Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə3/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   180

 

~ 8 ~ 


 

Üzümçülük  və  Ģərabçılıq  Gəncə  mahalında  xüsusilə  inkiĢaf 

etdirilirdi. Sonralar Qara-Arx sovxozuna çevrilmiĢ ərazilərdə 1863-

cü  ildə  ilk  bağlar  salınmıĢdı.  Burada  knyaz  Qolitsinin  malikanəsi 

yerləĢirdi.  1880-ci  ildə  buradakı  üzümlüklərin  sahəsi  41,9  hektara 

çatmıĢdı. 

Sonralar  Qara-Çanax  sovxozu  olan  ərazilərdə  1886-cı  ildə 

knyaz  Qorçakovun  malikanəsi  yerləĢirdi.  Burada  uzunluğu  350 

metrdən  çox  olan  tuneləbənzər  yeraltı  Ģərab  zirzəmiləri  olmuĢ  və 

indi də qalmaqdadır. 

Azərbaycan  Ģərabçılığının  inkiĢafında  respublikamıza  gəlmiĢ 

alman  koloniyalarının  böyük  rolu  olmuĢdur.  Üzümçülük  və 

Ģərabçılığın sənaye əsasına keçirilməsində onların fəaliyyəti xüsusi 

qeyd olunmalıdır.   

KeçmiĢ  SSRĠ  rəhbərliyi  22  fevral  1979-cu  ildə  «Azərbaycan 

SSR-də  kənd  təsərrüfatı  istehsalını  daha  da  ixtisaslaĢdırmaq, 

üzümçülüyü  və  Ģərabçılığı  inkiĢaf  etdirmək  tədbirləri  haqqında» 

qərar qəbul etdi. 1984-cü ildə Azərbaycanda artıq 300 min hektara 

yaxın üzüm plantasiyası var idi. Üzüm istehsalı və tədarükünə görə 

Azərbaycan  1984-cü  ildə  keçmiĢ  Ġttifaqda  birinci  yerə  çıxaraq,  2 

mln  tondan  çox  üzüm  istehsal  etmiĢdi.  Ġstehsal  olunan  üzümün 

təqribən  30-40%-ni  verən  Cəlilabad  və  ġamaxı  kimi  nəhəng 

üzümçülük,  Ģərabçılıq  rayonları  yaranmıĢdı.  Üzümçülük  və 

Ģərabçılıqdan  gələn  gəlir  respublika  büdcəsinin  formalaĢmasında 

əsaslı  rol  oynayırdı.  Respublikamızda  yüksək  keyfiyyətli  markalı 

süfrə  Ģərabları  –  Mədrəsə,  Qırmızı  Martuni,  Sadıllı;  portveyn  – 

Ağstafa,  AlabaĢlı;  desert  –  Kürdəmir,  Qara-Çanax,  Azərbaycan, 

Mil,  Qarabağ,  ġamaxı;  oynaq-Ģampan  (turĢ  və  kəmturĢ,  kəmĢirin, 

bryut,  qızıl  kəmturĢ),  Azərbaycan  mirvarisi  (Jemçujina  Azer-

baydjana);  konyak  – ġirvan,  Azərbaycan,  Moskva, Yubiley,  Bakı, 

Gəncə, Göy-göl və s. istehsal olunurdu. 

KeçmiĢ  SSRĠ  rəhbərliyinin  7  may  1985-ci  il  tarixli  «Alko-

qolizmə və sərxoĢluğa qarĢı mübarizə tədbirləri  haqqında» məlum 

qərarından  sonra  alkoqolizmlə  mübarizə  pərdəsi  altında  üzüm-

lüklərin  və  Ģərab  zavodlarının  dağıdılmasına  baĢlandı.  10  illərlə 

qazanılmıĢ  nailiyyətlər  cəmi  2-3  ildə  demək  olar  ki,  məhv  edildi. 




 

~ 9 ~ 


 

Yalnız texniki sortlardan ibarət üzümlüklər deyil, keyfiyyətli süfrə 

üzüm  sortlarından  ibarət  bağlar  da  kökləndi.  Nəticədə  Ģərabçılıq 

sənayesinə də böyük ziyan dəymiĢ oldu. Sahə ilə bağlı 76 müəssisə 

və  116  ilkin  emal  zavodu  dağıdılmaqla  avadanlıqları  dəyərsiz 

qiymətə satıldı.  

Üzüm istehsalının azalması təbii ki, Ģərab və konyak istehsalının 

da kəskin azalmasına səbəb oldu. 

2002-ci  ildə  ‖Üzümçülük  və  Ģərabçılığın  inkiĢafı  haqqında‖ 

qanun və 2004, 2008-ci illərdə ―Regionların sosial iqtisadi inkiĢafı 

haqqında‖ Dövlət proqramları qəbul edildi. Bunlar sahənin inkiĢafı 

üçün hüquqi baza rolu oynamaqla, burada emal sahəsinin inkiĢafı, 

Ģərab  məhsullarının  keyfiyyətinə  qoyulan  tələblər,  nəzarət 

tədbirləri  və  dövlət  standartı  normaları  müəyyənləĢdirildi.  Sahəyə 

diqqətin  artırılması  üçün  güzəĢtli  Ģərtlərlə  kreditlərin  ayrılması 

nəzərdə tutulmuĢdur. 

Qəbul  olunmuĢ  qanun  və  Dövlət  proqramları  ölkənin  emal 

sənayesində  baĢlanmıĢ  sabitləĢməyə  doğru  meylin  daha  da 

möhkəmləndirilməsi  və  sahənin  elmi  əsaslarla  qanuni  bazaya 

söykənərək inkiĢaf etdirilməsinə zəmin yaratmıĢ oldu.  

 



 

~ 10 ~ 


 

ŞƏRABÇILIQ

 

SAHƏSİNDƏ

 

ELMİ

-

TƏDQİQATLAR

 

KeçmiĢ  ittifaqda  Ģərabçılıq  elmi  Elmi-Tədqiqat  Ġnstitutları 

(ETĠ),  Tədris  Institutları,  Elm  Ġstehsalat  Birliklərində  (EĠB)  və 

istehsalatda çalıĢan alimlərin fəaliyyəti sayəsində inkiĢaf etdirilirdi. 

Üzümçülük və Ģərabçılıq üzrə keçmiĢ ittifaqın aparıcı ETĠ «Ma-

qaraç»ın bu baxımdan (indiki Krım Milli Üzüm və ġərab Ġnstitutu 

«Maqaraç»)  özünəməxsus  yeri  vardır.  Bu  institut  1828-ci  ildə 

Nikitin  botanika  bağının  nəzdində  təĢkil  olunmuĢ  və  Ümumittifaq 

Elmi-Tədqiqat  Üzümçülük  və  ġərabçılıq  Ġnstitutu  (ÜĠETÜ  və  ġĠ) 

«Maqaraç»  kimi  formalaĢmıĢdı.  Burada  müxtəlif  dövrlərdə 

A.P.Serbulenko,  A.E.Solomon,  M.A.Xovrenko,  S.F.Oxremenko, 

A.M.Frolov-Baqreev, 

M.A.Gerasimov, 

N.N.Prostoserdov, 

A.A.Preobrajenski,  V.Ġ.Nilov,  Q.Q.Valuyko,  E.N.DatunaĢvili, 

N.M.Pavlenko və  V.N.Yejov kimi alimlər çalıĢmıĢlar. 

«Maqaraç»ın  Moskva  filialında  N.F.Saenko,  N.A.Mexuzla, 

N.Q.SariĢvili,  O.D.Paraqulqovun  rəhbərliyi  və  birbaĢa  iĢtirakı  ilə 

meyvə-giləmeyvə  Ģərabları,  xüsusi  texnologiya  ilə  alınan  üzüm 

Ģərabları və eləcə də Ģərabların sabitləĢdirilməsi sahəsində maraqlı 

tədqiqat iĢləri aparılmıĢdır. 

Moskva  Texnologiya  Universitetinin  (əvvəlki  Moskva  Yeyinti 

Sənayesinin  Texnologiyası  Ġnstitutu)  «ġərabın  texnologiyası»  ka-

fedrasında ayrı-ayrı vaxtlarda çalıĢmıĢ Frolov-Baqreev, M.A.Gera-

simov, 

Z.N.KiĢkovski, 



T.A.Saxarova, 

V.S.Poti, 

A.E.ġeyn, 

N.S.Kossobudskaya,  S.S.ġerbakov  və  baĢqalarının  tədqiqatları 

müxtəlif  tip  Ģərablar,  Ģampan  və  konyakın  alınmasına,  Ģərabların 

tez  yetiĢdirilməsinə,  müxtəlif  üsullarla  iĢlənməsinə  və  tədqiqinə 

həsr  edilmiĢdir.  Bu  kafedranın  əməkdaĢlarının  yazmıĢ  olduqları 

monoqrafiya  və  dərsliklər  nəinki  keçmiĢ  ittifaqda,  habelə  xaricdə 

mütəxəssislər  üçün  qiymətli  tapıntı  və  ensiklopedik  dəyərə  malik 

vəsaitlər olmuĢ və olmaqdadır. 

Krasnodar  Politexnik  Ġnstitutunda  Ġ.B.Platonov;  Gürcüstanda 

S.V.DurmuĢidze, 

T.S.NanitaĢvili; 

Moldovada 

V.P.Balanuse, 

L.F.Palamarçuk;  Qazaxıstanda  A.A.Martakov  və  b.  tərəfindən 

dəyərli iĢlər aparılmıĢ və həmin iĢlər indi də davam etdirilir. 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə