Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   110

297 
 
Burada  əxlaqi  normalar  əsas  rol  oynayır.  Əxlaqi 
münasibətlər  əsasında  əxlaqi  normalar  yaranır  ki,  insan 
bunların  vasitəsilə  məlum  əxlaqi  keyfiyyətləri  özündə 
formalaşdıra  bilir,  həyat  tərzini  qurur,  davranış  istiqamətini 
seçir.  Aydındır  ki,  burada  həm  də  daha  ümumi  əxlaqi 
prinsiplərə riayət etmək lazımdır ki, bütövlükdə öz fəaliyyətini 
hər  hansı  bir  ali  məqsədə,  cəmiyyətin  təkmilləşdirilməsinə, 
əxlaqi kamilliyə doğru istiqamətləndirsin.  
Fərdin  cəmiyyətə  münasibətindən  və  cəmiyyətin  ona 
qarşı irəli sürülən tələblərindən asılı olaraq əxlaqi münasibətlər 
də  fərqli  şəkildə  qurulur.  Digər  tərəfdən  bu  tələblər  əxlaqi 
münasibətlərin  xüsusi  formalarında  ifadə  olunur  (borc, 
məsuliyyət, ləyaqət, namus, vicdan və s.). Bunların hər birində 
insanın  əxlaqi  fəaliyyətində  özünə  qarşı  olan  əxlaqi  nəzarətin 
dərəcəsi  və  üsulu  ifadə  olunur.  Digər  tərəfdən,  insanlar  bir-
birilə  müxtəlif  əlaqələr  yaradır,  ümumi  ictimai  intizama  tabe 
olur,  adət-ənənələrə  riayət  edir,  qarşılıqlı  şəkildə  öz 
hərəkətlərinə  qiymət  verir  (sanksiya),  öz  əxlaqi  nüfuzu  ilə 
ətrafdakılara  təsir  edir,  bir-birilə  rəqabətə  girir,  kütləvi 
hərəkatlarda iştirak edir və s. 
Bütün  qeyd  edilən  hallarda  əxlaqi  münasibətlərdə  iki 
tərəf – subyekt və obyekt iştirak edir, amma daima öz yerlərini 
dəyişmək  şərtilə.  Məsələn,  əgər  kiminsə  cəmiyyət  və  digər 
insanlar  qarşısında  müəyyən  vəzifələri  varsa,  onda  o,  subyekt 
kimi  çıxış  edir,  cəmiyyət  və  digər  insanlar  isə  onun  əxlaqi 
məsuliyyətinin obyektləridir. Eyni zamanda həmin insan özü də 
obyekt  rolunu  oynaya  bilər  və  s.  Əxlaqi  münasibətlər  inkişaf 
etdikcə, əxlaqi tələblər hər bir insanın əqidəsinə çevrilir, onun 
tərəfindən  fəal  şəkildə  həyata  keçirilir.  İnsanın  şüurluluğu, 
özünüdərki  nə  qədər  yüksək  olsa,  o,  bir  o  qədər  tez  müstəqil 
fəaliyyət göstərə biləcək subyektə çevrilir.  
Əməl,  hərəkətdən  fərqli  olaraq,  cəmiyyətdə  formalaşan 
əxlaqi  münasibətlər  sistemində,  əxlaqi  şüur  baxımından 
qiymətləndirilir. Bəzən “əməl” və “hərəkət” sözləri sinonimlər 


298 
 
kimi  istifadə  olunur.  Əxlaqi  əməl  hərəkətin  özündən,  ondan 
əvvəlki  əxlaqi  şüurun  hərəkətindən  –  yəni  təhriketmə,  motiv, 
meyl, seçim, qərardan əxlaqi şüurun sonrakı hərəkətindən – öz 
əməlinin  insan  tərəfindən  qiymətləndirilməsindən  və  ətrafda 
olan digər insanların bu qiymətə münasibətindən ibarətdir.  
  Qeyd  edilən  bu  elementlər  əxlaqi  borca  daxildir:  insan 
həmin  borcun  tələblərinə  uyğun  olaraq  hərəkət  edir,  nəticə 
etibarilə  əməlin  qiymətləndirilməsində  bunların  hamısı  nəzərə 
alınır  (nə  üçün,  nəyin  naminə  və  s.).  İnsan  əxlaqi  əməlləri 
təkrarən yerinə yetirdikcə onlara vərdiş edir. 
Əxlaqi  fəaliyyət  etik  kateqoriyadır.  Əxlaqi  fəaliyyətin 
əsasında  xüsusi  əxlaqi  motivlər  durur:  yaxşılıq  etmək  arzusu, 
borc hissinə riayət etmək, tabe olmaq, müəyyən idealları həyata 
keçirmək.  Davranış  insan  əməllərinin  cəmini  əhatə  edirsə, 
əxlaqi fəaliyyət zamanı yalnız müəyyən əxlaqi vəzifələrə uyğun 
görülən  əməllər  nəzərdə  tutulur.  Məlumdur  ki,  əxlaqi 
təsəvvürlər insanları sosial mühitdə istiqamətləndirir; bu zaman 
əsas şərtlərdən biri reallığı olduğu kimi inikas etməkdir. Əxlaqi 
motivlərin zəmini müxtəlif ola bilər. 
Əxlaqi  hərəkət  elə  bir  haldır  ki,  bunun  reallaşması 
nəticəsində  müəyyən  ictimai  əhəmiyyətli  hadisə  baş  verir. 
Həmin  əməlin  müsbət  və  yaxud  mənfi  əxlaqi  dəyəri 
(əhəmiyyəti)  var:  buna  əxlaqi  qiymət  demək  olar.  Həmin 
hərəkətinə  görə  insan  əxlaqi  məsuliyyət  daşıyır.  Sırf  fizioloji 
mahiyyətli  hərəkət  əxlaqi  məna  daşıya  bilməz.  Əxlaqi  hərəkət 
ictimai əhəmiyyətli sosial əməldir (kömək etmək, verilən sözü 
yerinə yetirmək, şücaət, yalan, oğurluq, xəyanət və s.) 
  Beləliklə, 
əxlaqi  hərəkətin  sosial  tərəfi  onun 
məzmununu  təşkil  edir  və  qiymətləndirir.  Əxlaqi  hərəkət 
məcburi  və  yaxud  təsadüfi  xarakter  daşıyırsa,  nəzərə  alınmır. 
Bəzən elə vəziyyət yaranır ki, insan öz ictimai vəzifəsini yerinə 
yetirmək  üçün  canını  qurban  verməli  olur.  Əxlaqi  hərəkətin 
aşağıdakı  mərhələləri  var:  məqsəd,  məqsədə  nail  olmaq  üçün 


299 
 
vasitələr,  məqsədə  uyğun  nəticənin  əldə  edilməsi.  Hər  bir 
mənəvi hərəkətə qiymət verilir. 
Əxlaqi  davranış  –  daimi  və  yaxud  dəyişən,  uzun  dövrü 
əhatə  edən  bir  şəraitdə  insanın  əməl  etdiyi  əxlaqi  məzmunlu 
hərəkətlər  məcmusu  deməkdir.  Əxlaqi  fəaliyyət  insanın 
gördüyü  məqsədyönlü  və  əxlaqi  cəhətdən  əsaslandırılmış 
hərəkətləridirsə,  əxlaqi  davranış  insanın  bütün  hərəkətlərini 
əhatə  edir:  bu  hərəkətlərə  əxlaqi  qiymət  vermək  olar 
(düşünülmüş  olub  olmamasından  asılı  olmayaraq).  Adətlərdən 
fərqli  olaraq  (burada  müxtəlif  şəxslərin  oxşar  hərəkətləri 
nəzərdə  tutulur),  əxlaqi  davranış  bir  insanın  müxtəlif 
hərəkətlərini  əhatə  edir.  Davranış  istiqaməti  insanın 
hərəkərlərində  müəyyən  nizamın  olmasını  bildirir,  burada 
xüsusiyyətləri vurğulayır. 
  Əxlaqi 
davranış  insanın  (kollektivin,  təşkilatın, 
kütlənin)  müxtəlif  hərəkətlərini  əhatə  edərək,  əxlaqi 
xüsusiyyətin cizgiləri və tərəflərini ifadə edir. Davranış xətti isə 
ayrı-ayrı  hərəkətlərin  nisbətən  uyğunluğunu,  uzlaşmasını 
göstərir.  Əxlaqi  davranış  insanın  mənəvi  aləminin  obyektin 
göstəricisi  olaraq,  onun  əxlaqi  keyfiyyətlərini,  hərəkət 
motivlərini  bildirir.  Burada  motivasiya,  hərəkətlər,  əməllər 
vahid bir sistemdə çıxış edir. 
  Hərəkətlərin 
motivlərində 
(yönümlər, 
istiqamətlənmələr)  insanın  dünyagörüşü,  daxili  mənəvi  və 
emosional  aləmi  öz  ifadəsini  tapır.  İnsanın  əməllərinə, 
hərəkətlərinə  görə  ona  qiymət  verilir,  çünki  həmin  əməllərin 
daxili “təhrikedici” qüvvələri arzular, istəklər və meyllərdir. 
İbadət,  ritual (ritualis  – latınca “ibadət” deməkdir) adət 
və yaxud ənənənin bir növüdür. Bu xüsusi olaraq formalaşmış 
və  yaxud  tədricən  əmələ  gəlmiş  davranış  normasıdır;  burada 
əməllərə  ciddi  şəkildə  riayət  olunur,  onlar  vasitəsilə  ictimai 
faydanı bilavasitə izləmək olmur, çünki rəmzi xarakter daşıyır. 
İbadət  nümayişkar  mahiyyətli  rəmzi  hərəkətlərdir  ki,  çox  vaxt 
təntənəli bir şəraitdə həyata keçirilir, insanlarda müəyyən sosial 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə