Мцндяриъат


İNKARÇILAR ÜÇÜN ƏBƏDİ PEŞMANÇILIĞIN BAŞLANĞICI: ÖLÜM



Yüklə 302,32 Kb.
səhifə5/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

İNKARÇILAR ÜÇÜN ƏBƏDİ PEŞMANÇILIĞIN BAŞLANĞICI: ÖLÜM



“Hər kəs ölümü dadasıdır. Biz sizi yoxlamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız. (“Ənbiya”, 21/35)”.
Ölüm axirətin mövcudluğuna inanmayanlar tərəfindən bir son, yox olma kimi qəbul edilir. Halbuki, bu, çox yanlış bir düşüncədir; çünki ölüm son deyil, əksinə, başlanğıcdır. İman gətirənlər üçün nöqsansız, bütün əksikliklərdən təmizlənmiş sonsuz bir cənnət həyatının başlanğıcıdır. İnkar edənlər üçünsə böyük bir əzabın sonsuza qədər davam edəcəyi cəhənnəm həyatına keçid mərhələsidir. Bu həqiqəti qavrayan insanlar ölümlə birlikdə dünyada gözəl bir sonu və axirətdə gözəl bir başlanğıcı eyni anda qazanarlar. İnkar edənlər isə onlara əvvəlcədən xəbər verilən bu həqiqəti qulaqardına vurmağın əvəzedilməz peşmançılığı ilə qarşıla­şarlar. Sonsuza qədər hər an bu peşmançılığı hiss edər və bundan qurtulmanın da heç bir yolunu bula bilməzlər.

Insanların əksəriyyəti ölümlə qarşılaşana qədər onun haqqında fikirləşmək istəməsələr də, bu, qəti olaraq gerçəkləşən bir hadisədir. Çünki Allah ölümü dünya həyatının nəticəsi olaraq yaradıb. İndiyə qədər heç bir insan ölümü özündən uzaqlaşdırmağı bacarmayıb. Heç kimin malı, pulu, etibarı, dostları bu məsələdə ona yarlımçı ola bilməyib.

Hər insan mütləq ölümlə qarşılaşır. Quranda bu həqiqət bir çox ayədə xəbər verilir:

Harada olursunuz olun, ölüm sizi haqlayacaqdır, hətta yüksəldilmiş qalalarda olsanız belə... (“Nisa”, 4/78)”.

De: “Qaçdığınız ölüm sizi haqlayacaqdır. Sonra isə siz qeybi və aşkarı bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz işlərdən sizə xəbər verəcəkdir.” (“Cümüə”, 62/8)”.

Allah əcəli çatmış kəsə heç vaxt möhlət verməz. Allah nələr etdiyinizdən xəbərdardır! (“Münafiqun”, 63/11)”.

Elə isə, ölümü və ölümdən sonra qarşılaşılacaq həyatı düşünməmək insanı bu həqiqətlə üz-üzə gəlməkdən qurtara bilərmi?- əlbəttə ki, xeyr! İnsan ölüm qarşısında çarəsiz olduğu üçün bu vəziyyətdə edilməli ən ağıllı davranış Allahın qəti olaraq olacağını bildirdiyi axirət həyatına indidən hazırlaşmaqdır.

Dünya həyatında axirəti fikirləşməyənlər ölümlə ona hazır olmamışdan əvvəl qarşılaşırlar. “İndi necə olsa, cavanıq, yaşamaqdan ləzzət alaq, qocalanda axirəti fikirləşərik”, -deyənlər bəlkə də heç vaxt belə bir fürsətləri olmayacağını bilirlər. Çünki ölüm Allahın təqdir etdiyi anda gerçəkləşir. İnsan qocalmadan, gənc yaşda da ölə bilər. Bu vəziyyətdə ancaq gələcəklə bağlı planlar hazırlayıb, Allahın əmrlərini yerinə yetirməyi gecikdirmək insanın böyük peşmançılıq yaşamasına gətirib çıxarır.

Bütün həyatını Allahı fikirləşmədən yaşayanlar ancaq ölümü hiss edəndə belə peşmançılığa mübtəla olurlar. Çünki belə bir tövbə ancaq ölüm qorxusundan yaranan, səmimi olaraq düzəltməyə niyyəti olmayan, dolayısı ilə də Allah qatında qəbul edilməyən bir tövbədir. Bəzi adamlar bu həqiqəti bildikləri halda, bütün həyatları boyunca ancaq özləri üçün yaşayan və onlara verilən möhlətin sona çatdığını anladıqla­rında mənfəət yollarının qalmadığını görmənin çaşqınlığı içində özlərini qurtarmağa çalış­mışdılar. Ancaq bununla heç bir nəticəyə nail ola bilməzlər. Çünki Allah onların qeyri-səmimiliyinə şahiddir. Ayələrdə də bildirildiyi kimi, Allah insanların daxilində olanı, heç kimin bilmədiyi ən gizli sirləri də biləndir. O, ölümlə bağlı tövbəni qəbul etməyəcəyini belə xəbər vermişdir:

Yoxsa pis əməllər tutub da, özlərindən bir kəsə ölüm gəlib çatanda “mən indi tövbə etdim” deyənlərlə, kafir qalaraq ölənlər üçün qəbul ediləcək tövbə yoxdur. Onlar üçün üzücü bir əzab hazırlamışıq. (“Nisa”, 4/18)”.

Allah belə insanlara bir fürsət veriləndə, yenə nankorluq edəcəklərini bir çox ayədə bildirmişdir. Bu mövzuda bir ayədə belə buyrulur:

Sən onların cəhənnəm odu üzərinə qoyularkən “Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq”, -dediklərini görəydin! Beləliklə, əvvəllər gizlətdik­lərinin əvəzi onlar üçün aydın oldu. Əgər onlar geri qaytarılsaydılar belə, yenə də onlara qadağan olunmuşlara qayıdardılar. Axı onlar yalançıdırlar (“Ənam”, 6/27-28)”.

Buna görə də “necə olsa, axırda iman gətirər, tövbə edərəm” kimi düşüncəyə qapılmaq çox səhvdir və insanları cəhənnəm əzabından qurtara bilməz. Elə isə, insan ölümlə qarşılaşanda özü üçün əbədi bir peşman­çilığın başlamasını istəmirsə, bu dünyada mütləq Rəbbinə qovuşacağını və dünyada etdiklərinin hesabı sorulacağını yadında saxlayaraq yaşamalıdır.

İnkar edənlərin ölüm anındakı peşmançılıqları

Yaşadıqları qısa müddət ərzində insanlara dəfələrlə cənnət və cəhənnəmin varlığı, axirət üçün hazırlaşmalarının vacibliyi bildirilir. Ancaq inkarçılar hər dəfə üzlərini çevirir və onlara verilən fürsətləri dəyərləndirə bilmirlər. Belələrinin ölümlə qarşılaşanda yaşadıqları böyük peşmançılığın əsl səbəbi də öz əlləri ilə özlərini bu vəziyyətə salmalarıdır. Axı heç kim onları məcbur etməyib, öz iradələrilə hərəkət edərək, bu pis nəticəni seçiblər.

Inkarçılar bu səhv seçimin nəticəsində ölərkən əzabı çəkməyə başlayırlar. Bu əzabın başlanğıcı isə ayələrdə də bildirildiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxudan Quranda belə bəhs edilir:

Qıçlar bir-birinə dolaşanda, o günü insan sənin Rəbbinə tərəf sürüləcəkdir. Çünki o, nə Quranı təsdiq edib, nə də namaz qılıb. Lakin yalan hesab edib və haqdan üz döndəribdir. Sonra isə lovğa-lovğa öz ailəsinin yanına gedibdir. Vay halına, ey insan, vay! Sonra yenə də vay halına, vay! (“Qiyamə”, 75/29-35)”.

Ancaq unutmamaq lazımdır ki, bu qorxunu ancaq dini həqiqətləri inkar edənlər yaşayırlar. Çünki iman gətirən insanlar bütün həyatlarını Allah üçün yaşadıqlarına görə qəlbləri ümidlə doludur. İnkar edənlər isə ölümlə birlikdə böyük bir peşmançılıq yaşayırlar, ancaq bu, onlara veriləcək əzabların heç birinin qarşısını almağa kifayət etməyəcəkdir. Allah inkar edənlərin canlarının böyük əzabla və çətinliklə alınacağını bildirir:

...Sən bu zalımların ölüm girdabında olduğunu, mələklərin isə əllərini uzadaraq: “Canınızı çıxardıb verin! Allaha qarşı haqsız sözlər dediyinizə və Onun ayələrinə təkəbbürlə yanaşdığınıza görə bu gün sizi alçaldıcı əzabla cəzalandıracağıq”, -dediklərini bir görəydin! (“Ənam”, 6/93)”.

Bəs onda mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda, onların halı necə olacaq?! (“Muhəmməd”, 47/27)”.

Inkarçıların ölüm anında yaşadıqları bu vəziyyəti dünya şərtləri ilə anlamaq əlbəttə, mümkün deyil. Ancaq Allah insanların düşünməsi və belə bir vəziyyətlə üzləşməkdən çəkinmələri üçün bunu əvvəlcədən xəbər vermişdir. Ölüm mələkləri ayələrdə də açıq­landığı kimi, inkar edənlərin kürəklərinə və üzlərinə vura-vura canlarını alacaqlar.

Onlar bir yandan fiziki ağrı hiss edəcəklər, bir yandan da əlbəttə, bu əzabla birlikdə peşmançılıq yaşamağa başlayacaqlar. Çünki həmin andan etibarən qayıtmağa imkanları qalmamışdır. Həmçinin, bunu da bilmək lazımdır ki, ölüm anında insan başına gələnləri bəlkə də həmişəkindən daha aydın şüurla dərk edir. Əslində isə, ölümlə insan üçün daha sonsuz bir həyat başlayır. Ölüm ancaq bir keçid mərhələsi, ruhun bədəndən ayrılaraq sonsuzluq məkanına gedişidir.

Inkarçılar canları alınarkən onlara çəkdirilən əziyyətdən başa düşürlər ki, artıq sonsuza qədər davam edəcək böyük bir əzabla üz-üzə durublar. Bütün həyatı boyunca Allahın dinindən üz çevirənlər həmin an onları bu əzabdan qurtarması və bağışlaması üçün bütün güclərilə Allaha yalvararlar. Peşman olaraq, yaşamaları, saleh əməllər işləmələri və itirdiklərinin əvəzini çıxmaları üçün bir fürsət də verməsini arzulayarlar. Ancaq bu istəkləri qəbul edilməz, çünki onlara Quran ayəsinin ifadəsilə desək, “nəsihət alanın ala biləcəyi qədər möhlət” verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə bu həqiqətlərdən üz döndərmişlər. Belələrinə imkan verilsə belə, bütün peşmançılıqlarını yaddan çıxararaq, yenə inkarı seçəcəkləri Quranda belə bildirilmişdir:

Elə ki onların birinə ölüm gəldi, deyər: “Rəbbim, məni dünyaya qaytarın ki, bəlkə hədər etdiyim ömür müqabilində sonda xeyir əməllər tutam”. Əsla! Onun bu sözləri boş sözdür, çünki dirildiləcəkləri günə qədər onların arxasında bir sədd vardır. (“Muminun”, 23/99-101)”.

Inkar edənlər dünyada Allaha qəsdən səcdə etməmiş, Onun hökmlərini yerinə yetirməmiş və Onun əmr etdiyi gözəl əxlaqı qəbul etməkdən uzaq olmuşlar. Ölüm gələndə isə nə qədər istəsələr də, buna güc çatdıra bilməyəcəkləri belə açıqlanır:

O gün qıçlar açılar və onlar səcdəyə dəvət olunarlar, lakin onlar bunu edə bilməzlər. Gözləri zəlilcəsinə yerə dikilər. Halbuki onlar dünyada sağ-salamat ikən səcdəyə dəvət edilirdilər. (“Qələm”, 68/42-43)”.

Ölümlə birlikdə Allahın vəd etdiyi hər bir hadisənin olduğunu dərk edən bu insanların peşmançılığını artıran bir məsələ də var. Onların dünyada ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri möminlər o gün inkar edənlərin çəkdiyi əzabların heç birinə düçar olmazlar. Onlar bütün həyatlarını səmimiyyətlə, Allahın razılığını istəyərək keçirdiklərinə görə, sonsuza qədər hər şeyin ən gözəli ilə mükafatlandırılacaqlar. İnkarçılardan fərqli olaraq, onların canı heç əziyyət verilmədən “yavaş” alınır. (“Naziat”, 79//2)”. Ayədə bildirildiyinə görə, mələklər ölüm anında möminləri salamlayar və onlara cənnət müjdəsini verərlər:

O kəsləri ki, onların canını onlar pak halda ikən alaraq deyəcəklər: “Sizə salam olsun! Əməllərinizin əvəzi olaraq cənnətə daxil olun!” (“Nəhl”, 16/32)”.

Bu, inkar edənlər üçün daha bir mənəvi əzabdır. Çünki dünyada möminlərə verilən imkan və fürsətlər onlara da verilmişdi. Ancaq onlar dünya həyatının keçici mənfəətlərindən istifadə edə bilmək məqsədilə bilə-bilə cənnəti itirmişlər. Dünyanın müvəqqəti bir sınaq yeri, axirətin əsl həyat olduğu onlara xatırladılanda, bunu başa düşmək, dünyada axirət üçün faydalı ola biləcək əməllər tutmağı istəməmişlər. Halbuki Allahın əmr etdiyi gözəl əxlaqı yaşamaq, saleh bir mömin olmaq ancaq səmimi niyyət etmək və bu niyyətdə iradə göstərməklə hər insan üçün mümkündür. Ölüm anında bütün bunları düşünmək inkar edənlərin içindəki peşmançılığı daha da çoxaldır.

Allah bir ayədə “Yoxsa pis əməllər törədənlər elə hesab edirlər ki, həyat və ölümdə Biz onları iman gətirib əməlisaleh olanlarla eyni edəcəyik? Onlar nə pis mühakimə edirlər! (“Casiyə”, 45/21)”, -deyərək, hər kəsin yaşayış tərzinə görə ancaq haqq etdiyinin əvəzini alacağını xəbər verir.

Bununla yanaşı, cəhənnəm əzabının onlar üçün hazırlandığını bilməyin yaratdığı qorxu da inkarçıların peşmançılıqlarını qat-qat artıra­caqdır. Çünki o ana qədər ancaq canlarının əziyyətlə alınmasının verdiyi əzabı yaşamışdılar, sonra onları nələrin gözlədiyini çox yaxşı başa düşmüşdülər.

Inkar edənlərin ölümlə başlayan bu peşman­çılıqları sonsuza qədər davam edəcəkdir. Hər dəqiqə, hər saat və hər gün heç azalmayan əzabın içində qalacaq və peşmançılıqdan heç vaxt qurtula bilməyəcəklər. Halbuki belə böyük və sonsuz bir peşmançılığı yaşamamaq insanın öz əlindədir. Ölümün və axirətin həqiqətini başa düşmək üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allahın vədi kifayətdir. Ölümdən sonra Allahın ədaləti qəti olaraq, öz yerini tapacaq. İnkar edənlər cəhənnəmlə cəzalandırılacaq, iman edənlər cənnətə qovuşacaqlar. Elə isə, hələ ki ölümlə qarşılaşmayan hər insanın edəcəyi ən ağıllı davranış Allaha sığınmaq və Onun rəhmətini istəməkdir. Eyni zamanda, Allahın insanlara yol göstərici kimi göndərdiyi Quranı çox yaxşı öyrənmək və onun göstərdiyi yola uyğun yaşamaqdır. Ölüm həqiqətini düşünməyərək, onu özündən uzaqlaşdırmaq yox, əksinə, ölümün çox yaxın olduğunu fikirləşərək hərəkət etməyin insana faydası var. Allaha üz tutan insan dünyada və axirətdə Rəbbinin razılığını qazanır və özü də razı salınaraq, cənnətə düşür:

Ey rahatlanmış kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə qayıt! Mənim bəndələrim içərisinə daxil ol! Cənnətimə gir! (“Fəcr”, 89/27-30)”.

Ölümün peşmançılığından qurtulmaq və cənnətin sonsuz gözəlliklərinə qovuşmaq istəyən insan ölümü və ölümdən sonrakı həyatı indidən düşünməli və onu yaradan Rəbbinin yolunu seçməlidir.


Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə