Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   110

194 
 
verir.  Dəyərin  tələbi  yalnız  real  həyatda  həyata  keçirilə  bilər. 
Eyni  zamanda  insan  həm  borc,  həm  dəyərlər  aləminə  aid 
olduğu üçün iradə azadlığına malikdir. Bütün digər canlılardan 
fərqli  olaraq  insan  öz  “qismət”inə  uyğun  olaraq,  dəyərlər  və 
borcla  bağlı  arzu  və  vəzifələrini  həyata  keçirməli,  bu  zaman 
xarici zərurətin müqavimətini pozmağı bacarmalıdır. 
  Dəyərləri 
insan  intellektual,  emosional  çalarları 
olmayan  seyretmə,  intuisiya  vasitəsilə  qavrayır.  Beləliklə, 
Hartmana  görə  dəyərlərin  təbiətində  irrasional  meyillər 
güclüdür.  Beləliklə, onun təsəvvüründə iki aləm  – dəyərlər və 
mövcudat var, insan varlığı da iki sahəyə parçalanır: real varlıq 
və  ideal  zərurilik.  Hartmanın  ideyaları  müasir  liberalizminin 
təşəkkülünə də təsir göstərmişdir. 
Amerikan  filosof  Con  Dyui  (1859-1952)  praqmatizm 
cərəyanının  başlıca  nümayəndəsi  hesab  olunur.  Dyui 
praqmatizmin qollarından biri olan  istrumentalizm cərəyanının 
banisidir. Dünyanın obyektiv qanunauyğunluqlarını inkar edən 
Dyui  dünyanı  situasiyalar  (vəziyyətlər)  silsiləsi  kimi 
qiymətləndirir.  Həmin  situasiyalar  subyektlə  uzlaşdırılır. 
Etikada  həmin  “instrumenlal”  metod  tətbiq  olunur.  Əxlaqi 
problemlər  real  vəziyyətlərdə  yaranır,  əxlaqi  kateqoriyaların 
vəzifəsi isə hər bir yaranmış əxlaqi situasiyadan müvafiq çıxış 
yolunu tapmaqdır. Hər bir situasiyada mövcud olan məqsəd və 
yaxşılıq  digərləri  ilə  tam  bərabər  hüquqludur.  Dyui  etik 
relyativizmi  müdafiə  edir,  mənəviyyat  normalarını  isə  sərbəst 
yozulmasını  təklif  edir.  O  “mütləq”  əxlaqı,  “əbədi”  əxlaqi 
normaları  inkar  edir,  onlara  qarşı  fərdin  yaşadığı  cəmiyyətin 
konkret  şəraiti  qoyur  ki,  buradan  asılı  olaraq,  məqsəd  və 
vəzifələr müəyyən edilsin. Əxlaq və yaxud fayda? Suala cavab 
olaraq  o,  faydanı  seçir.  Tərbiyə  məsələlərində  Dyui 
fərdiyyətçilik  mövqelərdən  çıxış  edərək,  vurğulayır  ki,  bu 
zaman  insanın  ilk  növbədə  anadangəlmə  intellektual  və 
emosional  bacarıq  və  qabiliyyətlər  inkişaf  etməlidir.  Əxlaq 
haqqında  başlıca  əsərləri:  “Etika”  (1908),  “Azadlıq  və 


195 
 
mədəniyyət” (1929), “Fərdiyyətçilik: köhnə və yeni” (1929) və 
s-dir. 
Sartr  Jan  Pol  (1905  –  1980)  fransız  yazıçısı,  ictimai 
xadimi  və  filosofudur.  Sartr  fəlsəfədə  ateizt  mahiyyətli 
ekzistensializmin  nümayəndəsidir.  Etika  baxımından  onu 
göstərmək  olar  ki,  Sartr  humanizmin  Qərbdə  formalaşmış 
böhranını 
elmin 
inkişafında, 
rasional 
təfəkkürün 
nailiyyətlərində,  insanın  dövlət  tərəfindən  manipulyasiya 
obyektinə  çevrilməsində  görürdü.  Sartr  əxlaqi  məqsədləri 
irrasionalizm  və  intuitivizm  mövqeyindən  qiymətləndirməyə 
çalışırdı. Əxlaqı riqorizm mövqeyindən qiymətləndirən Sartr bu 
zaman  “əsl”,  “özü-özünə  sadiq  olana”  xüsusi  əhəmiyyət  verir. 
Bu  baxımından  onun  mövqeləri  müəyyən  mənada  Kantın 
mövqelərinə yaxındır (məsələn, Kantın əxlaqi hökmünə). 
  Sartr hesab edirdi ki, əxlaqi normalar heç də hər bir kəs 
üçün labüd deyil. Insanın ayrılıqda götürülmüş hər bir hərəkəti 
təkrarsız  və  unikaldır,  əxlaqi  tələblər  sosial  şəraitlə  izah  edilə 
bilməz.  İnsan  öz  daxili  əxlaqi  hökmünə  əməl  edərkən  bir  növ 
cəmiyyətin əxlaqsız hallarını aradan qaldırır, buna görə də hər 
hansı bir vəziyyətdə və şəraitdə insanın üzərinə bir növ fövqəl 
vəzifə  düşür:  özünü  müəyyən  mənada  cəmiyyətə  qurban 
vermək.  
Əgər  sosial  dəyərlərə  qarşı  (yəni  onların  əsl  olmasına 
qarşı)  şübhə  yaranırsa,  burada  fərdin  “riyakarlığı”nı 
günahlandırmaq  lazımdır,  çünki  həmin  fərd  öz  vicdan  səsini 
eşitmək  istəmir.  Vicdan  səsi  isə  əslində  insanın  ilkin 
günahkarlıq  hissinin  qaçılmaz  yüküdür.  Sartr  azadlığı 
arzulamaq,  istəmək  arzusu  kimi  başa  düşür;  belə  azadlıq 
insanın əzəli, ideal “mahiyyəti” hesab olunur, bu, özünü insanın 
istənilən  hərəkətində  (lap  absurd  xarakterli)  ifadə  edir.  İnsan 
azad olmağa məhkumdur.  
Əslində  Sartr  azadlıq  dedikdə  qəbul  edilmiş  qərarın 
(mahiyyətinə  bir  o  qədər  də  varmadan)  sərbəst  seçim  etmək 
imkanını  nəzərdə  tutur.  Azadlıq  problemində  determinizmi 


196 
 
inkar  edən  Sartr  eyni  zamanda  insan  davranışının  izahında 
fatalizm  mövqeyindən  çıxış  edir.  Bu  davranışı  o,  birbaşa 
insanın  nə  vaxtsa  keçirdiyi  mənəvi  travmalarla  (ekzistensional 
psixoanaliz) izah edir. 
  Beləliklə,  Sartrın  əxlaqi  baxışlarında  abstrakt  riqorizm 
və freydizm üzərində qurulan naturalizm özünü biruzə verir. Bu 
da  özünü  fərdə  olan  bəzi  tələblərdə  ifadə  edir:  özünü  daima 
“ifşa etmək”, günahkarlıq hissi ilə yaşamaq və s. Sartr öz əxlaqi 
baxışlarını  aşağıdakı  əsərlərində  açıqlayıb:  “Varlıq  və  heç  nə” 
(1943), “Ekzistensializm humanizdir” (1946). 
Kamü Alber (1913-1960), fransız yazıçısı və filosofudur. 
Ekzistensializmin  nümayəndəsi  olan  Kamü  öz  etik  baxışlarını 
çoxsaylı  əslərində  izah  etmişdir.  O,  insan  problemlərini 
ekzistensializm  mövqeyindən  izah  edərək,  bu  mövcudatı 
konkret  vəziyyətləri  baxımından  qiymətləndirməyə  çalışır. 
Kamünün  əxlaq  fəlsəfəsində  çıxış  nöqtəsi  absurddur 
(mənasızlıq,  cəfəngiyyat)  insan  bişüuri  olaraq  həyata  bağlıdır, 
ona  can  atır,  lakin  onun  yaşadığı  dünya  onun  özünə  bərabər 
deyil,  qeyri-rasional  və  mənasızdır.  İnsanın  da  yaşaması  bu 
təqdirdə  öz  mənasını  itirir.  Bu  fikri  Kamü  “Sizif  haqqında 
əfsanə” əsərində daha dolğun ifadə  etmişdir. Məlumdur ki,  bu 
qədim Yunan qəhrəmanı əbədi olaraq əzabkeşliyə məhkumdur: 
dağın başına itələdiyi daş həmin an geri qayıdır və bütün işlər 
yenidən  başlanır.  Bu  yolla  Sizif  öz  cəzasını  çəkir.  Kamü 
əsərində mənasızlığa qarşı mübarizə elan etməyə, əsil yaşayışın 
tərzini  tapmağa  çalışır.  Əsil  əxlaq,  əsil  həyat  nədir?  Bu  suala 
cavab  verməyə  çalışan  Kamü  öz  qiyamını  ruh  sahəsilə 
məhdudlaşdırır, fərdi təkmilləşməyə nail olmağa çalışır. Kamü 
əslində  yaşadığı  dünyada  özgələşmənin  aradan  qaldırılması 
yollarını tam, axıra qədər dərk edə bilməyib. 
  Kamü hesab edirdi ki, özgələşmənin aradan qaldırılması 
yolu  insanın  özü-özünə  uyğunluğunun  axtarılmasındadır,  yəni 
insan  öz  mahiyyətini  tam  dərk  edib  özünü  buna  uyğunlaşdıra 
bilsə,  o,  xoşbəxt  sayıla  bilər.  Kamü  həmin  mahiyyətə  uyğun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə