Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   110

303 
 
münaqişəli  vəziyyətlər  yaranır;  qrup  maraqlarının  toqquşması 
da buraya aiddir. Maraq və borcun nisbətini müxtəlif cürə başa 
düşürlər.  Bəzi  tədqiqatçılar  əxlaqi  borcu  şəxsi  maraqla 
məhdudlaşdırmağa  çalışırdılar  –  “ağıllı”  (eqoizm  nəzəriyyəsi, 
evdemonizm,  gedonizm). Kant  göstərirdi  ki,  insan öz borcunu 
öz  şəxsi  maraqlarını  tapdalayaraq  yerinə  yetirə  bilər  (“qəti 
imperativ”). 
  Yəqin  ki,  maraqlar  və  borc  arasında  yaranan 
zidiyyətlərin  kökü  fərdi  və  ictimai  maraqların  əksliyindədir. 
Müasir  etik  nəzəriyyələrindən  biri  elə  “maraqlar  nəzəriyyəsi” 
adlanır. Bu nəzəriyyə həm də aksiologiyaya aiddir. Burada ətraf 
aləmin  hadisələrinin,  o  cümlədən  xeyir  və  şərin  əxlaqi 
dəyərliliyini  həmin  obyektə  istiqamətlənmiş  marağın  nəticəsi 
kimi qiymətləndirirlər. Maraqlar nəzəriyyəsi başqa cürə etikada 
naturalizmin ifadəsi kimi qiymətləndirilir. Öz məzmununa görə 
o,  bir  çox  hallarda  praqmatizm  nəzəriyyəsinə  yaxındır.  XX 
əsrin 20-ci illərində yaranmışdır. Başlıca nümayəndələri (AbŞ-
da  R.Perri,  C.Porker,  İngiltərədə  F.Tennant)  hesab  edirlər  ki, 
insan üçün bu və ya digər hadisə və yaxud predmetin dəyərliliyi 
onların  cəmiyyətdə  oynadığı  rol  ilə  yox,  insanın  onlara  olan 
subyektiv  münasibəti,  göstərdiyi  maraq  ilə  müəyyən  olunur. 
Marağın özü sırf psixoloji anlamda götürülür, yəni arzu, meyl, 
simpatiya,  sevgi,  hüsnrəğbət  və  onların  əksi  olan  hisslər  kimi 
(nifrət,  antipatiya  və  s.)  Maraqların  sosial  tərəfi  burada 
müəyyən dərəcədə nəzərə alınmır. 
  Bu 
nəzəriyyənin  davamçıları  mənəviyyatı  fərdi 
maraqların  qarşılıqlı  uzlaşdırılması  və  barışdırılması  kimi  başa 
düşürlər.  
Qisas  insana  keçmişdə  edilən  pisliyə  görə  görülən 
hərəkətə  deyilir.  Burada  “göz  gözün  əvəzi,  diş  dişin  əvəzidir” 
prinsipi  əsasdır.  İcma  cəmiyyətində  qisas  ictimai  əvəzin 
verilməsi  kimi  çıxış  edir  və  ədalətlilik  anlayışının  primitiv 
forması ilə bağlı idi. Dövlət yaranandan sonra əvəzvermə, yəni 
cəzalandırma  funksiyası  ona  keçdi.  Burada  qisas  fərdi  hərəkət 


304 
 
olaraq  ictimai  qınağı  və  cəzalandırmanı  əvəz  etməyə  başladı. 
Bəzən  qisas  nəinki  pislik  edənə,  həm  də  onun  yaxınları  və 
əzizlərinə qarşı da əsas kimi götürülürdü. 
  Qisas alma  adəti dinlərdə, o  cümlədən, xristian dinində 
məqbuledilməz  hesab  edilir.  Qisas  əvəzinə  xristanlıq  sevgini, 
dözümlülüyü, itaəti təklif edirdi. Tarix boyu qisasalma insanlar 
tərəfindən  öz  maraq  və  mənafeyini  müdafiə  etmək  məqsədilə 
tətbiq olunurdu. İndi şəxsi qisasın hüquqi bazası yoxdur.  
 
10.3. Sosial nəzarət formaları 
 
Əxlaqi  tələblər  ümumbəşəri  xarakter  daşıdığı  üçün 
əxlaqi  münaqişənin  düzgün  həlli  də  xüsusinin  ümumiyə  tabe 
etdirilməsi  kimi  başa  düşülürdü.  Bunula  belə  aydındır  ki,  ən 
ümumi  hallar  da  tarixi  xarakter  daşıyır,  qabaqcadan  məlum 
olmur,  əxlaqi  tələblər  tədricən  formalaşır,  burada  çoxlu 
ziddiyyətlər  var  və  dəyişikliklər  baş  verir.  Deməli,  əxlaqi 
münaqişələrin  həllində  bir  sıra  çətinliklər  var.  Çox  nadir 
hallarda olur ki, insan nə etməli olduğunu bilir, bununla belə o, 
öz əvvəlki vərdişlərini, özəl maraqlarını və əqidəsini tapdalaya 
bilmir, ətrafdakı adamların iradəsinə qarşı çıxa bilmir və s. 
  Aydındır  ki,  əxlaqi  münaqişədə  insan  müəyyən  bir 
məcburiyyət  qarşısında  qalır.  Lakin  bu,  məsələnin  yalnız  bir 
tərəfidir.  Çox  vaxt  bu  münaqişənin  həllində  onun  istirakçıları 
şəraiti,  vəziyyəti  və  əsil  əxlaqi  tələbin  mahiyyətini  dərk  edə 
bilmirlər.  Məhz  buna  görə  ekzistensialistlər  insan  nəslinin 
ölümə düçar olmasından danışırdılar. Bundan başqa, məlumdur 
ki, çətin qərarın qəbul edilməsi bəzən müəyyən sosial – mənəvi 
boşluq  şəraitində  həyata  keçirilir.  Insan  öz  əqidəsindən  çətin 
dönür,  burada  sosial  mühit  və  tarixi  şəraitin  də  böyük 
əhəmiyyəti var. 
Mikafatlandırma  və  cəzalandırma  cəmiyyət  üzərində 
sosial  nəzarət  forması  olaraq,  eyni  zamanda  əxlaqi  məzmuna 
malikdirlər.  Bunların  əxlaqi  əhəmiyyəti  ondan  ibarətdir  ki, 


305 
 
cəmiyyət onları həyata keçirərkən insanlara, onların hərəkətinə 
münasibətin  necə  olmasını  işarələyir.  Əxlaqi  hərəkət  insanda 
daxili  məmnunluq  hissini  yaşadır  (məsələn,  insan  özü-özü  ilə 
fəxr edə bilər, öz ləyaqətini qoruya bilər və s.), amoral, əxlaqsız 
hərəkət  isə insanı vicdan əzabına məhkum edir (cəzalandırma, 
əvəzverilmə qorxusu və s.). 
  Bu  cür  daxili  təəssüratlanmalar  əxlaq  üçün  ona  görə 
əhəmiyyətlidir ki, onlar özünün əslində əxlaqi özünənəzarət və 
özünüqiymətləndirmə  kimi  psixoloji  səviyyədə  ifadə  edir. 
Beləliklə,  cəzalandırma  və  qiymətləndirmə  cəmiyyətin 
şəxsiyyətə,  fərdə  mənəvi  təsir  vasitəsi  olaraq  həm  də  görülən 
əməllərin qiymətləndirməsi (müsbət, mənfi) deməkdir. 
  İntizam  cəmiyyətdə  davranış  formalarını  tənzimləyən 
xüsusi  ictimai  münasibətlərdir.  Bu  zaman  kollektiv  daxilində 
fəaliyyət  uyğunlaşdırılır,  insanlar  qəbul  olunmuş  hüquqi, 
əxlaqi,  siyasi,  estetik  və  s.  qaydalara  riayət  edirlər.  İntizam 
insanların  gündəlik  davranışı  üzərində  bir  növ  nəzarətdir. 
İntizam  cəmiyyətin  yaşadığı  tarixi  mərhələsini  özündə  əks 
etdirir.  İctimai  intizam  formaları  müxtəlif  olur  –  dövlət 
tərəfindən  zor  tətbiqindən  ictimai  rəyə  qədər.  İntizama  adət-
ənənə, ictimai vərdişlər, zövq, nüfuz da aiddir (bəzən nüfuzdan 
dövlət və ictimai təşkilatları, ayrı-ayrı ictimai xadimlər istifadə 
edirlər).  İctimai  tərbiyəyə  müxtəlif  təşviqat  və  məcburetmə 
formaları da aiddir. Bütövlükdə əxlaq kimi, ictimai intizam da 
tarixi  xarakter  daşıyır.  Qədim  cəmiyyətdə  vərdişlər,  adət-
ənənələr,  qəbilə  başçısının  nüfuzu  güclü  idi.  Quldarlıq  və 
feodalizm  cəmiyyətlərində  qeyri-iqtisadi  məcburetmənin  rolu 
böyük idi. Müasir cəmiyyətdə intizamın formalaşmasına əsasən 
iqtisadi məcburetmə mühüm təsir göstərir.  
Əxlaqi  sanksiya  (cəza)  (latınca  “sanctio”  yenilməz 
qanun  deməkdir)  insan  hərəkətlərinə  və  yaxud  ictimai 
hadisələrə qarşı olan əxlaqi tələblərin təsdiqi deməkdir. Hər bir 
insana  olan  tələblərə  riayət  edilməsini  təmin  etmək  üçün 
cəmiyyət  müxtəlif  sanksiyaları  tətbiq  edir:  iqtisadi  (maddi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə