma və ya feodal hərbi ittifaqlar, imperiyalar) yaşayırdılar. Indi 
isə  biz  əsasən  mədəniyyətin  növü  və  dövlət  strukturu  ilə 
fərqlənən cəmiyyətlərdə yaşayırıq. 
  Cəmiyyətin yaranması ənənəvi qaydaların pozulması ilə 
xarakterizə  olunur  (əvvəlki  orta  əsrlərin  varlığı,  metafizik 
bütövü).  Bu  pozulma  isə  insanın  digərləri  ilə  sərbəst  qarşılıqlı 
fəaliyyətdə  olan  bir  fərd  haqqında  təsəvvürlərin  yaranması  ilə 
başlayır.  Bu  ideya  XVII  əsrin  sonunda  mütləqiyyət 
özbaşınalığın  məhdudlaşdırılması  problematikası  şəklində 
formalaşır:  hökmdarların  ənənəvi  nüfuzu  parçalanır,  bunun 
sərhədləri  məhdudlaşdırılır  (“nə  zaman  xeyirxah  iradeyi-üsul 
despotiyaya  çevrilir?”  sualına  cavabın  axtarılması).  Həmin 
dövrdə  Şarl  Monteskye  və  Con  Lokk  hakimiyyət  bölgüsü 
ideyasını  irəli  sürmüş  və  onun  məhdudlaşdırılması  və 
idarəedilməsi  məsələsi  üzərində  düşünmüşlər:  birinin 
əhəmiyyəti,  gücü  və  yaxud  nüfuzu  (taxt-tacın,  kilsənin, 
imperatorun,  sexlərin,  silklərin  və  s.)  digər  subyektlərin  təsiri 
və fəaliyyəti ilə məhdudlaşdırılır. 


296 
 
  Bu  yolla  əxlaq  ideyası  meydana  gəlir  –  adi  davranış 
qaydaları  yox  (yəni  hamı  tərəfindən  qəbul  olunmuş  adət  və 
ənənələr),  fərdin  öz  həyatına,  öz  həmvətənlərin  həyatına  və 
daimi  sosial  nizama  görə  məsuliyyətli  olması  ideyası.  Həmin 
ideya  kənardan  gətirilməmiş,  nə  də  ki,  ilahi  iradə  tərəfindən 
müəyyən  edilməmişdir.  Bu,  elə  bir  pozitiv  nizamdır  ki, 
insanların  qarşılıqlı  fəaliyyəti  üzərində  qurulur,  müqavilə 
xarakteri daşıyır, konvensional, razılaşdırılmış, hamı tərəfindən 
dəstəklənəndir. 
  Bu  proses  uzun  sürən  və  mürəkkəbdir.  Məhz  həmin 
dövrdə  zamanın  müxtəlif  növləri  barədə,  yəni  nəinki  tsiklik 
(dairəvi,  qayıdan)  –  illik,  yubiley  ildönümünə  aid,  dini 
mahiyyətli  (müxtəlif  bayramlar  və  ibadətlərlə  ifadə  olunan)  – 
həm  də  zamanın  yenicə  yaranmaqda  olan  xətti,  yəni 
istiqamətlənmiş,  bərabər  paylanmış,  kifayət  baxımından 
ölçülməyən, formal şəkildə ölçülə bilən “ox” mahiyyətli olması 
barədə söhbət gedir. Məhz bu zaman bizim üçün təbii və vərdiş 
etdiyimiz  kimi  görünür.  Bir  çox  münasibətlər  sırasında 
cəmiyyəti  səfərbər  etmək,  insan  həyatını  nizamlamaq 
baxımından  əxlaqi  münasibətlərin  rolu  və  əhəmiyyəti  olduqca 
böyükdür. 
Əxlaqi münasibətlər ictimai münasibətlərin xüsusi növü 
olaraq  insanlar  arasında  əxlaqi  fəaliyyət  prosesində  yaranır. 
Əxlaqi  münasibətlər  öz  məzmununa,  formasına,  ictimai  əlaqə 
üsullarına  görə  fərqlənir.  Əxlaqi  münasibətlər  həyat 
fəaliyyətinin  bütün  sahələrində  formalaşır  və  ifadə  olunur. 
Bunlar  üzərində  əməyə  münasibət,  həmrəylik,  peşə  etikası, 
əməyin  mənəvi  tərəfi,  ailə-məişət  etikası,  sevgi,  dostluq, 
minnətdar  olmaq  hissi  və  s.  qurulur.  Əxlaqi  münasibətlərə 
etiket də daxildir. Əxlaqi münasibətlərin formaları insana qarşı 
qoyulan  əxlaqi  tələblərdən  asılı  olaraq  inkişaf  edir.  Ola  bilsin 
ki,  bu  konkret  şəraitdə  fərd  tərəfindən  ona  verilən  tapşırığa 
əməl  edilməsidir,  ya  da  ki,  kollektiv  hərəkətin  həyata 
keçirilməsidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə