Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 46,89 Kb.
tarix14.10.2017
ölçüsü46,89 Kb.

Kimya məktəbdə




KİMYA FƏNN KURRİKULUMU”NU BELƏ

GÖRMƏK İSTƏRDİM
Isgəndər Səklikov
Goranboy rayonu Səfikürd kənd orta məktəbinin kimya-biologiya müəllimi,

Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi müsabiqəsi”nin (2011) qalibi.

Azərbaycan təhsilinin Avropa və dünya təhsil sisteminə yaxınlaşması, uzlaşması, inteqrasiyası müvəffəqiyyətlə davam etməkdədir. “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” respublikanın bütün ümumtəhsil müəssisələrində öz tətbiqini geniş şəkildə tapmaqdadır.

“Milli Kurikulum” müasir təhsil sistemində müasir təlim texnologiyalarının, yanaşmaların, müasir və mütərəqqi təlim üsullarının tətbiqini təklif və tələb edir.

Təhsilimizin bu günkü reallığı olan ümumi təhsilin çərçivə sənədi – “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” 2006-cı ildə hazırlanmış və 2008-2009-cu tədris ilindən respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərində geniş tətbiq olunmaqdadır. Artıq fənn kurikulumlarının demək olar ki, bütün ümumtəhsil fənləri üzrə layihələri geniş pedaqoji ictimaiyyətin müzakirəsinə verilmişdir. Digər fənn kurikulumları kimi kimya fənn kurikulumu da ümumtəhsil sistemində əsas təlim məqsədlərini əhatə edən, böyüməkdə olan gənc nəslin təbiət elmlərinə maraqlarını təmin edən, şagird bilik və bacarıqlarını istiqamətləndirə biləcək konseptual təhsil sənədidir.

Layihə yüksək peşəkarlıqla hazırlanmışdır. O, müxtəlif bilik və qavrama səviyyəli şagirdlərin maraqlarına uyğun olaraq tərtib olunmuşdur. Burada qeyri-üzvi və üzvi kimyanın ən aktual məqamları və onların həlli üsulları öz əksini tapmışdır. Fənnin tədrisinin VII sinifdən başlanması, məzmun xətlərinin sistemli və aydın olması, problemli məsələlərin qoyuluşu və asan həlli yollarının tədris prosesində öz əksini tapması bu proqram sənədini daha da müasir və dolğun edir.

Kimya praktik elmdir. Onun tədrisini təkcə nəzəri biliklərin tətbiqi ilə məhdudlaşdırmaq olmaz. Layihənin müəllifləri istər ümumi orta, istərsə də tam orta təhsil səviyyəsi üzrə məzmun xətlərinin və məzmun xətləri üzrə əsas və alt-standartların tətbiqi zamanı kimya tədrisinin digər xarakterik məqamları ilə yanaşı əyaniliyi də ön planda təqdim edirlər.

Uzun illər kimya fənninin tədrisi ilə məşğul olduğum müddətdə şagirdlərin qazanılmış biliklərin həyata tətbiqinə daha çox maraq göstərdiklərini müşahidə etmişəm. Artıq hər hansı bir fənni şagirdə təkcə yaddaşa əsaslanmaqla mənimsətmək mümkün deyildir. Bu proses yaddaş, idrak, məntiq və təfəkkürün birgə tətbiq olunmaqla həyata keçirilməsini vacib edir. Bu, layihənin “Kimya və həyat” məzmun xəttində öz geniş əksini tapmışdır.

“Kurikulum” dərgisinin aprel-iyun 2010 cu il (№ 2) buraxılışında dərc olunmuş “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün kimya fənni Kurikulumu” layihəsini diqqətlə oxuyaraq ümumi orta (VII-IX siniflər) və tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə “1. Kimya təliminin məzmunu” bolməsində görmək istədiyim xırda əlavələri diqqətinizə təqdim edirəm.

Məlum olduğu kimi layihənin həmin hissəsi “1.1. Ümumi təlim nəticələri” bölməsi ilə başlayır. Burada ümumu orta təhsil səviyyəsi (VII-IX siniflər) üzrə şagirdlərin bilməli olduğu məsələlər öz əksini tapmışdır. Bölmə 5 bənddən ibarətdir. Bölməyə daha bir bəndin əlavə olunmasını təklif edirəm.



  • (əlavə 6-cı bənd) maddələri xarici görünüşünə, fiziki və kimyəvi xassələrinə görə, alovu boyamasına əsasən və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.

Eyni zamanda tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagirdlərin bilməli olduğu məsələləri əhatə edən 4 bəndə daha bir bəndin əlavə olunmasını təklif edirəm:

  • (əlavə 5-ci bənd) qeyi üzvi və üzvi maddələri fiziki və kimyəvi xassələrinə görə (yanarkən və qarşılıqlı təsirlərdə olarkən çöküntü, az həll olan və qaz halında olan maddə ayrılmasına görə) və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.

Layihənin 1.2. bölməsində ümumi təlim nəticələrinın reallaşmasını təmin etmək və şagirdlərin mənimsəyəcəyi məzmunu daha da aydınlaşdırmaq məqsədi ilə aşağıda qeyd olunan məzmun xətləri müəyyən edilmişdir:

  • Maddə və maddi aləm

  • Kimyəvi hadisələr

  • Eksperiment və modelləşdirmə

  • Kimya və həyat

Layihədə həmin məzmun xətlərinin əhatə etdiyi, həyata keçirəcəyi məsələlərin mahiyyəti ardıcıllıqla təsvir olunur. Həmin ardıcıllığa uyğun olaraq layihəyə daha bir məzmun xəttinin əlavə olunmasını təklif edirəm. Bu məzmun xətti şərti olaraq “Maddə tərkibinin təyini (analitik kimya)” – adlandırıla bilər.

Zənnimcə bu məzmun xəttinin tətbiqi şagirdlərdə elmi tədqiqata maraq yaradar, gələcəkdə özünə kimyaçı, təbabət, kənd təsərrüfatı və başqa kimyəvi tədqiqat tələb edən ixtisasları seçəcək şagirdlərin mənəvi və elmi maraqlarının təmin olunmasına, analitik kimyanın elementar şəkildə də olsa mənimsənilməsinə, onlarda bir sıra bəsit və mürəkkəb maddələrin vəsfi və ya miqdari surətdə təyin olunması istiqamətində müəyyən bilik və bacarıqlar formalaşdırılmasına səbəb olardı.

Bundan sonra layihədə məzmun xətlərinin əhatə etdiyi, həyata keçirəcəyi məsələlərin mahiyyəti ardıcıllıqla təsvir olunur. Həmin ardıcıllığa uyğun olaraq təklif edilən məzmun xəttinin belə təqdim olunmasını təklif edirəm:

Maddə tərkibinin təyini (analitik kimya)

Bu məzmun xətti tədris prosesində haqqında söz açılan ayrı-ayrı bəsit və mürəkkəb maddələrin tərkibinin və onların bu və digər kimyəvi reaktivlər vasitəsi ilə vəsfi, lazım gəldikdə miqdari təyinini nəzərdə tutur.

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə kimya dərslərində yarımmövzuların bilavasitə tədrisi zamanı və mövzuların sonunda maddə tərkibinin kimyəvi üsullarla analizi şagirdlərdə kimyanın kənd təsərrüfatı, ekologiya və təbabətə meyl və maraqlarının yaranmasına səbəb olur.

Maddə tərkibinin təyini məzmun xəttinə aid materialların öyrənilməsi şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin yaranmasına və inkişafına, onlarda yaradıcılıq meyllərinin güclənməsinə səbəb olur.

Ləyihənin növbəti bölməsi “1.3. Məzmun xətləri üzrə təlim nəticələri” adlanır.

Burada ümumi orta və tam orta təhsil səviyyələri üzrə təlim nəticələri əks olunmuşdur. “Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri”nə belə bir ələvənin edilməsini məqsədə uyğun hesab edirəm:

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri”

... 5. Maddə tərkibinin təyini (analitik kimya)

Şagird:


  • kimyəvi maddələri xarici görünüşünə və alovu boyamasına görə, həmçinin xarakterik kimyəvi reaksiyalar və müxtəlif reaktivlər vasitəsi ilə vəsfi və miqdari olaraq təyin edir;

  • bir-biri üçün reaktiv olan maddələrin təsir mexanizmlərini izah edir.

Qarşıya qoyulan məqsədə uyğun olaraq “Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri”ni isə belə görmək istəyərdim:

... 5. Maddə tərkibinin təyini (analitik kimya)



Şagird:

  • qeyri-üzvi və üzvi maddələrin ən xarakterik kimyəvi xassələrini izah edir;

  • bir-biri üçün reaktiv olan qeyri-üzvi və üzvi maddələrin qarşılıqlı təsir mexanizmini izah edir;

  • ionların təsir mexanizmini qavrayır və molekul halında ayrılmış maddələrin xassələrini təsvir edir;

  • kationları qruplara ayırır.

1.4. Fəaliyyət xətləri” şagirdlərin praktik biliklərinin təqdimini vacib sayır. Fənnin tədrisi zamanı 6 fəaliyyət xətti əsas götürülür. Buraya daha bir fəaliyyət xətti əlavə olunması məqsədə müvafiq olardı:

... 7. Tətbiqetmə.

Layihənin əsas hissəsini isə “1.5. Siniflər üzrə məzmun standartları”“Məzmun xətləri üzrə əsas və alt-standartlar” təşkil edir. Bu bölmələrdə şagirdlərin ayrı-ayrı siniflər üzrə ilin sonunda qazanmalı olduğu bilik və bacarıqlar əks olunur. Həmin bölməyə bu bəndlərin əlavə olunmasını məqsədə müvafiq hesab edirəm:

VII sinfin sonunda şagird:

...(4-cü bənd belə təklif olunur): kimyəvi maddələrlə davranma qaydalarını, kimya laboratoriyasında işləyərkən təhlükəsizlik texnikası qaydalarını, ekoloji təmiz mühitin və mikroiqlimin saxlanmasının əhəmiyyətini izah edir.

VII siniflər üçün “Məzmun xətləri üzrə əsas və alt-standartlar”a bu əlavələr təklif olunur:

4. Kimya və həyat

Şagird:

... 4.2.1. (belə təklif olunur): Ekoloyi təmiz mühitin və kimya laboratoriyasında mikroiqlimin saxlanmasının əhəmiyyətini və qaydalarını şərh edir.

5. Maddə tərkibinin təyini (analitik kimya)

Şagird:

5.1. Maddələrin xarici görünüşünə, alovu boyamasına, yanmasına suda həll olmasına görə vəsfi təyin edir;

5.1.1. Məişətdə və gündəlik həyatda rast gələn kimyəvi maddələri ayırd edir.



5.2. Qaz və çöküntü halında ayrılmasına görə madələr haqqında fikir söyləyir.

5.2.1. Qaz halında ayrılan maddələri suda həll olmasına (olmamasına), iyinə və rənginə, çöküntüləri isə rənginə və formasına görə tıyin edir.



5.3. Bəzi maddələri xarakterik reaksiyalar vasitəsi ilə təyin edir.

5.3.1. Bir-biri üçün reaktiv olan bir neçə kimyəvi maddəni tanıyır.



VIII sinif

VIII sinfin sonunda şagird:

  • (əlavə 6-cı bənd) Mürəkkəb qeyri-üzvi maddələri (oksidlər, əsaslar, turşular, duzlar) arasında genetik əlaqə yaradır, onların bir sıra nümayəndələrini xarakterik reaksiyalar və reaktivlər vasitəsi ilə vəsfi (və miqdari) analiz edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

... 5. Maddə tərkibinin təyini (analitik kimya)

Şagird:

5.1. Qeyri-üzvi birləşmələrin (oksidlərin, əsasların, turşuların, duzların) xarakterik reaksiyalar və xarakterik reaktivlər vasitəsi ilə təyin olunması üçün müəyyən bilik və bacarıqlara yiyələnir.

5.1.1. Bir sıra oksid, əsas, turşu və duzları xarakterik reaksiyalar və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.



5.2. Çöküntü halında ayrılan maddələri təsnif edir.

5.2.1. Bir-biri üçün reaktiv olan maddələrin qarşılıqlı təsiri zamanı alınan çöküntüləri suda və turşularda həll olmasına, rənginə, formasına və s. görə bir-birindən ayırd edir.



IX sinif

IX sinfin sonunda şagird:

  • ...(əlavə 7-ci bənd) Maddələri (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) fiziki və kimyəvi xassələrinə görə və xarakterik reaktivlər vasitəsi ilə vəsfi təyin edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

... 5. Maddə tərkibinin təyini (analitik kimya)

Şagird:

5.1. Metalları və qeyri-mütalları (onların birləşmələrini) fiziki xassələrinə görə və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.

5.1.1. Metalları və qeyri-metalları, həmçinin onların birləşmələrini xarakterik fiziki xassələrinə və xarici görünüşünə görə tanıyır.



5.2. Sadə üzvi birləşmələri fiziki xassələrinə, yanmasına, ayrı-ayrı həlledicilərdə həll olmasına və xarakterik kimyəvi reaksiyalar və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.

5.2.1. Sadə tərkibli üzvi maddələri fiziki və kimyəvi xassələrinə görə ayırd edir.


X sinif

X sinfin sonunda şagird:

...

  • (əlavə 7-ci bənd) Maddələri (qeyri-üzvi və üzvi) fiziki və kimyəvi xassələrinə görə və xarakterik reaktivlər vasitəsi ilə vəsfi və miqdari olaraq təyin edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

... 5. Maddə tərkibinin təyini (analitik kimya)

Şagird:

5.1. Maddələri (qeyri-üzvi və üzvi) fiziki və kimyəvi xassələrinə görə, həmçinin xarakterik reaktivlər vasitəsi ilə vəsfi və miqdari olaraq təyin etmək üçün bilik və bacarıqlar əldə edir.

5.1.1. Bir sıra qeyri-üzvi və üzvi maddələri xarakterik kimyəvi xassələrinə görə və xarakterik reaktivlər vasitəsi ilə ayırd edir.

5.1.2. Bir sıra qeyri-üzvi və üzvi maddələri vəsfi (və miqdari) olaraq təyin edir.
XI sinif

XI sinfin sonunda şagird:

...


  • (əlavə 7-ci bənd) Maddələri (oksigenli, azotlu üzvi birləşmələr və polimerləri) fiziki və kimyəvi xassələrinə görə və xarakterik reaktivlər vasitəsi ilə təyin edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

... 5. Maddə tərkibinin təyini (analitik kimya)



Şagird:

5.1. Maddələri (oksigenli azotlu birləşmələr və polimerlər) vəsfi (və miqdari) olaraq təyin etməyə dair bilik nümayiş etdirir.

5.1.1. Nisbətən mürəkkəb tərkibli süni azotlu üzvi birləşmələri və bir sıra sintetik polimerləri kimyəvi üsullar ilə vəsfi (və miqdari) olaraq təyin edir.



5.2. Maddələri (oksigenli azotlu birləşmələr və polimerlər) vəsfi (və miqdari) olaraq təyin etmək üçün qazanıçmış bilik, bacarıq və qabiliyyətləri təqdim edir.

5.2.1. Bir sıra təbii azotlu birləşmələri və təbii polimerləri xarakterik kimyəvi reaksiyalar və xarakterik reaktivlər vasitəsi ilə vəsfi (və miqdari) təyin edir.



İstifadə edilmiş ədəbiyyat:


1. “Kurikulum” jurnalı, №2, 2010.

2. V.M.Abbasov və b. VIII, IX, X, XI siniflər üçün Kimya dərslikləri, 2010.




Я хотел бы увидеть куррикулум по химии таким образом
Искендер Секликов
АННОТАЦИЯ
Цель куррикулума в обучении химии формирования знании создание системы установления стандартов знаний и умений в области химии и обучение химических знаний.

I would like to see on the chemistry curriculum in such a way
Iskender Seklikov
SUMMARY

The purpose of the training curriculum of chemistry knowledge of the formation of a system of setting standards of knowledge in the field of chemistry and chemical education knowledge.




Açar sözlər: kurikulum, məzmun xətləri, tətbiq etmə.

Key words: curriculum, the contents of lines, the use of

Ключевые слова: куррикулум, содержательные линии, применение








Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə