146
həyatın idarə olunmasında zəka xüsusi imkanlara malikdir.
Düzgün düşüncə yolu məntiqdir. İctimai münasibətlərə, insanın
mənəvi aləminə xüsusi diqqət yetirən N.Tusi öz yaradıcılığında
ictimai həyatın bütün sahələrinə qiymət verməyə çalışmışdı.
Hər bir insan ünsiyyətə, cəmiyyətə möhtacdır. Təbii hüquq
baxımından insanlar öz təbii imkan və qüvvələrinə arxalanmalı
olur, amma nəticədə onlar arasında ziddiyyətlər artır, bu da
cəmiyyəti öz məhvinə doğru aparır. İctimai həmrəylik belə
halların
qarşısını
alır.
Xüsusi
razılaşma
əsasında
ziddiyyətlərdən, münaqişələrdən uzaqlaşmaq, əmin-amanlığa,
sülhə nail olmaq mümkün olacaqdır.
Cəmiyyətin siyasi-hüquqi əsasları kifayət qədər möhkəm
olmalıdır ki, insanlar düzgün mənəvi tərbiyə ala bilsin, özündə
yüksək əxlaqi keyfiyyətləri aşılasın. Sosial münasibətlər həm
də müəyyən ziddiyyətləri, bərabərsizliyi nəzərdə tutur.
Cəmiyyətin
tərəqqisi
sosial
münasibətlərin
ahəngdar
inkişafından əsaslı şəkildə asılıdır. Sosial qruplar, təbəqələr
arasında münaqişəli vəziyyətlərin azaldılması üçün insanlar bir-
birinin qədrini bilməli, hər kəs digərini özünə doğma və əziz
saymalıdır. Şah da rəiyyətini öz övladı istədiyi kimi sevməli,
xalq isə ona ataya olan məhəbbəti bəsləməlidir. Vətəndaşlar
arasında münasibətlər qardaş sevgisinin üzərində qurulmalıdır.
Tusi yaxşı başa düşürdü ki, belə münasibətlər ideal
səviyyədə mümkündür. Bununla belə cəmiyyət yüksək əxlaqi
normalara həmişə dəstək verməlidir ki, insanlar özlərinə layiq
ömür sürə bilsinlər. Cəmiyyətdə formalaşan ictimai
münasibətlərin xarakterindən asılı olaraq dövlət iki cürə ola
bilər: fəzilətli və fəzilətsiz. Birinci dövlət ideal xarakter daşyır,
belə idealı həyata keçirmək üçün hər bir vətəndaş özündə
yüksək əxlaqi keyfiyyətləri aşılamalıdır. İdealı dövlət dünyəvi
və dini əsaslar üzərində qurulur, dövlət başçısı isə dünyəvi və
dini rəmzidir. Belə dövlətin zəruri prinsipi hər bir kəsə qarşı
ədalətli olmaq tələbidir. Bu dövlətin başçısı maarifpərvər,
ədalətli şah olmalıdır. “Belə bir hökmdar olmaq üçün isə
147
insanda bir sıra xüsusiyyələr olmalıdır ki, o şər qüvvələtin
qarşısını alıb, xeyir işləri həyata keçirə bilsin. Tusi
hökmdarlarda, ölkə sahibi olmaq istəyənlərdə ən azı aşağıda
göstərilən yeddi xüsusiyyətin, yeddi xasiyyətin olmasını zəruri
hesab edir: “ağalıq, alicənablıq, mətinlik, tam əzm, səbr, var-
dövlətin olması, sadiq və əməlisaleh köməkçilər
1
.
Dövlətin əsas vəzifəsi xeyirli işlərlə məşğul olmaq, şər
işlərin qarşısını almaqdır, çünki şəri aradan qaldırmaq özü də
xeyrə səbəb olmaqdır.
Dövlətin əsas vəzifəsi xeyirli işlərlə məşğul olmaq, şər
işlərin qarşısını almaqdır, çünki şəri aradan qaldırmaq özü də
xeyrə səbəb olmaqdır. Şər isə özbaşına aradan getmək
istəmədiyi üçün zor işlətmək, cəza vermək məcburiyyəti
meydana çıxır. Tusi bu məsələlərə də geniş yer vermiş və
özünün yaxşı bir hüquqşünas olduğunu nümayiş etdirmişdir.
“Kim qarşılıqlı kömək və əməyə xor baxır, onu kiçik,
əhəmiyyətsiz bir şey hesab edirsə, həqiqətdə rəzil və xırda
adam o özüdür. Kim belə sədaqətli köməkçilərin tez
tapılacağını güman edirsə, bərk yanılır, çünki sədaqətli
adamları seçmək üçün insanları böyük imtahanlar, sınaqlar və
məhək daşlarından keçirmək lazım gəlir.
Mənim əqidəmə görə, məhəbbətin qüdrəti, qarşılıqlı
yardımın əzəməti böyük xəzinələrdən, cəmi dəfinələrdən,
şahların toplaya bildikləri tamam daş-qaş və cavahiratdan,
insanların tamahına səbəb ola biləcək bütün dənizlərin,
səhraların varidatından, sularından, torpağından, bitkisindən,
heyvanatından və başqa nemətlərindən daha üstündür...”
Tusi dostluq və sədaqəti qarşılıqlı əmək və yardım
bünövrəsi üzərində qurulan sarsılmaz, əzəmətli bir bina kimi
qiymətləndirdikdən sonra, filosofların sadiq dostluq haqqında
fikirlərini tutuşdurur, onların müsbət və mənfi cəhətlərini təhlil
edir, müxtəlif təbəqələrdən olan adamların dostluğundan
1
R.Sultanov. Nəsrəddin Tusi və onun “Əxlaqi-Nasiri” əsəri// N.Tusi
Əxlaqi-Nasir. B.:1980. Elm, 256 s. s.3-31
148
danışır, dost seçməkdə
ayıq olmağı, qərəzsiz, səmimi, sədaqətli
ürək dostları ilə, özlərini bunlara oxşar kimi göstərən söz
dostlarını bir-birindən ayırmağı təkidlə dönə-dönə təkrar edir
və bu işi bacaranları ən xoşbəxt adam adlandırır. Sonra dost
seçmək qayda-qanunlarının, seçdikdən sonra onu saxlaya
bilmək şərtlərinin şərhinə keçir. Dost seçiləcək adamları hər
yerdə, istər kiçik, istər böyük işlərdə, istər xoş, istər ağır
günlərdə, sakit və böhranlı anlarda, sözdə deyil, işdə sınaqdan
keçirməyi və heç bir şeyi unutmamağı məsləhət görür.
“Böyük yaradan sizin hamınıza xeyirli sənətlər, faydalı
kəramətlər, gözəl fəzilətlər qismət etsin, hərənizə öz
məqsədinizə çatmaq üçün böyük ehtiras və coşğunluq
versin”
1
.
Məhəmməd ibn Əbu Bəkr Təbrizi (1221-1262)
Azərbaycan fəlsəfəsi peripatetik məktəbinin nümayəndəsidir.
Onun yalnız bir əsəri - “Maymonidin “Şübhələnənlərin yol
göstəricisi” əsərinə təfsirlər” (əsər ərəb dilində yox, yəhudi
dilinin ivrit dialektinə tərcümə olunan şəklində bizim günlərə
gəlib çatmışdır
2
.
M.Təbrizi, bir çox digər ideyalarla yanaşı həm də
Maymonidin ruh, dərketmə haqqında olan fikirlərinə
münasibətini bildirməyə çalışmışdır. Ruh və intellekt
anlayışlarını o, Maymoniddən fərqli olaraq, bir-biri ilə
eyniləşdirmir: “ruh nə cismin, nə də ki, onun mövcudatının
səbəbi ola bilməz. Ruh cisimlərin ilk entelexiyası olaraq onların
kamilliyinə nail olmağa çalışır. Bu zaman ruhun duyğu,
qavrama, hərəkət kimi imkanlarından istifadə olunur. Ağıllı
ruhların ali qüvvəsi intellektdir”. Ağıllı ruhun özü maddi
aləmin ali pillələrinin inkişafı nəticəsidir.
Ruh dəyişilir, bunun səbəbi ilk növbədə onun tərəfindən
əldə edilən biliklərdir. Ruhun bir sıra xassələri də var ki, onlar
1
Sultanov R. Nəsirəddin Tusi və onun “Əxlaqi-Nasiri” əsəri // Tusi N.
Əxlaqi – Nasiri. B.: Elm, 1980, s.3-31, s. 28-29
2
История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с.
Dostları ilə paylaş: |