Мцндяриъат


İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq



Yüklə 302,32 Kb.
səhifə9/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   ...   4   5   6   7   8   9   10   11   12

İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq

Inkar edənlər cəhənnəmdəki əzabın şiddətini yaşadıqca, dünya həyatında Allaha iman gətirmədikləri üçün çox böyük bir peşmançılıq yaşayacaqlar. Ancaq bu peşmançılığın onlara heç bir xeyri olmayacaq. Çünki dünyada onlara kifayət qədər fürsət verilmişdi. Amma onlar bunu qiymətləndirə bilməmişdilər. Bunu başa düşəndə onları Allahdan uzaqlaşdıran, Axirəti unutduran və dünyaya bağlayan hər şeyə və hər kəsə lənət edəcək, onlara qarşı çox böyük qəzəb hiss edəcəklər:

Üzləri odda o yan-bu yana çevriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha itaət edəydik, peyğəmbərə itaət edəydik!”. Onlar deyəcəklər: “Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi yoldan çıxartdılar. Rəbbimiz, onlara ikiqat əzab ver və onları böyük bir lənətə düçar et!”. (“Əhzab”, 33/66-68)”,

(Qiyamət günü) hüzurumuza gələndə isə o, deyəcək: “Kaş mənimlə sənin aranda gündoğandan günbatana qədərki uzaqlıq olaydı. Sən nə pis yoldaşsanmış!”. (“Zuxruf”, 43/38-39)”.

Ayələrdən də göründüyü kimi, inkar edənlər günahı dünya həyatında onları azdıranların üzərinə ataraq, özlərinin əzabdan azad ola biləcəklərini ümid edəcəklər. Halbuki Allah hər kəsə doğrunu bula biləcəyi bir vicdan və onun tətbiq edə biləcəyi bir iradə vermişdir. Hamıya hər ikisi anladılmış və hər kəsə düz də, səhv də bildirilmişdir. Və hər insan öz seçimini sahib olduğu iradəyə uyğun və istəyərək etmişdir. Bundan başqa, Allah hər kəsin ürəyində yaşadığı imanı da, inkarı da çox gözəl bilir. Buna görə də cəhənnəm əhli arasında insanların inkar etməsinə rəhbərlik edənlər də, onlara tabe olanlar da layiq olduqlarının əvəzini alacaqlar. O gün heç kim başqasının etdiyi günaha görə məsuliyyət daşımayacaq və heç kimin də günahı başqasına yüklənməyəcək.

Bu insanlar dünya həyatında bir-birilərini günaha sürükləyərkən bəlkə də çox vaxt axirətdə hesab verəcəklərini xatırlamış, amma bunu əhəmiyyətsiz saymışlar. Bir-birilərinə “sən elə, günahı mənim boynuma” demiş və inkar etmələri üçün bir-birilərini həvəsləndirmişlər. Şeytan da bəzi bərli-bəzəkli vədlər verərək, onları inkar etməyə yönəldib. Halbuki Allah: “...O, yanımıza tək gələcəkdir. (“Məryəm”, 19/80)”, -deyərək, bu vədlərin inkarçılar üçün heç bir faydası olmayacağını əvvəlcədən bildirmişdir.

O gün inkar edənlər tamamilə tək olduqlarını açıq şəkildə görəcəklər. Allahdan başqa onlara nə bir dost, nə də bir yaxın tapılmayacağını da anlayacaqlar. Çünki dünyada arxalarınca getdikləri, özlərinə dost seçdikləri hər kəs cəhənnəmdə onları tərk edəcək. Həmçinin Allahı unudaraq yaxın olduqları Şeytan da onlara xəyanət edəcək və belə deyəcək:

Artıq iş bitmiş olan zaman şeytan deyər: “Doğrudan da Allah sizə haqq (düzünü) vəd etmişdi. Mən də sizə vəd vermişdim, lakin sizin üçün mən vədə xilaf çıxdım. Axı mən sizin üzərinizdə heç bir hökm sahibi deyildim. Mən sizi ancaq dəvət etdim, siz də səsimə səs verdiniz. Siz də məni qınamayın, özünüzü qınayın. Nə mən sizə bir yardım edə bilərəm, nə də siz mənə. Mən sizin vaxtilə məni (Allaha) şərik qoşmanızı rədd edirəm”. Həqiqətən, haqsızlara üzücü bir əzab olacaqdır. (“İbrahim”, 14/22)”.

Dost kimi qəbul etdikləri hər kəsin onlara belə xəyanət etdiyini və onları tək buraxdıqlarını görmək inkar edənlərin peşmançılığını daha da çoxaldan bir səbəb olacaq. Artıq Allahdan başqa himayəsinə sığınacaq heç kimin olmadığını çox yaxşı başa düşəcəklər. Ancaq bunu başa düşməyin heç bir xeyri olmayacağını görmək də onları çox sıxıntıya salacaq. O gün bir yandan bir-birilərilə mübahisə edəcək, bir tərəfdən də dünyada etdikləri günahları etiraf edəcəklər:

Onlar orada bir-biriləri ilə ədavət edə-edə deyərlər: “Allaha and olsun ki, biz açıq-aşkar yol azmışdıq. O zaman ki, biz sizi aləmlərin Rəbbinə tay tutmuşduq. Bizi ancaq günahkarlar yoldan çıxartdılar. Bizə nə havadar çıxan var, nə də səmimi dostumuz vardır.” (“Şüəra”, 26/96-102)”.

Ayələrdən də göründüyü kimi, inkarçılar çox böyük peşmançılıqla dünyaya yenidən qayıtmağı, iman gətirən insanlardan olub, axirət həyatları üçün onlara fayda verəcək xeyirli işlər etməyi istəyərlər. Ancaq bu diləkləri qəbul edilməz. Bu gün illərlə arxasıyla qaçdıqları pulun, gözəlliyin, etibarın, dünyada qazanmağa çalışdıqları müxtəlif maddiyyatların heç bir mənasının olmadığını görəcəklər. Quranda onların peşmançılıqla dolu olan sözləri var:

Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Onda mən haqq-hesabımı da bilməzdim. Kaş ölüm bir dəfəlik olaydı! Mal-dövlətim də məni qurtarmaz. Hökmranlığım da məhv olub getdi.”. (Deyiləcək): “Onu tutub əl-qolunu bağlayın, sonra isə cəhənnəmə atın! Sonra onu zəncirlə bağlayın! Axı o, böyük olan Allaha iman gətirmirdi və yoxsulu yedirtməyə təşviq etmirdi. Buna görə də bu gün burada onun bir sirdaşı yoxdur.” (“Haqqa”, 69/25-35)”,

Cəhənnəm ortaya gətiriləcək gün, o gün insan (günahlarını) yadına salacaqdır. Lakin bu yaddaş artıq onun nəyinə lazımdır?! O, deyəcəkdir: “Kaş həyatım üçün əvvəldən tədarük edəydim!” (“Fəcr”, 89/23-24)”.

Bütün bunlarla yanaşı, cənnət xalqının sevincini və şadyanalıqlarını görmək də inkar edənlərin yaşadıqları peşmançılığı çoxaldır. Çünki cənnətdə yaşayan insanlarla öz yaşayışları arasında fövqəladə fərqə şahid olurlar. Axirətdə cənnət əhli ilə cəhənnəm əhli arasındakı böyük fərqə diqqət çəkilib.

Cəhənnəm əhlinin vəziyyəti Quranda “Gözləri zəlilcəsinə yerə dikilər. Halbuki onlar dünyada sağ-salamat ikən səcdəyə dəvət edilirdilər” şəklində ifadə edilib (“Qələm”, 68/43).

Başqa bir ayədə isə üzlərinin “tutulmuş” (“Qiyamə”, 75/24) olduğu bildirilib. Bunun əvəzində, cənnətlə müjdələnən möminlərin üzləri belə tərif edilmişdir:

O gün parlaq üzlər, gülər və şən üzlər də olacaqdır. (“Əbəsə”, 80/38-39)”.

Inkar edənlər cəhənnəmdə qaynar su, irin, qan, zəhərli dəvə tikanı və zəqqumdan başqa heç bir qida tapa bilməyəcəkləri halda, iman gətirənlər cənnətdə bal, süd axan çaylarla, qədəhlərə süzülmüş bir-birindən gözəl içkilərlə, kəsilib azalmayan barlı budaqları əyilmiş, məhsulları aşağı sallanan meyvə ağacları və nəfslərinin istədikləri daha çox nemətlə mükafatlandırılacaqlar. Bir ayədə cənnət xalqının yeməkləri belə tanıdılır:

Təqva sahiblərinə vəd olunmuş cənnətin təsviri belədir: orada suyu iylənməyən çaylar, tamı dəyişməyən süd çayları, içənlər üçün ləzzətli şərab çayları, təmizlənmiş bal çayları vardır. Orada onlar üçün hər cür mer-meyvələr və öz Rəbbindən bağışlanma vardır. Heç (onlar) cəhənnəm odu içərisində əbədi qalan və mədə-bağırsağını parça-parça edən qaynar su içirdilən kəslər kimidir? (“Muhəmməd”, 47/15)”.

Ayədə də bildirildiyi kimi, bu cür mükafatlandırılan adamların ruzusu ilə inkar edənlərin həm aclıqlarını söndürməyə yaramayan, həm də böyük bir əzaba çevrilən ruzuları qətiyyən eyni deyil. Onlar orada saysız dəfə yandırılacaq, saysız dəfə dəriləri əridilib tökülərək təzələriylə dəyişdiriləcək və sonsuza qədər bir parça sərinlik, ya da fərəhlik tapa bilmək üçün yalvararaq kömək istəyəcəklər. Cənnət xalqının kölgəliklərdə, sərinliklərdə nazi-nemət içində olduğunu görəcək və sahib olduqlarından bir az da onlara vermələri üçün yalvaracaqlar. Quranda bu barədə belə deyilir:

Cəhənnəm əhli cənnət əhlini səsləyərək: “Bizə bir az su və ya Allahın sizə verdiyi ruzudən verin” deyər. Onlar deyəcəklər: “Allah ikisini də inkar edənlərə qadağan etmişdir.” (“Əraf”, 7/50)”.

Cəhənnəmdə peşmançılıq içində yaşayan inkarçıların bu cür yardım istəməklərinin əsla nəticəsi olmayacaq:

... Həqiqətən, Biz zalımlar üçün onları çadır kimi əhatə edəcək cəhənnəm odu hazırlamışıq. İmdada çağıranda isə onlara üz-gözü qarsıdan dəmir ərintisinə bənzər bir su ilə kömək ediləcək. Nə pis bir içki, nə pis bir sığınacaq! (“Kəhf”, 18/29)”.

Yenə cənnət xalqına atlas və ipəkdən paltarlar, saysız zinətlər, qızıllar, gümüşlər təqdim edildiyi halda, cəhənnəm əhlinə qətrandan və atəşdən hazırlanmış paltarlar geydiriləcək. Onlar zəncirlərə vurulub, dəmir həlqələrlə bağlandıqları “cəhənnəmdən yataqlara” yatırdılıb, üstləri də “cəhənnəmdən örtüklər”lə örtülərkən, möminlər yüksək köşklər və gözəl otaqlarda, yüksəklərdə qurulmuş və “zərifliklə işlənmiş cövhər” taxtlarda, gözəlliyi göz oxşayan döşəklərdə, astarları incə işlənmiş atlasdan olan yataqlarda olacaqlar. Quranda möminlərin arzuladıqları hər şeyin onlara veriləcəyi, xoşlarına gələcək bir həyat yaşayacaqları, xoşbəxt olacaqları və sevinclə qarşılanacaqları bildirilmişdir:

...Rəbbi dərgahında onlar üçün istədikləri şeylər vardır... (“Şura”, 42/22)”,

Allah onları o günün şərindən qoruyar və onları gözəllik və sevincə qovuşdurar. (“İnsan”, 76/11)”.

Inkarçılar da dünya həyatında əgər Allahın əmrlərinə tabe olaraq, vicdanlı, səmimi və dürüst hərəkət etsəydilər, bu gün cəhənnəm atəşində əzab çəkməyəcək və cənnət əhli kimi nemətlər içərisində yaşayacaqdılar. Buna görə də inkar edənlər hər dəfə cənnət xalqını fikirləşəndə, peşmançılıqları çoxalacaq. Allah onların çəkdikləri cəhənnəm əzabını və peşmançılıqlarını “sarsıdıcı kədər” kimi göstərmiş və nə vaxt azad olmaq istəsələr, bir daha əzaba düçar ediləcəklərini bildirmişdir:

Onlar hər dəfə iztiraba görə oradan çıxmaq istəyəndə, yenə oraya qaytarılacaqlar: “Atəş əzabını dadın!” deyiləcək.” (“Həcc”, 22/22)”.

Çünki cəhənnəm daha geri qayıtmaq mümkün olmayan və peşmançılıq hissinin bir fayda verməyəcəyi, hətta bir məna ifadə etmədiyi yerdir. Mələklər inkarçılar ölən kimi onlara daha sonsuza qədər heç bir gözəlliklə qarşılaşmayacaqlarını xəbər vermişdilər:

Onlar mələkləri görəcəkləri gün - o gündə günahkarlar üçün müjdə olmayacaqdır və mələklər deyəcəklər: “Sizə müjdə qəti qadağandır.” (“Furqan”, 25/22)”.

Buna görə də inkar edənlər ancaq yox olaraq bu əzabdan qurtulacaqlarına inanmışdılar. Yox olmaq üçün yalvaracaqlar. Amma bu arzuları qəbul edilməyəcək. Çünki dünyada onlara nəsihət ala biləcəkləri qədər ömür verildiyi halda, onlar bilə-bilə inkar etməyi seçmiş və haqdan üz döndərmişdilər. Bu səbəblə onlara aşağıdakılar deyiləcək:

Bu gün bir ölüm çağırmayın, çoxlu ölüm çağırın! (“Furqan”, 25/14)”,

Oraya girin! Dözün və ya dözməyin, sizin üçün birdir. Sizə ancaq etdiyiniz işlərin əvəzi verilir.” (“Tur”, 52/16)”.

Allah Əraf surəsinin 40-cı ayəsində onların “halat” (ya da dəvə) iynənin deşiyindən keçənə qədər cəhənnəmdən qurtulmayacaqlarını və cənnətə girə bilməyəcəklərini bildirmişdir.

Bundan başqa, Allah, inkarçıların dünyada ikən necə haqdan üz döndərib, Axirət gününə və Ona qovuşmağı yaddan çıxarıblarsa, o gün də onların unudulacağını, yəni Rəbbdən heç bir əvəz ala bilməyəcəklərini, kömək göstərilməyəcəyini bildirmişdir:

Allah deyəcək: “Elədir. Ayələrimiz sənə gələndən sonra sən onları unutdun. Sən də bu gün belə unudulacaqsan.” (“Taha”, 20/126)”,

Onlara deyilər: “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, bu gün Biz də sizi unuduruq. Sizin yeriniz cəhənnəm odudur və sizə kömək edənlər də olmaz.” (“Casiyə”, 45/34)”,

O kəslərə ki, onlar öz dinlərini əyləncə və oyun etmiş, bu dünya həyatı isə onları şirnikləşdirmişdi. Bu günləri ilə görüşü unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları unudarıq. (“Əraf”, 7/51)”.

Onlarsa yenə də yalvaracaq və Allahdan onları atəşdən çıxarmasını istəyəcəklər, amma Allah belə cavab verəcək:

Allah deyər: “Gedin ora və Mənimlə danışmayın!” (“Muminun”, 23/108)”.

Inkar edənlərin həmişə alacaqları əvəz heç cür kömək görməmək və cəhənnəm əzabında tərk edilmək olacaq. Allah onlara rəhm etməyəcək, mərhəmət göstərməyəcək və etdikləri günahları, səhvləri bağışlamayacaq. Halbuki, dünyada ikən Allaha sığınsaydılar, Onun həmişə bağışlayan və mərhəmət göstərən olduğunu görəcəkdilər. Ancaq cəhənnəmi görəndə bu həqiqətləri xatırlayacaqlar, amma bunun onlara heç bir xeyri olmayacaq.

Bütün bunlardan sonra Allahın bəndəsini sevən və hər zaman bağışlayan olduğunu indidən fikirləşib, təkcə Onu dost və vəkil qəbul etmək lazımdır. Cəhənnəmin qapıları onların üstünə bircə dəfə bağlandımı, daha sonsuza qədər açılmayacaq və dünyada ikən əllərində olan fürsətlər bir də təkrar verilməyəcək. Bu əbədi peşmançılıqdan azad olmağın yolu isə Quranda bildirilmişdir: “Tövbə edərək düzələnlər, Allaha sığınanlar və dini ancaq Allaha məxsus edənlər istisnadır. Onlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat bəxş edəcək. Şükr edib iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Həqiqətən Allah şükr sahibidir, hər şeyi biləndir. (“Nisa”, 4/146-147)”.




Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə