68
çıxış edir. Bu dövrdə rasionalist etikasının müxtəlif variantları
formalaşır.
3.3. Makiavelli. Spinozanın etik ideyaları
Nikkolo Makiavelli (1469-1527) öz siyasət fəlsəfəsində
insan cəmiyyətinin, dövlətin, əxlaqın yaranmasını hadisələrin
təbii gedişatı ilə izah edir; hakimiyyət də, əxlaq da insanların
sosial həyatının inkişafı nəticəsində, təbiətin yad qüvvələrindən
müdafıə olunmaq tələbatından irəli gəlir. Makiavellinin
fikrincə,
din,
ictimai
hadisə
olaraq,
dövlətin
möhkəmləndirilməsində ideologiya rolunu oynamalıdır.
Bununla belə, siyasət-insan fəaliyyətinin tam müstəqil
sahəsidir, onun öz məqsəd və qanunları vardır. Əxlaqi ideyalar
da siyasətin məqsədlərinə uyğun olmalı və onun tələblərinə
cavab verməlidirlər. Siyasi fəaliyyətin yeganə meyarı -
məqsədə nail olmaq, fayda verməkdir.
Ümumiyyətlə, dövlətin möhkəmləndirilməsinə nail
olmaq üçün istənilən vasitəyə əl atmaq olar, o cümlədən yalana,
hiyləyə və hətta zorakılığa da. İdeal dövlət və ideal hökmdar
olmur; reallıq, həqiqət -acıdır, xeyirxahlığı təbliğ etmək,
xeyirxah olmaq ölümə bərabərdir. Hökmdar «xeyirxahlıqdan
mümkün qədər uzaqlaşmamalı, amma yeri gələndə şər yoluna
də qədəm basmalıdır;» «məqsəd vasitələrə bəraət qazandırır».
Əlbəttə, söhbət şəxsi məqsəddən yox, ümumxalq,
ümumdövlət məqsədindən gedir. Dövlətin mənafeyi - xalqın
mənafeyidir. Xalq öz mənafe və azadlığını qoruyub
saxlamalıdır. Cəmiyyətin sinfı bölgüsü müxtəlif maraq və
mənafelərin toqquşmasına gətirib çıxarır. Dövlətin idarəetmə
strukturları öz siyasətində bunu nəzərə almalıdır. Makiavelli ilk
dəfə olaraq siyasi problemləri din və əxlaqdan fərqləndirirdi.
Spinoza Benegikt (1632-1677) Hollandiyalı filosof
olaraq
öz əxlaqi təliminin əsas vəzifəsini əbədi, zəruri qanunlar
əsasında hərəkət edən əbədi və sonsuz təbiət haqqında təlimə
69
əsaslanan nəzəriyyənin yaradılmasında görürdü. Bu qanunları
“moduslar” adlandıran Spinoza qeyd edirdi ki, maddi aləmin
bütün cisimləri və insanların ruhları əslində moduslardır. İnsan
bədənində cisim və düşünən ruh vahid mahiyyətdir, fərq
ondadır ki, biri sürəklilik baxımından, biri isə təfəkkür
səviyyəsində öyrənilir. Etik ideyaların işləyib hazırlanması
işində əsas şərti Spinoza insanın cismani proses və əlaqələrinin
ilkin tədqiqində görürdü. Spinoza hesab edirdi ki, psixoloji
metodlar mexanika və fizika metodlarına uyğun gəlir və psixi
həyatın bütün rəngarəngliyini iki əsasa şamil etmək olar: ağıl
(eynilə buna iradə demək olar) və ehtiraslar (affektlər). Bütün
ilkin affektlər (sevinc, peşimanlıq və şövq) və onlara
əsaslananlar əslində insanın öz varlığını hər bir şeylə təmin
etmək istəyi üzərində əmələ gəlir. İnsan xeyir və şərin əxlaqi
qanununu yox, özünüqoruma və şəxsi faydanı gözləmə istəyini
əsas tutur. Həmin istəklər insan qüdrəti kimi çıxış edən fəziləti
əsaslandırırlar. Spinoza azadlıq haqqında təlimini bu cür
naturalist əsasları üzərində qurmuşdur.
İnsan təbiəti affektlərdən asılıdır. Spinoza hesab edirdi
ki, iradə azadlığı insan davranışını əsaslandıran motivlərdən
asılı deyildi. Spinoza qeyd edirdi ki, azadlıq haqqında anlayış
əsla zərurət haqqında anlayışa zidd deyildir. Hər hansı bir
zərurən mövcud olan predmet və yaxud hadisə eyni zamanda
azad da ola bilər, əgər o, yalnız öz təbiyətinin zərurətindən irəli
gələrək mövcuddursa.
Bu mənada substansiya (təbiət və yaxud Allah) azaddır;
onun
mövcudluğu
yalnız
onun
öz
mahiyyəti
ilə
səciyyələndirilir. Bu mənada insan da azad ola bilər, çünki
müəyyən şəraitdə insan affektlərin inhisarından çıxa bilər. Nə
zaman ki, insan affekt haqqında aydın, anlaşıqlı təsəvvür əldə
edir, onda həmin affekt artıq passiv bir vəziyyət kimi çıxış
etmir. Spinoza göstərir ki, azadlıq dərk edilmiş zərurətdir, bu
zaman insan zəruri olanı haqqında tam aydın
təsəvvürlərə malik