Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   110

97 
 
edə  bilər.  Ağılsız  insan  suda  batan  gəmiyə  bənzəyir.  Quruda 
duran insan ona heç cürə köməklik edə bilməz. 
Bütövlükdə Yeni dövrün əxlaqı insanı cəmiyyətdə, bəzən 
yabançı  bir  mühitdə  yaşamağı  öyrədir,  ona  eqoizm  və 
ümumbəşəri  qaydalar  arasında  əlaqənin  yaradılmasında 
köməklik göstərməyə çalışır. 
 
4.2. Sen-Simon və Helvetsinin fəlsəfi - əxlaqi baxışları 
 
Sen-Simon  Klod  Anri  de  Ruvrua  (1760-1825)  Fransa 
mütəfəkkiri, sosioloqu və sosializm haqqında utopik ideyaların 
müəlliflərindən  biridir.  Sen-Simon  ictimai  elmlər  sisteminə 
təbii-elmi metodları tətbiq etməklə rasional, insanlara daha çox 
xeyir  verə,  cəmiyyətin  yaradılmasına  xidmət  edərək, 
cəmiyyətin  aləti  ola  biləcək  fəlsəfi  sistem  yaratmağa 
çalışmışdır. XVIII əsrin  rasional fəlsəfə nümayəndələri  kimi  o 
da  hesab  edirdi  ki,  “İnsan  haqqında  elm”  və  yaxud  “Sosial 
fiziologiya” gərək ilk növbədə cəmiyyətdə insan ağlının rolunu 
qiymətləndirməyi bacarmalıdır. Elmi, ilk növbədə fəlsəfi, dini-
əxlaqi baxışları tarixilik baxımından qiymətləndirmək lazımdır. 
  Sen-Simonun  fikrincə,  cəmiyyətin  inkişafında  yaradıcı 
mərhələ dağıdıcı mərhələ ilə əvəz olunur ki, nəticədə yeni, daha 
yüksək  ictimai  quruluş  yaradılır.  Bunun  üçün  həm  də  yeni 
fəlsəfi  və  əxlaqi  ideyaları  tətbiq  etmək  lazımdır.  Onun  bəyan 
etdiyi  ictimai  ideala  doğru  yol  məhsuldar  qüvvələrin  tətbiqi 
istiqamətindədir.  Həmin  prinsiplərə  hakim  siniflərin  tüfeyli 
həyatına  son  qoymaq,  cəmiyyətin  bütün  üzvləri  üçün  icbari 
məhsuldar  əməyi  tətbiq  etmək,  hər  bir  insana  öz  bacarıq  və 
qabiliyyətlərini  tətbiq  etmək  üçün  bərabər  imkanlar  yaratmaq, 
siyasəti  istehsal  haqqında  pozitiv  elmə  çevirmək,  dövləti  isə 
insanları  idarə  etmək  aləti  kimi  yox,  istehsalı  təşkil  edən 
“şeyləri  idarə  edən”  alət  kimi  istifadə  etmək  kimi  məsələlər 
daxildir. Varlı siniflərin eqoist maraqlarına qarşı mübarizə aləti 
vahid dövlət planı olmalıdır. Onun ali arzusu və məqsədi fəhlə 


98 
 
sinfinin  azad  olunması  və  firavan  yaşaması  olmuşdur.  Sen-
Simonun  “yeni  xristianlıq”  konsepsiyası  dini  –  etik  mahiyyət 
daşıyır  və  utopik  səciyyə  üzərində  qurulurdu.  Nəzərə  çarpan 
müsbət  tərəfləri  burada  aşağıdakılardır:  insan  tələbatlarının 
ödənilməsində  asketik-bərabərçi  yanaşmadan  imtina  edilməsi, 
elmin  və  məhsuldar  qüvvələrin  tam  inkişafı  əsasında  insanın, 
şəxsiyyətin  bütün  tələbatlarının  mümkün  qədər  dərin  və  tam 
ödənilməsi,  hər  kəsin  qabiliyyətinə  görə  prinsipinin 
reallaşdırılması və s-dir. 
Mandevilin  bir  çox  ideyalarını  qəbul  edib  davam 
etdirənlərdən  biri  də  Fransa  filosofu  Klod  Adrian  Helvetsi 
(1715-1771)  olmuşdur.  “Ağıl  haqqında”  əsərində  o,  əxlaqın, 
mənəviyyatın  əsil  prinsiplərini  üzə  çıxarmağa  çalışmışdır: 
“insanlar  başa  düşməlidirlər  ki,  xoşbəxt  olmaq  istəyi,  burada 
həzzalmaya  və  yaxud  əzablara  düşar  olmaq  imkanları  əslində 
mənəvi  aləmin  yeganə  mühərrikidir  və  özünü  istəmək,  yəni 
eqoist olmaq bacarığı yeganə əsasdır ki, bunun üzərində faydalı 
mənəviyyat özəyini qurmaq mümkün olmuşdur”. Helvetsi qeyd 
edir  ki,  duyğu  qabiliyyəti  emosional  xarakter  daşıyır, 
emosionallıq  isə  öz  növbəsində  məqsədyönlü,  məhsuldar  bir 
istəkdir.  İnsan  üçün  əhəmmiyyətli  olanı  elə  duyğulardır, 
qalanlara qarşı o, biganədir. İnsan həyatdan, yaşamasından həzz 
alır. Eyni zamanda insanlar sevmək və həzzalmaq meyllərində 
bərabər mövqedə olmalıdırlar. 
  Duyğular əslində insanda yaradıcı bir coşğunluğa səbəb 
olur:  “Ehtiraslar  mənəvi  aləmdə  hər  bir  şeyi  canlandırırlar: 
onlar  olmasaydı,  hər  bir  şey  ölmüş  olardı”.  Böyük  ehtiraslar 
sahibi tarixin böyük hadisəsidir. Helvetsi “Ehtirasların mənbəyi 
haqqında” bölməsində mədəniyyət və siyasət sahələrində gedən 
yaradıcı  proseslərdən  əmək  sahəsinə  keçir.  İnsan,  əmək 
vasitəsilə ilkin tələbatlarını ödədikdə yeni arzuları formalaşır və 
bununla  “süni  ehtiraslar”  əmələ  gətirmiş  olur.  Təbii  insan 
sivilizasiyalı  şəxsə  çevrilərkən  öz  emosional  aləmini  xeyli 
zənginləşdirir:  həzzalma  və  ağrı  hissləri  eqoizmə,  eqoizm  – 


99 
 
ehtiraslara,  ehtiraslar  isə  sosial  məziyyətlərə  və  qüsurlara 
çevrilir.  Duyğular  insan  üçün  əhəmiyyətlidir,  buna  görə  də 
insana  hörmət  bəsləmək  lazımdır.  Hörmət  prinsipi  əslində 
əxlaqi məsuliyyət, azadlığın meyyarıdır. Məhz bunun üzərində 
insanın bütün imkanları və qüvvələri üzə çıxır. 
  Helvetsi,  Hobbsun  ardınca  sübut  etməyə  çalışmışdır  ki, 
xeyir  və  şər,  fəzilət  və  qəbahətlər  haqqında  mühakimələr 
əslində  vərdiş  etdiyimiz,  razılaşdırılmış  qaydalardır.  Bunların 
obyektiv  analoqu  yoxdur.  Təbii  əxlaqi  prinsiplərə  cavab  verə 
biləcək  cəmiyyət  necə  olmalıdır?  Burada  insanın  eqoist 
meylləri və ümumi ictimai maraqlar arasında harmoniyaya nail 
olmaq  lazımdır.  Ümumi  xeyir,  ümumi  fəzilət  var  ki,  ümumi 
marağı  ifadə  edir.  İnsan  təbiəti  təxminən  eynidir,  deməli,  ağıl 
tərəfindən  idarə  olunan  və  təcrübəyə  əsaslanan  davranış 
qaydaları  da  təxminən  eyni  olmalıdır.  Əxlaq  vərdiş 
etdiyimizdir, vərdiş isə ağıl tərəfindən tənzimlənən davranışdır. 
Ağıl insan üzərində təbii üstünlüyü necə qazanır? Bunun  yolu 
tərbiyə  və  qanun  gücüdür.  Bu  üçlük,  yəni  əxlaq,  ağıl,  qanun 
həm  də  Volterin,  Didronun,  Holbaxın,  Russonun  da 
yaradıcılığında daim diqqət mərkəzində olmuşdur. 
  Helvetsi, 
sensualist  etikanın  ənənələrini  davam 
etdirərək,  ümumi,  ictimai  marağı  eqoizm  üzərinə  qoymağa 
çalışırdı: “Xalqın xoşbəxtliyi ya da bədbəxtliyi, görünür, yalnız 
fərdlərin  şəxsi  maraqların  ictimai  maraqlarla  üst-üstə 
düşməsindən asılıdır”. Bu iki tərəf arasında əlaqələndirici kimi 
düzgün  anlaşılan,  başa  düşülən  şəxsi  maraq  çıxış  edir.  İctimai 
maraq bütün digər maraqlardan ucadır. Helvetsi dövlətin fövqəl 
vəzifəsinə  inanırdı.  İnsanlar  iki  qrupa  bölünür:  sadə,  eqoist 
fərdlər və böyük şəxsiyyətlər (əsasən dövlət xadimləri) ki, şəxsi 
marağın  üzərində ucala  bilir. O, hesab edir ki,  insan haqqında 
elm əslində hökümət haqqında elmdir.  
Helvetsi  hesab  edirdi  ki,  əxlaqın  əsasını  “emosional 
təəssüratlar,  eqoizm,  həzzalma  və  düzgün  başa  düşülən  şəxsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə