Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   110

203 
 
olan  münasibətinin  əsasını,  insanın  dünyagörüşünün,  həyati 
fəallığının  motivasiyasının  özəyini,  “həyatın  fəlsəfəsini”  təşkil 
edir. 
M.Rokiç  terminal  (fərdi  varlığının  hansısa  son  məqsədi 
layiqdir ki, ona can atım) və instrumental (fərdin hər hansı bir 
hərəkəti  və  yaxud  mövqeyi,  keyfiyyəti  istənilən  vəziyyətdə 
üstündür)  dəyərlər  siniflərini  fərqləndirir.  Bu  bölgü  dəyərlər-
məqsədlər və dəyərlər-vasitələr bölgüsünə uyğun gəlir. 
Sorğu iştirakçısına iki siyahı verilir, hər birində dəyərlər 
göstərilir.  Hər  dəyərə  ranq  nömrəsi  verilir,  əgər  dəyərlər 
kartoçkalara  yazılıbsa,  onda  həmin  kartoçkalar  ranqına  uyğun 
olaraq əhəmiyyətinə uyğun olaraq, yerləşdirilir. Əvvəl terminal, 
sonra isə instrumental dəyərlər göstərilir. 
Təlimat:  indi  Sizə  üstündə  dəyərin  adı  yazılan  18 
kartoçka  veriləcək.  Onları  həyatda  rəhbər  tutduğunuz 
prinsiplərə uyğun olaraq düzün.  
Hər bir dəyərin adı ayrı vərəqədə qeyd olunub. Diqqətlə 
onlara  baxın,  və  hansı  daha  əhəmiyyətlidirsə,  onu  birinci  yerə 
qoyun. Sonra qiymətinətinə görə ikinci olan dəyəri seçin və onu 
birincinin  ardınca  yerləşdirin.  Bu  qayda  ilə  bütün  kartoçkaları 
yerləşdirin  .Ən  əhəmiyyətlisi  sona  qalacaq  və  18  –ci  yeri 
tutacaq. 
Tələsmədən, düşünərək işləyin.  İş prosesi zamanı siz öz 
fikrinizi 
dəyişsəniz, 
kartoçkaların 
yerlərini 
dəyişərək 
cavablarınızda  düzəliş  edə  bilərsiniz.  Son  nəticə  sizin  həqiqi 
mövqeyinizi əks etdirməlidir.  
 
STİMULLAŞDIRICI MATERİAL 
 
A siyahısı (terminal dəyərlər) 
 
- fəal həyat (dolğun və emosional həyat) 
- həyati müdriklik (həyat təcrübəsindən irəli gələn kamil 
mühakimə və sağlam düşüncə) 


204 
 
- sağlamlıq (fiziki və psixi) 
- maraqlı iş 
-  təbiətin  və  incəsənətin  gözəlliyi  (təbiətdə  və 
incəsənətdə olan gözəlliklərdən mütəəssir olmaq) 
- məhəbbət (sevdiyin insanla mənəvi və fiziki yaxınlıq) 
-  maddi  cəhətdən  təmin  edilmiş  həyat  (maddi 
cətinliklərin yoxluğu) 
- yaxşı və sadiq dostların olması 
-  cəmiyyətin  rəğbəti  (ətrafdakıların  ,kollektivin,iş 
yoldaşlarının hörməti) 
-  dərk  etmə  (öz  təhsilini,  dünyagörüşünü,  umumi 
mədəniyyətini,intellektual inkişafını genişləndirmək imkanı) 
-  məhsuldar  həyat  (öz  imkanlarından,  güc  və 
qabiliyyətlərindən tam istifadə) 
-  inkişaf  (öz  üzərində  çalışma,  daim  fiziki  və  mənəvi 
təkmilləşmə) 
-  əyləncələr  (xoş  və  yorucu  olmayan  vaxt  keçirmə, 
öhdəçiliyin yoxluğu) 
-  azadlıq  (müstəqillik,  düşüncə  və  hərəkətlərdə 
sərbəstlik) 
- xoşbəxt ailə həyatı 
-  başqalarının  səadəti  (  başqa  insanların,  bütün  xalqın, 
bəşəriyyətin firavahlığı, inkişafı və təkmilləşməsi) 
- yaradıcılıq (yaradıcı fəaliyyət imkanı) 
-  özünə  inam  (mənəvi  tarazlıq,  daxili  ziddiyyətlərin  və 
tərəddüdlərin yoxluğu). 
 
B siyahısı (instrumental dəyərlər) 
-səliqə  (təmizkarlıq),  əşyaları  sahmanlı  saxlamaq 
bacarığı, işində dürüstlük 
- tərbiyə (yaxşı davranış), 
- yüksək iddialar (həyata qarşı yüksək tələblər və yüksək 
məqsədlər) 
- gülərüzlük (yumor hissi) 


205 
 
- çalışqanlıq(intizamlılıq ) 
- müstəqillik (sərbəst, qətiyyətli hərəkət etmək bacarığı) 
-  özündə  və  başqalarında  olan  çatışmazlıqlara  qarşı 
barışmazlıq 

savadlılıq  (biliklər  genişliyi,  yüksək  ümumi 
mədəniyyət) 
-  məsuliyyət  (öhdəlik  hissi,  verilən  sözə  əməl  etmək 
bacarığı) 
-  məqsədyönlülük  (sağlam  və  məntiqli  düşüncə, 
düşünülmüş və məqsədyönlü qərarlar qəbul etmək bacarığı) 
- özünənəzarət (təmkinlilik, intizamlılıq) 
- öz fikir və baxışlarının müdafiəsində cəsarət 
-  möhkəm  iradə  (verdiyin  qərarın  üstündə  durmaq 
bacarığı, çətinliklərdən çəkinməmək) 
-  dözümlülük  (başqalarının  fikir  və  rəylərinə  qarşı 
dözümlülük,  ətrafdakıların  səhvlərini  və  nöqsanlarını 
bağışlamaq bacarığı)  
-  dünyagörüşün  genişliyi  (özgəsinin  nöqteyi-nəzərini 
anlamaq  bacarığı,  başqa  zövqlərə,  adətlərə,vərdişlərə  hörmət 
etmək) 
- dürüstlük (düzgünlük, səmimilik) 
- işlərdə effektivlilik (əməksevərlik, işdə məhsuldarlıq) 
-həssaslıq (qayğıkeşlik) 
Metodikanın  üstünlüyü  müayinənin  keçirilməsində, 
nəticələrin  tədqiqində  və  işlənilməsində  olan  universallıq, 
rahatlıq 
və 
qənaətçilliyində, 
elastikliyindədir 
(həm 
stimullaşdırıcı  materialı  (dəyər  siyahıları),  həm  də  təlimatları 
dəyişmək  imkanı  var  ).  Nəzərə  çarpan  çatışmazlığı  –  sosial 
istəyin  təsiri,  qeyri  –  səmimiliyin  mümkünlüyü.  Bu  səbəbdən 
də diaqnostikanın motivasiyası, test sınağının könüllü xarakteri 
və  psixoloqla  yoxlanılan  şəxsin  arasında  ünsiyyət  bu  halda 
xüsusi  rol  oynayır.  Bu  metodikanın  seçim  və  ekspertiza 
məqsədi ilə istifadəsi məsləhət görülmür.  


206 
 
Göstərilən  çatışmazlıqların  aradan  qaldırılması  və 
dəyərlərin  seçilməsi  sisteminə  daha  dərindən  qatılmaq  üçün 
təlimatda  dəyişikliklər  mümkündür  ki,bu  da  əlavə  diaqnostik 
informasiya  verir  və  daha  əsaslı  nəticələr  çıxarmağa  imkan 
yaradır. Belə ki, əsas seçimdən sonra sınanan şəxsdən aşağıdakı 
suallara cavab verərək kartoçkaları düzməyi xahiş etmək olar: 
«Adı  gedən dəyərlər sizin həyatınızda hansı qaydada və 
hansı dərəcədə (faizlə) reallaşmışdır?» 
«Siz  arzuladığınız  kimi  olsaydınız  göstərilən  dəyərləri 
necə yerləşdirərdiniz?» 
«Sizin fikrinizcə hər cəhətdən mükəmməl olan bir insan 
bunu necə edərdi?» 
«Sizcə insanların çoxu bunu necə edərdi?» 
«Siz bunu 5 və ya 10 il əvvəl necə edərdiniz?» 
«Siz bunu 5 və ya 10 il sonra necə edərdiniz?» 
«Sizə yaxın adamlar bu kartoçkaları necə sıralayardılar?» 
Dəyərlərin  sırasını  analız  edərkən,  sınanan  şəxs 
tərəfindən  onların  müxtəlif  əsaslara  görə  bloklar  üzrə 
qruplaşdırmasına diqqət yetirmək lazımdır. Məsələn: 
«Konkret»  və  «abstrakt»  dəyərlər,  şəxsi  həyatın  və 
professional  özünütəsdiqləmənin  dəyərləri  və  s.  Instrumental 
dəyərlər  etik  dəyərlər,  ünsiyyət  dəyərləri,  əmək  dəyərləri,fərdi 
və  konformist  dəyərlər,alturistik  dəyərlər,  özünütəsdiq  və 
başqalarını  qəbul  etmək  dəyərləri  və  s.  şəklində  qruplaşa 
bilərlər.  Bu  hələ  dəyər  oriehtasiyası  sisteminin  subyektiv 
strukturlaşdırılmasının heç də bütün imkanlarını açıb göstərmir. 
Psixoloq individual qanunauyğunluğu hiss etməyə çalışmalıdır. 
Əgər heç bir qanunauyğunluq üzə çıxarmaq mümkün olmursa, 
onda  sınanan  şəxsdə  dəyərlər  sisteminin  formalaşmaması  və 
hətta cavabların qeyri – səmimiliyi barədə düşünmək olar.  
Müayinəni  fərdi  şəkildə  aparmaq  daha  yaxşıdır,  lakin 
qrup şəklində də testləşdirmə aparmaq olar.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə