Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə8/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   180

 

~ 23 ~ 


 

vermiĢdir.  ġərabçılıq  sahəsindən  gələn  mənfəət  500  mln  avro 

olmuĢdur.  Son  illərdə  Portuqaliyada  orta  illik  Ģərab  istehsalı  7,2 

mln hl təĢkil etmiĢdir.  

Əsas  Ģərabçılıq  regionları  Vinyu  Verdo,  Douro,  Dao,  Bayrada, 

Alenteji, Kolares, Madeyradır. 

Becərilən  üzüm  sortları  Alikant  BuĢe,  Alvarinyo,  AroqoneĢ, 

Arintu,  Bastardo,  Kastelao,  Sersial,  Firnay  Pires,  FolqaĢao, 

Malvaziya  Fina,  Semilyon,  Tinta  Amarela,  Verdelyo,  Turriqa 

Franka və baĢqalarıdır. 

Əvvəllər Portuqaliya yalnız qırmızı Portveyn tünd Ģərablarının – 

portonun  vətəni  kimi  məĢhur  idi.  1990-cı  ilin  əvvəlindən  süfrə 

Ģərabları,  o  cümlədən  analoqu  olmayan  qırmızı  Ģərablar  istehsalı 

müasir  Ģərabçılığın  nailiyyətləri  əsasında  inkiĢaf  etdirilməyə 

baĢlandı. Temperatur nəzarəti, daraqayrıcılar,  yeni  palıd çəlləkləri 

Portuqaliyanın  istehsal  etdiyi  Ģərabların  yetiĢdirilmədən  belə 

istehlaka tamamilə yararlı olmasına zəmin yaratmıĢdır. Son vaxtlar 

Portuqaliyada  Avstraliya  Ģərabçılıq  məktəbinin  yetirmələri  olan 

çoxlu istedadlı enoloq məsləhətçilər yetiĢmiĢdir.  

Burada üzümlüklər yalnız Ģərabsevərlərdə marağa səbəb olmur. 

Ölkənin cənub hissəsində dünyanın ən böyük tıxac palıdı meĢələri 

yerləĢir.  Portuqaliya  dünya  bazarına  Ģərab  tıxacları  göndərən  əsas 

ölkədir.  

Portuqaliya  bütün  dünyada  Portveynlə  yanaĢı  Madera  Ģərabları 

ilə  də  məĢhurdur.  Portuqaliya  Ģərabçılığı  keçid  dövrünü  yaĢayır. 

Belə  ki,  köhnə  dövr  hələ  baĢa  çatmamıĢ,  yeni  dövr  isə  artıq 

baĢlanmıĢdır.  Ölkənin  dərinliklərində  hələ  də  belə  qayda 

mövcuddur: qırmızı sortlar digər texniki vasitələr tətbiq olunmadan 

daraqla  birlikdə  sıxılır.  Bu  yolla  alınan  Ģərab  güclü,  ağzı 

büzüĢdürən  tanin  tonu  ilə  alınır  və  bir  neçə  il  müddətində  onu 

içmək  mümkün  olmur.  Burada  həm  də  təmiz  tonlu  və  meyvə 

təravətli  ağ  Ģərablar  istehsal  olunur  və  ən  son  anda  ona  bir  qədər 

Ģəkər  əlavə  olunur.  Bu  tipli  Ģərablar  dünya  bazarını  davamlı  zəbt 

etmiĢdir. Bir sözlə, Portuqaliya  əksiliklər ölkəsidir: soyuq atlantik 

iqlimində  Verde  Ģərabı  kimi  yüngül  Ģərablar  istehsal  olunur. 

Ölkənin dərinliklərində kontinental iqlimdə quru, isti yaylı Ģəraitdə 




 

~ 24 ~ 


 

isə əksinə, portveyn hazırlanır. 

Portuqaliyanın  bütün  əraziləri  -  mərkəz  və  Ģimalda  ən  yüksək 

nöqtələr  istisna  olunmaqla,  üzümlüklərlə  örtülmüĢdür.  Bu  gün 

üzümlüklərin sahəsi 400 min hektardır. 

Rusiya.  Rusiyada  üzümün  becərilmə  tarixi  IX-XII  əsrlərə  aid 

edilir.  Beynəlxalq  Üzümçülük  və  ġərabçılıq  TəĢkilatının  (OĠV) 

məlumatına  görə  Rusiyada  son  illər  5035  min  dal  (2005)  Ģərab 

məhsulu  istehsal  olunmuĢ  və  bu  göstəriciyə  görə  dünyada  12-ci 

yerdə olmuĢdur. 

Rusiyada  üzüm  Krasnodar  və  Stavropol  vilayətlərində, 

Çeçenistan,  Dağıstan,  Kabardin-Bolqar  və  ġimali  Osetiyada; 

Astraxan,  Volqoqrad  və  Saratov  vilayətlərində,  həmçinin  Rostov 

vilayətində  (Donda)  becərilir.  Onu  az  miqdarda  olsa  da, 

BaĢqırdıstana qədər orta zolaqda və cənub rayonları daxil olmaqla 

uzaq  Ģərqdə  becərirlər.  Sənaye  üzümlükləri  əsasən  ġimali 

Qafqazda  və  Rostov  vilayətində  inkiĢaf  etdirilir.  BMT-nin 

məlumatına görə Rusiyada üzümlüklərin sahəsi 1992-ci ildəki 107 

min  hektardan  55  min  hektara  (2007)  düĢmüĢdür.  Zavodların  bir 

çoxu idxal olunan Ģərab materialları hesabına iĢləməkdədir. ġərab 

materiallarının  çatıĢmaması  demək  olar  ki,  bütün  Rusiya  Ģərab 

Ģirkətlərini kömək üçün digər ölkələrə – Moldova, Fransa, Ġtaliya, 

CAR  və  Braziliyaya  müraciət  etməyə  vadar  edir.  Nəticədə  belə 

alınır ki, Rusiya Ģərablarının yarıya qədəri xaricdən gətirilən Ģərab 

materialları  hesabına  hazırlanır.  Belə  Ģərab  materialları  ölkəyə 

böyük sisternlərdə gətirilir, sonra müəyyən emal keçərək istehlakçı 

qablarına  doldurulur.  Hazırda  Rusiyanın  Ģərab  bazarında  200-ə 

yaxın  Ģirkət  iĢtirak  edir.  ġirkətlərin  1/3  hissəyə  yaxını  tam 

dövriyyəli olub,  üzüm becərir və Ģərab istehsal edir. Qalanları isə 

əsasən  idxal  olunan  Ģərab  materiallarından  istifadə  etməklə 

doldurma ilə məĢğul olur.  

Üzümlüklər  yalnız  dəyərli  Ģərabçılıq  rayonlarında  –  Krasnodar 

vilayətində  (Qara  dəniz  sahillərində)  və  Dağıstanda  (cənubi 

Mahaçqalada) basdırılmadan becərilir. Ölkənin qalan ərazilərindəki 

üzümlüklər qıĢda basdırılandır. Rusiyanın məĢhur markalı Ģərabları 

aĢağıdakılardır:  ağ  təbii  Ģərablar  Rusiyanın  cənubunda  –  Aliqote, 



 

~ 25 ~ 


 

Anapa,  Aliqote  Gəlincik,  Rislinq  Abrau,  Rislinq  BeĢtau,  Rislinq 

Mısxako;  Don  Ģərabları  –  Aliqote,  KumaĢkoe,  Sibirkovıy, 

Puxlyakovskiy  və  baĢqaları  diqqətəlayiq  yüngüllüyü  və  xüsusi 

zərifliyi ilə seçilir. Qırmızı təbii Ģərablar– Kaberne Abrau, Kaberne 

Anapa,  Kaberne  Mısxako  mötədil  dolğunluğu,  harmonikliyi  və 

dadda  təravəti  ilə  səciyyələnir  və  Rusiyanın  cənubunda  hazırlanır. 

Rusiya  Mirvarisi,  Buket  Prikumya,  Muskat  Praskoveyskiy,  Don 

Buketi,  Çernıe  Qlaza,  Stavropol  Yantarı  adında  orijinal  desert 

Ģərablar;  Dərbənd,  Stavropol,  Kuban,  Gizlyar  və  b.  adda  Brendi 

tipli  içkilər  istehsal  olunur.  Bu  iĢlər  Rusiya  Nazirlər  Kabinetinin 

«Rosqlavvino»  baĢ  üzümçülük-Ģərabçılıq  idarəsinin  rəhbərliyi 

altında yerinə yetirilir. Bu sahənin tabeçiliyində müasir texnika ilə 

təchiz olunmuĢ 5 sovxoz-istehsalat birliyi fəaliyyət göstərir. Onlar: 

Abrau-Dyurso  (Krasnodar  vilayəti),  Stavropolvino  (Stavropol 

vilayəti),  Donvino  (Rostov  vilayəti),  Daqvino  (Dağıstan  MR), 

Qrozvino  (Çeçenistan),  həmçinin  Kabardin-Bolqar  və  ġimali 

Osetiyada fəaliyyət göstərən Ģərabçılıq müəssisələridir.  



Macarıstan.  Macarıstanda  üzümlüklərin  sahəsi  110  min  ha, 

illik Ģərab istehsalı 3,5-4,5 mln hl təĢkil edir. Bu ölkədə Ģərabçılıq 

min ildən artıq tarixə malikdir.  

Əsas  Ģərabçılıq  regionları:  Çonqrad,  XayoĢ-Bağa,  KunĢaq, 

Asar-Nesmey, Badoçan, Ətək-Buda, Mor, Somlo, ġopon, Seksard, 

Villan, Eger, Tokay, Tolna və b. 

Becərilən  üzüm  sortları:  ağ  -  Ezeryo,  Furmint,  XarĢlevelyu, 

Keknelyu,  Leanka,  Muskat  Lyunel,  Ağ  muskat,  Ġtaliya  Rislinqi, 

Zeta  və  b;  qirmizi  -  Kadarka,  KekfrankoĢ,  Pino  Nuar,  Svayqelt, 

Kaberne  Sovinyon,  Merlo,  Kaberne  Fran,  Portugizer,  Fetyaska 

Nyaqradır. 

Macarıstan  özünün  20  Ģərabçılıq  bölgəsində  bütün  Ģərab 

tiplərini istehsal edir: ağ, cəhrayı, qırmızı, həmçinin məĢhur tokay 

Ģərabları.  ġərabların  25%-i  ixrac  olunur  və  bu,  macar  milli 

iqtisadiyyatında  mühüm  amildir.  Ümumi  Ģərablar  istehsalında  ağ 

Ģərabların  payı  75%-dir.  Lakin  qırmızı  Ģərabları  günbəgün  artan 

Seksard,  Villan  və  Eger  bölgələri  də  qeyd  olunmalıdır.  Tokay 

regionunda  dünya  Ģöhrətli  tokay  Ģərabının  istehsal  tarixi  300  il 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə