Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   110

70 
 
olur.  Spinozanın  təliminə  əsasən  demək  olar  ki,  fərqli 
insanlarda azadlıq müxtəlif dərəcələrdə ifadə olunur.  
  Beləliklə,  dərketmə  affektlər  qarşısında  aciz  olsa  da,  o, 
özü affektə çevrilə bilər (dərketməyə sevgi). Dərketmə sevgisi 
bütün  qalan  affektləri  basıb  insan  azadlığının  ən  yüksək 
mərhələsinə ucala bilər. Azadlığa bu mənada (yəni dərk edilmiş 
zərurət  kimi)  nail  olanlar  həyatdan  özünü  təcrid  etmiş  müdrik 
adamlardır.  Bunlar  üçün  həyatın  mənası  “Allaha  olan 
intellektual  sevgi”dir  (yəni  təbiətin  dərk  edilməsinə  olan  eşq). 
Spinozanın  etika  haqqında  başlıca  əsərləri  “Etika”,  “Teoloji  – 
siyasi  traktat”,  “İntellektin  tənzimlənməsi  haqqında  traktat” 
(yarımçılıq yazılıb). 
O, belə bir rasionalist fikir irəli sürür ki, əxlaqlı, müsbət 
davranış  həqiqi  biliyin  nəticəsi  olmalıdır.  Spinoza  dərketmə 
pillələri 
və 
əxlaqi 
yüksəliş 
arasında 
münasibətləri 
dəqiqləşdirməyə  çalışırdı.  Həm  də  o,  hesab  edirdi  ki,  ağıllı 
davranış  dünya  harmoniyasının  tərkib  hissəsidir.  Spinozanın 
əxlaqi  fikrində  platonizmdən  irəli  gələn  panteist  tendensiyalar 
müşahidə  olunur.  Onun  avtonom  subyektində  rasional 
dərketmə və sevgi bir-birinə qovuşub inkişaf etməlidir. Burada 
fərdin  abstrakt-rasional  və  konkret  tərəfləri  arasında 
münasibətlər  araşdırılır.  Panteizm  zəminində  qurulan  əxlaqda 
stoisizmin əksinə olaraq sosial tərəf qabardılır.  
  Spinoza  yaradıcılığının  erkən  dövründə  yazdığı  “Allah, 
insan və xoşbəxtlik haqqında qısa traktat” (1958-1660) əsərində 
antropoloji məsələləri təbiət baxımından izah etməyə çalışır. İlk 
növbədə o, düşünmək qabiliyyətinin Allahın atributu (əlaməti) 
olduğunu  göstərir.  Spinoza  özünə  müasir  olan  ən  yeni 
metodlarla subyekti və onun fəaliyyətini təbiət anlayışına daxil 
etməyə  çalışır.  Eyni  zamanda  burada  “Mən”  və  “aləm”, 
“intellektuallıq”  və  “maddilik”  anlayışlarını  bir-birinə  qarşı 
qoyur.  İnsan,  təbiətin  tərkib  hissəsi  olaraq  bir  sıra  səbəbiyyət 
əlaqələrindən xəbərdar olmalıdır. “Etika” (1662-1675) əsərində 
Spinoza  varlığın  ən  ümumi  əlaqələri  haqqında  yeni  izahını 


71 
 
verir:  təfəkkür,  Allahın  atributu  olaraq  yalnız  münasibətdir 
(ilkin cisim yox). Beləliklə, əgər təfəkkür ilkin substansiya yox, 
reallığın  qarşılşıqlı  fəaliyyətinin  adicə  funksiyasıdırsa,  deməli, 
o, teologiya hüdudlarından çıxaraq obyektiv şəkildə izah oluna 
bilər.  
  Beləliklə,  Spinozanın  etik  təlimində  insan  obyektiv 
şəkildə  mövcud  olan  səbəb-nəticə  əlaqələrinin  təbii  istək  və 
maraqlarının bir kompleksidir. Allah isə ən ümumi qanun, hər 
bir  şeylə  zəruri  əlaqə  ideyasıdır.  Spinoza  öz  əsərində  ənənəvi 
ideologiyanı  –  antropomorfoloji,  teoloji  təfəkkür  formalarını 
tənqid  edir.  Teoloji  təfəkkürdə  ideal  zəruri  substansional 
mahiyyət  (səbəbiyyət  əlaqəsinin  təzahürü  kimi  yox)  kimi 
qiymətləndirilir.  Məqsəd  olmalıdır.  Lakin  həmin  məqsədin 
subyekti, onun maraq və baxışları da nəzərə alınmalıdır. Burada 
formal  şəkildə  subyekt  obyektə  qarşı  durur.  Müxtəlif  affektlər 
(eqoizm,  qorxu, şöhrətpərəstlik,  dini mövhumat  və s.), onların 
zəminində  yaranan  antaqonizmlər  özünü  həmin  qarşıdurmada 
ifadə edir. 
  İnsan dünyanı dərk etdikcə onun ən ümumi zəruri əlaqə 
və  qanunlarını  qavrayır,  öz  azadlığını zərurətin  ideal  ifadəsinə 
qədər  çatdırır.  Panteizm  mövqeyindən  Spinoza  insan  varlığını 
izah etməyə çalışır. İnsan bütün varlığı ilə Allahda təkrarlanır. 
Allah  bütün  canlı  varlıqlardan  ibarətdir.  Spinozanın  etikasının 
başlıca ziddiyyəti insanın eqoist mahiyyəti və dərketmə yolu ilə 
kamilləşməyə  nail  olması,  subyektin  və  icmanın,  cəmiyyətin 
şüurlu  sintezi  arasındakı  ziddiyyətdir.  Həmin  ziddiyyət, 
Spinozanın  fərz  etdiyi  kimi,  fərd  tərəfindən  həll  oluna  bilər. 
Lakin  Spinoza  bu  zaman  real  sosial  dəyişiklikləri  dünyanın 
dərk edilməsi və onun bu yolla dəyişdirilməsi haqqında fikri ilə 
əvəz edir: subyekt öz eqoizmini aradan qaldırmaq üçün allaha-
təbiətə intellektual sevgisini bildirir, bu da əsl dərketmənin  ali 
mərhələsidir.  Dərketmədə  Spinoza  fikri  (rəyi),  inamı  (söhbət 
empirik cəhətdən əsaslandırılmış məntiqi təfəkkürdən gedir) və 
səlis  dərketməni  fərqləndirir.  Rəy  əxlaqda  uyğun  olan  –  fərdi 


72 
 
hisslərin  üzərində  qurulan  hərəkətlərdir.  İnama  (dərk  edilmiş 
şəxsi əqidə) xeyirxah əməl, iradə uyğun gəlir. Hərəkətin əxlaqlı 
olması  sözün  və  əməlin  bir  olması  deməkdir.  Hər  bir  insan 
praktiki,  real  şəkildə  obyektlər  dünyası  ilə  öz  birliyini 
göstərməlidir. 
  Spinoza  “Etika”  əsərində  göstərir  ki,  eqoizm  fərdin 
yaşaması  üçün  elementar  bir  əsasdır.  O,  abstrakt  və  konkret 
təfəkkürü,  adi  şüur  və  nəzəri  dərketməni  fərqləndirməklə 
insanın  gündəlik  davranışında  yaranan  ziddiyyətləri  izah  edib 
həll  etməyə  çalışır.  Dərketmənin  ən  aşağı  pilləsi  ilə  fərdin 
eqoist  ehtirasları  və  yanlış  təsəvvürləri  əlaqəlidir.  Eqoizmin 
özünün  də  növləri  var.  Eqoizm  müəyyən  mərhələyə  qədər 
əsaslandırıla  bilər.  Düşüncə  dərin  olmayan  qorxu,  paxıllıq, 
nifrət və s. kimi hisslər ilə yaşayır. 
  Gündəlik  şüuru  Spinoza  antropomorf  və  teoloji  kimi 
xarakterizə  edir.  Mədəniyyətin  müxtəlif  formalarında  din  öz 
teoloji  təfəkkür  formasını  yaradır.  Teologiya  səbəbiyyət 
prinsipinin  əksidir.  Beləliklə,  Spinoza  dinə  qarşı  çıxan, 
mexanistik 
–  materialist  psixologiyanı 
və  davranış 
nəzəriyyəsini yaradır. Spinoza həm də insan subyektinin əxlaqi 
– sosioloji təsvirini verir. Bu baxımdan ruh və bədən vəhdətdə 
götürülür.  Bədən  hərəkət  və  sabitliyin  elementar  qanunlarına 
tabe olduğu kimi, ruh da üç affektin ixtiyarındadır: həzz alma, 
ağrı  (əziyyət)  və  istəklər  (arzular).  Hisslərin  bütün  mümkün 
olan  zənginliyi  həmin  üç  sahənin  zəminində  qurulur.  Hər  bir 
insan  özünün  mənliyini,  eqoizmini  qoruyaraq,  öz  həyatını, 
varlığını  təmin  etməklə  həm  də  öz  hökmranlığını,  kamilliyini 
artırmaq istəyir ki, daha çox azad və müstəqil olsun. Bu, böyük 
olsa da, əlçatmaz məqsəddir. 
  Affektlərə  tabe  olan  fərd  öz  subyektivliyinin  dustağına 
çevrilir.  İnsanlar  gərək  öz  davranışını  düşüncə  və  biliklər 
vasitəsilə  idarə  etsin.  “Etika”  əsərinin  dördüncü  hissəsində 
Spinoza  ictimai  həyatı  mexaniki  materializm  əsasında  izah 
etməyə  çalışır.  Ayrı-ayrı  atom  kimi  hərəkət  edən  və  fəaliyyət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə