Мцндяриъат



Yüklə 302,32 Kb.
səhifə12/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   ...   4   5   6   7   8   9   10   11   12

“Həyat həyatdan gəlir”

Darvin kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduqlarını qəbul edirdi. Orta əsrlərdən bəri inanılan və “Spontan Generasiya” adlanan nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirəcəyinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat edə bilmək üçün də qəribə təcrübələr aparmışdılar. Kirli bir parçanın üstünə bir az buğda qoyulmuş və bir az da gözləniləndən sonra bu reaksiyadan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlaması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki, daha sonra bilinəcəkdi ki, ətlərin üstündəki qurdlar öz-özünə ortaya çıxmırlar, milçəklərin gətirib qoyduqları gözlə görsənməyən larvalardan çıxırlar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gəldiyi inancı elm dünyasında qəbul edilirdi.

Halbuki Darvinin kitabının nəşr edilməsindən beş il sonra, məşhur fransız bioloq Luis Paster təkamülün əsası olan bu inancı qəti olaraq rədd etdi. Paster apardığı çalışmalar və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə etmişdi: “Cansız maddələrin həyat əmələ gətirdikləri iddiası daha qəti olaraq tarixə basdırılmışdır.” (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origins of Life, New York: Marcel Dekker, 1977, səh. 2).

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü daha da aydın oldu.


20-ci əsrdəki nəticəsiz səylər

XX əsrdə həyatın mənşəyi mövzusunu ələ alan ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: “Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq nöqtəni təşkil edir” (Alexander I Oparin, Origin of Life, (1936) New York: Dover Publications, 1953 (Reprint), səh. 196).

Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək, proteinlərin tərkibində olan bir neçə üzvi (orqanik) molekulu (aminoasit) sintez etdi.

Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qaldığı və təcrübədə itifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olduğu gələcək illərdə ortaya çıxacaqdı (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, cild 63, noyabr 1982, səh. 1328-1330). Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7).

Həyatın mənşəyi məsələsini açıqlamaq üçün 20-ci əsrdə aparılan bütün təkamülçü səylər həmişə nəticəsiz qaldı. San Dieqo Scripps Institutundan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: “Bu gün 20-ci əsri arxada qoyarkən, hələ 20-ci əsrə daxil olanda sahib olduğumuz ən böyük həllini tapmamış problemlərlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı?” (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Həyatın kompleks quruluşu


Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqa­rışıq qurulşa malik olmasıdır. Canlı hüceyrəsi insan oğlunun düzəltdiyi texniki məh­sul­lar­dan daha da mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratorii­yalarında da cansız maddələri bir yerə yığaraq, canlı hüceyrə əldə etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin nüvəsində genetik məlumatları ehtiva edən DNT molekulu inanılması çətin də olsa, sanki bir məlumat bankıdır. Əgər insan DNT-nin saxladığı məlumatları kağıza köçürə bilsə, hər biri 500 səhifədən ibarət 950 cildlik bir kitabxana olacağı hesablanır. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10950də 1-dir. Ancaq riyaziyyatda 1050-də 1-dən aşağı olanlar “imkansız” sayılır.

Şübhəsiz, əgər həyatın təsadüflərlə ortaya çıxmasının imkansız olduğu təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə “yaradıldığını” qəbul etmək lazımdır. Bu həqiqət ən əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır. Cardiff Universitetindən Tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Vixramasinc həyatın yaradılmadığına on illər boyu inandırılmış bir elm adamı kimi elmi kəşflər nəticəsində qarşılaşdığı bu həqiqəti belə ifədə etmişdir:

“Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı bir yaradılış qavramı ilə uyğunlaşamıyacağına dair çox güclü bir beyin təmizlənməsinə məruz qaldım. Bu qavrama şiddətlə əks münasibət olmalı idi... Amma indi Tanrıya inanmağı əsas götürən açıqlama qarşısında ortaya atılıcaq heç bir ağıllı arqument tapa bilmirəm... Biz həmişə açıq bir zehnlə düşünməyə öyrəşdik və indi dilə gətirilə biləcək tək məntiqli cavabın yaradılış olduğu nəticəsinə gəlirirk, təsadüfi qarışıqlıqlar deyil” (Chandra Wickramasinghe, Interviewin London Daily Express, 14 avqust 1981).



Təkamülün xəyal mexanizmləri

Darvinin nəzəriyyəsini puç edən başqa ikinci böyük nöqtə nəzəriyyənin “təkamül mexanizmləri” kimi ortaya atdığı iki anlayışın da həqiqətdə heç bir təkamülləşdirici gücə malik olmadığının sübuta yetirilməsidir.

Darvin ortaya atdığı təkamül iddasını tamamilə “təbii seleksiya” mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görsənirdi: “Növlərin mənşəyi təbbi seleksiya yolu ilə...”

Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində güclü və təbii şərtlərə uyğun olan canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətli və güclülərdən meydana gəlməlidir. Ancaq əlbətə, bu mexanizm marallları təkamülləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə, təbii seleksiya mexanizmi heç bir təkamülləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və “Növlərin mənşəyi” kitabında “faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz” demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).

Lamarkın təsiri

Yaxşı, bu “faydalı dəyişikliklər” necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən nəsildən-nəslə boyları uzanıb.

Darvin də buna oxşar misallar gətirmiş, məsələn “Növlərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir muddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184).

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə qətiləşən qalıtım qanunları, qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq dağıtdı. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.



Neodarvinizm və mutasiyalar


Darvinistlər isə bu vəziyyətə bir çözüm tapa bilmək üçün 1930-cu illərin axırlarında “Müasir sintetik nəzəriyyə”ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyanın yanına “faydalı dəyişikliklrin səbəbi” kimi mutasiyaları, yəni canlıların genlərinə radiasiya tək xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.

Bu gün hələ də dünyada təkamül adına qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozuntulara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genekoloq B.G.Ranganathan bunu belə açıqlayır:

“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq.

Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə onu dağıdar” (B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truch Trust, 1988).

Bu günə qədər heç bir xeyirli mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, şikəst edən bir genetik hadisədir (Insanlarda mutasiyanın ən çox görünən təsiri xərçəngdir). Əlbəttə, zərərverici bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, “özbaşına heç nə edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi” olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali mərhələ də ola bilməz.


Fosil qeydləri: ara formalardan əsər yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmış olmadığının ən açıq sübutu isə fosil qeydləridir.

Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək, mərhələ-mərhələ inkişaf etmişdir.

Bu vəziyyətdə, iddia edilən uzun dəyişiklik müddətində saysız “ara cinslər”in meydana gəlmiş və yaşamış olduqlarını qəbul etmək lazımdır.

Məsələn, keçmişdə balıq xüsusiyyətləri özündə olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq - yarı sürünən canlılar yaşamış olmalıdır. Ya da sürünənlərin xüsusiyyətlərini gəzdirərkən, bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalıdır. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalıdırlar. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara “ara keçid forması” adını verirlər.

Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu qəribə canlıların qalıqlarına mütləq fosil qeydlərində rast gəlinməlidir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır: “Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının sübutları da təkcə fosil qalıqları arasında tapıla bilər. (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179)”.



Darvinin puç olan ümidləri


Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd bir tərəfində fosil tədqiqatları aparılmasına baxmayaraq, bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə, nöqsansız və qüsursuz ortaya çıxdıqlarını göstərmişdir.

Tanınmış ingilis paleontoloq (fosil elmi) Derek V. Ager təkamülçü olmasına rəğmən, bu gerçəyi belə etiraf edir:

“Problemimiz budur: fosil qeydlərini təfərrüatı ilə araşdıranda, istər cinslər, istər siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən yox, birdən Yer Kürəsində meydana gələn qruplar görürük. (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133”)”.

Yəni fosil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkilləri ilə anidən oratya çıxırlar. Bu, Darvinin düşüncülərinin tam əksidir, canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özündən təkamülləşdiyinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı o cinsin yaradılmasıdır. Bu həqiqət, məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir: “Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında ediləcək yeganə iki açıqlamadır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamülləşərək, meydana gəlməlidirlər. Amma, əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar. (Douglas J.Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983, səh. 197)”.

Fosillər də canlıların yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni növlərin mənşəyi Darvinin zənninin əksinə olaraq, təkamül deyil, yaradılışdır.

Materialist inanc


Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər olmasını nəzəriyyənin vacib saydığı ara formaların yaşamadıqlarını göstərir. Belə də əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir fikir tək kənara atılması lazımdır.

Tarix boyu təkamül modeli kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar nəzəriyyənin tənqidini “elmə hücum” kimi qələmə verməyə çalışırlar. Görəsən nəyə görə?...

Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq doqmatik bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər.

Bəzən bunu açıq şəkildə etiraf da edərlər. Harvard Universitetindən məşhur genekoloq və tanınmış təkamülçü olan Riçard Levontin “əvvəlcə materialist, sonra elm adamı” olduğunu belə etiraf edir: “Bizim materializmə bir etiqadımız var, “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru sayılan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin yöntəmləri və qaydaları deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsulları və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də Ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 yanvar, 1997, səh. 28).

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir doqma olduğunun açıq ifadəsidir. Bu doqma maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər “İlahi bir açıqlamanın səhnəyə girməməsi” üçün bu qənaəti müdafiə etməyə davam edirlər.

Canıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncəylə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: “Bütün canlılar üstün bir güc, məlumat və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan yaradan, canlıları da yaradıb şəkilləndirən Allahdır”.


Sən ucasan, bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Doğrudan da hər şeyi bilən və hikmət sahibi yalnız Sənsən!” (“Bəqərə”, 2/32).


Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə