Мцгяддимя


Cordano Bruno əxlaq haqqında. M.Monten



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

61 
 
3.2. Cordano Bruno əxlaq haqqında. M.Monten. 
 
  Məlumdur  ki,  məhz  İntibah  dövründə  siyasət  əxlaqdan 
ayrılmış,  humanizm  isə  siyasət  elminin  əsaslarını  yaratmışdır. 
Əxlaq  praktiki  olaraq  zamanı  vaxtın  axarı  ilə  ölçür,  insanı 
gündəlik  fəaliyyətində  qiymətləndirir.  Deyilənlərdən  belə  bir 
nəticə  çıxarmaq  olar  ki,  İntibah  dövrü  insana  seçim  imkanları 
üçün  geniş  şərait  yaratmış,  eyni  zamanda  kapitalizm 
cəmiyyətinin  astanasında  olan  bu  sosial  həyat  mərhələsində 
insan hüquqları və azadlıqları tam şəkildə hələ ödənilməmişdi, 
buna  görə  də  geriyə,  arxaya  baxa-baxa  formalaşan  Renessans 
şəxsiyyəti Orta əsrlər dünyagörüşündən hələ tam azad deyildi. 
Fəal  həyat  mövqeyi,  bütövləşən  dünya  mənəvi-əxlaqi 
dəyərlərin yeni inkişaf istiqamətini müəyyənləşdirmişdi. 
  Əxlaq  tarixi  insan  cəmiyyətinin  inkişaf  tarixidir.  Bu 
sahəni  tədqiq  edən  mütəxəssislər  əxlaqi  abstrakt  normaları  və 
insan 
davranışında 
ifadə 
olunan 
əxlaqi 
dəyərləri 
fərqləndirirdilər.  Müasir  cəmiyyətin  əsasını  xüsusi  mülkiyyət 
təşkil  edir.  İcma  münasibətlərinin  sinfi  cəmiyyətlə  əvəz 
olunduğu  dövrdən  etibarən  insanlar  arasında  ünsiyyət  tərzi  və 
formaları  daha  sərbəst  olmuş,  fərdiyyətin  inkişafı  baxımından 
əlverişli şərait yaratmışdı. 
Yeni  dövr  əxlaqının  tədqiqatçıları  (A.  Hüseynov  və  s.) 
onu,  klassik  burjua  əxlaqı  adlandırılmasına  tərəf  çıxırlar. 
Burada  əxlaqi  hadisələrin  həm  təsnifatı,  həm  də  məzmunu 
yenidən  nəzərdən  keçirilir.  Hər  bir  fərdin  əxlaqi  suverenliyi 
əsaslandırılır,  tələbatların  ödənilməsi  ideyası  irəli  çəkilir. 
Əxlaqi  qüvvələrin  transsedentliyi  inkar  edilir,  əxlaqın 
obyektivliyi,  ümumiliyi  göstərilir.  Mənəviyyatda  həm  istəklər, 
arzular, xoşbəxt olmaq tələbatı, həm də ictimai borc və vəzifə, 
ləyaqət  anlayışları  irəli  çəkilir.  Cavab  gözləyən  əsas  məsələ  - 
mənəviyyat  tək fərddə inkişaf edərək, vacib  və  məcburi sosial 
qüvvəyə necə çevrilir? məsələsidir. 


62 
 
Göstərilir  ki,  burjua  etikası  əxlaqın  xüsusi  tarixi  tipi 
olaraq  ictimai  qaydaların  fərdiyyətçi  mahiyyətini  göstərməklə 
ayrı-ayrı  fərdlərin  eqoist  meyllərini,  bir  də  ziddiyyətlərin 
həllində  insan  zəkasının  müstəsna  rolunun  olmasını  inamla 
təsdiqləyir
1
.  
Burada  bir  neçə  nəzəri  model  yaranmışdır.  Məsələn, 
insanın  əxlaqi  təbiətini  xarakterizə  edən  iki  cərəyan  meydana 
gəlmişdir. Onlardan birincisini N.Makiavelli və T.Hobbs təmsil 
edirdilər:  göstərilirdi  ki,  insan  təbiəti  əzəldən  pisdir  və 
korlanmışdır.  Digər  istiqaməti  T.Mor  və  J.J.Russo  təmsil 
edərək, göstərirdilər ki, insan anadangəlmə yaxşı, xeyirxahlıdır. 
Bununla belə hamı razılaşırdı ki, real, empirik insanın daxilində 
eqoizm  güclüdür.  Hamı  üçün  aydın  idi  ki,  cəmiyyət  üzvləri 
şərə,  günaha  batmış  eqoist  məxluqlardır.  Klassik  burjua 
əxlaqında ruh cismaninin bir ifadəsi kimi başa düşülürdü. Ruh 
vasitəsilə  insan  ətraf  aləmi  dərk  edir,  özünü  ifadə  etməyi 
bacarırdı.  
Rasionallığa  malik  ruh  vasitəsilə  insan  öz  daxili 
imkanlarını  ifadə  edə  bilir.  Şərin  qabağını  tutmaq  üçün  insan 
ağıllı və fəal olmalıdır. İnsan təbiəti kifayət qədər zəngindir ki, 
öz  daxili  imkanlarını  açıqlaya  bilsin.  Ağıl  ehtirasları 
tənzimləyir və insana öz taleyini idarə etmək fürsətini verir. Bu 
dövrün etikası optimist sayıla bilər. Eqoist mahiyyətinə malik, 
şər  daşıyıcısı  olan  insan  ağlının  gücünə  özünü  kamilləşdirə 
bilər.  İntellekt  gücü  hesabına  insan  digər  insanlarla  ünsiyyət 
yaradaraq qarşılıqlı fayda zəminində özünü kamilləşdirir. 
İndi  ayrı-ayrı  tədqiqatçıların  yaradıcılığına  müraciət 
edək.  Cordano  Bruno  (1548-1600)  öz  əxlaqi  ideyalarını 
materialist  panteizm  üzərində  qurur.  İlk  növbədə  o,  Allahın 
deoloji anlamına qarşı çıxaraq, onu təbiətə, dünya prosesinə xas 
olan  bir  bütövlülük  kimi  qiymətləndirir.  Burada  Bruno  antik 
dövrün  atomistik  fəlsəfəsinə,  Platonun  panteizm  mövqeyindən 
qiymətləndirilmiş  təliminə,  neoplatonizmə  və  mistikaya 
                                                 
1
 Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987 


63 
 
müraciət edir. Brunonun fikrincə, təbii proseslərin əsas tərəfləri 
bir-birinə  əks  olsa  da,  bütövlükdə  vəhdət  təşkil  edir.  Əxlaqi 
dəyərlər də təbiətin inkişafının ayrılmaz bir hissəsidir. 
Məlumdur  ki,  hələ  Platon  dövründən  başlayaraq  əxlaqi 
davranış dünyanın teoloji mənzərəsinə daxil edilirdi. Bruno isə 
ön  plana  səbəbiyyət  prinsipini  çəkirdi.  Teoloji  yanaşma 
(məqsədyönlülük) insan fəaliyyətinin özünəməxsusluğunu heçə 
endirirdi.  İnsan  cəmiyyətdə  fəaliyyət  göstərir,  bu  müstəqil  bir 
sahədir,  insanın  ictimai  varlığı,  onun  tarixi  təcrübəsidir. 
Brunonun  əsərlərində  fərd  və  cəmiyyət  vəhdət  şəklində 
götürülür  və  öyrənilir.  Bu  əlaqələr  fərdin  və  ümuminin 
vəhdətində özünü göstərir.  
Məlumdur ki, Yeni dövrdə, eynilə İntibah dövründə fərd 
hərtərəfli  inkişaf  etmiş,  mədəni,  azad  bir  şəxs  kimi 
qiymətləndirilirdi.  Fərdin  tələbatları,  maraq  və  mənafeləri 
zəngin idi və onun eqoizmini də bildirirdi. Brunonun etikasında 
həmin  fərd  yaradıcı  şəxsiyyət  kimi  öyrənilir  və  təhlil  olunur. 
Eqoistik  fəaliyyəti  seçmə  insanların,  qəhrəmanların  yaradıcı 
fəaliyyətindən fərqləndirmək lazımdır. Belə insanları o, Allaha 
bənzədir.  
Panteist yanaşmanın vacib tərəflərindən biri də subyekt-
obyekt  münasibətlərin  vəhdət  şəklində  götürülməsidir.  İnsan, 
subyekt  olaraq  qəhrəmanlıq  zirvəsinə  necə  ucala  bilər?  Əsas 
şərt  –  ruhun  öz  eqoist  maraq  və  mənafelərindən  uzaqlaşaq 
cəmiyyətin  maraqlarına  doğru  istiqamətlənməsidir.  Brunonun 
fikrincə  insan  fəaliyyəti  əsasən  üç  mərhələdən  keçir:  hissi 
qavrayışdan  təxəyyülə,  ondan  ağlına,  ağlından  intellektə  və 
sonra  –  xalis  təfəkkürə.  Sonuncu  mərhələdə  ruh  Allaha  doğru 
istiqamətlənir, vəhy dərəcəsinə qədər ucalır.  
İnsanın  yaradıcı  fəaliyyətində  eyni  zamanda  fərdi  və 
ictimai  maraqlar  uzlaşır.  Əsil,  real  ictimai  əlaqələr  özgələşmiş 
şüurun aradan qaldırılmasına səbəb olur. İradə və ağlın düzgün 
tətbiqi ilahi başlanğıcı insanlarda daha möhkəmləndirir. Əxlaqi 
cəhətdən kamil insan daima mübarizədə olur,  yeniləşir, irəliyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə