Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

64 
 
doğru  gedir.  İnsan  nəsli  vəhşilikdən  ilahiliyə  doğru  irəliləyir. 
İnsan,  təbiət  və  Allah  arasında  yerləşərək,  özü-özünü  sərbəst 
şəkildə  formalaşdırır.  İnsan  zəkası  qüdrətli  yaradıcı  bir  amilə 
çevrilmiş,  tərəqqiyə  səbəb  olmuşdur,  baxmayaraq  ki,  burada 
çoxlu ədalətsizlik və müxtəlif çatışmayan cəhətlər də olmuşdur 
və indi də var. 
Bruno inkişaf etmiş əxlaqi subyekt anlayışını irəli sürür. 
Həmin  dövrün  fərdi  üçün  cəmiyyət  fərdi  maraqların  təmin 
edilməsi  vasitəsidir.  Cəmiyyət  fərdin  fəaliyyətinin  ictimai 
əsasıdır.  Əxlaqi  subyektin  mahiyyətini  Bruno  sevgi,  sevilmək 
baxımından  qiymətləndirir.  Sevən  adam  gündəlik  alışdığı 
reallıqların üzərində yüksəlməyi, universal keyfiyyətlərə malik 
şəxsiyyətə çevirməlidir. Sevgini Bruno burada estetik və fəlsəfi 
mənada  götürür.  Bu  sevgi  fərdiyyət  və  cəmiyyətin  əlaqələri 
arasında  qarşıdurmanı  aradan  qaldırır.  Sevgi  subyektin 
fəaliyyət  formaları  və  real  obyektlər  aləmi  arasında  vəhdəti 
ifadə edir. 
İnsan  varlığı  daxilən  olduqca  ziddiyyətlidir,  çünki 
özündə  fərdi  və  sosial  cəhətləri  birləşdirir.  Hisslər  və  intellekt 
arasında daima ziddiyyətlər var, çünki insanın hissləri, istək və 
arzuları  olduqca  güclüdür.  Subyektiv  yaradıcı  qüvvənin  ifadə 
forması  fəal  həyat  mövqeyidir.  İnsan  əlindəki  silah  qalxan  və 
qılınc  yox,  yenilməz  ruh  və  comərdlikdir.  Bu  da  elm  və 
incəsənətlə  bağlıdır  ki,  nəticədə  həyatın  ahəngdarlığı  və 
tarazlığı təmin olunsun. 
İnsanın  daxilində,  onun  mənəvi-psixoloji  aləmində  baş 
verənlərə  (əgər  bunların  pis,  xoşagəlməz  nəticələri  olmursa) 
günahkarlıq adı vermək olmaz. Hər bir insan vətən, bəşəriyyət 
naminə çalışmalıdır. Brunoya görə əxlaq insan fəaliyyəti, onun 
cəmiyyətə  inteqrasiya  vasitəsidir.  Əməyə  və  asudə  vaxtın 
nisbətinə xüsusi önəm verən Bruno əslində əməyin özgələşməsi 
məsələsini  ortalığa  qoymuşdur.  Burada  daha  bir  məsələ  çox 
ciddi  müzakirə  olunur:  insanın  daxilən  mətin,  iradəli  olması. 
Allahı  insan  öz  daxili  aləmində,  onun  kamilliyində  axtarıb 


