Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   110

269 
 
İdeal  əxlaqi  tərbiyənin  və  özünütərbiyənin  son  məqsədidir. 
Əxlaqi  ideal  anlayışı  ilk  dəfə  olaraq  xristian  əxlaq  zəminində 
formalaşmağa  başlamışdır.  Antik  cəmiyyəti  böhran  keçirdiyi 
zaman insanlar zəruri və həyatda olan reallıqlar arasında böyük 
uçurumun  olmasını  görməyə  başlayır.  Xristian  əxlaqında  İsa 
Peyğəmbərin  əxlaqi  kamil  şəxsiyyət  olması  haqqında 
təsəvvürlər  formalaşır.  Bu  ideal  digər  sadə  insanlara  qarşı 
qoyulur. Həmin ideala yalnız müqəddəs insanlar, möminlər bir 
qədər  yaxın  ola  bilərlər.  Kant  hesab  edirdi  ki,  ideal  heç  vaxt 
əldə edilə bilinməyən bir təsəvvürdür. Feyerbaxın idealı bütöv, 
kamil,  hərtərəfli,  savadlı  insandır.  Lakin  Feyerbaxın  idealı 
abstrakt və tarixilikdən uzaq idi. Müqəddəsiliyinə baxmayaraq 
ideal özündə insanların tarixi meyillərini və arzularını təcəssüm 
edirdi. 
Ədalətlilik əxlaqi şüura aid anlayışdır; insanın mahiyyəti 
və onun hüquqları haqqında müəyyən təsəvvürlərə uyğun olan 
borcu  nəzərdə  tutur.  Xeyir  və  şər  anlayışlarından  fərqli  olaraq 
(bunlar  vasitəsilə  müəyyən  hadisələrə  ümumi  əxlaqi  qiymət 
verilir)  ədalətlilik,  bir  neçə  hadisənin  nisbətini  nəzərə  alaraq 
insanlar  arasında  fəzilət  və  şərin  paylanılması  baxımından 
əxlaqi  qiymətin  verilməsi  deməkdir.  Əməl  və  cəza,  hüquq  və 
vəzifələr,  insan  ləyaqəti  və  onun  mükafatlandırılması  arasında 
nisbətin  öyrənilməsi  nəzərdə  tutulur.  Ədalətlilik  anlayışı 
konkret  ictimai-tarixi  xarakter  daşıyır.  Cəmiyyət  tarixində 
ədalətlilik  anlayışı  ilk  növbədə  öz  ifadəsini  ibtidai  kollektivdə 
normaların  pozulmasına  görə  cəzalandırılma  tələbində 
tapmışdır. Bu zaman qan qisası halı da meydana gəlib.  
İbtidai-icma 
cəmiyyətində 
ədalətlilik 
anlayışının 
əsasında maddi nemətlərə münasibətdə bütün insanların bərabər 
olması  ideyası  dururdu.  Xüsusi  mülkiyyətin  yaranması 
mülkiyyət  bərabərsizliyi  ilə  nəticələndi.  Ədalətlilik  və 
bərabərlik  artıq  eyniyyət  təşkil  etmirdi.  Ədalətliliyi  hər  bir 
insanın  ləyaqətinə  və  vəziyyətinə  uyğun  olaraq  izah  edirdilər. 
İnsan  ləyaqətin  hər  hansı  bir  yozulması  hakim  siniflərin 


270 
 
mövqeyindən  aparılırdı.  Kapitalizm  cəmiyyətində  hüquq 
bərabərliyinin 
bəyan 
edilməsi 
həm 
də 
ədalətliliyin 
gözlənilməsini nəzərdə tuturdu. 
Xoşbəxtlik  əxlaqi  şüuru  xarakterizə  edən  anlayışlardan 
biri olaraq insanın elə bir vəziyyətini xarakterizə edir ki, həmin 
vəziyyət onun yaşadığı şəraitindən, həyatın mənasını necə başa 
düşməsindən  asılı  olaraq,  öz  qismətindən,  taleyindən  daxilən 
məmnun  olmasını  bildirir.  Arzu  xoşbəxtlikdə  idealın  hissi-
emosional  formasıdır,  lakin  arzudan  fərqli  olaraq  xoşbəxtlik 
şəxsiyyətin 
istiqamətlənmələrini 
yox, 
onların 
artıq 
reallaşmasını  bildirir.  Xoşbəxtlik  anlayışı  insanın  obyektiv 
durumunu  və  yaxud  subyektiv  vəziyyətini  ifadə  etmir:  burada 
insan  həyatı,  ondan  aldığı  həzz  necə  olmalıdır?  suala  cavab 
verilir.  Xoşbəxtlik  anlayışı  elə  ona  görə  normativ-dəyərli 
xarakter daşıyır. Xoşbəxtlik anlayışı insan həyatının mənası və 
təyinatının  necə  başa  düşülməsindən  asılıdır.  Digər  əxlaqi 
anlayışlar kimi, xoşbəxtliyin də inkişafı tarixi xarakter daşıyır. 
Əxlaqi şüur tarixində bu kateqoriyanı iki cürə izah edirdilər. Bir 
tərəfdən, xoşbəxtlik anadangəlmə olan insan hüquqlarından biri 
hesab olunur, digər tərəfdən isə  cəmiyyətdə xoşbəxtliyi  yalnız 
görülmüş işlərin mükafatlandırılması kimi qeyd edirdilər.  
Dini əxlaqın tərəfdarları xoşbəxtliyə nail olmaq imkanını 
o dünyaya keçirirdilər. Bəzən isə göstərilir ki, insan bu dünyada 
da xoşbəxtliyə layiqdir, əgər o buna can atırsa, onda xoşbəxtlik 
fəzilətin  mükafatlandırılması  və  hətta  onun  mənafeyi  olur. 
Cəmiyyətdə  xoşbəxtliyə  nail  olmaq  üçün  insan  gərək  şüurlu 
şəkildə  öz  bacarıq  və  qabiliyyətlərini  ümumi  məqsədlər  üçün 
sərf etməyə bacarsın. 
Özgələşmə  fəlsəfi  kateqoriya  olsa  da,  əxlaqi 
münasibətlərin  formalaşmasında  fəal  rol  oynayır.  Özgələşmə 
zamanı  insan  fəaliyyətinin  nəticələri  müstəqil  bir  varlığa 
çevrilir  və  insan  üzərində  hakimlik  edir.  İnsan  fəaliyyətinin 
məzmunu elə ifrat forma alır ki, öz yaradıcı məzmununu itirir, 
insanın  özü  isə  simasızlaşır,  burada  insanlar  arasında 


271 
 
münasibətlər  şeylərin  münasibətləri  halını  alır.  Özgələşmə 
anlayışı  hələ  Maarifçilik  dövründə  alman  və  fransız 
fəlsəfəsində  yaranmış  və  cəmiyyətin  humanistləşməsini 
xarakterizə  edirdi.  Göstərilirdi  ki,  sosial  tərəqqi  və  mədəni 
nailiyyətlər insandan üzünü döndəriblər. Burada əsasən mənəvi 
məsələlər tənqid atəşinə tutulurdu. 
K.Marks  özgələşmə  prosesini  kapitalizm  cəmiyyəti 
timsalında bir qədər də dərindən təhlil etməyə çalışdı. O hesab 
edirdi ki, burada özgələşmə əmək bölgüsü nəticəsində yaranmış 
sinfi  cəmiyyətin  fəaliyyətinin  nəticəsidir.  Xüsusi  mülkiyyət 
üzərində qurulan istehsal münasibətləri şəraitində insanın insan 
tərəfindən  istismar  edilməsi  ona  gətirib  çıxarır  ki,  müxtəlif 
qruplar  və  siniflər  arasında  münasibətlər  olaraq,  hər  bir  insan 
üçün  yabançı,  düşmən  bir  qüvvəyə  çevrilir.  İnsan  özünü 
cəmiyyətdən təcrid olunmuş hiss edir. İnsan əməyinin məhsulu 
kapital timsalında yad bir ictimai qüvvə halını alır. Mənəviyyat 
sahəsində  özgələşmə  özünü  onda  ifadə  edir  ki,  davranış 
prinsipləri  və  qaydaları  insanlara  yad  olur,  onların  təbii 
meyllərini  boğur.  Nəticədə  mənəviyyat  haqqında  təhrif 
olunmuş təsəvvürlər formalaşır. 
Səmimilik  şəxsiyyəti  və  onun  xasiyyətini  xarakterizə 
edən  əxlaqi  keyfiyyətdir.  Səmimiyyət  onu  bildirir  ki,  insan 
gördüyü  işinin,  danışdığı  sözün  doğruluğuna  inanır,  boynuna 
aldığı  qaydalara  uyğun  iş  görür  və  s.  Səmimilik  ikiüzlülüyün, 
yalanın əksidir, lovğalığa, şöhrətpərəstliyə ziddir.  
 
İndi isə əxlaqi prinsiplər haqqında. 
 
Əxlaqi  prinsiplər  (latınca  prinsipium  -  əsaslar)  əxlaqi 
şüurun  formalarından  biri  olaraq  ümumiləşdirilmiş  şəkildə 
əxlaqi  tələbləri  ifadə  edir.  Əxlaqi  norma  insana  əməl  etməli 
qaydaları  öyrədir,  əxlaqi  keyfiyyət  şəxsiyyətin  xasiyyəti  və 
davranışının  ayrı-ayrı  tərəflərini  xarakterizə  edir,  əxlaqi 
prinsiplər  isə  hər  hansı  bir  mənəvi  sahənin  məzmununu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə