186
6.2. XX əsrin ayrı-ayrı tədqiqatçıları etika haqqında
Indi isə XX əsrin ayrı-ayrı tədqiqatçılarının etika
sahəsində yaradıcılığını gözdən keçirək.
Alman
filosofu
Eduard
Hartman
(1842-1906)
irrasionalizmin nümayəndəsi olaraq hesab edirdi ki, şüursuz
(bişüuri) mənəvi başlanğıc var və onun da iki xassəsi
fərqləndirilir: iradə və təsəvvürlər (ideyalar). Hər ikisi dünyanın
inkişaf gedişatını müəyyən edir. Bu mübarizə əslində insan
nəslinin dünya bütövü sistemində tutduğu mövqeyə, onun
müqəddəratına təsir edir. Bu mübarizənin təsiri həm də
insanların
düşüncə tərzində, onların davranışında özünü bildirir.
E.Hartmanın yaradıcılığına A.Şopenhayerin təsiri şübhəsizdir.
Hartmanın etik təsəvvürləri olduqca pessimistdir: şüursuz
başlanğıc dünyanı elə yaratdı ki, burada əzab-əziyyət,
müsibətlər sevinci üstələyir.
E.Hartman hesab edir ki, xoşbəxtliyə can atmaq adicə
illuziyadır. İnsan bu dünyada xoşbəxt olmaq istəyir (antik
dövrdə), axirət dünyasına ümid bağlayır (orta əsrlər dövründə)
və, nəhayət, xoşbəxt həyataolan ümidlərini sosial tərəqqi ilə
bağlayır (Yeni dövr). Bununla belə həmin istəklərin əbəs
olduğunu başa düşən insalar yeni, düzgün olan qərara
gəlməlidirlər: hamı birlikdə, kollektiv şəkildə bütün arzu və
istəklərdən imtina etməli, reallığın bəlalarından canını
qurtarmalıdırlar. Nəticədə prosesin mistik məqsədi həyata
keçir: şüur ağılsız iradənin üzərində qələbə çalır, dünyanın sonu
gəlib çatır.
E.Hartman, yuxarıda gətirilən müddəaları nəzərə alaraq,
insanın mənəvi davranışına bunları aid edir: eqoizm üzərində
qurulan əxlaqı rədd edir, ailə, kilsə, məktəbin nüfuzunu
qoruyub saxlayan əxlaqı da qəbul etmir. Əsl əxlaq avtonom
əxlaqdır ki, bunun kökləri dini şüurla bağlıdır. Hər hansı bir
əxlaqi borc və yaxud vəzifə yalnız allaha qarşı olan borc kimi
başa düşülməlidir. İnsan yalnız o zaman düzgün əxlaqi hərəkət
187
edə bilər ki o, şüursuz mənəvi başlanğıcla öz birliyini dərk
etmiş olsun. Həmin başlanğıcın məqsədləri insanın da məqsədi
olur. E.Hartmanın əsas etik əsərləri “Etik oçerklər” (1898),
“Mənəvi şüurun fenomenologiyası” (1869) və s. olmuşdur.
Dürkheym Emil Devid (1859-1917) cəmiyyəti fərdlərin
əxlaqi vəhdəti hesab etdiyindən əxlaqın təbiəti, mənşəyi və
funksiyaları məsələsinin şərhində “sosiologizm” prinsipini əsas
götürür, əxlaqı sosial şəraitdən, sosial mühitdən, spesifik
şəkildə başa düşülən sosial
strukturdan hasil edirdi
1
.
Dürkheym
əvvəlcə
əxlaqı
davranışın
obyektiv
qaydalarının sistemi kimi nəzərdən keçirirdi. Bu qaydaların
fərqləndirici xüsusiyyəti onların məcburi olması idi, ayrıca fərd
bu məcburiyyətə tabe olmaya bilməzdi. Dürkheym borcu
əxlaqın başlıca əlaməti hesab edirdi. Borca əməl olunması
insanın davranışını əxlaqi davranış edir. Sonralar əxlaqın
könüllülük cəhəti Dürkheymin diqqətini daha çox cəlb etdi
(xüsusən əxlaqın arzu olunan olması, cazibədarlığı və fərdin
əxlaqi sərvətlərə, obyektiv nemətlərə şəxsi marağı kimi
xüsusiyyətləri).
Əxlaqı fenomenlərin həm mənşəyinin, həm də
mövcudluğunun sosioloji təhlilini verən Dürkheym əxlaqın
sosial determinasiyası üsullarını yeni şəkildə mənalandırmağa
çalışırdı. O, “Əmək bölgüsündə” morfoloji və struktur
amillərdən asılı olaraq əxlaqi inamların tarixi inkişaf prinsipini
təsdiq edirdi. Sonralar o, mənəvi yüksəliş dövrlərinin,
“ruhlandırma momentlərinin”, “yaratma və yeniləşmə
dövrlərinin” əhəmiyyətini qeyd edirdi
2
. Belə dövrlər ideyalar,
ideallar və sərvətlər şəklində özləri barəsində yaddaş qoruyub
saxlayırlar. Bunlar bayramlar, kütləvi dini və dünyəvi
mərasimlər yolu ilə, natiqlik sənəti, dramatik tamaşalar
1
Qərbi Avropada və ABŞ-da sosiologiyanın tarixi. B.: 2010
2
Durkheim E. Sociologie et philosiphie. P.: 1924, p.134