65 
 
tapmalıdır.  Özünüdərketmə  yolu  ilə  əxlaqi  subyekt  öz 
davranışının  bütün  ictimai  şərtlərini  öyrənib  təhlil  edə  bilər. 
Bruno öz yaradıcılığı ilə əslində burjua dövrünə start verir.  
Ümumiyyətlə  Yeni  dövrün  əxlaqı  orta  əsrlərin  miras 
qoyduğu 
ideologiyanın 
inkarından 
başlayır. 
Əxlaq 
transsendental  mahiyyətini  tədricən  empirik,  praktik  sahəyə 
döndərir.  Əsas  rolu  burada  həyat  təcrübəsi,  zəka  ilə  yanaşı 
Allah ideyası və abstrakt əxlaqi ideyalar da oynayırdı. 
Yeni  dövr  filosofları  sırasında  etik  təlimlə  məşqul 
olanlardan  ilk  növbədə  Mişel  Montenin  (1533-1592)  adı  qeyd 
edilməlidir. Onun etikası empirik adlanır. Nə üçün? Monten öz 
əsərlərində  müxtəlif  dövr  və  xalqlara  aid  müxtəlif  əxlaqi 
situasiyaları təhlil edir. Monten qeyd edir ki, bunları  yazmaqla 
ilk  növbədə  özü  ibrət  dərsi  alır.  Monten  insanın  mənəvi 
həyatını tənqidi ruhda nəzərdən keçirir. O, ilk növbədə sağlam 
düşüncə  baxımından  hər  şeyin  qiymətləndirilməsi  zərurətini 
qeyd edir. Montenin etikasında əxlaqi şəxsiyyət özü-özünü dərk 
edən  ağıl  kimi  çıxış  edir.  Skeptisizm  mövqeyindən  çıxış  edən 
bu  ağıl  heç  vaxt  bildiyi  ilə  kifayətlənmir.  Monten  empirizm 
mövqeyindən  cəmiyyətin  real  həyatını  qiymətləndirməyə 
çalışır. Belə yanaşma ehkamçılığa tam ziddir. 
Monten özünün “Təcrübələr” əsərində (1580) insanın öz 
təcrübəsini  tənqidi  şəkildə  işləyib  qiymətləndirmək  bacarığını 
vurğulayır.  İnsan  da  öz  “Mən”ini  düşünərək,  mühakimə 
yürüdür,  öz  həyat  təcrübəsini  fasiləsiz  olaraq  həzm  edir. 
Özünüdərk,  sağlam  düşüncə  insanın  bir  sosial  varlıq  kimi 
bütövlüyünü təmin edir. Bütövlük isə ilk növbədə mənəvi tərəfi 
nəzərdə  tutur.  Montenin  insan  və  həyat,  insan  və  təcrübə 
anlayışına  belə  yanaşması  dialektik  xarakter  daşıyır.  İnsan 
həyatı ziddiyyətli və mürəkkəbdir.  
Beləliklə,  skeptisizm  mövqeyindən  M.Monten  yaranan 
burjua  münasibətlərinin  ziddiyyətliliyini,  insanın  tutduğu 
mövqenin ziddiyyətli xarakterini təhlil edərək, yaşadığı dövrün 
dəyişkənliyini və keçid xarakterini vurğulayır. Montenin etikası 


66 
 
tam  sistemləşdirilmiş  olmasa  da,  burada,  gələcəkdə  bir  çox 
tədqiqatçılar tərəfindən istifadə oluna biləcək etik ideyalar irəli 
sürülmüşdür. 
Ümumiyyətlə,  XVI  –  XVII  əsrlərdə  Avropada 
hökmranlıq  edən  skeptisizm  ideyaları  əsasında  ilk  növbədə 
dini-əxlaqi  ideyalar  iqlim,  irqi  xüsusiyyətlər  və  digər  amillərlə 
əlaqələndirilirdi.  Montenin  “Təcrübələr”  əsəri  XVII  əsrin  ən 
populyar  kitablarından  biri  olmuşdur.  Burada  insan  konkret 
tarixi  inkişaf  baxımından  öyrənilmiş,  dini-feodal  yanaşma 
tənqid  edilmiş,  cəmiyyətin  əxlaqi-sosial  inkişaf  istiqamətləri 
düşünülmüşdü. 
Monten  qeyd  edirdi  ki,  dini  və  əxlaqi  təsəvvürlər 
gündəlik həyatdan doğur. Ədalətlilik, dözümlülük, qəhrəmanlıq 
heç  də  dini  mahiyyət  daşımır;  bunları  dünyaya  həyat  gətirir. 
Fərdin 
sosial 
davranışı 
skeptisizm 
mövqeyindən 
qiymətləndirilir.  İnsan  bir  çox  real,  müstəqil  üzvi  qüvvələrdən 
ibarətdir; o, emosionaldır. İnsan həyatı, onun əxlaqi tərəfi artıq 
teoloji  baxımından  yox,  onun  fərdi  düşüncə  və  təcrübəsi 
əsasında  qiymətləndirilir.  Monten  şəxsiyyət  azadlığı  ideyasını, 
fərdi  və  ictimai  faydanın  harmonik  uzlaşması  tələbini  irəli 
sürür. 
İnsanın  mənəvi  fəallığında  aparıcı  rol  dostluğa  ayrılır. 
Dostluq azad ünsiyyət, eqoizm üzərində qələbə deməkdir. Eyni 
zamanda  dostluq  cəmiyyətdə  bir  çox  ziddiyyətli  situasiyalarla 
üz-üzə gəlir. 
Digər  mütəfəkkir  Pyer  Beyl  (1647-1706)  də  skeptisizm 
mövqeyindən  mənəvi  həyatı  qiymətləndirir.  O  çalışıb  ki, 
etikanı  dindən,  siyasətdən  ayırsın.  O,  belə  bir  fikir  irəli 
sürmüşdür:  əxlaqın  bütün  qanunlarını  ədalətin  təbii  ideyasına 
tabe  etmək  lazımdır,  çünki  yalnız  ədalət  metafizik  işıq  kimi 
dünyaya  gələn  hər  bir  insanı  işıqlandırır.  O,  hesab  edirdi  ki, 
müqəddəs kitablarda sağlam düşüncə əsasında izah olunmayan 
bir  şey  olmamalıdır.  Tarixə  müraciət  edən  Beyl  sübut  etməyə 
çalışır ki, dindarlıq heç də birbaşa əxlaqla bağlı olmamışdır. Bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə