Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə9/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   180

 

~ 26 ~ 


 

bundan əvvələ gedir.  

Hazırda Macarıstan AB və Baltik ölkələrinə, ABġ, Yaponiya və 

b. ölkələrə Ģərab ixrac edir.  

Ġttifaq  dağıldıqdan  sonra  Macarıstan  Ģərabçılığında  da 

yenidənqurmaya  baĢlanıldı  və  xarici  investorlar  tərəfindən  sahəyə 

milyonlarla sərmayə qoyuldu. Bununla belə Tokay üzümlüklərinin 

yalnız  8%-i  xarici  sərmayədarların  mülküdür.  Əsas  üzümlüklər 

dövlət Ģirkəti və yerli sahibkarların əlində cəmlənmiĢdir.  

Bu gün Tokayda iki koteqoriya Ģərab buraxılır. Birinci – xüsusi 

keyfiyyətdə olan desert Ģərab – Tokay Szamorodni və Tokay Aszu 

Eszensiadır.  Onlar  satıĢa  uzun  boğazlı  Ģəffaf  butulkalarda  verilir. 

ƏlveriĢli  məhsul  illərində  hardasa  3  ildən  bir  keyfiyyətli  Aszu 

tokayı  alınır.  Burada  həmçinin  turĢ  və  kəmĢirin  sort  Ģərabları 

Tokay Furmint, Tokay Harslevelu, Tokay Muskat Linel hazırlanır. 

Bunlar  müasir  yüngül  meyvə  ətirli  Ģərablar  olub,  dünyada 

populyarlığa malikdir.  

ġərabçılıq  sahəsində  elmi  tədqiqat  iĢləri  ilə  Üzümçülük  və 

ġərabçılıq  Elmi  Tədqiqat  Ġnstitutu,  həmçinin  bir  sıra  univesitetlər 

məĢğul olur. Macarıstanda üzümçülük və Ģərabçılıq muzeyi vardır.  

Relyefi  əsasən  düzən  olub,  çox  hissəsi  Dünay  düzənliyinin 

ortasında yerləĢir. 



Ukrayna. Ukraynada Ģərabçılıq bizim eradan əvvəl I minillikdə 

meydana  gəlmiĢdir.  Müasir  Ukraynanın  iri  Ģərabçılıq  regionları 

Krım,  Zakapatye  və  Qara  dəniz  sahillərindədir.  Ən  iri  Ģərab 

istehsalçıları  Odessavinprom  (Fransız  bulvarı),  Massandra, 

Ġnkerman, Maqaraç, Sabo, Krım Ģərab evidir.  

Ukrayna  Ģərab  bazarının  87%-i  33  müəssisəyə  (ölkədə 

Ģərabçılıq  sahəsində  bütünlükdə  40  Ģirkət  var)  məxsusdur.  Ən 

böyük  pay  Ġnkerman  zavodunun  markalı  Ģərablarına  məxsusdur. 

Bu məbləğ bütünlükdə 3,9%-dir. Ġkinci yerdə Massandra (3,3%) və 

üçüncü yerdə Koktebeldir (2,3%).  

2009-cu  ildə  daxili  Ģərab  istehlakı  23,6  mln  dal  olub,  2008-ci 

ildən  13%  çoxdur.  Rusiyaya  Ģərab  ixracı  böhranın  ilk  ili  ilə 

müqayisədə  3  dəfə  artmıĢ  və  5,5  mln  dal  təĢkil  etmiĢdir. 

Ukraynanın  Ģərab  istehlakı  strukturunda  son  illər  əsaslı 




 

~ 27 ~ 


 

dəyiĢikliklər 

baĢ  vermiĢdir.  Əvvəllər  istehlakın  80%-ni 

tündləĢdirilmiĢ  Ģərablar,  20%-ni  süfrə  Ģərabları  təĢkil  edirdisə, 

2008-ci  ildə  tündləĢdirilmiĢ  Ģərablar  47,5%  təĢkil  etmiĢdir. 

Ukraynada  Ģərabçılığın  ixtisaslaĢması  getmiĢdir.  Krımın  cənub 

sahili markalı, desert və likor Ģərablar; Xerson, Nikolayev, Odessa 

vilayətləri və  Zakarpatye  ağ  və  qırmızı  təbii  Ģərablar istehsal  edir. 

Krım  Ģərabları,  xüsusilə  də  desert  və  ĢampanlaĢma  metodu  ilə 

hazırlanan oynaq Ģərablar Ģöhrət qazanmıĢdır. Oynaq Ģərablar geniĢ 

çeĢiddə  olub,  bryutdan  kəmturĢa  və  hətta  qırmızı  kəmĢirinədək 

dəyiĢir. Hər il Ukrayna orta hesabla sovet Ģampanı tipli 50 milyon 

butulka oynaq Ģərablar buraxır. 

«Massandra» Aqrar Ġstehsalat Birliyi Massandrada yerləĢən baĢ 

zavoddan  və  Krımın  cənub  sahilində  Forosdan  Sudaka  qədər 

yerləĢən 9 sovxoz-zavoddan ibarətdir. Birlik 30 addan çox markalı, 

o cümlədən məĢhur likor Ģərablar və dünyanın ən məĢhur Ģərabları 

sırasına  aid  edilən  «Krasnıy  kamen»  ağ  muskatını  istehsal  edir. 

«Massandra»  enotekasında  müxtəlif  marka  və  ilin  məhsulu  olan 

milyon butulkaya yaxın Ģərab saxlanır.  

Üzümçülük  və  Ģərabçılığın  elmi  problemləri  V.E.Tairov  adına 

Üzümçülük  və  ġərabçılıq  Elmi  Tədqiqat  Ġnstitutunda,  həmçinin 

Krım 

Milli 


Üzüm 

və 


ġərab 

Ġnstitutu 

«Maqaraç»da 

öyrənilməkdədir. 



Moldova. Moldovada Ģərabçılıq sənayesi yaxĢı inkiĢaf etmiĢdir. 

Üzümlüklər altında olan sahə 147 min hektar olub, ondan 102 min 

500  ha  kommersiya  məqsədləri  üçün  istifadə  olunur.  ġərabların 

çox  hissəsi  ixrac  üçün  istehsal  olunur.  Moldovada  174  Ģərab 

zavodu  vardır.  Son  illərdə  Moldovada  Ģərab  və  Ģərab 

materiallarının istehsalının illik artımı 10-20% təĢkil edir 

Moldova Ģərab istehsalçıları arasında dünyada 7-ci, Ģərab ixracı 

həcminə  görə  (dünya  həcminin  4%-i)  Almaniya,  Argentina  və 

Portuqaliyanı keçərək 12-ci yeri tutur.  

2006-cı  ildə  Rusiya  ilə  siyasi  münaqiĢə  üzündən  həmin  ölkəyə 

Ģərab  ixracına  qadağan  qoyulmuĢ  və  bu  üç  il  davam  etmiĢdir. 

Burada  yerli  üzüm  sortlarından  Fetyaska  Albe,  Fetyaska  Reqale, 

Rara  Nyaqra  (qırmızı),gətirilmə  sortlardan  Ağ  ġardone,  Sovinyon 



 

~ 28 ~ 


 

Blau,  Aliqote,  Pino  Qri,  Pino  Blan,  Rislinq,  Traminer,  Muskat, 

Silvaner,  Müller-Turqau,  Rkasiteli  becərilir.  Qırmızı  üzüm 

sortlarından  Kaberne  Sovinyon,  Merlo,  Pino  Nuar,  Malbek, 

Saperavi,  Qame  üzüm  sortları,  2006-cı  ildən  isə  Sira  (ġiraz), 

Kaberne  Fran  və  Pti  Verdo  istehsalatda  sınaq  üçün  qeydiyyatdan 

keçirilmiĢdir.  

Istehsal  olunan  turĢ  ordinar  təbii  Ģərablardan  Rara  Nyaqra, 

OneĢti,  Rislinq,  Semilyon,  Muskat,  Pino,  Kaberne,  Saperavi;  turĢ 

markalı  təbii  Ģərablardan  Aliqote,  Neqru  de  Purkar,  RoĢu  de 

Purkar,  Fetyaska,  Kaberne,  Rislinq;  kəmĢirin  təbii  Ģərablardan  isə 

Floarya Viey, Norok, Primevaranı göstərmək olar. 

Tünd  ordinar  Ģərablardan  Çəhrayı  Portveyn,  Ağ  Portveyn, 

Madera,  Luçafer,  Xeres,  Budyakskol,  Çəhrayı  desert  Vermut, 

Qırmızı desert Vermut, Moldova buketi istehsal olunur.  

Aparıcı  Ģərab  istehsalçılarından  Krikova,  Malıe  MileĢti, 

Dionisos  Meren,  Chateau  Vartely,  Purkar,  Vinariya  Rostovan, 

Acerex,  Aurvin,  Lion  Gri,  Vites  Nincesti,  Aroma,  Barza  Alba, 

Ġnteralço, KVĠNT (konyak istehsalçısı) göstərmək olar. 

Malıe  MileĢti  (―MileĢti  Mici‖)  müəssəsinin  Ģərab  kolleksiyası 

Avropada  ən  böyük  olub,  15  mln  butulka  təĢkil  edir  və  Gennesin 

rekordlar kitabına düĢmüĢdür. Onun zirzəmisinin uzunluğu 200 km 

olsa da, yalnız 50 km-dən istifadə edilməkdədir. 

Bolqarıstan

Üzümçülük 

və 

Ģərabçılıq 



Bolqarıstan 

iqtisadiyyatında  əsas  yer  tutur.  Ayrı-ayrı  üzümçülük-Ģərabçılıq 

rayonlarının  müxtəlif  coğrafi  ekoloji  Ģəraitə  malik  olması  burada 

yüksək keyfiyyətli üzüm becərilməsinə imkan verir. Bolqarıstanın 

süfrə  sortları  (əsasən  Bolqar  sortu)  Avropanın  bütün  ölkələrinə 

ixrac olunur. Texniki sortlardan yüksək keyfiyyətli orjinal Ģərablar 

hazırlanır və öz növbəsində ixrac olunur. 

Texniki  üzüm  sortlarından  yerli  sortlar  –  Qımza,  Mavrud, 

Pamid,  Misket,  Dimyat,  Tamyanka  geniĢ  becərilir.  Ġntroduksiya 

edilmiĢ  sortlardan  Ġtaliya  Rislinqi,  Aliqote,  Kaberne,  Sovinyon, 

Saperavi, Rkasiteli və Fetyaska becərilir. Süfrə sortlarından əsasən 

Bolqar, Jemçuq Saba, Ġtaliya, Dunay muskatı və Kardinal becərilir. 

Süfrə üzümü daxili bazar və ixrac (40%) üçün yetiĢdirilir. 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə