Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 1,44 Mb.
səhifə5/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   2   3   4   5   6   7   8   9   ...   14

Dərslərin effektli olması onun quruluşunun necə olacağından da asılıdır. Hər bir dərsin müxtəlif hissələri, komponentləri və elementləri vardır: giriş hissə (təşkiletmə), sorğu, şərhetmə, didaktik vasitələr və priyomların seçilməsi, tətbiqi, müstəqil işlərin təşkili, nəticələrin müzakirəsi, qiymətləndirilməsi və s. Dərsin bütün elementləri, komponentləri əlaqəlidir və biri-birinə qarşılıqlı təsir edirlər. Dərsin təşkili və aparilmasında bütün bunlar nəzərə alınmalıdır.



2.3. Kimya fənni üzrə təlimin planlaşdırılmasına dair tövsiyyələr.
Hara getdiyini, nə istədiyini, məqsədinin nədən ibarət olduğunu, təlimin sonunda nəyə nail olacağını və bunu hansı yollarla həyata keçirəcəyini, nail olub-olmadığını necə qiymətləndirəcəyini əvvəlcədən müəyyənləşdirmə bacarığı olan bir müəllim uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.Uğurlu və nəticəyönümlü təlim əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır.

Hər bir sinfin kimya kursunun məzmunu və keçirilmə ardıcıllığı tədris proqramı ilə müəyyən edilən bir sıra mövzulardan ibarətdir. Mövzular dərslərə bölünür; proqramda hər mövzu üzrə dərslərin təxmini miqdarı göstərilir ki bu da kursun planlaşdırılması zamanı müəllim üçün müəyyən yol göstərir. Müəllim bu və ya digər sinfin kimya kursu üzrə illik planlaşdırmanın tərtibinə başlayarkən, hər şeydən əvvəl bu kursun məqsəd və vəzifələrini özü üçün aydın etməlidir.

Perespektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır.Təbii ki birinci prinsip məzmun ardıcıllığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdırTəlim nəticələrinin təqdim olunan ardıcıllığı tədris prosesi üçün mütləq deyil. Müəllim hər hansı təlim nəticəsinin əldə edilməsində ayrılan vaxt ərzində, proqram materiallarının tədris edilməsindəki ardıcıllığa əməl edilməsində sərbəstdir.

Müəllim tədris vahidlərini (dərslər bloku) və mövzuların ardıcıllığını planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır:



  • fəndaxili inteqrasiyanı

  • fənlərarası inteqrasiyanı (bəzi tədris vahidləri digər fənlər üçün ilkin şərt ola bilər; bəzi nəticələr iki fənnin tədris vahidləri ilə əlaqəli inteqrasiya etdirilə bilər)

  • ardıcıllığın qurulması prinsiplərini

1) məntiqi ardıcıllıq;2)psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, istiqamət, tətbiq etmə, layihələrin tərtibi, yaxından uzağa prinsipi); 3)xronoloji ardıcıllıq (tarixi-coğrafi ardıcıllıq), 4)tematik ardıcıllıq (səbəb-nəticə əlaqələri)

  • hər sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumi təlim nəticələrinin əsasında tərtib edilməsini

  • Tədris və təlim prinsiplərini (şagirdyönümlülük; aktiv, müstəqil və birgə təlim üçün imkanların yaradılması; məqsədyönümlülük; məktəbdən sonrakı və ictimaiyyətlə bağlı fəaliyyətlərlə əlaqəlilik)

  • il ərzində keçiriləcək kiçik summativ qiymətləndirmələrin vaxtını

Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir.Kimya fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür (səh. 16-18). Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biri də mövzuya uyğun resursların seçilməsidir. Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır.
Təlimin planlaşdırılmasının aşağıdakı növləri vardır:

  • Perspektiv (yarımillik və illik) planlaşma

  • Cari və ya gündəlik planlaşma

Perspektiv (illik) planlaşmada:

  1. Sinif üzrə standartlar nəzərdən keçirilir

  2. Tədris vahidləri müəyyən edilir

  3. Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir

  4. Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır

  5. Təlim strategiyası müəyyən edilir

  6. Resurslar müəyyən edilir

  7. Qiymətləndirmə texnologiyası seçilir

Carı planlaşmada:

1.İllik planlaşdırmaya əsasən məzmu ( dərsin mövzusu müəyyənləşdirilir.

2.Məqsədlər müəyyən olunur.

3.Strategiya seçilir.

4.Resurslar müəyyənləşdirilir.

5.Qiymətləndirmənin forma və üsulları müəyyənləşdirilir.

6.Dərsin planı tərtib olunur.

Məzmunun) müəyyənləşdirilməsi üçün:


  1. İllik planlaşdırma nəzərdən keçirilir.

  2. Həftəlik tədris vahidi nəzərdən keçirilir.

  3. Tematik planlaşdırmaya əsasən dərsin mövzusu seçilir.

Məqsədin müəyyən olunması üçün:

  1. Tədris vahidi üçün planlaşdırılmış məzmunun standartı və onun alt standartlarıı nəzədən keçirilir

  2. Dərsin məqsədləri müəyyənləşdirir

Strategiyanın hazırlanması prosesində:

  1. Məqsədlərin reallaşmasına yararlı olan təlim strategiyaları seçilir

  2. Strategiyaların həyata keçirilməsi üçün uyğun didaktik materiallar müəyyənləşdirilir.

Resursların seçilməsi zamanı:

illik planlaşdırmada nəzərdə tutulmuş resurslar əldə edilir;

dərslik və digər ədəbiyyatlar müəyyənləşdirilir;

laboratoriya avadanlıqları və didaktik materiallar hazırlanır.



Qiymətləndirmənin forma və üsullarının müəyyənləşdirilməsi prosesində:

- yazılı testlər və sorğular hazırlanır,

- şifahi sorğu materialları seçilir.

- müşahidə formaları müəyyən edilir.


VII-XI siniflər üzrə məzmun standartlarının prespektiv planlaşdırılma nümunələrini təqdim edirik
VII sinif Cədvəl 3


Tədris vahidi

Məzmun

Standartlar

İnteqrasiya

Resurslar

İlk kimyəvi anlayışlar

1.Maddələr: saf və qarışıq maddələr. Qarışıqların ayrılması üsulları

2.Molekullar və atomlar. Atomun tərkibi. Atom-molekul təlimi.

3.Kimyəvi element anlayışı,onların işarələri.

Elementlərin nisbi atom kütləsi

4.Maddələrin təsnifatı.Bəsit.və mürəkkəb maddələr.

Kimyəvi formullar.

Nisbi molekul kütləsi

5.Elementlərin valentliyi..Formullara görə valaentliyin təyini və valentliyə görə formulun təyini.

6.Maddə tərkibinin sabitliyi qanunu.Kimyəvi formula.görə hesablamalar.

7.Maddə miqdarı.Mol. Avoqadro ədədi və sabiti.Molyar kütlə.

8.Maddə miqdarı və molyar kütləyə aid hesablamalar.

9.Avoqadro qanunu.Qazların molyar həcmi.

10.Molyar həcm və qazların həcm nisbətlərinə aid hesablamalar.


1.1.1.Maddələri (bəsit və mürəkkəb, saf və qarışıq) tərkibinə və fiziki xassələrinə görə fərqləndirir

1.2.1.Atomun tərkibini,növünü,

atom-molekul təlimini izah edir.

1.3.1.Maddələrin formuluna əsasən sadə hesablamalar aparır


2.2.2.Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır

3.2.1.Sadə molekulların modellərini hazırlayır


F.-2.1.3.

B.-1.1.2.

Riy.VI s. 1.2.1;1.2.2. 1.2.5.

Riy.-VII s. 1.2.5.,2.1.2




Fe,Cu,Al tozu,; şəkər,sulfat turşusu,mil və kürəciklər

Atomun quruluş sxemi.




IX sinif

Qeyri-üzvi maddələ rin mühüm sinifləri

1.Oksidlər,təsnifatı,adlandırılması,mühüm kimyəvi xassələri

2.Əsaslar-təsnifatı,adlandırılması,,turşuluğu,kimyəvi xassələri.

3.Turşular,-təsnifatı,adlandırılması,əsaslığı,kimyəvi xassələri

4.Duzlar-təsnifatı,adlandırılması,kimyəvi xassələri

5.Qeyri-üzvi birləşmələrin mühüm sinifləri arasında genetik əlaqə.

6.Praktik iş-Qeyri-üzvi birləşmələrin mühüm birləşmələrinə aid eksperimental məsələlər




1.1.1.Maddələri (oksid,əsas,turşu,duz)tərkibinə görə təsnif edir.
2.1.1.Kimyəvi reaksiyaları təsnif edir,qanunauyğunluqlarını izah edir
2.2.1.Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir

2.2.2.Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

3.1.1.Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır,nəticələrinə münasibət bildirir.


B.2.1.2


Riy.- VII s. 2.1.2

C-2.1.1


CuO, HgO,

Fe2O3,P2O5

CO2,HCl, HNO3, NaOH, Ca(OH)2,sınaq şüşələri distillə suyu,qaz- aparan şüşə borular və s.







X sinif Cədvəl 4

Tədris vahidi

Məzmun




Inteqrasiya

Resurslar

Doymamış karbohidro genlər (Alkenlər, alkadienlər, alkinlər)

1.Etilen,onun molekulunun quruluş və elektron formulu sp2-hibridləşmə

2.Molekulda siqma- və pi- rabitələri

3.Etilenin homoloji sırası-alkenlər.Onların nomenklaturası

4.Alkenlərdə karbon zəncirinin şaxələnməsinə və ikiqat rabitənin vəziyyətinə görə izomerlik.Fəza izomerliyi.

5.Alkenlərin alınması və fiziki xassələri.Kimyəvi xassələri-Markovnikov qaydası,tətbiqi.

6.Alkadienlər,nomenklaturası,alınma üsulları və xassələri.

7.Təbii kauçuk,onun quruluşu və xassələri,vukanlaşma.

8.Alkinlər,Karbon atomları arasında ikiqat rabitə,sp-hibridləşmə.

9.Asetilenin və homoloqlarının quruluşu,alkinlərin nomenklaturası. Asetilenin alınması,fiziki-kimyəvi xassələri və tətbiqi

10.Praktik iş- Etilenin alınması və onunla təcrübələr.







B-111;F-2.1.3

B-112;212;

F-111

B-2.1.2.
B-1.1.3.


F-2.1.3.


Etil spirti,sulfat turşusu,

bromlu su,kaliumpremenqanat,xlorid turşusu,sing və dəmir qırıntısı, kalsiumkarbid, distillə suyu, qu

ru spirt, nat

rium metalı,kalsiumoksid və kömür tozu,mil və rəngli kürəciklər,sınaq şüşələri,kimya stəkanı və kolba,qaz aparan şüşə borular.





XI sinif. Cədvəl 5

Tədris vahidi

Məzmun

Standartlar

inteqrasiya

Resurslar

Spirtlər.Fenollar və sadə efirlər.



1.Spirtlər,təsnifatı,funksional qrup anlayışı. Biratomlu doymuş spirtlərin homoloji sırası,onların fiziki xassələri.

2.Molekullararası hidrogen rabitəsinin spirtlərin fiziki xassələrinə təsiri

3.Biratomlu doymuş spirtlərdə quruluş və vəziyyət izomerliyi,izomerlərin sistematik nomenklatura ilə adlandırılması.

4.Spirtlərin ümumi alınma üsulları. Kimyəvi xassələri. və tətbiqi.

5.Çoxatomlu spirtlər haqqında anlayış. Etilen qlikol və qliserin

6.Fenollar.Fenolun fiki və kimyəvi xassələri.

7.Fenolun alınması və tətbiqi. Tərkibində fenol olan sənaye tullantılarından ətraf mühitin mühafizəsi.

8.Sadə efirlər.onların xassələrinin spirtlərlə müqayisəsi.


9.Praktik iş:spirtdən brometanın sintezi

111-Maddələrin (oksigenli,azotlu üzvi birləşmələrin) tərkibini,quruluşunu,xassə-lərini şərh edir,təqdimatlar hazırlayır.

121-Oksigenli,azotlu üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir


131-oksigenli,azotlu üzvi birləşmələrin tərkibinə,quruluşuna aid hesablamalar aparır,təqdimatlar edir.

211-Oksigenli,azotlu üzvi birləşmələrin reaksiyalarının qanunauyğunluqlarını izah edir.

221-Oksigenli,azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərini tərtib edir..
222-Oksigenli,azotlu üzvi birləşmələr və polimerlə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
311-Oksigenli ,azotlu üzvi birləşmələr və polimerlərə aid eksperimentlər aparır,təqdimatlar hazırlayırlar

321-Oksigenli,azotlu üzvi birləşmələrin və polimerlərin quruluşunu və onlara aid kimyəvi prosesləri modelləşdirir

421-Oksigenli,azotlu üzvi birləşmələr və polimerlərin ətraf mühiti çirkləndirməsini,onun aradan qaldırılması yollarını izah edir,layihələr hazırlayır


B-1.1.1.

1.1.2.


B-2.1.2.
F-1.1.3.; 2.1.3.

B-1.1.3.; F-1.1.3.; 2.1.3.

Riy.-VIII.s.1.2.3.; 2.2.1.; 2.2.2.; 2.2.3.

Riy.-VIII.s.1.2.3.;2.2.1.;2.2.2.; 2.2.3.

F-213 B-422


Etil spirti, natri um metalı,

xlorid turşusu,

sirkə turşusu,etilen- qlikol,qliserin,xörək duzu, mis-2 hidrok sid,nat-rium hidrok-sid,nitrat turşusu,mis-2 sulfat, brom

lu su,sın-aq şüşələ-ri,qaz aparan boru,

ştativ,kolba,sın-aq şüşələri,spi

rt lanpa

sı.




2.5. Kimya dərslərinin planlaşdırılmasına aid nümunələr.
Müəllim gündəlik dərs planı hazırlayarkən dərsin mərhələlərinə fikir verməlidir. Fəal təlim üsulları ilə aparılan dərslərin aşağıda göstərilən plan üzrə təşkili məqsədəuyğun hesab edilir:

  • Mövzu

  • Məqsəd

  • İş forması

  • Təlim üsulu

  • Resurslar:

  • Dərsin mərhələləri:

    • Motivasiya, problemin qoyuluşu

    • Tədqiqatın aparılması

    • Məlumat mübadiləsi

    • Məlumatların müzakirəsi

    • Nəticələrin çıxarılması və ümumiləşdirmə

    • Yaradıcı tətbiqetmə

    • Qiymətləndirmə

Artıq öyrənilən mövzuya uyğun məqsəd yazılarkən, məqsəd müəllimə deyil şagirdə yönəlməlidir. Əgər müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.

Şagirdi təlimə cəlb etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.

Müəllim dərsin birinci və ən mühüm mərhələsi olan motivasiyanı elə qurmalıdır ki, şagirdi təlimə cəlb edə bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyyətləri qabartmaqla müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.

İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq tədqiqat işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlüklər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan, həm də özündə yeni suallar və yeni informasiyalar daşıyan iş vərəqlərindən istifadə olunur. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu oynayır.

Məlumat mübadiləsi üçüncü mərhələdə aparılır. Qoyulmuş tədqiqat sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.

Dərsin dördüncü mərhələsində məlumatın müzakirəsi prosesi başlayır. Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara çıxarılır.

Beşinci mərhələ nəticələrin çıxarılması mərhələsidir. Müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.

Dərsin altıncı mərhələsində əldə edilmiş biliklər tətbiq edilir, yeddinci mərhələsində isə qiymətləndirmə və ya refleksiya prosesi aparılır.



Bir neçə dərs nümunəsinə baxaq:


VII sinif

Standart: 1.1.1.

Mövzu: Bəsit və mürəkkəb maddələr

Məqsəd:

1.Tərkibinə görə bəsit və mürəkkəb maddələri fərqləndirir.

2. Bəsit maddələrin növlərini (metal və qeyri metalları) onların fiziki xassələrinə görə tanıyır

3. Mürəkkəb maddələri təsnif edir.

4. Bəsit və mürəkkəb maddələrə aid nümunələri tanıyır.

5.Maddələrin ümumi təsnifat sxemini tərtib edir.

İnteqrasiya: F-2.2.1; B-1.1.1; C-2.1.3.

Dərsin tipi: yeni bilik verən dərs İş forması: kiçik qruplarda iş, cütlərlə iş

Təlim üsulu: problemli şərh, klaster,Venn diaqramı,.

Resurslar:mis,dəmir,alüminium,kömür,kükürd,fosfor,su,spirt,xörək duzu, və şəkər nümunələri,kiçik çəkic və qalın taxta parçası,spirt lampası və dərslik.

Dərsin gedişi:

I.mərhələ. Motivasiya,problemin qoyuluşu.

Müəllim şagirdlərin tanıdığı 2-3 bəsit maddə və bir o qədər də mürəkkəb maddəni şagirdlərə göstərir (və ya əvvəlcədən partaların üstünə qoyur) və tədqiqat sualını verir:

1.Qarşınızda qoyuluş maddələrin adlarını bildirin.

2.Bu maddələrin bir birindən nə kimi fərqi olduğunu izah edin

3.Maddələri atom molekul təlimi əsasında xarakterizə edin-fizika dərslərində aldığınız biliklər əsasında.



Tədqiqat sualı: : Bəsit və mürəkkəb maddələr maddələr bir-birindən nə ilə fərqlənir?

II,mərhələ.Tədqiqatın aparılması. Müəllim şagirdləri 4 kiçik qrupa bölür və onlara aşağıdakı tapşırıqları verir:

I qrupun tapşırığı .Metalların fiziki xassələrini (aqreqat halı, suda həll olması, istilik keçirməsi, çəkiclə döyüldükdə necə dəyişməsi)yoxlayın və təsvir edin.

Tapşırıq 2. Qeyri- metalların fiziki xassələrini(aqreqat halı,rəngi, iyi,dadı,suda həll olması) yoxlayın və təsdiq edin.

Tapşırıq 3. Xörək duzu və şəkərin fiziki xassələrini (aqreqat halı, rəngi, iyi,dadı, suda həll olması) yoxlayın və təsvir edin.

Tapşırıq 4. Su və spirtin (rəngi,iyi,dadı, suda həll olması) fiziki xassələrini yoxlayın və təsvir edin.

Maddələr verilən tapşırığa uyğun olaraq qruplara paylanır və vaxt verilir.



III. Mərhələ.Məlumat (bilik) mübadiləsi

Hər qrup öz üzvləri ilə tədqiqatın nəticələri barədə fikir mübadiləsi edərək ümumilikdə onları dəqiqləşdirirlər, sonra hər qrupdan bir nəfər nümayəndə görülmüş işin nəticəsini sinfə və müəllimə təqdim edir,



IV. Mərhələ. Məlumatın müzakirəsi. və təşkili

Qrupların təqdimatından sonra müzakirələr və ümumiləşdirmələr aparılır, qrupların təqdimatları əlaqələndirilir,

Müəllim əlavə olaraq qeyd edir ki, metal və qeyri metallar yalnız eyni növ kimyəvi element atomlarından, su,spirt,xörək duzu, və şəkər isə iki və daha çox element atomlarından təşkil olunurlar,Metal və qeyri- metallar bəsit maddələr.Su,xörək duzu,spirt və şəkərə mürəkkəb maddələrdir.

V.Mərhələ. Nəticələrin ümumiləşdirilməsi Müəllim bütün qruplara aşağıdakı tapşırığı verir:Maddələrin təsnifatına aid sxem tərtib edin,bəsit və mürəkkəb maddələrin təriflərini yadda saxlamağa çalışın. Bunun üçün dəslikdən də istifadə edə bilərsiniz. Yenidən qrupların təqdimatı keçirilir.

VI. Mərhələ. Qiymətləndirmə.

Müəllim qabaqcadan hazırlanmış meyar cədvəlini lövhədən asdırır və şagirdlərə birlikdə qrupların qiymətləndirilməsini aparır.Qiymətləndirmə”+” və “-“ işarəsi ilə qeyd olunur.

Cədvəl 6


Meyarlar /

qruplar


Fiziki xassələrin təsviri

Qruplarda əməkdaşlıq

Təriflərin dəqiqliyi

Əlavə misallar göstərilməsi

Təsnifat sxeminin tərtibi

1.
















2.
















3.
















4.
















5.


















VIII sinif

Stndart: 1.1.1.; 2.2.1.

Mövzu: Oksidlər,oksidlərin təsnifatı mühüm alınma üsulları.

Məqsəd:

  1. Oksid anlayışı barədə biliklərini aktuallaşdırır.

  2. Oksidlərin təsnifatı ümumiləşdirir.

  3. Oksidləri müasir nomenklatura ilə oxuyur.

  4. Oksidlərin qrafik formullarının tərtibi etməyi bacarır.

  5. Oksidlərin mühüm alıma üsullarına aid reaksiya tənliklərinin tərtib edir.

Dərsdə iş forması: Ümumi siniflə iş ,kiçik qruplala iş,cütlərlə iş.

Təlim üsulları: Müşahidə,müzakirə,diskusya,problemli şərh

Resurslar: Metal və qeyri metal oksidləri (kalsium oksid,maqnezium oksid,sing oksid, karbon qazı, fosfor-5 oksid,silisium-4 oksid,) nümunələri,su,natrium hidroksid,kalsium hidroksid, xlorid və sulfat turşusu.

Dərsin gedişi.

I mərhələ. Motivasiya. Problemin müəyyənləşdirilməsi.

Biz oksidlər haqqında nələri bilirik?- sualı verilir və sxem çəkilir.


Oksidlər:

Tərifi tərkibi alınması

Tanıdığınız oksidlərin formullarını yazın və sxemdə göstərilənləri cavablandırın (5 dəq.)

Şagirdlərin formulunu yazdığı oksidlərə müəllim aşağıdakıları da əlavə edir: dəm qazı, azot-1 oksid, azot (II) oksid, kalsium oksid, natrium oksid, dəmir (II) oksid, kükürd (VI) oksid, azot (IV) oksid, karbon qazı, sink oksid, alüminium oksid və qeyd edir ki, 1, 2, 3-cü oksidlər nə turşular, nə də suda həll olan əsaslarla reaksiyaya girmir, yəni duz əmələ gətirmirlər. 4, 5, 6-cı oksidləri yalnız turşularla reaksiyaya girir, 7, 8, 9-cu oksidlər yalnız qələvilərlə reaksiyaya girir, 10 və 11-ci oksidlər isə həm turşularla, təm də qələvilərlə reaksiyaya girirlər. Hər üç halda reaksiya nəticəsində duz əmələ gəlir. Bunlara əsasən oksidləri əvvəlcə hansı iki qrupa bölmək olar? Şagirdlər oksidləri duz əmələ gətirən və gətirməyən oksidlərər bölürlər.. Növbəti sual verilir: bəz duz əmələ gətirən oksidləri neçə qrupa ayırmaq olar? Şagirdlərin çoxu aşağıdakı fikirləri söyləyirlər: turşu ilə, qələvi ilə, həm turşu, həm də qələvi ilə reaksiyaya girən oksidlər. Müəllim cavabları sistemləşdirir: yalnız turşularla reaksiyaya girən oksidlərin xassələri müvafiq əsasların xassələrinə oxşar olduğu üçün onlara əsasi oksidlər ( CaO, Na2O, FeO və s.) deyilir; Yalnız qələvilərlə reaksiyaya girən oksidlərə müvafiq turşuların xassələrinə oxşar olduğu üçün onlara turşu oksidləri, (SO3,CO2,NO2 və s.) deyilir; həm turşu, həm də qələvilərlə reaksiyaya girən oksidlərə ( ZnO, Al2O3 və s.) isə amfoter oksidlər deyilir.



II mərhələ. Tədqiqatın aparılması

    1. Duz əmələ gətirən oksidlərin təsnifatı sxemini tərtib edin, hər növə aid 2-3 misal göstərin

    2. Əsasi, turşu, amfoter oksidlərin hər növündən 2-3 oksidin formulunu yazıb onları beynəlxalq nomenklatura ilə adlandırın

    3. Duz əmələ gətirən oksidlərin hamısı üçün ümumi alınma üsulu hansıdır? Bu üsulla LiO və MgO və Al2O3 oksidlərin alınması reaskiayalarının tənliklərini yazın. Həmin oksidləri adlandırın.

    4. Zn(OH)2, Fe(OH)3, Cu(OH)2 suda həll olmayan əsasları qızdırdıqda hansı oksidlər alınar? Reaksiya tənlıiklərini yazın (Dərslikdən istifadə edin)

    5. CO2, SO2, SiO2 oksidlərini hansı turşuların parçalanmasından almaq olar? Reaksiya tənliklərini yazın.

    6. Eynir bir duzdan həm əsasi, həm də turşu oksidi alınması reaksiyasının tənliyini yazın. Alınan oksidləri adlandırın.

Şagirdlər qruplarda işləyirlər.

III mərhələ. İnformasiya mübadiləsi

Yuxarıdakı tapşırığa verilən cavablar qrup daxilində müzakirə edilir, fikir mübadiləsi aparılır.



IV mərhələ. Alınan nəticələrin müzakirəsi

Hər qrupun nümayəndəsi verilmiş sual-tapşırıqlara aid cavabları lövhədə ümumi sinifə təqdim edir, suallara cavab verir və təklifləri dinləyərək cavabları dəqiqləşdirir.



V və VI mərhələlər.Nəticələrin ümumiləşdirilməsi və yaradıcı tətbiqetmə.

Müəllimin verdiyi aşağıdakı suallar əsasında yeni dərs materialına dair biliklər ümumiləşdirilir:



1.Bütövlükdə oksidlər hansı iki qrupa bölünür?

2.Duz əmələ gətirən oksidlər hansı qruplara bölünür? Bu qrupların hərəsinə aid 3 oksidin formulunu yazın.

3.Oksidlərin əksəriyyətini hansı üsulla almaq olar? Oksidlərin başqa alınma üsullarını göstərin və göstərdiyiniz üsullarla 2 əsasi, 2 turşu ,2 amfoter oksidin alınması reaksiyalarının tənliyini yazın.

4. N2O5, SO2, Fe2O3, MnO2, Al2O3 oksidlərini müasir beynəlxalq nomenklatura ilə oxuyun. Qeyri- metal oksidlərinin oxunuşunda nə kimi fərq vardır?

VII mərhələ.Qiymətləndirmə. Qrupların qiymələndirilməsi tapşırıqlara uyğun seçilmiş meyarlara əsasən aparılır, bu məqsədlə əvvəlcədən hazırlanmış cədvəldən istifadə edilir. Qiymətləndirmə 10 balla aparılır. Sonda balları cəmləyib hər qrupun qazandığı yerlər elan edilir. Şagirdlər tapşırqların öhdəsindən vaxtında gələ bilirsə onlara fərdi qaydada həll etmək üçün 4-5 bənddən ibarət test sualları paylanır, nəticələr bütün sinfə bildirilir 5 ballı şkala ilə onlara qiymət yazılır.

Cədvəl 7


Qruplar

meyarlar


I

qrup


II

qrup


III

qrup


IV

qrup


V

qrup


VI

qrup


I.Tapşırığa verilən cavabın doğruluğu



















2.Qrupun fəallığı



















3. Qrupda əməkdaşlıq



















4.Nəticələrin təqdimatı




















Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə