Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   110

300 
 
hisslər  yaradır  (məsələn,  hakimiyyət,  verilən  sözə  əməl 
olunması,  yaradılan  və  ya  artıq  mövcud  olan  münasibətlərin 
dəyişilməz olaraq qalması haqqında və s.). 
  İbadət  dində  daha  çox  yayılmışdır,  ibadət  vasitəsilə 
burada  dini  etiqad  və  inamın  möhkəmləndirilməsi  məqsədi 
gözlənilir.  İbadət  vasitəsilə  ictimai  tərbiyə  həyata  keçirilir, 
əqidə, dəyərlər, ictimai stereotiplər formalaşır. 
Ənənə  adətin  bir  forması  olaraq  insanların  əvvəlki 
nəsillərdən  miras  qalan  davranış  formalarının  dəyişilməz 
saxlanılmasına  yönəldilmiş  şeyləri  bildirir.  Həmin  davranış 
formaları olduqca dayanıqlıdır. Ənənə üçün aşağıdakı əlamətlər 
səciyyəvidir:  əvvəlki  həyatın,  onun  keçmişin  mədəni  irsin 
olduğunu  nəzərə  alaraq  qorunması;  davranışın  nəinki 
məzmununa,  həm  də  formasına  xüsusi  diqqətin  verilməsi 
nəticəsində  davranışın  xarici  forması  xüsusi  olaraq  sabit  qalır. 
O  zaman  ki  həmin  forma  məzmuna  üstün  gəlməyə  başlayır, 
ənənə  ibadətə,  rituala  çevrilir.  Cəmiyyətdə,  hər  hansı  bir 
kollektivdə əmələ gəlmiş ənənələr, bu kollektivin fəaliyyətinin 
obyektiv şəraitini əks etdirərək ictimai həyatda varisliyi bildirir 
və burada ən davamlı tərəflərini özündə əks etdirməyə başlayır. 
  Nə  qədər  ki,  milli,  mədəni,  məişət,  bəzən  də  ictimai-
siyasi ənənələr tarixi tələbatlara cavab verir, onlar mütərəqqi rol 
oynamağını davam edirlər. Əks təqdirdə cəmiyyətin inkişafının 
tormozuna çevrilirlər. 
Adət  ictimai  intizamın  bir  növü,  müəyyən  şəraitdə 
təkrarlanan  tarixən  formalaşmış  cəmiyyətdə  və  yaxud 
kollektivdə qəbul  olunmuş hərəkət  formasıdır. Sosial həyat  nə 
qədər  mürəkkəb  və  rəngarəng  olursa  və  təkrarlanırsa,  bir  o 
qədər  insanlardan  oxşar  hərəkətlər  tələb  olunur.  Misal  üçün, 
əmək fəaliyyətində iqlim, ilin fəsli və digər amillərlə bağlı olan 
iş  fəndləri  və  üsulları,  ictimai-siyasi  həyat,  ailə-məişət 
fəaliyyəti sahəsi, dini ibadətlər və s. adət şəklində özünü ifadə 
edir.  Adət  vasitəsilə  hər  bir  insan,  fərd  ictimai  təlim-tərbiyə 
yolu  ilə  kütləvi  hərəkətləri  mənimsəyir;  nəsildən  –  nəsilə 


301 
 
ötürülən  adətlər  insan  cəmiyyətində  varislik  ənənəsini  yaradır, 
onun bütövlüyünü təmin edir. Adət kortəbii yaranır, burada heç 
bir  təlimat,  rəsmi  göstəriş  məqbul  sayılmır.  Əxlaqi 
münasibətlər  əsasında  formalaşan  adətlər  davranış  qaydaları 
kimi  yaşayır  (bunlara  bəzən  vərdiş  də  deyirlər).  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  hamı  tərəfindən  qəbul  olunmuş  qaydalarla 
yanaşı  həyatda  fövqəladə  hallar  da  olur  ki,  burada  qeyri-adi 
hərəkət və yaxud əməl tələb olunur (qəhrəmanlıq, şücaət və s.). 
Əxlaqi  ideal  da  adi  tələblərdən  fərqli  olaraq  daha  ümumi  və 
üstün  gələcəyə  istiqamətlənir  və  mütərəqqi  xarakter  daşıyır. 
Adətlər  isə  yalnız  hal-hazırda  qəbul  olunmuş  davranış 
formalarını əhatə edir. Adətlər həyat fəaliyyəti sahələri ilə bağlı 
olduğu üçün cəmiyyət üzvlərinin həyatını daha mütəşəkkil edir. 
Cəmiyyət inkişaf etdikcə köhnə adət-ənənələr öz yerini yenilərə 
verirlər. 
Motiv  insanın  həyata  keçirmək  istədiyi  əmələ  olan 
subyektiv  münasibətdir.  Əgər  niyyət  insanın  etmək  istədiyini 
müəyyən  edirsə,  motiv  nəyin  naminə,  hansı  (əxlaqlı  və  yaxud 
əxlaqa  zidd)  məqsədlərə  görə  hərəkətə  əməl  olunur?  suala 
cavab  verir.  Əxlaqi  fikir  tarixində  motiv  anlayışı  ilə  bağlı  iki 
problem araşdırılırdı: mənəviyyatda insan davranışında motivin 
rolu,  hansı  motivlərə  əsasən  insan  hərəkət  edir,  daha  çox  nə 
vacibdir  –  motiv  və  yaxud  onun  əsasında  görülən  əməl? 
Motivin əxlaqi məzmunu da əhəmiyyətli idi.  
Etika  tarixində  bu  problemləri  müxtəlif  şəkildə  həll 
etməyə  çalışırdılar.  Məsələn,  M.Lüter  hesab  edirdi  ki,  əməldə 
əsasən motiv vacibdir. Digərləri isə düşünürdülər ki, motivin o 
qədər  əhəmiyyəti  yoxdur,  əsas  məsələ  hərəkətin  özüdür. 
Konsekvensial  etika  nümayəndələri  hesab  edirlər  ki,  əxlaqın 
tələb  etdiyi  nəticələrə  nail  olma  arzusu  həm  də  insanın 
subyektiv  məqsədi  olmalıdır.  Bunu  gedonizm,  evdemonizm, 
utilitarizm, 
eqoizm 
nəzəriyyələrinin 
nümayəndələri 
düşünürdülər. İkinci məsələ ilə bağlı etika tarixində vahid fikir 
yox  idi.  Burada  əhəmiyyətli  olan  mənəviyyatın  təbiəti  və 


302 
 
məqsədi  sayılırdı.  Əxlaq  motiv  kimi  həzalmaya  meyl, 
“dərindən”  başa  düşülən  fərdi  maraqlar,  Allaha  ibadət  etmə, 
cildin məhdudlaşdırılması (asketizm), “qəti hökmə” tabe olması 
və s. götürülürdü.  
Tez-tez  bir-birinə  qarşı  yaxşılığın  (insanın  yaxşılığa 
meyli)  və  “borc  əxlaqı”  (insanın  əxlaqi  qanuna  tabe  olması 
(formalizm,  deontologiya)  anlayışları  qoyulur.  Lakin  demək 
lazımdır  ki,  əxlaqın  tələbləri  müəyyən  sosial  tələblərdən  irəli 
gəlir.  Bu  mənada  insan  əməli  daha  əhəmiyyətlidir.  Bununla 
belə,  həmin  hərəkətin  əsasında  duran  əxlaqi  məqsəd  də 
vacibdir,  çünki  əxlaq  insan  davranışını  daha  çox  ayrılıqda 
götürülmüş  hər  bir  kəsin  fərdi  şüuruna  təsir  etməklə 
tənzimləyir.  Əgər  insan  hər  hansı  bir  hərəkəti  əxlaqi  motivə 
əsasən  yox,  qorxduğuna,  bəlkə  də  müəyyən  eqoizminə, 
şöhrətpərəstliyinə və s. görə edirsə, onda həmin adam başqa bir 
şəraitdə  ola  bilsin  ki,  qeyrətsiz  bir  hərəkət  etsin.  Motivin 
əsasında ilk növbədə əqidə, şüurluluq, prinsipiallıq durmalıdır. 
Maraq insanın tələbatına aid obyektə olan məqsədyönlü, 
istiqamətlənmiş  münasibətdir.  Maraq  insanın 
yaşayış 
şəraitindən  asılılı  olaraq  formalaşır.  Burada  insanın  yaşaması 
üçün  zəruri  olan  müəyyən  əşyaların  predmet  və  proseslərin 
olması  tələbi  öz  əksini  tapır.  Maraq  öz  ifadəsini  insanın 
məqsədyönlü fəaliyyətində tapır: bu yolla o, öz maraqlarına aid 
predmetləri  istehsal  edir  və  mənimsəyir.  Maraq  özünü 
təhrikedici 
impulsda 
(təkanda), 
öz 
hərəkətlərini 
istiqamətləndirən  meyldə  ifadə  edir;  bu  zaman  o,  motiv 
məramını  şüurlu  şəkildə  qarşıya  qoyulmuş  məqsəd  kimi  ifadə 
edir.  
  Məlumdur  ki,  maraq  böyük  sosial  qrupların  ayrı-ayrı 
insanların  fəaliyyətində  hərəkətverici  qüvvə  rolunu  oynayır. 
Maraqlar şəxsi və ictimai olur, burada insanlar arasında yaranan 
ictimai münasibətlər öz ifadəsini tapır. Etika elmində maraq ilk 
növbədə  “borc”  anlayışı  nisbətində  öyrənilir.  Cəmiyyətdə 
ictimai  və  şəxsi  maraqlar  daima  bir-birinə  zidd  gəldiyi  üçün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə