~ 32 ~
yaxĢı ağ süfrə Ģərablarının alınması bir qismətdir. Bu Ģərabların
sirri
-
Ģəkərlik və turĢuluğun taraz Ģəkildə bir-birini
tamamlamasıdır.
1.2. Amerika
Amerika Birləşmiş Ştatları. Kaliforniyada Ģərabçılığın tarixi
1769-cu ildə San-Diyeqodan baĢlanır. 1782-ci ildə burada ilk kilsə
Ģərabı hazırlanmıĢdır. 1886-cı ildə filloksera yeni üzümlükləri
məhv edir. Zərərvericinin Avropadan əkin materialı ilə gətirildiyi
güman olunur. Yeni üzümlüklər salınmasına macal tapılmamıĢ
Amerika hökuməti «quru qanun» qəbul edir. Belə olan halda Ģərab
yalnız fərdi qaydada və kilsə üçün hazırlana bilərdi. 1933-cü ildə
içkiyə qoyulan qadağan götürüldü. ġərabçılıq ənənələrinin dirçəliĢi
isə yalnız XX əsrin 60-cı illərinin sonlarında mümkün oldu.
AraĢdırmalar göstərir ki, hazırda Kaliforniya Ģərabları fransız
Ģərabları ilə tam rəqabət apara bilər. Bir neçə il əvvəl fransız jurnalı
«Gault Millau» «Ģərab olimpiadası» keçirmiĢ və burada
Kaliforniya Ģərabları birinci yerə çıxmıĢdı.
ABġ üzümlüklərinin 90%-ə qədəri Kaliforniyada (299 min ha),
qalanı Nyu-York Ģtatında (24,5 min ha), VaĢinqton (17 min ha),
Miçiqan (9,5 min ha), Pensilvaniya (6,5 min ha), Ohayodadır (5,5
min ha). Digər Ģtatlarda az sahədə də olsa üzümlüklərə təsadüf
olunur. Kaliforniya üzümlüklərinin 40,7%-i kiĢmiĢ və mövüc
sortları, 11,6%-i süfrə, 47,7%-i texniki sortlardır. Mövüc sort-
larının orta məhsuldarlığı 200 s/ha, süfrə 170 s/ha, texniki 120
s/ha-dir. ABġ-da becərilən əsas texniki üzüm sortları Barbera,
Kaberne-Sovinyon, Karinyandır.
ABġ-da 1200-ə yaxın Ģərabçılıq müəssisəsi vardır. ġərab
zavodlarının gücü mövsümdə markalı Ģərablar üçün 4-15 min ton,
orta keyfiyyətli Ģərablar üçün 15-40 min ton, kütləvi Ģərablar üçün
100-200 min ton üzüm emalınadır. Oynaq Ģərablar buraxan
firmalar – «Qallo», «Cji ef cji Bronko», «Kristian Brazers», «Ay es
si Uaynz», «Qild Uayneri», «Korbel» və baĢqaları; brendi –
~ 33 ~
«Kristian Brazers», «Qallo» və «Korbel»; Ģərabçılıq avadanlıqları
– «Veylli Fandri end MeĢin Ueks», «Xildsburq MeĢin», «Rits» və
baĢqalarıdır.
ABġ üzümlüklərin sahəsinə görə dünyada yeddinci, üzüm
istehsalına görə beĢinci, üzüm Ģərabları istehsalına görə altıncı
yerdə durur (2005). Üzümün yığımında əsasən silkələyici tipli
maĢınlar tətbiq olunur. ġərablar ixracı az (əsasən Kanadaya 5,3
mln dal - 2004), idxalı isə (Fransa, Ġtaliya, Ġspaniya, Portuqaliya,
Almaniya və s. 73,9 mln dal) əsaslı miqdardadır. AdambaĢına
düĢən illik Ģərab istehlakı 11,4 litrdir. Süfrə (bütün istehsalın 80%-
ni), oynaq, tündləĢdirilmiĢ (madera, xeres, portveyn, muskatel),
vermut Ģərabları və brendi emal olunur. Buraxılan Ģərabların 10-
12%-ni markalı Ģərablar təĢkil edir. Ağ Ģərablar 65%, çəhrayı 15%,
qırmızı 20% istehsal olunur. Ağ Ģərablardan Kaliforniya ġablisi,
Kaliforniya Reyni, həmçinin ġardone, Semilyon, Sovinyon və
Çəhrayı Traminer sortlarından sort Ģərabları hazırlanır; çəhrayı
Ģərablar Qrenaj, Qrinyolino və Qame sortlarından; qırmızı Ģərablar
Kaliforniya burqundu, Kleret Kaliforniya, Kaberne-Sovinyon,
Barbera və Sinfandel sortlarından hazırlanır. 85% oynaq Ģərablar
Kaliforniyada butulka, yaxud fasiləli rezervuar üsulu ilə, həmçinin
transfaza metodu ilə hazırlanır. Kaliforniyada qazlaĢdırılmıĢ
Ģərabların tərkibində 2,7 q/dm
3
karbon qazı olur.
Üzümçülük və Ģərabçılıq sahəsində tədqiqatlar Kaliforniya
Universitetinin (Devis Ģəhəri) üzümçülük və Ģərabçılıq bölməsində,
Dövlət Universitetində (Fresno Ģəhəri - Kaliforniya), həmçinin
Kaliforniya,
Nyu-York,
VaĢinqton
Ģtatlarının
təcrübə
stansiyalarında aparılır. Əsaslı səviyyədə tədqiqatlar bir sıra
firmalarda («Qallo» və b.) yerinə yetirilir.
Üzümçülük üzrə mütəxəssislərdən X.P.Olmon, Q.M.Kuk,
A.N.Kazematis, A.C.Uinkler, V.M.Kliver; Ģərabçılıq üzrə –
M.A.Amerin, N.V.Berq, A.D.Uebb, K.S.QuĢ, V.L.Sinqleton və b.
göstərmək olar. Əsas elmi jurnalları «American Journal of Enologu
and Vitikultureu»; «Wines and wines»; «Wine Ġnstitute Bulletinu»;
«Eastern Grape Grower» və «Winery News»-dır.
~ 34 ~
Argentina. Bu Latın Amerikası ölkəsində üzümlüklər demək
olar ki, Ģimaldan cənuba min kilometrlərlə uzanır. Ġqlim Ģəraitinin
rəngarəngliyi,
hər reqionun
torpaq-iqlim Ģəraitinin fərqli
xüsusiyyətləri burada müxtəlif üzüm sortlarının becərilməsinə
imkan verir. GeniĢ yayılan sortlardan Malbek, Kaberne Sovinyon,
Kaberne Fran, Merlo, ġiraz, Torrontes, ġardone, Çenin və b.
göstərmək olar. Üzümlükləri demək olar ki, 220 min ha sahəni
əhatə edir. Onun 150 min hektarı ən mühüm Ģərabçılıq regionu
olan Mendozadadır. Burada Argentina Ģərablarının 75%-i və ixrac
olunanın 95%-i istehsal olunur.
Argentina Ģərabçılığı 4 əsrlik tarixə malik olsa da, Ģərabları
yalnız indi dünya Ģöhrəti qazanmıĢdır. Çünki, Argentina uzun illər
qapalı ölkə olub burada idxal və ixraca qadağan qoyulmuĢdu. Ölkə
praktik olaraq xarici aləmdən təcrid olunmuĢdu. 70 mln əhalisi
olan ölkədə, Ģərabçılığın xariclə əlaqəsi olmayan öz ənənələri
formalaĢmıĢdı. Burada Ģərabı su ilə duruldaraq içirdilər. Ona görə
də Ģərabla yanaĢı onun konsentratı da hazırlanırdı. Yalnız XX əsrin
90-ci illərində baĢlanan islahatlar Ģərab istehsalı və ixracı üçün
əlveriĢli Ģərait yaratmıĢ oldu. Ġndi Argentina Ģərab istehsalına görə
dünyada 5-ci yeri tutur (Fransa, Ġtaliya, Ġspaniya və ABġ-dan
sonra), ixrac isə bir neçə dəfə artmıĢdır.
Malbek sortunu bəzən Argentina ilə əlaqələndirirlər. Çünki, bu
sort burada çox keyfiyyətli məhsul verir. Lakin mənbəələr bu
sortun Argentinaya 1852-ci ildə gətirildiyindən xəbər verir.
Argentina üçün digər mühüm sort – muskat sortu Torontestdir.
Ölkə üzrə cəmi 824 Ģərabçılıq müəssəsi mövcuddur ki, onun 40-a
yaxını keyfiyyətli Ģərab buraxır. 2000-ci ildən baĢlayaraq
Argentina
Ģərabları
beynəlxalq
dequstasiyalarda
yüksək
mükafatlara layiq görülməkdədir. Bununla belə ölkədə xeyli aĢağı
keyfiyyətli Ģərablar da buraxılır. Zavodlardan az hissəsi məhsulu
brendləĢdirir, qalanları isə su ilə duruldulan Ģərablar hazırlayırlar.
Argentinada digər Latın Amerikası ölkələri kimi filloksera
epidemiyası yoxdur. Avropadan fərqli olaraq bir çox
təssəruffatlarda üzüm əllə yığılır. Adi keyfiyyətli Argentina Ģərabı
Dostları ilə paylaş: |