Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   110

191 
 
Anri 
Berqson 
(1859-1941) 
–  Fransa  filosofu, 
intuitivizmin  nümayəndəsi,  ilk  növbədə  zaman  anlayışının 
psixoloji  izahını  verməyə  çalışmışdır.  Eyni  zamanda  zamanın 
mexanistik  izahını  tənqid  edirdi.  “Sürəklilik”  “həyat 
çoşğunluğunun”,  “fövqəl  şüurun”  atributu  olaraq,  Kainatın 
əsasını təşkil edir. Bunu intellekt vasitəsilə yox, yalnız birbaşa 
təəssüratlanarkən,  irrasional  intuisiya  əsasında  qavramaq 
mümkündür. 
  Berqson  öz  etik  nəzəriyyəsini  “Din  və  əxlaqın  iki 
mənbəyi”  (1932)  əsərində  izah  etməyə  çalışmışdır.  Berqson 
insanların  sosial  əlaqələrini  insan  bədənində  hüceyrələrin 
qarşılıqlı əlaqəsinə uyğun izah edir: instinkt insandan birmənalı 
bütövə tabe olmasını (necə ki, arı pətəyin maraqlarına tabedir) 
tələb edir. Bu, təbii (“qapalı”) əxlaqdır. Onun hökmləri ehkam 
mahiyyətli  və  simasızdır  (zəruridir,  çünki  lazımdır);  onun 
mıəqsədi  milləti  hücuma  olmasa  da,  müdafiəyə,  özü  də 
müharibə  şəraitində  hazırlamaqdır.  İki  ehkam:  “insan  insana 
allahdır”,  “insan  insana  yağıdır”  asanlıqla  barışdırılə  bilər: 
birinci halda həmvətənlər, ikinci halda isə xarici işğalçı nəzərdə 
tutulur.  Zabitəlilik  əslində  bütün  tarixi  mərhələlərdə, 
sivilizasiyalarda  özünü  göstərir,  çünki  onun  mənbəyi  insanın 
bioloji təbiətidir. 
  Berqson
 
öz  əxlaqi  ideyalarını  həm  də  dinin  “statik” 
nəzəriyyəsi  ilə  tamamlayır.  Mənəviyyatın  ali  növü  –  “açıq” 
əxlaqdır. Bunun mənbəyi – intuisiyadır. İntuisiya yalnız seçmə 
“qəhrəmanlara” xas olaraq, onlara bioloji əxlaqı aşmaq, “həyat 
çoşğunluğu”  məkanına  qoşulmaq,  bütün  bəşəriyyətə  qarşı 
mistik sevgi bəsləmək imkanını verir. 
  Berqsonun fikrincə, bu sevgi allahın öz yaratdığına olan 
sevgi  ilə  üst-üstə  düşür.  “Açıq  əxlaqa”  “dinamik”  din  uyğun 
gəlir.  Yalnız  dahilər,  müqəddəslər  və  mistiklər  insan  nəslinin 
təbii  ləngliyini  aradan  qaldırıb  ona  tərəqqi  yolunu  göstərə 
bilərlər.  Digər  tədqiqatçı,  pravoslav  filosofu  Nikolay 
Berdyayev (1874-1948) hesab edirdi ki, azadlıq allahdan qabaq 


192 
 
əmələ  gəlmiş  və  ilahi  “heçnə”də  sığınacaq  tapmışdır.  Dünya 
şərinə  cavabdeh  olan  azadlıq  həm  də  mənəvi  “sonsuz 
potensiya”dır. Azadlığın hesabına ruh allahdan ayrılır; təbiətdə 
və  tarixdə  obyektivləşən  (gerçəkləşən)  ruh  özgələşir.  Fərdi 
ümumidə itir, sosiallaşma hər hansı bir fərdi təkrarsızlığı məhv 
edir.  Burada  əzabkeşlik,  düşmənçilik  və  zorakılıq  “qanunu 
əxlaqı”  hökm  sürür.  Bu  qanun  xeyir  və  şərin  xarici  fərqini 
müəyyənləşdirir,  insanları  yaxşı  və  pis  olarlara  bölür,  cəza 
qorxusu isə fanatizmə gətirib çıxarır. Əslində burada formalizm 
və riyakarlıq hökm sürür. 
  Allahın  çağırışına  insan  yalnız  İsa  Məsih  tərəfindən 
bəyan  edilən  “fəzilət  əxlaqı”  (hamının  xilas  edilməsi, 
günahların  yuyulması)  və  “yaradıcılıq  əxlaqı”  əsasında  cavab 
verə bilər. Tarix boyu allah azadlığı və insan azadlığı arasında 
sintez  əmələ  gəlir.  Sintezin  son  mərhələsi  axirət  dünyasıdır. 
Berdyayevin  bu  yanaşması  əslində  xristian  təliminin 
dəstəklənməsi deməkdir. 
Fransız  Jak  Mariten  (1882-1971)  katolik  filosofu, 
neotomizmin  nümayəndəsidir.  Mariten  müasir  dünyanın, 
mədəniyyət  və  sivilizasiyanın  böhranını  dinin  zəyifləməsində, 
inamın  azalmasında  görür.  O,  dini  əxlaqın  əbədi  və  ən 
mükəmməl olduğunu elan edir, çünki bu əxlaq insanı pak edir, 
onun əməllərini və düşüncələrini allaha doğru istiqamətləndirir. 
Məhz dini əxlaq əsil tərəqqiyə səbəb olur. İnsanın əsil azadlığı 
allahla daha sıx əlaqənin yaradılmasındadır. Bunun üçün isə o, 
gərək  ciddi  şəkildə,  dönmədən  dini  əxlaqın  norma  və 
qaydalarını  gözləsin.  Yalnız  bu  yolu  gözləyərkən  insan  əbədi 
rahatlığa, fərdi ölməzliyə və allahın diqqətinə layiq görüləcək. 
  Mariten  həm  də  “inteqral  humanizm”  ideyasının 
müəllifidir. 
Ingilis  filosofu  Corc  Eduard  Mur  (1873-1958)  etikada 
intuitivizm  cərəyanının  banisi  hesab  olunur.  Etikada  onun  adı 
həm  də  formalizm  cərəyanı  ilə  bağlıdır.  Mur  etika  tarixində 
əxlaq  nəzəriyyələri  üzərində  formal-məntiqi  təhlil  aparmışdır. 


193 
 
Müəyyən  edilmişdir  ki,  burada  xeyir  anlayışının  təyin 
edilməsində məntiqi halqa var: xeyir dedikdə, onun tərifi üçün 
istifadə  olunan  anlayışlar  əslində  elə  xeyir  keyfiyyətlərini, 
yaxşılığı  özündə  daşıyırlar  (həzzalma,  xoşbəxtlik,  maraq, 
allahın  iradəsi  və  s.).  Mur  buna  “naturalist  səhv”  deyərək  belə 
bir  nəticəyə  gəlir  ki,  xeyir  anlayışının  mahiyyətini  prinsip 
etibarilə  açıqlamaq  mümkün  deyil,  buna  tərif  vermək  olmur, 
xeyiri  ancaq  intuisiya  vasitəsilə  dərk  etmək  mümkün  olur. 
Bununla da etikada intuitivizm cərəyanının əsası qoyuldu.  
  Mur  əxlaqın  ictimai-tarixi  təbiətini  inkar  edərək,  bunu 
maddi  dünyanın  qanunlarından  tamamilə  təcrid  olunmuş 
şəkildə izah edirdi. Başlıca əsəri “Etikanın əsasları”dır (1903). 
Alman  filosofu  Nikolay  Hartman  (1882-1950)  müasir 
aksiologiyanın 
nümayəndəsi 
və 
fenomoloji 
etikanın 
banilərindən biri sayılır. Onun baxışları neokantçılığın Marburq 
məktəbinin,  sonradan  isə  E.Hüsserl  və  M.Şelerin  təsiri  altında 
formalaşmışdır.  
  O, 
öz 
baxışlarını 
“Etika” 
(1925) 
əsərində 
əsaslandırmışdır. 
Hartmanın 
fikrincə, 
dəyərlər 
nə 
qiymətləndirilən  isimlərdən,  nə  də  ki,  qiymətləndirmə 
prosesindən,  halından  asılı  deyil;  onlar  obyektiv  xarakter 
daşıyır,  baxmayaraq  ki,  cisimlərin  real  xassələri  deyildir. 
Dəyərlər  və  yaxud  sərvətlər  həm  insanın  subyektiv  şüurunun, 
həm  də  maddi  reallığın  o  tayında  yerləşir.  Bunlar  varlığın 
xüsusi  sahəsinə  -  “ideal  mahiyyətlər”  səltənətinə  məxsusdur. 
Bura  isə  məkan  və  zamandan  kənarda  olduğu  üçün  mütləq, 
əbədi  və  dəyişilməzdir.  Müəyyən  mənada  burada  Platonun 
idealizminin  təsiri  hiss  olunur.  Dəyərlər  “reallığın  yaradıcı 
prinsipləridir”.  Əxlaqi  dəyərlərin  mənası  ondadır  ki,  onlar 
reallığı  borcla  uzlaşdırılmasını  tələb  edir  və  dəyərli  olanı 
qoruyub saxlayır və təsdiqləyir. 
  Bununla  belə  dəyərlər  reallığa  çevrilmir,  varlığı 
dəyişdirə  bilmirlər,  yəni  burada  hər  bir  borcla  bağlı  hərəkət 
məntiqə uyğun səbəb – nəticə qanunauyğunluqlarına əsasən baş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə