232
ədavət qaçılmazdırmı? Və ya onlar bir-birini tamamlamalıdırlar
və bir-birinə nəzəri və praktik yardım göstərməli olan
müttəfiqdirlər?
Birinci baxış həm psixoanalitiklər, həm də kilsə
xadimləri tərəfindən ifadə edilib. Freydin
1
“Bir illuziyanin
gələcəyi” və Şinin
2
“Ruhun dincliyi” əsərlərində müxalif
mövqe xüsusilə nəzərə çarpdırır, K.Yunqun
3
və Rawi
Libmanın
4
əsərləri üçün isə psix
oanaliz və dini barışdırmaq
cəhdləri səciyyəvidir. Keşislərin xeyli hissəsinin psixoanalizi
öyrənməsi faktı psixoanaliz ilə dinin ittifaqı ideyasının onların
praktik fəaliyyəti sferasına nə qədər dərindən nüfuz etdiyini
göstərir
5
. Psixologiya və etika elmlərinin qovşağında maraqlı
tədqiqatlar hal-hazırda nəinki psixoanaliz, həm də digər, ilk
növbədə sosial psixologiya sahələrində aparılır. Bu barədə daha
ətraflı söhbət dərsliyin digər bölmələrində aparılacaq.
Müstəqil iş
Suallar
1.
Etika elminin mahiyyəti və strukturu.
2.
Əxlaqi münasibətlərin başlıca elementləri.
3.
Etika elminin bölmələri.
Tapşırıqlar
Peşə etikası
Konkret
vəziyyətlərin təhlili
Vəziyyət 1. Şirkətin həkimi, uzun müddət şirkətin
zavodunda işləyən işçilərdə ağ ciyərin emfizeması xəstəliyi
1
Freud S. The Future of an Illusion. Liveright publishinq Corporation. 1949.
2
Prədmetlə müvəffəqiyyətsiz rəftar tərzinə misal monsenyor Şinin onun "Ruhun
dıncliyi"ndəki fıkirləridir. (Sheen. Peace of soul. Whittlesey House. 1949)
3
Yunq C.Q. Psycholoqy and Reliqion. Yale University. Press 1938
4
Liebman. Peace of Mind. Simon Schuster, 1946
5
Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. psixoanaliz və din. Bakı:
2013, s.62-66
233
hallarının artmasına fikir verir. O bu haqda rəhbərliyə məlumat
verir və ona belə hadisələrin (heç kəsə bildirməmək şərtilə)
sayını qeydə almağı davam etməyi təklif edirlər. Növbəti ildə
xəstələnənlərin sayı bir qədər də artır. O, zavodun müxtəlif
bölmələrində köhnəlmiş ventilyasiya sistemi ilə xəstələnənlərin
sayı arasında əlaqənin olması haqqında qənaətə gəlir. O, şirkət
rəhbərliyinə bu barədə xəbər verir. Rəhbərlik yenidən ona
müşahidələri davam etməyi, amma analizləri keçirməməyi və
işçiləri təşvişə salmamaq üçün heç nəyi heç kəsə deməməyi
təklif edirlər. Həkimin belə əmri yerinə yetirməyə mənəvi haqqı
varmı? Onun ona əmr edilən kimi yox, başqa cür hərəkət etmək
mənəvi vəzifəsi varmı?
Cavab verərkən mühazirə materiallarından istifadə edin.
Vəziyyət 2. Böyük təşkilatların baş direktorları ilə iki
müsahibəni oxuyun və qiymətləndirin. Aşağıdakı suallara
cavab verməyə çalışın:
1.
Bu
təşkilatların
fəaliyyətində
sabitlik
və
müvəffəqiyyət haqqında hansısa bir nəticə çıxarmaq olarmı?
2. Hər iki direktoru səmərəli işləyən və peşəkar bir
rəhbər saymaq olarmı? Fikrinizi əsaslandırın. Heç birinin
istifadə etmədiyi müvəffəqiyyət imkanlarını göstərin.
3. Əgər öz zahiri görünüşü, vərdişləri, hərəkətləri ilə sizə
xoşagəlməz olan
insan sizinlə işləyirsə, nə emək olar?
4. Öz müdiri ilə münaqişəli vəziyyət yaratmamaq üçün
işçilər özünü necə aparmalıdırlar?
5.
Bu
müsahibənin
müzakirəsinə
siz
hansı
müşahidələrinizi və nəticələrinizi əlavə edə bilərdiniz?
Birinci baş direktoru ilə müsahibə
Sual: Siz təşkilat daxilində yaranan münaqişələrdən çıxış
yolunu nədə görürsünüz?
Cavab: Mən münaqişələrin həllinə vaxt itirməyə
gəlməmişəm.
Sual: İşçilərlə Sizin münasibətləriniz necə formalaşır?