Мцгяддимя


Rene Dekartın görüşlərində əxlaqın təbii-elmi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

76 
 
3.5. Rene Dekartın görüşlərində əxlaqın təbii-elmi 
izahı 
 
 Həmin  dövrün  daha  bir  görkəmli  nümayəndəsi  Rene 
Dekart  (1596-1650)  ilk  dəfə  olaraq  əxlaqın  təbii-elmi  izahını 
verməyə  çalışmışdır.  Onun  əxlaqi  ideyaları  əsasən  “Qəlbin 
istəkləri”  (1649)  əsərində,  Şahzadəyə  məktublarında  (1645), 
“Metod  haqqında  mühakimələr”  (1637)  əsərinin  üçüncü 
hissəsində  öz  ifadəsini  tapmışdır.  Dekart  psixi  proseslərin 
səbəblərini  materializm,  səbəbiyyət  mövqeyindən  izah  etməyə 
çalışır.  İnsanda  iki  tərəf  (cismani  və  mənəvi)  bir-birinə  zidd 
mövqedə  durur.  Bu  mövqelər  arasında  emosional  sahə  var  ki, 
altı  hissi  əhatə  edir:  heyrət,  sevgi,  nifrət,  arzu,  sevinc,  kədər. 
Hisslər subyektin hərəkətlərində davamlılığı və təsirliliyi təmin 
edir.  Emosiyalar  hesabına  düşünən  ruh  özünü  qorumaq 
məqsədilə ətrafdakı predmetlər aləm ilə əlaqələr yaradır.  
İnsanda  düşüncə,  iradə,  hisslər  qarşılıqlı  təsirdə  olsalar 
da,  bir-birindən  fərqlidir.  Dekart  reflekslər  haqqında  yazır. 
Göstərir  ki,  onların  əsasında  sterotiplər  yaranır.  İnsanın 
emosional  aləmi  özündə  cisimi  və  düşünən  substansiyanı 
birləşdirir.  İstəklər  verilən  siqnalları  o  dərəcədə  gücləndirirlər 
ki,  onlar  düşünən  ruhun  daima  diqqət  mərkəzində  olur.  Ruh 
hissləri cilovlayaraq onlar vasitəsilə bədəni idarə edir. 
Dekart insanın hiss və emosiyaların mexaniki-materialist 
izahını  verməyə  çalışır.  İnsan  bir  növ  avtomat  olaraq  psixi 
proseslərin  (istəklərin)  hesabına  ətraf  aləmə  uyğunlaşır  və 
yaxud  onunla  ziddiyyətə  girir.  Dekart  öz  etik  və  psixoloji 
ideyalarını  səmərəlilik  prinsipi  əsasında  düzür.  Ağıl  affektləri 
(sevgini,  kədəri,  sevinci,  ləzzəti)  ona  görə  tənzimləyir  ki, 
minimum  xərclərlə  maksimum  səmərə  qazansın.  Əxlaqda 
səmərəlilik  əlverişli  hərəkət  və  hisslərin  müsbət  tarazlığıdır. 
Dekart  öz  ideyalarının  izahında  və  əsaslandırılmasında 
heyvanların  öyrədilməsində  əldə  edilən  təcrübəyə  də  müraciət 
edir.  İnsanı  da  öyrətmək,  onda  yüksək  intizamlılıq  və  iradəni 


77 
 
formalaşdırmaq olar. Hətta ən zəif adamlarda möhkəm xasiyyət 
və iradəni tərbiyə etmək mümkündür. 
Ehtiraslar  insan  həyatında  böyük  əhəmiyyətə  malikdir. 
Əxlaq  həmin  hiss  və  ehtirasları  cilovlamağa  köməklik  edir. 
Dekartın  əxlaqı  təbii-elmi,  psixoloji  cəhətdən  əsaslandırmaq 
cəhdi, 
onun 
bu 
səhədə 
böyük 
xidməti 
kimi 
qiymətləndirilməlidir. 
Beləliklə, 
Dekart 
öz 
analitik 
psixologiyasında subyektdən olan üç hissəni fərqləndirir: cisim 
(cismani  maşın),  emosionallıq  (ehtiraslar),  ağıl  (anadangəlmə 
ideyalar və təsəvvürlərin abstraksiyaları). Bu üç hissə bir-birinə 
zidd  olduğu  üçün  insan çoz  əzab  çəkir.  Məsələn,  ehtiraslar  nə 
qədər güclü olsa, onların təsiri bir o qədər zərərli və ağır olur. 
İnsan öz hisslərini cilovlamağı bacarmalıdır.  
Dekart insanın sosial həyatında da əxlaqi normaları təhlil 
etməyə  çalışır.  Burada  dəyərlər  problemi  gündəmə  gəlir. 
Burada  da  insan  ruhunda  güclü  mübarizə  gedir,  “cismani 
ruhlar”  ağıla  üstün  gəlməyə  çalışır.  Ağıl  da  öz  növbəsində 
ehtirasların təzyiqinə müqavimət göstərir. Ağıl vasitəsilə insan 
praktiki  həyatın  ziddiyyətlərini  fəth  etməyə  çalışır.  Dekart 
inanırdı  ki,  hər  bir  savadlı  fərd  öz  təbii  ağlı  vasitəsilə  sosial 
həyatın  ziddiyyətlərini  aradan  qaldıra  bilər.  Mexaniki 
materializm  real  həyatda  maddi  ictimai  münasibətlər  əsasında 
formalaşmış ictimai şüur forması kimi meydana gəlmişdir.  
Dekartın  yaradıcılığında  stoisizm  ideyalarının  da  təsiri 
olmuşdur.  Stoiklər  təbii  qanunların,  siyasi  hökmranlığın  təbii 
qanunlarının və ayrılıqda götürülmüş fərdin həyatının vahidliyi 
ideyasını  irəli  sürmüşlər.  Burada  hissi  dünyanın  illüzor 
təsvirinə  son  qoymaq  cəhdi  özünü  bildirir.  Dekart  da  həmin 
mövqedən çıxış etməyə çalışmışdı. İnsan azadlığı nə deməkdir? 
İnsan o zaman azad ola bilər ki,  öz müstəqil düşüncə bacarığı 
ilə  emosional  sahəsini  cilovlaya  bilsin.  Ağılın  özündən 
məmnun qalmağı ən ali fəzilətdir. Beləliklə, rasionalist etikada 
hər bir fərd öz ağlının gücünə özünü təsdiqləyə bilir. 


78 
 
Dekartın fikrincə, ağıllı davranış üçün iki şey kifayətdir – 
həqiqətin  dərk  edilməsi  və  ondan  faydalı  şəkildə  istifadə 
edilməsi. 
Eyni  zamanda  hər  bir  insanın  əxlaqi  azadlığı  mövcud 
təbii və sosial şərait ilə məhdudlaşır. İnsan gərək unutmasın ki, 
o,  böyük  bir  bütövün,  yəni  kainatın  bir  hissəciyidir.  O,  şəraiti 
olduğu kimi qəbul etsə, hər bir vəziyyətin yaxşı, faydalı tərəfini 
də görə bilər. Əxlaqlılıq elə ondan ibarətdir ki, insan əbədiyyəti 
düşünsün,  öz  taleyini  alın  yazısı  kimi  qəbul  etməklə  ondan 
razılıq  etsin.  Tədqiqatçılar  hesab  edirlər  ki,  Dekartın  əxlaqi 
ideyaları  özündə  stoisizmi,  epikürçülüyü  və  skeptisizmi 
birləşdirir.  İnsan  eyni  zamanda  təbiətin  bir  hissəsi  olaraq  ona 
qarşı durur. İnsan təbiətin üzərində ucalmaq üçün gərək özündə 
abstrakt-məntiqi  xüsusiyyətlər  formalaşdırsın.  Onun  həyat 
mübarizəsində  arzular  və  maraqlar  heç  də  onu  xoşbəxt  etmir, 
əksinə, bu onun üçün bir təhlükədir. İnsan həmişə özü üzərində 
qalib  gəlməyə  çalışmalıdır.  Dünyanı  yox,  özünü  dəyişdirmək 
daha asandır.  
Həmin  dövrdə  Qərbi  Avropada  bu  barədə  yazıb  – 
yaradanlar  sırasında  digər  maraqlı  tədqiqatçıların  adlarını  da 
qeyd etmək olar: A.Şeftsberi, F.Hatçeson, B.Mandevil və s. 
  Sensualizmdə  naturalizm  mövqeyindən  belə  bir  fikir 
əsaslandırılırdı  ki,  əxlaq,  insanın  təbii  tələbat  və  arzularının 
sosial  mühitdə  necə  qarşılanmasından  asılı  olaraq  mənəvi 
dəyərlər  şəklində  formalaşır.  Əxlaqın  inkişafının  tarixi 
mərhələləri var.  
 
3.6. C.Lokkun əxlaqi ideyaları 
 
 Belə  bir  mövqedən  ingilis  filosofu  C.Lokk  (1632-1704) 
çıxış  edirdi.  O,  əxlaqi  ideyaları  öz  pedaqoji  əsərlərində  izah 
etməyə  çalışmışdır.  Onun  məşhur  əsərləri  –  “Təlim  haqqında 
bəzi fikirlər” (1693) və “İnsan zəkası haqqında mühakimə”dir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə