Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110


 
nəslinin  formalaşması,  sinfi  təbəqələşmə  yeni  əxlaqi  idelların 
yaranmasına  təkan  verdi.  İnsanın  mənşəyi  getdikcə  daha 
əhəmiyyətli  sayılır,  şan-şöhrət  qazanmaq,  yaxşıların  yaxşısı 
olmaq isə həyati məqsədlərə çevrilir. 
  Belə  bir  meylləri  daha  yaxşı  Hesiodun  “Əmək  və 
günlər” (zəhmət və zaman) əsərində izləmək olar. Burada yeni 
sosial-əxlaqi 
vəziyyət,  yəni  sinifli  cəmiyyətin  əxlaqi 
qarşıdurması  öz  əksini  tapır.  Burada  sədaqət,  zəhmətkeşlik 
insan  davranışının  norması  kimi  təqdim  olunur,  yüksək  ali 
dəyərlər  kimi  qiymətləndirilir.  Hesiod  öz  əsərində  böyük 
zəhmətin  nəticəsində əldə edilmiş xüsusi mülkiyyəti vəsf edir. 
Bununla  belə,  müəllif  cəmiyyətin  süquta  doğru  hərəkət 
etməsini göstərir, çünki insanlar, Prometeyin nalayiq hərəkətini 
(Allahlardan  odu  oğurlamaq)  təkrarlayaraq,  günaha  batmış, 
əxlaqdan  uzaqlaşmışlar.  Hesiod  zəhmət  və  ədalətin  əxlaqi 
mahiyyətini  mülkiyyət  münasibətlərində  mütləqləşdirir.  İlk 
dəfə  olaraq  “qızıl”  adını  qazanmış  əxlaqı  qaydanı  o  ifadə 
etməyə  çalışmışdır:  “başqası  üçün  pisliyi  istəyən  özü  üçün  də 
bunu istəyir”
1
 [yenə orada, s. 25]. 
Burada ədalətli olmanın faydalılığı idaeyası irəli sürülür. 
Utilitar  fikirlər  həm  də  mərkəzləşdirilmiş,  vahid  idarə  olunma 
ideyası ilə tamamlanır.  
Qədim Yunanıstanda əxlaq haqqında fikirlər öz davamını 
tapmışdır.  Burada  əsasən  dövlətin,  polisin  maraqları  müdafiə 
olunur.  Ümumi  qanunlar,  adət-ənənələr,  allahlar,  əcdadlar 
ehtiramla  qarşılanmalıdır,  çünki  bu  hamıya  aiddir.  Kollabul 
(“Dövlətə  ən  düzgün  məsləhətləri  ver”),  Solon  (“Yalan 
danışma. Ən vacib olanı qoru”, Allahlara ehtiram, valideynlərə 
şərəf), Xilon (“Qocalara hörmət et”, “Qanunlara tabe ol”), Fales 
(“Axmaq  vasitələri  özündə  artırma”),  Biant  (“Həmişə 
Allahların olması barəsində danışmağa çalış”), Periandr (“Xalq 
hakimiyyəti  trianiyadan  güclüdür”),  Pattan  (“Sənə  etibar 
ediləni həmişə qaytar”) artıq əxlaqi münasibətləri və normaları 
                                                 
1
 yenə orada, s. 66 



 
qiymətləndirir,  onlara  qiymət  verirdilər.  Bu  əxlaqi  normalar 
tələb  edir  ki,  fərd  öz  hisslərini  cilovlaya  bilsin,  özünü  lazım 
olanda  məhdudlaşdırsın.  Sosial  bütövün  ahəngdar  inkişafı 
naminə  insan  öz  hisslərini  cilovlamağı  bacarmalıdır.  Əxlaqın 
qızıl  qaydasının  müəllifliyi  Falesə  aid  edilir.  Ona  verilən  “Ən 
yaxşı həyat necə olmalıdır?” sualına o, belə cavab verir: “əgər 
başqalarından  fərqlənmədiyimizi  özümüz  başa  düşmürüksə, 
onda bu, ən yaxşı həyatdır”. 
Əxlaqi  normalar  cəmiyyətdə  müəyyən  müqavimətlə 
qarşılanır.  Yeddi  müdrikiin  əsaslandırdıqları  əxlaqi  davranış 
normaları  əsasında  həmin  ziddiyyət  durur:  insan  əməllərinin 
əxlaqın abstrakt normalarına uyğun gəlməməsi – vəziyyətindən 
çıxış yolu mənəvi borc hissinin hər bir insanda aşılanmasıdır. 
Digər  yunan  filosofların  yaradıcılığına  müraciət  edək. 
Milet  məktəbinin  görkəmli  nümayəndəsi  Anaksimandr  (e.ə. 
610-540)  əxlaqda  ümumi  və  xüsusinin,  zərurət  və  təsadüfün 
qarşılaşması  baxımından  fərdin  davranışını  qiymətləndirərək 
göstərir ki, real insanlar ümumi qaydalar, normalar və qanunlar 
qarşısında həmişə cavabdeh olmağa hazır olmalıdırlar. 
  Efesli 
Heraklitin 
(təxminən 
e.ə. 
520-460) 
yaradıcılığında da ümumi zərurət və fərdi mövcudluq arasında 
yaranan  ziddiyyətlərin  həlli  yolları  araşdırılır.  Onun  fikrincə, 
vahid dünyanın əsasını loqos (müdrik başlanğıc, od) təşkil edir. 
Loqos  dünyanı  idarə  edir.  İnsan  nadanlığı  bir  çox  bəlaların 
səbəbi  olur.  Dünya  qanunlarından  xəbərsizlik,  öz  istək  və 
instinktlərinə  qul  olmaq  insanları  pis  vəziyyətə  salır.  Vahid 
məqsəd,  dünya  nizamı  –  loqos  lazımınca  qiymətləndirilmirsə, 
hər  kəs  öz  xırda  maraqlarını  güdürsə,  həyatın  ləzzətini  hər 
şeydən  üstün  tutursa,  insanlar  heç  vaxt  normal  yaşaya 
bilməzlər. İnsanın daxilində iki qüvvə mübarizə aparır – ağıl və 
hissi istəklər. Ağıl insanı ümumi məqsəd və mənafelərə, hisslər 
isə  fərdi,  xüsusi  olanlara  doğru  istiqamətləndirir.  Mənəvi 
dirçəliş  üçün  gərək  üzünü  düşüncəyə  tərəf  döndərəsən,  loqos 



 
qanunlarını  öyrənə  biləcək  adamlar  var;  belələri  cəmiyyətin 
elitasını təşkil edir. 
  Pifaqor (e.ə. VI əsrin ikinci yarısı - V əsrin əvvəlləri) və 
onun  davamçılarının  yaradıcılığında  əxlaqi  ideyalar  öz  əksini 
geniş  tapmışdır.  Pifaqor  hətta  xüsusi  bir  icma  (birlik) 
yaratmışdı ki, burada insanlar əxlaqi cəhətdən safolma yollarını 
axtarıb  tapsınlar.  Ruh  və  cisimin  vahidliyini  özündə  təcəssüm 
edən  insan,  ümumkosmik  qanun  və  son  həddi  insan  olanın  və 
sonu olmayanın təsiri altında fəaliyyət göstərir. İnsan həyatında 
əxlaqlı və əxlaqsız olanın qarşıdurması da həmin qanunla izah 
olunur.  Son  həddi  olan  insan  davranışının  normalarını  o, 
müəyyən  edir.  İnsan  öz  əməllərində  gərək  həmişə  ölçü 
gözləsin,  məhdudiyyətlərə  əməl  etsin:  “hər  hansı  bir  hiylədən 
qaç,  canından  odla,  dəmirlə,  hər  hansı  bir  alətlə  xəstəliyi, 
ruhundan – nadanlığı, qanından – israfçılığı, şəhərdən – qiyamı, 
ailədən  –  dava-dalaşı,  ümumiyyətlə  hər  bir  şeydən  ifratçılığı 
uzaqlaşdır”. 
Pifaqor  həyatı  bir  səhnəyə  bənzədirdi  ki,  buraya  biri 
yarışa, digəri alverə, üçüncüləri isə tamaşa etməyə gəlirlər. Ən 
xoşbəxt olanlar sonunculardır. 
Pifaqor da əxlaqi davranışı şüurlu şəkildə qavranılmasına 
çağırırdı.  Ən  əsası  doğruluğa,  həqiqətə  doğru  can  atmaqdır. 
Pifaqorçular  ədalət  kateqoriyasına  da  öz  münasibətini 
bildirmişlər.  
Ədalət  –  hər  kəsin  xidmətinə  görə  payının  verilməsidir. 
Dünya harmoniyası və insan varlığı arasında həmişə ziddiyyət 
var,  bunu  da  həll  etmək  üçün  mənəvi  dəyərlər  iyerarxiyası 
(təsnifatı)  olmalıdır.  Pifaqor  özünün  yaratdığı  Pifaqorçular 
ittifaqının  üzvlərinin  qarşısına  da  əxlaqi  kamilliyə  nail  olmağı 
məqsəd  qoyurdu.  İlk  növbədə  “paxıllıqdan  və  hərislikdən 
uzaqlaşmaq  lazımdır.  Yalnız  əxlaqi  cəhətdən  kamil  olan insan 
özünü  xoşbəxt  saya  bilər”.  Pifaqor  təxminən  30  il  ərzində 
dünyanı  gəzmiş,  Misirdə,  Babilistanda,  həm  də,  ola  bilsin, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə