272
açıqlayır, cəmiyyətin əxlaqi şüurunda insanın mahiyyətini
açıqlayan, həyatın mənasını, müqəddəratını, insanlararası
münasibətlərini bildirən tələblərini ifadə edir. Əxlaqi prinsiplər
insan fəaliyyətinin ümumi istiqamətini bildirir, daha konkret,
əxlaqi davranış normaları üçün əsas rol oynayır. Tarixin
müxtəlif dövrlərində əxlaqi prinsiplərin məzmunu və mahiyyəti
sabit qalmır, daim dəyişir və inkişaf edir. Məsələn, dini əxlaq
prinsipləri, milli əxlaq prinsipləri və s. vardır. İnsanlar arasında
formalaşan münasibətlərdə də müxtəlif prinsiplər istifadə oluna
bilər.
Mənəvi münasibətlər formalaşdıqca, əxlaqla bağlı
qaydalar, normalar və stereotiplər formalaşır. Bunlardan biri
davranış mədəniyyətidir. Insan davranışında mühüm rolu həm
də əxlaqi vəzifə haqqında təsəvvürlər oynayır.
Əxlaqi
prinsiplərdən
biri
asketizm,
yaxud
tərkidünyalıqdır (yunanca askeo – məşq etmək deməkdir). Bu
prinsipə əsasən insanlar gərək gündəlik naz-nemətdən, hiss və
həzzalmadan uzaqlaşsın, hansısa sosial məqsəd və yaxud əxlaqi
kamilləşdirmə naminə özündə hiss və ehtirasları cilovlasın.
Etika tarixində asketizmə qarşı duran gedonizm və epikürçülük
olmuşdur. Asketizmin kökləri çox ehtimal ki, hələ qədim
cəmiyyətlərə gədib çıxır. Məlumdur ki, həmin dövrdə yaşayan
insanlar çoxlu çətinliklər, məhrumiyyətlərlə rastlaşırdı.
İnsanlardan möhkəm fiziki hazırlıq və dözümlülük tələb
olunurdu. Buna nail olmaq üçün xüsusi dini ibadət formaları
yaşadılırdı. Məs., oğlan uşaqlarını növbəti, böyük həyat
mərhələsinə keçirmək üçün xüsusi ibadətlərlə müşaiyyət olunan
mərasimlər təşkil edilirdi. Burada uzunmüddətli pəhriz, tək
qalma, dişlərin yuyulması və s. həyata keçirilirdi ki, gənclər
özündə dözümlülük və mətinliyi aşılasın, başa düşsünlər ki,
həyat nə qədər mürəkkəb və çətindir.
Demək olar ki, asketizmin nəzəri əsaslandırılmasını biz
bütün dinlərdə (hələ qədim Şərq dinlərində, pifaqorçuluq
təlimində, xristianlıqda və s.) tapa bilərik. Tərkidünyalıq burada
273
əxlaqi kamilliyə doğru bir yol kimi qiymətləndirilir. İnsan öz
maddi tərəfini məhdudlaşdırır ki, ali varlığa (məs., Allaha)
qovuşsun.
Asketizmin bəzi elementlərini müxtəlif siyasi təlimlərdə
də tapmaq olar. Məsələn, asketizm məzlum sinif nümayəndələri
tərəfindən tətbiq olunurdu ki, bu yolla hakim siniflərin cah-
cəlallı yaşayışına qarşı etiraz bildirsinlər (kəndli və erkən
proletar hərəkatları). Asketizmin elementlərini həm də müxtəlif
kommunizm nəzəriyyələrində tapmaq olur.
Daha bir əxlaqi prinsip amoralizmdir (yunanca a –
inkaredici hissəcik, latınca moralis – mənəvi). Burada ictimai,
ilk növbədə ümumbəşəri əxlaqi normalara mənfi münasibət
əsaslandırılır, əxlaqsızlıq isə insan davranışının əsil forması
elan olunurdu. Amoralizm özünün ilk növbədə insanlara
nifrətdə, eqoizmdə, asosial davranışı təqdir etməkdə ifadə edir.
Amoralizm həm də hər hansı bir məqsədə nailolunmanın ən
çirkin yollarını qanuni, mümkün sayır (makiavellizm, fanatizm,
demaqoqluq).
Amoralizmin formalarından biri həm də nihilizm hesab
olunur (burada mövcud əxlaqa qarşı bir növ qiyam qaldırılır).
Amoralizmin bəzi müddəalarını bir sıra əxlaqi nəzəriyyələr, o
cümlədən relyativizm, volyunatarizm, skeptisizm əsaslandırır.
Məs., qədim Yunanstanda amoralizmin bəzi elementlərini
kiniklərin və bəzi sofistlərin təlimlərində tapmaq olur. Müasir
etik təlimlərində də amoralizm mövqeyindən Nitsşe, L.Klager,
C.Centile, A.Rozenberq də çıxış edirdilər. Amoralizmin bəzi
elementlərini neoprotestantizm, emotivizm, “humanist” etika
kimi təlimlərdə də tapmaq olur.
Fərdiyyətçilik
və
yaxud
individuallıq
(latınca
individuum – bölünməz, fərd deməkdir), davranış istiqamətinin
seçimində mənəviyyatın əsaslandırılması prinsipidir. Hər bir
fərd cəmiyyətdə avtonom bir şəxsiyyət təşkil edərək öz
mənəviyyat qanunlarını axtarıb tapa bilir. İnsanın özündə
mənəviyyatın əsasları var, ona görə də o, öz əxlaqi norma və
274
prinsiplərini yaradaraq, xarici, sosial şəraitdən asılı olmayaraq
öz fərdiliyi və azadlığını təşkil edə bilər. Fərdiyyətçiliyin sosial
əsasını xüsusi mülkiyyət təşkil edir.
Fərdiyyətçilik prinsipini hələ qədim dövrdə bir sıra
tədqiqatçılar irəli sürmüşlər. Protaqor hesab edirdi ki, insan hər
bir şeyin meyarıdır, bu barədə öz fikrini həm də kiniklər,
kirenaiklər, həmçinin stoisizm, epikürçuluq kimi cərəyanların
nümayəndələri
bildirmişlər.
Fərdiyyətçilik
İntibahın
ideologiyasında, erkən protestanizmdə və maarifçilikdə
mütərəqqi məna daşıyır və insanın feodal asılılığından azad
olmasını, onun ləyaqətini, siyasi və mənəvi azadlığını bildirirdi.
Fərdiyyətçilik prinsipi həm də bir sıra burjua etik
nəzəriyyələrində öz ifadəsini tapmışdır (məsələn, “İctimai
müqavilə”, eqozim nəzəriyyəsi, əxlaqi hiss nəzəriyyəsi,
evdemonizm); burada əxlaq ayrılıqda götürülmüş insanın şəxsi
meyilləri və maraqları üzərində qurulur. Kapitalizm
cəmiyyətində Nitsşedə fərdiyyətçilik sərt qüvvə səcdəsi
mənasını daşıyırdı ki, bu da öz ifadəsini simasız kütlə üzərində
hökmranlıq edən “fövqəlinsan” ideyasında tapmışdır. Müasir
etikada fərdiyyətçilik ən müxtəlif nəzəriyyələrdə əsaslandırılır,
o cümlədən, neopozitivizmdə, intuitivizmdə, ekzistensializmdə,
özünürealizəetmə etikasında, humanist eitkada və s. Bu prinsip
əsasında insan cəmiyyətin həyatında yaxından iştirak edir,
ictimai asılılıqdan özünü azad edərək, cəmiyyətə qarşı
“qiyam”a çıxa bilir.
Humanizm (latınca humanus – insani) əxlaqi prinsipdir;
bu prinsipin əsasında insanın sonsuz dərəcədə kamilliyə
bacarığın olmasına inam, onun ləyaqətinin azadlığı və müdafiə
olunması
tələbi,
insanın
xoşbəxt
olması
haqqının
əsaslandırılması, insan tələbatları və maraqlarının cəmiyyət
tərəfindən təmin olunması tələbi durur.
Tarixdə humanizm ideallarını təbliğ edənlər sırasında
F.Petrarka, L.da Vinci, Kopernik, M. Monten, F.Bekon,
V.Şekspir olmuş, dünyanın mərkəzində onu yerləşdirmişlər.
Dostları ilə paylaş: |