Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

67 
 
çox  misalları  Beyl  tarixi  faktlardan  tapır  (papalıq  idarə  üsulu, 
səlib  yürüşləri,  xristianların  gündəlik  fəaliyyəti  və  s.).  Bəzən 
xristian  olmayan  xalqlarda  xristian  olanlarda  olduğu  qədər 
yalan,  qətllər,  ikiüzlülük  və  s.  heç  müşahidə  olunmur.  Dində 
çoxlu fanatizm və əxlaqi pozğunluqlar var. Ateizm isə, əksinə, 
sağlam düşüncə və təbii abırlılığın ifadəsidir.  
Beyl  həm  də  insanın  rasional  anlamında  bəzi  cəhətləri 
tənqid  atəşinə  tutur.  Burada  o,  əslində  dinin  və  fəlsəfənin 
ideoloji  mahiyyətini  ifşa  edir.  Bizim  hərəkətləri  düşüncə, 
dərketmə  yox,  ehtiraslar  və  maraqlar  təyin  edir.  İnsanı  din, 
inam  idarə  etmir.  Buna  görə  də  şəxsi  mənafeni  güdən  insan 
fəaliyyətində  nəzəri  və  praktiki  davranış  formalarını 
fərqləndirmək  lazımdır.  Əxlaqi  davarnışın  özü  belə 
ziddiyyətlidir,  çünki  onun  sahibi  canlı,  müxtəlif  arzuları, 
qabiliyyət  və  bacarıqları  olan  bir  şəxsiyyətdir.  Şəxsi  maraqlar 
və  dini  əqidə  arasında  ziddiyyətlər  insanı  eqoizm  və  əxlaqi 
prinsiplər arasında seçim etməyə məcbur edir. 
Beyl  başa  düşürdü  ki,  nəzəri  ideyalar  insan  davranışına 
çox  az  dərəcədə  təsir  edir.  Bəzən  həmin  ideyalar  böyük  bir 
dövrü  əhatə  edən  mərhələdə  yanlış  şüur,  ideologiya  kimi 
yaşayır,  insanları  aldadır.  Başqa  bir  paradoks  da  var:  gözəl 
niyyət  və  pis  əməl  arasında  əlaqə.  Beyl  belə  bir  qənaətə 
gəlmişdir  ki,  nəzəri  ideyaların  reallaşdırılması  yolunda  bəzən 
elə  hadisələr  baş  verir  ki,  onlar  davranışın  əsil  səbəblərini 
gizlətməyə çalışır. Həmin səbəblər, yəni motivasiya əxlaq üçün 
olduqca  vacibdir.  Bütövlüklə  Beylin  xidməti  skeptisizm 
baxımından  insan  davranışının,  onun  ikili  əxlaqi  təbiətinin 
qiymətləndirilməsidir.  Şəxsiyyətin  əxlaqi  davranışı  empirik 
səviyyədə qiymətləndirilmişdir.  
XVII  əsrdə  artıq  rasionalizm  etikası  formalaşmağa 
başlamışdır.  Düşünən  varlıq  olan  insanın  əxlaqı  onun  real 
durumudur.  Yeni  dövrün  əxlaqi  təfəkkürü,  nəhayət  ki,  dini 
buxovdan  azad  olunmağa  başlamışdır.  Burada  ağıl  insan 
həyatının təşkilatçısı, onun əxlaqi prinsipi, sosial mövqeyi kimi 


68 
 
çıxış  edir. Bu dövrdə rasionalist  etikasının müxtəlif variantları 
formalaşır. 
 
3.3. Makiavelli. Spinozanın etik ideyaları 
 
 Nikkolo  Makiavelli  (1469-1527)  öz  siyasət  fəlsəfəsində 
insan  cəmiyyətinin,  dövlətin,  əxlaqın  yaranmasını  hadisələrin 
təbii  gedişatı  ilə  izah  edir;  hakimiyyət  də,  əxlaq  da  insanların 
sosial həyatının inkişafı nəticəsində, təbiətin yad qüvvələrindən 
müdafıə  olunmaq  tələbatından  irəli  gəlir.  Makiavellinin 
fikrincə, 
din, 
ictimai 
hadisə 
olaraq, 
dövlətin 
möhkəmləndirilməsində  ideologiya  rolunu  oynamalıdır. 
Bununla  belə,  siyasət-insan  fəaliyyətinin  tam  müstəqil 
sahəsidir, onun öz məqsəd və qanunları vardır. Əxlaqi ideyalar 
da  siyasətin  məqsədlərinə  uyğun  olmalı  və  onun  tələblərinə 
cavab  verməlidirlər.  Siyasi  fəaliyyətin  yeganə  meyarı  - 
məqsədə nail olmaq, fayda verməkdir.  
Ümumiyyətlə,  dövlətin  möhkəmləndirilməsinə  nail 
olmaq üçün istənilən vasitəyə əl atmaq olar, o cümlədən yalana, 
hiyləyə  və  hətta  zorakılığa  da.  İdeal  dövlət  və  ideal  hökmdar 
olmur;  reallıq,  həqiqət  -acıdır,  xeyirxahlığı  təbliğ  etmək, 
xeyirxah  olmaq  ölümə  bərabərdir.  Hökmdar  «xeyirxahlıqdan 
mümkün  qədər  uzaqlaşmamalı,  amma  yeri  gələndə  şər  yoluna 
də qədəm basmalıdır;» «məqsəd vasitələrə bəraət qazandırır».  
Əlbəttə,  söhbət  şəxsi  məqsəddən  yox,  ümumxalq, 
ümumdövlət  məqsədindən  gedir.  Dövlətin  mənafeyi  -  xalqın 
mənafeyidir.  Xalq  öz  mənafe  və  azadlığını  qoruyub 
saxlamalıdır.  Cəmiyyətin  sinfı  bölgüsü  müxtəlif  maraq  və 
mənafelərin  toqquşmasına  gətirib  çıxarır.  Dövlətin  idarəetmə 
strukturları öz siyasətində bunu nəzərə almalıdır. Makiavelli ilk 
dəfə olaraq siyasi problemləri din və əxlaqdan fərqləndirirdi. 
Spinoza Benegikt (1632-1677) Hollandiyalı filosof olaraq 
öz  əxlaqi  təliminin  əsas  vəzifəsini  əbədi,  zəruri  qanunlar 
əsasında  hərəkət  edən  əbədi  və  sonsuz  təbiət  haqqında  təlimə 


69 
 
əsaslanan  nəzəriyyənin  yaradılmasında  görürdü.  Bu  qanunları 
“moduslar”  adlandıran  Spinoza  qeyd  edirdi  ki,  maddi  aləmin 
bütün cisimləri və insanların ruhları əslində moduslardır. İnsan 
bədənində  cisim  və  düşünən  ruh  vahid  mahiyyətdir,  fərq 
ondadır  ki,  biri  sürəklilik  baxımından,  biri  isə  təfəkkür 
səviyyəsində  öyrənilir.  Etik  ideyaların  işləyib  hazırlanması 
işində əsas şərti Spinoza insanın cismani proses və əlaqələrinin 
ilkin  tədqiqində  görürdü.  Spinoza  hesab  edirdi  ki,  psixoloji 
metodlar  mexanika  və  fizika  metodlarına  uyğun  gəlir  və  psixi 
həyatın  bütün  rəngarəngliyini  iki  əsasa  şamil  etmək  olar:  ağıl 
(eynilə  buna  iradə  demək  olar)  və  ehtiraslar  (affektlər).  Bütün 
ilkin  affektlər  (sevinc,  peşimanlıq  və  şövq)  və  onlara 
əsaslananlar  əslində  insanın  öz  varlığını  hər  bir  şeylə  təmin 
etmək  istəyi  üzərində  əmələ  gəlir.  İnsan  xeyir  və  şərin  əxlaqi 
qanununu yox, özünüqoruma və şəxsi faydanı gözləmə istəyini 
əsas tutur. Həmin istəklər insan qüdrəti kimi çıxış edən fəziləti 
əsaslandırırlar.  Spinoza  azadlıq  haqqında  təlimini  bu  cür 
naturalist əsasları üzərində qurmuşdur. 
  İnsan  təbiəti  affektlərdən  asılıdır.  Spinoza  hesab  edirdi 
ki,  iradə  azadlığı  insan  davranışını  əsaslandıran  motivlərdən 
asılı  deyildi.  Spinoza  qeyd  edirdi  ki,  azadlıq  haqqında  anlayış 
əsla  zərurət  haqqında  anlayışa  zidd  deyildir.  Hər  hansı  bir 
zərurən  mövcud  olan  predmet  və  yaxud  hadisə  eyni  zamanda 
azad da ola bilər, əgər o, yalnız öz təbiyətinin zərurətindən irəli 
gələrək mövcuddursa.  
  Bu mənada substansiya (təbiət və yaxud Allah) azaddır; 
onun 
mövcudluğu 
yalnız 
onun 
öz 
mahiyyəti 
ilə 
səciyyələndirilir.  Bu  mənada  insan  da  azad  ola  bilər,  çünki 
müəyyən  şəraitdə  insan  affektlərin  inhisarından  çıxa  bilər.  Nə 
zaman  ki,  insan  affekt  haqqında  aydın,  anlaşıqlı  təsəvvür  əldə 
edir,  onda  həmin  affekt  artıq  passiv  bir  vəziyyət  kimi  çıxış 
etmir.  Spinoza  göstərir  ki,  azadlıq  dərk  edilmiş  zərurətdir,  bu 
zaman insan zəruri olanı haqqında tam aydın təsəvvürlərə malik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə