Мцяллиф адлы кимйяви реаксийалар


III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 1,44 Mb.
səhifə8/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Qiymətləndirmənin təşkili və prinsipləri. Fənlər üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün zəruri şərait yaradılmalıdır, heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin irəliləməsi diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir.

Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurrikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.



Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

  • şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);

  • təlim prosesində qərarların qəbulu;

  • şagirdin təlim nəticələrinin qiymətləndirilməsi;

  • kurikulumun qiymətləndirilməsi.

Qiymətləndirmə və təlim proseslərinə təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə - təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:

  • Qiymətləndirmə məlumatları. Bunlara şagirdlərin nailiyyətlərini və təlimə münasibətlərini, müəllimin hazırlıq səviyyəsini, fənn kurrikulumlarının xarakterik cəhətlərini, təlim resurslarının bölgüsünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir.

  • Məlumatların toplanması. Bu proses testlərin keçirilməsi, şagird tapşırıqlarının yoxlanılması, sinifdə müsahibələrin aparılması, fənn kurrikulumlarının icra keyfiyyətinin, şagirdlərin və müəllimlərin fəaliyyətlərinin müşahidəsi, qiymət cədvəlləri və digər məktəb sənədlərinin təhlil edilməsi kimi üsullarla həyata keçirilir.

  • Qiymətləndirmə nəticələri. Həmin nəticələrdən tədris prosesinin planlaşdırılması və istiqamətləndirilməsi, qiymət ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların verilməsi, təhsilin bir pilləsindən digərinə keçilməsi, pedaqoji nəzəriyyələrin formalaşdırılması, təhsil siyasətinin qurulması və onun təsirliliyinin monitorinqinin aparılması, təlim resurslarının bölgüsü, kurrikulumun və tədrisin keyfiyyətinin dəyərləndirilməsində istifadə olunur, eyni zamanda geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.

  • Qiymətləndirmə standartları. Bu standartlar təhsilin keyfiyyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir, şagird nailiyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə olunan qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir.

Hər növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur:

  • məqsədəuyğunluq;

  • nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi;

  • toplanılmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması;

  • qiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq;

  • təlim fəaliyyətində qiymətləndirilmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması.


3.1. Əsas qiymətləndirmə növləri
Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, aşağadakı qiymətləndirmə növlərindən istifadə olunur və onların hər biri aşağıda qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır:

  • İlkin səviyyənin qiymətləndirməsi (diaqnostik qiymətləndirmə) şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialin hansı hissəsini bilirlər?-suallarını cavablandırır.

  • İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəliləyə bilirlərmi? – sualını aydınlaşdırır.

  • Yekun (summativ) qiymətləndirmə şagirdlərin verilmiş standart və ya standartlar qrupunda müəyyən edilmiş məqsədlərə çatma səviyyəsini, onların əldə etdiyi nailiyyətləri müəyyənləşdirir.

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun standartlarinda göstərilən əsas bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyət istiqamətləri ilə təmin edir.

İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə) şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgun qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir, həmçinin onun üçün başa duşülməyən və ya tanış olmayan material qalmır.

İlkin səviyyə qiymətləndirməsinin sualları bir - biri ilə elə əlaqələndirilib tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu, digərləri isə yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin. Əgər ilkin səviyyə qiymətləndirməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə etmək və ya sonrakı inkişafının qiymətləndirilmək üçün ilkin məlumat bazasını yaratmaq məqsədilə istifadə olunursa, onda bu suallar əsas psixometrik tələblərə cavab verməlidir.



Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addim atması ücün ona əlavə impulsun verilməsi barədə ehtiyacları müəyyənləşdirilir.

Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafınin hərəkətverici amilinə, təlimin həlledici komponentinə cevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə köməklik göstərir. Bu mənada şagirdlərin faktik fəaliyyətinin nəticələri müəllim üçün real indikatorlara çevrilir.

Monitorinqlər müəyyən anlayışların mənimsənildiyini müşahidə etmək və ev tapşırıqlarını nəzərdən keçirməklə, yaxud başqa qiymətləndirmə üsullarından istifadə etməklə aparıla bilər. Monitorinqlərin hansı formada aparılmasıından asılı olmayaraq, onlar müntəzəm xarakter daşımalıdır. Bundan əlavə, hər altı həftədən gec olmayaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Növbəti mərhələdə monitorinq şagirdlərin əldə etdiyi nailiyyətlərin mövcud standartlara uyğunluğunu öyrənmək məqsədilə aparılır. Bu prosesdə toplanmış məlumatlar tədris prosesinin tənzimləməsində mühüm əhəmiyyətə malikdir. Həmin məlumatlar əsasında müəllim aşağıdakı suallara cavab axtarır və müəyyən nəticəyə gəlir:



  • Mən irəli getməliyəm, yoxsa hansısa bir hissəyə daha cox vaxt sərf etməliyəm?

  • Şagirdlər öyrəndiklərini sərbəst tətbiq edə biləcəklərmi, yoxsa əlavə tədris aparılmasına ehtiyac vardır?

  • Planlaşdırılmış tədrisi bir necə şagird üçün və ya hamı üçün sürətləndirilmiş formada apara bilərəmmi? Əgər belədirsə, bunun ücün ən yaxşı yol hansıdır?

İlkin səviyyənin qiymətləndirməsi kimi oxşar xüsusiyyətləri olan yekun (summativ) qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən olunmuş məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını muəyyən edir. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa duşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha irəli getmək ücün lazımi səviyyəyə catmışdırmı?

Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.

Yekun (summativ) qiymətləndirmənin bu xüsusiyyəti müəllimlərin “testyönümlü tədris”lə bağlı narahatlığını aradan qaldırır. Yekun qiymətləndirmə fənnin məzmun standartlarının tərtibi üçün aparıcı rol oynamır, əksinə qiymətləndirmənin bu standartlar əsasında aparılmasını təmin edir. Bundan əlavə, yekun qiymətləndirmə əldə olunan bilikləri tam əks etdirmir, lakin o, mənimsəmə səviyyəsinin etibarlı və adekvat göstəricisidir.

Göstərilən qiymətləndirmə növlərinə əsaslanan məktəbdaxili qiymətləndirmə aşağıdakı əsas komponentləri əhatə edir:



  • şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi;

  • şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (kurrikulum üzrə qiymətləndirmə);

  • ümumtəhsil pillələri üzrə yekun qiymətləndirmənin (buraxılış imtahanlarının) aparılması.


3.2. Qiymətləndirmə standartları
Hər bir fənn kurrikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə olunan strategiyalarla yanaşı, nail olunmuş təlim nəticələrinin, əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə standartlarının nümunələri də əhatə olunur.

  • Məzmun standartları inteqrativ təlim nəticələri olub şagirdin müvafiq bilik, bacarıq və dəyərlərə nail olmaqla səviyyəcə dəyişməsini təmin edir.

  • Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.

Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə bütün maraqlı tərəflərin razılığı əsasında müvafiq siniflər üzrə milli səviyyədə yekun qiymətləndirmə (imtahan) keçirilir, nəticələr təhlil olunmaqla hansı standartların nəsəviyyədə mnimsənilməsi təyin edilir. Məsələn:

  • minimum: sagirdlərin 90-100%-i tərəfindən əldə olunan standartlar;

  • yüksək: sagirdlərin ən yaxsı halda 30%-i tərəfindən əldə olunan standartlar.

Qiymətləndirmə standartlarının təyin edilməsində kurikulumyönümlü metoda daha çox üstünlük verilir. Bu metoda görə:

  • qiymətləndirmə standartları milli kurrikulumda əks olunmuş nailiyyətlərə (nəticələrə) uyğun hazırlanır və faktik olaraq sagirdlərin nəyi bacardıqlarına dair ölçmələrə deyil, mütəxəssis mühakimələrinə əsaslanır.

  • bütün məktəblərin, müəllimlərin təmsil olunduğu orqanların və digər maraqlı tərəflərin müzakirələri əsasında standartlara düzəlişlər edilir və arzu olunan nailiyyət səviyyələrinə dair ortaq fikir yaranır.

Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri (QS) şəklində hazırlanır. QS xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas məsələni əhatə edir:

  • Mən nəyi qiymətləndirməliyəm (obyekt, məzmun, aspektlər, tərəflər, xüsusiyyətlər)?

  • Aşağı, orta və yüxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?

Səviyyə-1 ən aşağı, səviyyə-4 isə ən yüksək səviyyəni əks etdirir. Səviyyə-1 və səviyyə-2 əksər şagirdlər, səviyyə-3 və xüsusilə səviyyə-4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

QS-lər qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. QS-lər sagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik sagirdlərin təhsil aldığl sinifləri nəzərə almağa şərait yaradır.



QS-lər fəaliyyətin qiymətləndirilməsi zamanı istifadə olunan meyarlarla baglı şagirdlərin məlumatlandırılmasını, onların işinin necə qiymətləndiriləcəyini və onlardan nələrin tələb olunduğunu aydın şəkildə göstərməklə konkret məqsəd və tələbləri (meyarlar) müəyyən edir. QS-lər sagird işlərinin keyfiyyətini daha yaxşı qiymətləndirməklə təlim prosesində irəliləyişlərin qiymətləndirilməsi üçün çərçivə təyin edir, işlərin keyfiyyəti ilə bağlı əks tərəfə məlumat verilməsini təmin edir. QS-lər mahiyyət etibarı ilə iki növə ayrılır:

Holistik QS sagirdin isi ilə baglı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ QS-lər sürətli qiymətləndirmə aparmaqla şagird nailiyyətləri haqda ümumi mənzərəni təsvir edir.

Analitik QS sagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir. Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir. Bu zaman sagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb olunur.

QS-in elementləri:

  • qiymətləndiriləcək əsas sahələr;

  • nailiyyətin müxtəlif səviyyələrini dəyərləndirmək üçün qiymətləndirmə şkalası;

  • səviyyə üzrə etiket: nailiyyət səiyyəsini təsvir edən söz və ya rəqəm;

  • səviyyə deskriptoru: nailiyyət səviyyəsini daha müfəssəl təsvir edən söz (ifadə);

  • səviyyə indikatorları: hər bir nailiyyət səviyyəsi üzrə diqqət yetirilmə məsələsinə aid konkret nümunələr;

  • standart: nail olunması nəzərdə tutulan nəticə.

QS-lər vasitəsilə qiymətləndirmə standartlarının hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:

  • təlim məqsədi təyin edilir (bilik, bacarıq, münasibət, nəticə), şagirdlərin nəyi bilməsi və bacarması barədə mülahizələr dəqiqləşdirilir;

  • qiymətləndirmə məqsədi seçilir (diaqnostik, formativ, summativ);

  • hansı növ qiymətləndirmə sxemlərindən (holistik, analitik) istifadə edilməsi barədə qərar verilir ;

  • qiymətləndirmənin aspektləri (bilik və bacarıqlar, onların əldə olunması yolları, tətbiqi və s.), yaxud əsas sahələri müəyyənləşdirilir və təsvir edilir;

  • müxtəlif nailiyyət səviyyələri keyfiyyət baxımından müəyyənləşdirilir və təsvir edilir;

  • nailiyyət səviyyələrinin qiymətləndirmə ballarına görə sayı dəqiqləşdirilir;

  • səviyyə deskriptorlarının (təsviri indikatorlar) növləri seçilir. Deskriptiv növ seçilərsə, bütün nailiyyət səviyyələrinin sözlə təsviri verilir;

  • hər bir səviyyə üzrə müxtəlif nümunəvi şagird tapşırıqları hazırlanır;

  • zərurət yaranarsa qiymətləndirmə sxemi nəzərdən keçirilir və lazimi dəyişikliklər edilir.

Qiymətləndirmənin hər bir aspekti üzrə səviyyə deskriptorları müvafiq qiymətləndirmə sahəsinin və səviyyəsinin mahiyyətini, məzmununu təsvir edir. Səviyyə deskriptorları tərtib edilərkən aşağıdakılar nəzərə alınır:

  • şagirdlərin başa düşəcəyi sadə dildən istifadə edilməsi, fikirlərin qısa və sadə ifadə olunması;

  • “pis”, “orta səviyyəli”, “kafi”, “yaxşı” və ya “əla” kimi qeyri-müəyyən və formal deskriptorlardan istifadə edilməməsi;

  • imkan daxilində müşahidə oluna bilən bacarıqların və ya təlim nəticələrinin xüsusiyyətlərinin təsvir edilməsi;

  • qiymətləndirmə səviyyələrinin sərhədlərinin optimal müəyyənləşdirilməsi, qəbul edilmiş intervalların bərabərliyi;

  • səviyyələr şkalasının şagird nailiyyətlərini tam əhatə etməsi;

  • nailiyyət səviyyələri üzrə təsvirlərin məzmununun eyni üslub və formada tərtib ediməsi;

  • fəaliyyət səviyyələrinin bütün aspektlər üzrə uyğun olması (bir aspekt üzrə 4-cü səviyyə qiymətinin digər aspekt üzrə 4-cü səviyyə qiyməti ilə müqayisə oluna bilməsi).

  • əvvəlcə “ən yüksək”, sonra isə “ən aşağı” səviyyələrin müəyyənləşdirilməsi, daha sonda isə“aralıq” səviyyələrin hazırlanması.

  • ən yüksək səviyyənin real olması;

  • ən aşağı səviyyənin yalnız çatışmazlıqları deyil, həmçinin minimal nailiyyətin xüsusiyyətlərini əks etdirməsi.

Qiymətləndirmə standartları hazırlanarkən aşağıdakı amillərə diqqət yetirilir:

  • bəzi məzmun alt-standartlarının hər birinə ayrılıqda olmaqla, bəzilərinə isə qrup halında bir qiymətləndirmə standartı hazırlana bilər. Məsələn:





  • məzmun alt-standartı qiymətləndirmə üçün az əhəmiyyətli olduqda ona qiymətləndirmə standartı hazırlanmaya bilər;

  • bir sıra hallarda hər hansı bir məzmun alt-standartı üçün qiymətləndirmə standartının hazırlanması mümkün olmaya bilər.

Məhz bu səbəblərə görə qiymətləndirmə standartlarının hazırlanmasında baza rolu oynayan və təlim standartlarını, gözlənilən təlim nəticələrini təyin edən hər bir fənn kurrikulumu, adətən, qiymətləndirmə standartları toplusundan daha əhatəli və geniş hazırlanır. Bəzən də bir sıra qiymətləndirmə standartları kurrikulumda aşkar əks olunmasa da, müxtəlif qiymətləndirmə tədbirlərində onlardan istifadə edilir.

Qiymətləndiriləcək bacarıqların təyin olunması prosesində onların idraki xarakterdə olması xüsusilə nəzərə alınır ki, bu da qiymətləndirmə tapşırıqlarının mürəkkəblik səviyyəsinin müəyyən olunmasında vacib şərt hesab olunur, mənisəmənin əsas xüsusiyyətlərini (məntiqi düşünmə, prosedurların yerinə yetirilməsi, anlayışların dərk edilməsi, problemlərin həlli) əhatə edir.

Nəzərə alınmalıdır ki, aşaği səviyyəli suallar yalnız sadə prosedurların yerinə yetirilməsinə, elementar konsepsiyaların dərk edilməsinə, sadə problemlərin həllinə yönəldilir. Yüksək səviyyəli suallardan isə şagirdlərdə məntiqi düşünmək, anlayışları hərtərəfli dərk etmək, mürəkkəb prosedurları yerinə yetirmək və qeyri- standart problemləri həll etmək bacarıqlarının formalaşdırılmasında istifadə olunur.

Şagirdlərin məzmun standartlarına nə dərəcədə nail olduğunu ölçmək və qazanılmış bacarıqlar üzrə yekun (summativ) qiymətləndirmələr aparmaq üçün qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması aşağıdakı ardıcıllıqla aparılır:



  • qiymətləndirmə vasitələrinin (testlərin) hazırlanması prosesində testlərin məqsədəuyğunluğu (məhz “nəzərdə tutulanın” qiymətləndirməsi) və etibarlılığı (real məlumatlara əsaslanması);

  • səmərəlilik üçün hər sinif üzrə nisbətən az (<10) və nisbətən çox (>10) məzmun standartına malik olan iki fənn qrupunun müəyyənləşdirilməsi. (Birinci halda tədris və təlim məhdud sayda bacarığın aşılanmasına yönəldilir. İkinci halda isə bir neçə il tədris olunan fənn vasitəsilə şagirdlərin daha çox sayda bacarıq və vərdişlərə nail olmaları nəzərdə tutulur);

  • yekun (summativ) testlərdə bütün standartların reprezentativ (təmsiledici) seçiminin təmin olunması. (Əgər az sayda məzmun standartı mənimsənilibsə, bütün standartlar testdə təmsil oluna bilər. Çox sayda standart mənimsənildiyi təqdirdə isə hər bir standart ilə bağlı müxtəlif səviyyələr üzrə 1-dən çox sualın verilməsi məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, yekun qiymətləndirmədə hər bir standartı yalnız bir sual vasitəsilə əhatə etmək münasib üsul sayılmır);

  • yekun (summativ) testlərdə bütün səviyyələr üzrə də reprezentativ seçimin təmin edilməsi. (Tapşırıqlar hətta orta səviyyəli uşaqlar tərəfindən də yerinə yetirilən olmalıdır. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların obyektiv bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir: səviyyə-1 üzrə suallar 20%, səviyyə-2 üzrə suallar 30%, səviyyə-3 üzrə suallar 30%, səviyyə-4 üzrə suallar 20%).

Yekun qiymətləndirmənin aparıldığı mərhələlərdə məzmun standartlarına uyğun olaraq, səviyyələr üzrə qiymətləndirmə sualları aşağıdakı qaydada seçilir:
Nümunə 1 (məzmun standartlarının Nümunə 2 (məzmun standartlarının sayı az olduqda) sayı çox olduqda)


Mərhələ

Standartın

nömrəsi

Səviyyə




Mərhələ

Standartın

nömrəsi

Səviyyə

1

I

II

III



1

1

1






1

I

II

III



IV

V


1+2

2+3


3+4

1+3


2+4

2

I

II

III



1+2

1+2


1+2




2

VI

VII


VIII

IX

X



1+2

2+3


3+4

1+3


2+4

3

I

II

III



1+2+3

1+2+3


1+2+3




3

XI

XII


XIII

XIV


XV

1+2

2+3


3+4

1+3


2+4

4

I

II

III



2+3+4

2+3+4


2+3+4




İlin sonu

I

IV

VII



XI

XIV


1+2

2+3


3+4

1+3


2+4

İlin sonu

I

II

III



1+3

2+4


1+2+3+4














VII sinif
1. «Maddə və maddi aləm» məzmun xətti
K.VII.1.1. QS.


Məzmun standartları

Qiymətləndirmə standartı

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.



K.VII.1.1. QS.1.

Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.



1.1.1. maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.

1.1.1. Q.4. Maddələrin ümumi təsnifat sxemini tərtib edir, növlərinə aid misallar göstərir. Qarışıqları və mürəkkəb maddəlri dörd xüsusiyyətinə görə fərqləndirir.

1.1.1. Q.3. Bəsit maddəlri fiziki xəssələrinə görə fərqləndirir. Maddələrin ümumi təsnifat sxemini tərtib edir. İki əlamətinə görə mürəkkəb maddələri qarışıqlardan fərqləndirir.

1.1.1. Q.2. Qarışıqlarda maddələri bir neçə üsulla ayırır. Maddələri təsnif edir.

1.1.1. Q.1. Saf, bəsit və mürəkkəb maddələrə tərif verir.

K. VII. 1.2. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.



K. VII. 1.2. QS.2

Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi




1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.

1.2.1. Q.4. Atomun tərkibini təşkil edən hissəciklərin yükünü və kütləsini göstərir, atom və molekulun xüsusiyyətlərini izah edir.
1.2.1. Q.3. Atom-molekul təliminin müddəalarını söyləyir, onları izah edir. Atomun tərkibini təşkil edən hissəcikləri sadalayır və yüklərini göstərir.
1.2.1. Q.2. Atomun tərkibini təşkil edən hissəcikləri sadalayır. Atom və molekulun fərqli cəhətlərini söyləyir.
1.2.1. Q.1. Atomun hansı hissəciklərdən ibarət olduğunu söyləyir.

K. VII.1.3. QS




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.



K.VII. 1.3.QS.3.

Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparmaq bacarıqlarının qiymətləndirilməsi sxemi




1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.

1.3.1. Q.4. Maddələrin formuluna əsasən onun tərkibindəki atomların say və kütlə nisbətini, elementlərin kütlə payını hesablayır, elementlərin kütlə payı məlum olduqda maddənin formulunu çıxarır





1.3.1. Q.3. Maddənin formuluna əsasən onun tərkibindəki elementlərin kütlə payını, kütlə payı məlum olduqda maddənin formulunu çıxarır.





1.3.1. Q.2. Maddənin formuluna əsasən onun tərkibindəki atomların say və kütlə nisbətlərini, elementlərin kütlə payını hesablayır.





1.3.1. Q.1. Maddənin formuluna əsasən onun nisbi molekul kütləsini hesablayır.



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə