Мцндярижат



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix07.08.2018
ölçüsü0,72 Mb.
#61032
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   13


УДК 1 (09) 

KBT 86.4 

 

 

 



                         

Səadət ŞIXIYEVA

AMEA, Ak.Z.Bünyadov ad.

Şərqşünaslıq İnstitutu

Xülasə

Məqalədə Şərq fəlsəfi düşüncə tarixində mühüm bir yerə sahib olan hürufili-

yin öyrənilməsində  nəzərə çarpan  ənənəviləşmiş yanlışlar təhlil edilir. İndiyədək

hürufiliyin fəlsəfi bir təlim və siyasi məqsədli hərəkat kimi fəaliyyəti, məram və

məqsədləri və s.-nin bəzi aspektləri təhrifli şəkildə təqdim olunmuşdur. O yanıltma-

lar içərisində hürufiliyin bir təlim olaraq leqal fəaliyyətə başlaması, Fəzlullahın 

sağlığında və onun edamından sonra hürufilərin siyasi iqtidarlarla ittifaqa girmə

cəhdləri və s.-nin dəyərləndirilməsi də yer alır. Bu məqalədə haqqında bəhs etdiyi-

miz həmin təhriflər, onların yaranmasına təkan verən qaynaqlar, tarixi hadisələri 

yanlış anlamalar və s. dəyərləndirilərək, tarixi gerçəkliklərin üzə çıxarılmasına 

cəhd edilir. Məqalədə hürufilik mətnləri  əsasında bir neçə mübahisəli məsələnin 

aydınlaşdırılmasına xüsusi diqqət yetirilir.

Bundan başqa, məqalədə hürufi üsyanları ilə əlaqədar faktlar təfərrüatlı öy-

rənilərək təhriflə gerçəkliyin sərhədləri müəyyənləşdirilmiş, xüsusilə Şahruxa sui-

qəsdlə bağlı ziddiyyətli məqamlar təhlilə cəlb edilir. Bu araşdırmalar nəticəsində

təkcə hürufiliyin tarixi ilə bağlı bir sıra hadisələrin gedişatı, səbəb və nəticələrində

təhriflərin olması deyil, həm də bir sıra qaynaq və araşdırmalarda haqqında bəhs 

olunan bəzi şəxslərin uydurma olması da üzə çıxarılır. 

                                                

Filologiya üzrə fəlsəfə doktoru, shikhiyevas@gmail.com. 

1

1780-1789-cu illərdə alman filosofu F.H.Jacobi (1743-1819) tərəfindən təşkil  edilən



“Panteizm disputları” (Pantheism controversy) nəticəsində fəlsəfi ədəbiyyata daxil olan spi-

nozizm termini altında ümumilikdə, B.Spinozanın fəlsəfi sistemi nəzərdə tutulur: Goetschel 

W. Spinoza’s Modernity: Mendelssohn, Lessing, and Heine. Wisconsin: The University of

Wisconsin Press, 2004. Alman klassik fəlsəfəsinin nəhənglərindən hesab olunan G.V.F.He-

gel (1770-1831) isə, spinozizmi akosmizm (laməkan)  kimi  başa  düşürdü:  Hegel  G.W.F. 

Lectures on Logic. Bloomington: Indiana University Press, 2008, s. 49.

Hürufiliyin tarixi:

ənənəviləşmiş təhriflər,

unudulan gerçəkliklər...

65



Metafizika – Cild 1, Say 2, 2018 

Açar sözlər: hürufilik, təlim, tarix, üsyan, təhrif, gerçəklik

Giriş

İslam Şərqinin fəlsəfi düşüncə tarixində mühüm bir mövqeyə sahib olan hü-

rufilik təlimi ilə bağlı istər Qərb, istərsə də Şərq alimlərinin araşdırmalarında mü-

əyyən anlamda ənənəviləşmiş  bir  sıra  qənaətlər  mövcuddur.  Lakin  hürufilik  qay-

naqlarına  müraciət etdikdə bu məsələlərdən bir qisminin fərqli ifadə  və inikasına 

rast gəlirik. Qeyd etməliyik ki, hürufi müəlliflərin əsərlərindən təlimin təkcə fəlsə-

fi-dini görüşləri deyil, tarixi ilə bağlı bəzi məlumatları da əldə etmək mümkündür 

və bu  qaynaqların  həmin  çevrələrdə  qələmə alınması  onları  daha  etibarlı  mənbə

saymağa əsas verir. Hürufilik mətnləri təkcə bu fəlsəfi-fikri axının tarixi deyil, həm

də təlimin bu və ya digər dərəcədə bağlandığı ölkələrin (Azərbaycan, İran, Türkiyə,

Suriya, Misir, Özbəkistan və s.) siyasi tarixi ilə əlaqəli bir sıra məlumat və faktlar 

baxımından da əhəmiyyət kəsb edir.  

Hürufiliyin XIV-XV əsrlərdə yaşamış nümayəndələrinin (Fəzlullah, Nəsrul-

lah Nafəci, Əliyyül-Əla, Seyid İshaq, Əmir Qiyasəddin və başqaları) əsərləri bu tə-

limin yaranması, fəaliyyəti, yayıldığı coğrafiya, nüfuz etdiyi siyasi çevrələr, o cüm-

lədən tarixini öyrənmək baxımından daha mötəbər qaynaqlar sayılır. Bir sıra tədqi-

qatçılar hürufiliklə əlaqədar problemləri araşdırarkən bu qaynaqlara müraciət etsə-

lər də, təlimin tarixi ilə bağlı bəzi əhəmiyyətli məsələlər ya diqqətdən kənarda qal-

mış, ya da təhrif olunmuşdur. Qeyd etməliyik ki, çağdaş araşdırıcıların tarixi ger-

çəklik kimi qəbul etdiyi bəzi  ənənəviləşmiş  və  qəliblənmiş  yanlış  mülahizələrin 

çoxu orta çağ tarix kitablarından qaynaqlanır. Problemin araşdırılması nəticəsində

belə bir qənaətə  gəldik  ki,  hürufiliyin  tarixinə aid  bir  sıra  məlumatlar orta əsrlər

müəlliflərinin əsərlərində ifadəsini tapdığı üçün onların isbatı və ya təhlilinə ehti-

yac olmadığı düşünülmüşdür. Halbuki ilkin hürufilik qaynaqları ilə müqayisə orta 

çağ tarixçilərinin bu təlimlə bağlı bəzi hadisə və faktları təqdimində təhriflərə yol 

verməsi və ya məlumatının natamamlığını üzə çıxartdı. Burada hürufilik mətnləri

əsasında bu geniş bəhsdən bir neçə məqama diqqət yetirəcəyik: 

- hürufilik təliminin mərhələli “zühur”u; 

- fəlsəfi-dini bir təlim kimi tarix səhnəsinə çıxan  hürufiliyin  siyasi 

fəaliyyətə yönəlməsinin gerçək səbəbləri;

66



Səadət Şıxıyeva. Hürufiliyin tarixi: ənənəviləşmiş təhriflər,  

unudulmuş gerçəkliklər, s.

65-96

- hürufilərin siyasi iqtidar sahibləri ilə münasibətləri; 



- Fəzlullahdan  sonra  hürufilərin  coğrafi  məkan  seçimindəki məramı  və

mühacirətinin şəkli;  

- hürufi sui-qəsdləri ilə bağlı təhriflər və s.

1. Hürufiliyin elanı ilə bağlı mübahisəli tarixlər   

Araşdırmalarda  hürufiliyin  bir  fəlsəfi cərəyan kimi fəaliyyətə başlamasının 

tarixi  olaraq,  müxtəlif illər – h. 775 / m. 1373-1374

1

, h. 778 / m. 1376-1377



2

, h. 


800 / m. 1397-1398

3

  və s. göstərilməkdədir. Ümumilikdə h. 788 / m. 1386-1387-cı 



ilin hürufiliyin elanı tarixi kimi qeyd olunmasına daha çox rast gəlinir.

4

Əslində bu tarix fərqliliyinin qaynağı hürufi mətnləridir. Fəzlullahın seçilmiş 



xəlifəsi (“xəlife-ye bərqozide”) olaraq tanınan Əliyyül-Əlanın “Kürsinamə”sindən

hürufiliyin zühurunun mərhələli xarakterliliyi qənaəti hasil olur. Bu tarix çeşidliliyi 

və onun səbəbinə, eləcə də təlimin fəaliyyətinin istiqamətləri, məram və məqsədləri

ilə bağlı  bəzi  mülahizələrdə uyğunsuzluq  və ziddiyyətlərin    mövcudluğuna  digər

araşdırıcılar  diqqət yetirməmişlər.

5

Bir  sıra  araşdırmalarda  isə müqayisə  və  təhlil 



                                                

1

    .292 ، 289 .ص (ه 1330 ،ناﺮﮭﺗ هﺎﮕﺸﻨﺗد تارﺎﺸﺘﻧا :ناﺮﮭﺗ) ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ 



2

 

 ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو .ﺎﯿﻛ قدﺎﺻ



 

289



 ،

292


؛

 

Зумруд  Кули-заде.  Хуруфизм  и  его  представители  в  Азербайджане  (Баку: Элм, 



1970), s. 92.

3

 bax:



 .ﻖﯿﻓﻮﺗ ﺎﺿر

"

  "،ﮫﯿﻓوﺮﺣ یﺎھ ﮫﺸﯾﺪﻧا رد ﯽﺸھوﮋﭘ



 ﯽﻟﻼﺟ ﷲﺪﯾ ﺶﺷﻮﻛ ﮫﺑ ،ﯽﻤﯿﺴﻧ ﻦﯾﺪﻟادﺎﻤﻋ رﺎﻌﺷا و ﯽﮔﺪﻧز

  ،ﯽﻧ  ﺮﺸﻧ  :ناﺮﮭﺗ)  یراﺪﻨﭘ

1993

  .ص  ،(


49

-

50



؛

 "،ﻰﻨﺴﺣ  ﮫﻟاﺎﻄﻋ  ﮫﻤﺟﺮﺗ  ،ﯽﻓوﺮﺣ  ىﺎھ  ﮫﺘﺷﻮﻧ"  .نواﺮﺑ  دراودا

 ،ناﺮﮭﺗ) ﻦﯿﻣز ناﺮﯾا ﮓﻨھﺮﻓ

1365


 ﺪﻠﺟ ،(

26

 .ص ،



219

.

 



Зумруд Кули-заде. Хуруфизм и его представители в Азербайджане, s. 92.

4

  “Kürsinamə”də dolayısı  ilə, “İstivanamə”nin  nüsxələrindən birində isə açıq  bir 



şəkildə 1386-cı ilin hürufilik təliminin elanı tarixi kimi qeyd edilməsi (Hurufilik Metinleri 

Katalogu. Hazırlayan: Abdülbaki Gölpınarlı (Ankara: Türk Tarih Kurumu Basımevi, 1989), 

s. 3)  bu barədəki qənaətləri qətiləşdirmişdir.  Bu  barədə bax:  Fatih  Usluer.  Hurûfilik-İlk 

Elden Kaynaklarla Doğuşundan İtibaren (İstanbul: Kabalcı Yayınları, 2009), s. 39; 

 ،ناﺮﮭﺗ) ﻦﯿﻣز ناﺮﯾا ﮓﻨھﺮﻓ "،ﮫﯿﻓوﺮﺣ ﮫﻗﺮﻓ زﺎﻏآ" .ﺮﺘﯾر تﻮﻤﻠھ

1341


 ه

(.

 ،



 ،ﻢھد ﺪﻠ


 .ص

350


 ؛

 .ﺎﯿﻛ قدﺎﺻ

 ،ﯽﻧﺎﮔﺮﮔ ﮫﻣﺎﻧ هژاو

 



292

.

5



Hürufiliyin tarixi ilə bağlı mübahisəli məsələlər və təlimin nümayəndələrinin fəaliyyə-

tinin xarakterinə bəzi tezis və məqalələrimizdə münasibət  bildirmişik:  Səadət  Şıxıyeva. 

“Hürufilərin  siyasi  mübarizə tarixindən,”  Dil  və ədəbiyyat, 3 (1998), s. 126-129; Yenə

onun: “Hürufi müəlliflər Qaraqoyunlular haqqında,” Azərbaycan şərqşünaslıq elminin inki-

şaf yolları  (akad. Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş konfransın materialları) 

(Bakı, 27-28 iyun 2013), s. 429-443; Yenə onun: “Hurufi Ayaklanmaları,” XVI. Türk Tarih 

Kongresi.  3.  Cilt.  Selçuklu  Devleti  ve  Beylikler  Dönemi.  (20-24  Eylül  2010,  Ankara). 

67



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə