Мцндяриъат



Yüklə 302,32 Kb.
səhifə7/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

CƏHƏNNƏMDƏKİ PEŞMANÇILIQ

O od, uzaq məsafədən onları görəndə, onlar onun qəzəbli səsini və uğultusunu eşidərlər. (“Furqan”, 25/12)”.




İnkarçıların cəhənnəmi görəndə yaşadıqları peşmançılıq

Hesab günü bütün insanlar bir yerə yığışacaq. Hesablarının müəyyən olunmasından sonra inkar edənlər qruplar halında cəhənnəmə aparılacaqlar. Bu qələbəliyin arasında tarix boyu Allahın varlığını və dinini inkar etmiş, Allahın ayələrinə qarşı təkəbbür göstrəmiş və üz döndərmiş hər kəs olacaq. Aralarında dünyada ikən özlərini zəngin sayan, insanlar arasında etibar qazanan insanlar da tapılacaq. Lakin bu insanlar dünyada onları qurtaracağını zənn etdikləri nəsnələrin o gün heç bir faydası olmadığının şahidi olacaqlar. Quranda bütün inkar edənlərin alçaldılaraq cəhənnəmə tərəf aparılacaqları xəbər verilmişdir. Cəhənnəmin qapısına gələndə isə qapıda duran növbətçilər günahlarını onlara bir dəfə də etiraf etdirəndən sonra bütün inkar edənləri içəri salacaq və cəhənnəmin qapılarını arxalarınca bağlayacaqlar. Quranda inkar edənlərin cəhənəmə aparılmaları haqda belə deyilir:

Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Onlar ora gələndə onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və bu gününüzə qovuşacağınızı xəbər verən peyğəmbərlər gəlməmişdi?”. Onlar “bəli, gəlmişdir” deyərlər. Lakin “əzab” sözü kafirlər üçün haqq oldu! Onlara deyiləcək: “İçərisində əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun!”. Təkəbbürlülərin yeri necə də pisdir! (“Zumər”, 39/71-72)”.

Budur sizə əzab, yer üzündə haqsız olaraq fərəhlənib qürrələndiyinizə görə! Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin yeri nə pisdir! (“Mumin”, 40/75-76)”.

Bu insanların arasında dünya həyatında Allahın əzabı və cəhənnəmlə qarşılaşacaqlarını bilmədiyini deyə biləcək bircə nəfər də yoxdur. Çünki Allah sonsuz ədaləti ilə insanları dünyada ikən tənbeh edən, onları qəflətdən oyandıran bir şəxs göndərərək, onlara Öz varlığını, hesab gününü, cənnəti, cəhənnəmi xatırlatmışdır. Buna görə də inkar edənlərin hamısı cəhənnəm əzabını haqlı olaraq qazandıqlarını təsdiq edəcəklər. Axı dünyada ikən bildirildiyi halda, qürurlanmışlar və onları yaradan Allaha bilə-bilə qulluq etməmişlər. Və bunun əvəzində də Allah bu insanların cəhənnəmə boynu bükük girəcəklərini bildirmişdir:

...Həqiqətən də Mənə ibadət etməkdə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər. (“Mumin”, 40/60)”.

Bu insanların bir qismi dünyada özlərinin çox güclü olduqlarını görmüşlər və buna görə də üsyan etmişdilər. Sahib olduqları gücün onları hər cür təhlükədən qoruyacağını zənn etmişdilər. Nə vaxt da onlara cəhənnəmin varlığı, bu dünyada Allahın razılığını qazanmaq üçün yaşamağın vacibliyi, axirətdə cənnət yurdunu istəmələri və Allahın “Qəhhar” (qəhr edən) sifəti xatırladılsa, belə demişdilər:

Dediklərimiz sözlərə görə Allah bizi bir cəzalandıraydı görək!”. “Cəhənnəm onlar üçün bəsdir, onlar oraya girəcəklər. Nə pis bir dönüş yeri! (“Mücadələ”, 58/8)”.

Üsyanlarının əvəzində cəhənnəmin qapılarından içəri salınacaqlar və bir də heç vaxt həmin qapılardan kənara çıxmalarına icazə verilməyəcək. Atəşi gördükləri an inkarçılar etdiklərinə görə bir də çox peşman olacaqlar. Quranda bildirildiyi kimi, cəhənnəmdən heç cürə qaçış yolu olmadığını başa düşəcəklər:

Günahkarlar cəhənnəm odunu görən kimi oraya düşəcəklərini biləcəklər. Onlar oradan bir xilas yolu tapa bilməyəcəklər. (“Kəhf”, 18/53)”.

Dünya həyatında başa düşmək istəmədikləri hər şeyi aydın görəcəklər. Bütün həyatlarını əbəs bir məqsəd uğrunda keçirdiklərini, bir az keçici mənfəət uğrunda sonsuz həyatlarını əzabda keçirəcəklərini başa düşəcəklər.

Dünyada yaşadıqları bir neçə on illiyi çox uzun zənn etmiş və buna görə də axirəti fikirləşməmişdilər. Burada acizliklər və nöqsanlara görə heç vaxt rahat olmayan bir ruh halını yaşamağı nöqsansız, heç bir qüsuru olmayan, yorğunluq, aclıq kimi fiziki vəziyyətlərin də olmadığı, mükəmməl nemətlərlə dolu cənnətdə böyük səadət içərisində yaşamaqdan üstün tutmuşdular. Amma cəhənnəmin qapılarından içəri daxil olandan sonra daha geriyə qayıtmaq imkanlarının olmadığını başa düşəcəklər. Bu səbəbdən də dünyada sahib olduqları hər şeyi fidyə kimi təklif edərək, əzabdan qurtulmağa çalışacaqlar. Quranda onların bu nəticəsiz səyləri barədə deyilir:

...Ona qulaq asmayanlar isə yer üzündəkilərin hamısı və bir o qədəri də onların olsa və canlarını qurtarmaq üçün bunu versələr belə, onlar üçün bəd haqq-hesab olacaqdır. Onların varacaqları yer cəhənnəmdir. Nə pis bir yataqdır! (“Rəd”, 13/18)”.
Ancaq belələrinin cəhənnəmə girəcəklərini anlayanda göstərdikləri bu səyin heç bir qarşılığı olmayacaq. Allah onların bu səylərindən bir nəticə hasil olmayacağını xəbər vermişdir:

Bu gün isə nə sizdən, nə də kafirlərdən heç bir fidyə alınmaz. Sizin yeriniz cəhənnəm odudur və siz ona layiqsiniz. Nə pis bir son dönüş yeri! (“Hədid”, 57/15)”.

Əlbəttə, inkarçıların bu səylərinin nəticə verməməsinin əhəmiyyətli bir səbəbi var. Allah hələ dünyada ikən cəhənnəm əzabını xatırladaraq, onları tənbeh etmişdir. Və o gün heç bir insanın başqasına kömək edə bilməyəcəyi, onu qurtarmaq üçün heç bir şey verməyəcəyi, lap versə də, bunun qəbul edilməyəcəyi barədə onları xəbərdar etmişdir. İnsanları bu yöndə xəbərdar etmək üçün göndərilən bir ayə belədir:

O gündən qorxun ki, (o vaxt) heç kəs heç kəsin karına gəlməz, heç bir havadarlıq qəbul edilməz, heç kəsdən bir əvəz alınmaz və onlara heç bir kömək göstərilməz. (“Bəqərə”, 2/48)”.

Lakin onlar hər cür xəbərdarlığa baxmayaraq, inkarlarından əl çəkməmiş və bildikləri halda özlərini belə bir nəticəyə hazırlamışdılar. O gün başa düşəcəkləri ən böyük həqiqətlərdən biri də budur ki, özlərinə zülm etdiklərini, yəni öz əməllərinə görə cəhənnəmi qazandıqlarını biləcəklər. Bunu başa düşəndə hiss etdikləri peşmançılıq isə əbədi həyatları boyunca heç vaxt azad ola bilməyəcəkləri bir əzab olacaqdır. Çünki artıq çox önəmli bir həqiqətlə qarşılaşıblar. Əgər həyatlarını boş məqsədlərə sərf etmək əvəzinə onları Yaradan Allahı razı etməyə çalışsaydılar, bu gün cəhənnəmin qapısında yox, cənnətdə olacaqdılar. Amma onlar doğru olanı etməmişdilər və buna görə də əbədi zülmə düçar olmuşdular. Onlar üçün bir ayədə bildirildiyi kimi “qapıları bağlanmış bir atəş” (“Bələd”, 90//20) vardır. Yəni cəhənnəmin qapısından içəri daxil olandan sonra bu qapı onlar üçün həmişəlik bağlanacaq. Bu qapının arxasında əbədi yaşayacaqları atəş əzabı vardır. İnkarçılar üçün bu əzabdan heç cürə qaçmaq, ya da qurtulmaq imkanı olmayacaqdır. Allah onların atıldıqları bu atəşi “Hutəmə” adlandırıb:

Hutəmənin nə olduğunu sən haradan biləsən?! Allahın alovlanan odudur ki, ürəklərə qədər işləyir. O, onların üzünə örtüləcəkdir, özləri isə hündür sütunlara bağlanmış olacaqlar. (“Huməzə”, 104/5-9)”.



Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə