Мцгяддимя


II BÖLMƏ. MÜASİR ETİKA PROBLEMLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   110

207 
 
II BÖLMƏ. MÜASİR ETİKA PROBLEMLƏRİ 
 
Mövzu 7. Etikanın predmeti və cəmiyyətin mənəvi 
həyatının əxlaqi əsasları 
 
Etika  əxlaqi  normalar  sistemi,  əxlaqi  davranış  və 
vərdişlər,  əxlaqi  münasibətlər  haqqında  elmdir.  Əxlaqi 
münasibətlərin başlıca elementləri insanların əxlaqi hərəkət və 
davranışları, əxlaqi şüur və əxlaqi hisslər, əxlaqi məqsədlər və 
əxlaqi ideyalardır. 
 
7.1.
 
Etika nədir? 
 
Etika (yunanca ethika – ethos – “adət” sözündən yaranan 
termindir)  əxlaqı  öyrənən  fəlsəfi  elmdir.  Etika  fəlsəfənin  ən 
qədim  tərkib  hissəsi  olan  nəzəri  fənlərdən  biridir.  İlk  dəfə 
mənəviyyat haqqında təlimi “etika” adı ilə Arsitotel adlandırıb. 
Adi əxlaqi şüurdan fərqli olaraq etika cəmiyyətin mənəvi-nəzəri 
fəaliyyətinin  məhsuludur.  Etikanın  vəzifəsi  insana  praktik 
olaraq  mənəvi  məsələlərin  həllində  köməklik  göstərmək  idi 
(necə hərəkət etməli, xeyir nədir? şər nədir? və s.). Bu səbəbdən 
görə də hələ qədim dövrlərdən etikaya həm də “praktik fəlsəfə” 
deyirdilər. 
Etika, humanitar fənlərdən biri olaraq, borc, xeyir və şər, 
eləcə  də  digər  kateqoriyaları  ideal  şəklində,  davranışın  əxlaqi 
prinsiplərini  və  normalarını,  insanın  müqəddəratı  haqqında 
təlimi, həyatın mənasını təhlil edir.  
Etikada iki qrup problem fərqləndirilir:  
1. insan necə hərəkət etməlidir (normativ etika);  
2.  əxlaqın  mənşəyi  və  mahiyyəti  ilə  bağlı  olan  nəzəri 
məsələlər (nəzəri etika).  
Əxlaqi  prinsiplər  insanın  sosial  praktikası  nəticəsində 
əmələ gəlir. Burada insan nəsillərinin təcrübəsi ümumiləşdirilir. 


208 
 
Etika  formalaşan  prinsipləri  nəzəri  səviyyədə  təhlil  edir  və 
ümumiləşdirir.  Etika  vasitəsilə  elmi  cəhətdən  əxlaqi  prinsiplər 
əsaslandırılır  və  nəzəriyyə  şəklinə  salınır.  Etika  predmetinin 
əsasını təkil edir:  
1.xüsusi  sosial  hadisə  və  ictimai  şüur  forması  olan 
əxlaqın təbiəti haqqında təlim;  
2.cəmiyyətin həyatında əxlaqın rolu;  
3.mənəvi təsəvvürlərin inkişaf qanunları, burada insanın 
maddi  həyat  şəraitinin  inikasının  xüsusiyyətləri  nəzərdə 
tutulub.  
Burada bir sıra daha konkret məsələlər də öyrənilir:  
1.mənəvi fəaliyyətin təbiəti;  
2.əxlaqi münasibətlər;  
3. əxlaqi şüur.  
Əxlaqi  münasibətlərin,  şüurun  və  fəaliyyətin  əsas 
elementləri  etik  kateqoriyalarda  əks  olunur.  Əxlaqi  şüur 
strukturunun  öyrənilməsi  xüsusi  bir  sahəni  təşkil  edir  (əxlaqi 
dilin məntiqi). Bundan başqa, əxlaqi dəyərlər problemi də təhlil 
olunur  (aksiologiya).  Etika  həm  də  müxtəlif  cəmiyyətlərdə 
əxlaq  məsələlərin  konkret-sosioloji  tədqiqatlarını  aparır 
(deskriptiv  etika).  Etikanın  vəzifələrindən  biri  də  etik  təlimlər 
tarixinin  təhlil  etməsidir.  Məlumdur  ki,  bu  tarix  olduqca 
ziddiyyətli və zəngindir.  
Əxlaqi  təsəvvürlər  obyektiv  xarakter  daşıyırmı?  Bunlar 
həqiqətdə  mövcuddurlarmı?  Bu  suallara  cavab  vermək  üçün 
etika  tarixini  nəzərdən  keçirmək  lazımdır.  Əksər  tədqiqatçılar 
bu  suallara  müsbət  cavab  verirlər.  Bunula  belə  əxlaqi  şüurun 
inikas  etdiyi  reallıq  müxtəlif  şəkildə  qiymətləndirirdi.  Burada 
mənəvi  dəyərlərin  mənbəyi  dedikdə  nəyi  nəzərdə  tutmaq 
məsələsi  də  əhəmiyyətli  idi.  Bəzən  əxlaqda  idrakın  mənbəyi 
ilahi iradə və yaxud zəka, bəzən ədalətliliyin əbədi prinsipləri, 
bəzən  də  dünyanın  mənəvi  qanunları  və  yaxud  insanın 
tarixilikdən uzaq “təbiəti” olmuşdur.  


209 
 
  Həmin  bu  nəzəriyyələr  bir-biri  ilə  ziddiyyətdə  olan 
əxlaqi mövqelərin yaranmasını heç də izah edə bilmirdi. Digər 
yanaşma subyektiv – idealist xarakter daşıyırdı: belə fikir irəli 
sürülürdü  ki,  əxlaqi  təsəvvürlər  obyektiv  olanı  özündə  əks 
etdirmir,  mənəviyyat  yalnız  hər  hansı  bir  özbaşnalığın  ifadəsi 
olaraq müəyyən meylləri, seçimləri bildirir. 
  Müasir əxlaq nəzəriyyəsində əxlaqi naturalizm cərəyanı 
nümayəndələri hesab edirlər ki, əxlaqi prinsipləri elmin köməyi 
ilə əsaslandırmaq olar. İntuitivizm təmsilçiləri isə hesab edirlər 
ki,  əxlaqi  birliklər  unikal  xarakter  daşıyır  və  elmi  metodlarda 
dərk  edilə  bilməzlər.  Neopozitivistlər  isə  əxlaqi  təsəvvürlərdə 
biliyin, həqiqətin olmasını tam inkar edirlər. 
  Nəzərə  almaq  lazımdır  ki,  əxlaq  sosial  hadisə  olduğu 
üçün onun kökləri cəmiyyətdədir. Əxlaq tarixi xarakter daşıyır, 
tarixi  zərurət  və  təsadüf  baxımından  qiymətləndirilməlidir. 
Əxlaqi təsəvvürlərin formalaşmasında həm kortəbiilik, həm də 
zəruri inkişaf meylləri var. 
Etika  haqqında  təsəvvürlərin  tarixi  mərhələləri  və 
təkamülü müxtəlif şəkildə təsvir edilirdi: 
1.
 
Əxlaq  vahid  ümumikosmik,  borc  anlayışı  üzərində 
qurulan prinsipdir. 
2.
 
Əxlaq  mədəni  hadisə  olaraq  insanlararası  ictimai 
münasibətləri  bildirir.  Bu  zaman  o,  həm  insanın  ictimai 
(fövqəltəbii),  həm  də  dəyişkən,  özü-özünü  yaradan  ikinci 
təbiətdir. 
3.
 
Əxlaq şəxsiyyəti digər insanlarla harmonik münasibətləri 
yaratmaq,  birgə  yaşamaq  qabiliyyətinə  malik  olan  varlıq  kimi 
səciyyələndirir.  Burada  əxlaq  ictimai  varlıq  olan  insanın 
kamilliyini ifadə edən fəzilətlər məcmusudur. 
4.
 
Əxlaq  insanın  daxili  borcunun  xüsusi,  ali  mərhələsidir. 
Bunun  məzmunu  real  həyat  tərzi,  real  motivlər  və  dəyərlərə 
münasibətdir.  Əxlaqı  bu  mənada  dəyərlər  dəyəri,  motivlər 
motivi adlandırmaq olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə