~ 127 ~
metala qənaət etmirdi. Metal tutumlar adlanan belə avadanlıqlar nə
qədər çox olurdusa, belə maĢınları hazırlayan zavodların plan
göstəriciləri bir o qədər yüksək yerinə yetirilmiĢ sayılırdı.
Ümumiyyətlə, sovet konstruktor və maĢın hazırlayanları öz
vəzifələrini 100% yerinə yetirirdilər. Bu gün də Rusiyanın
cənubunda və bəzi MDB ölkələrində 30 il bundan əvvəl buraxılan
sovet presləri və əziciləri iĢlədilməkdədir.
Ġstənilən Avropa ölkəsi və müasir ölkə Ģərabçısı üçün bu köhnə
sovet «tank»larının əsas çatıĢmazlığı onların xeyrindən yüksəkdir.
Çünki mütəxəssislərin qeyd etdiyi kimi, «sovet avadanlıq»ları
bütün dünyada qəbul edilən klassik üzüm emalı normalarına uyğun
deyildir. Belə əzicilərdən və preslərdən istifadə olunması üzümün
qabığını dağıtmadan, gilə toxumunu əzmədən, yumĢaq ―nəcib‖
emalını təmin etmir, Ģirəni oksidləĢmədən qorumur, xammalın
metalla kobud təmasına səbəb olur. Belə avadanlıqlarda alınan Ģirə
çoxlu miqdarda xırda hissəciklərə malik olmaqla, onun duruldul-
ması üçün xeyli əlavə güc sərfiyyatı tələb olunur. Bundan əlavə
sovet ilkin Ģərabçılıq avadanlıqları yuyulma və dezinfeksiya üçün
mürəkkəb olub, zədələyici olması baxımından təhlükəlidir.Bütün
bunlar keçmiĢ sovetlər birliyinə daxil olan ölkələrdə mövcud olan
avadanlıqların tamamilə dəyiĢdirilməsini labüd edir.Bu baxımdan
dünyanın bu sahədə ən qabaqcıl firmalarının istehsal etdiyi
avadanlıqlar xüsusi maraq kəsb edir və geniĢ tətbiq olunmaqdadır.
TMCI Padovan S.P.A firması(Ġtliya) EPC modelində bir sıra
prevmatik preslər buraxır ki, onlarda səbətlərin tutumu mindən 25
min dm
3
-dək dəyiĢir. Preslərin quruluĢu Diemme firmasına
oxĢardır. Ġtaliyanın digər firmaları (Bernd, Bocsh, Della Toffola),
Ġsveçrənin (Bucher-Guyer AG), AFR-in (Josef Willmes) və
Fransanın (Pera) firmaları da pnevmatik preslər istehsal edir.
Bernd Bosch (Ġtaliya) firması bütöv salxımın sıxılması üçün bir
sıra pnevmatik səbətli preslər buraxır. Sıxılma prosesi mem-
brandan keçməklə aparılır və burada təzyiq 0,5-dən 2x10
5
Pa-dək
yüksəlir. Digər Ġtaliya firması olan Defranceski məhsuldarlığı
saatda 40-100 ton olan MO 200 pres modelini buraxır. O tamamilə
paslanmayan poladdan hazırlanır. Üzüm diametri 700 ml olan
~ 128 ~
lükdən pnevmatik kranla presə yüklənir. Mikroprosessor presin
iĢini avtomat idarə edərək 4 presləmə proqramı ilə təmin edir.
Üzümü vakuum altında sıxmaq üçün MO-200 presi vakuum
nasosla təchiz olunur.
Della Toffola (Ġtaliya) firması pnevmatik səbətli preslər istehsal
edir. Onlar mərkəzi membranla təchiz olunurlar. Presin fərqli cəhə-
ti onda boru tipli membrandan istifadə olunmasıdır. Membranın
daxilinə hava vurulduqda o ĢiĢir və sıxılan kütləni paslanmayan
poladdan hazırlanan Ģadaralı silindrin bütün səthi boyu sıxmağa
baĢlayır.
Bütöv salxımın emalından əlavə bütöv gilədən də Ģirə alınması-
nın texnologiyası həyata keçirilir. Giləni ayırmaq üçün daraqayırıcı
maĢınlardan, alınan gilələri sıxmaq üçün isə səbətli preslərdən
istifadə edilməsi tövsiyə olunur. Giləni ayırmaq üçün xaricdə
müxtəlif firmalar tərəfindən daraqayırıcılar buraxılır. Garolla
firması (Ġtaliya) məhsuldarlığı saatda 1-dən 100 tonadək olan
horizontal və vertikal daraqayırıcılar istehsal edir. Diemme firması
(Ġtaliya) məhsuldarlığı saatda 13-dən 42 tonadək olan, üzümü
aĢağıdan daxil edən vertikal daraqayırıcıların istehsalı üzrə
ixtisaslaĢmıĢdır. CMMC Vaslin Bucher (Fransa) firması horizontal
daraqayırıcıların 2 modelini ECR 15 və ECR 30 istehsal edir ki,
onların məhsuldarlığı uyğun olaraq saatda 15 və 30 tondur.
Material Pera S.A. (Fransa) firması horizontal daraqayırıcıların
məhsuldarlığı saatda 50 və 80 ton olan 2 modelini buraxır.
Blachere (Fransa) firması horizontal və vertikal daraqayırıcılar
buraxır.
CMMC Vaslin-Bucher (Fransa) firması 1 yaxud 2 sıxıcılı disklə
horizontal səbətli preslər istehsal edir. Az məhsuldar preslər bir
diskli, böyük tutumlar 2 diskli olur. Preslər poliefir qatranı
ərintisindən və ĢüĢə lifindən hazırlanan səbətdən, üzərində 1 yaxud
2 disk yerləĢmiĢ fırlanan mərkəzi vintdən, Ģirə üçün vannadan
ibarətdir. Sıxılma prosesi avtomat Ģəkildə həyata keçirilir. Emal
olunan xammaldan asılıı olaraq presləmə 2-5 avtomat proqramla
yerinə yetrilir. Firmanın preslərinin 1 sıra modellərındə səbətlər iki
yaxud üç bölmədən ibarətdir. Ġkibölməli səbətlərdə bir bölmə
~ 129 ~
üzümün yüklənməsi üçün stasionar vəziyyətdə, ikinci (arakəsməli-
Ģadaralı) isə fırlanan olub, onda xammalın sıxılması həyata
keçirilir. Cecənin boĢaldılması üçün ikinci bölmə boĢaldıcı deĢiklə
təchiz olunur. Üçbölməli səbətdə yalnız mərkəzi bölmə fırlanır,
kənar bölmələr məhsulun yüklənmə və boĢaldılmasına xidmət edir.
Presləmə prosesində Ģirəyə düĢən bərk hissəcikləri ayırmaq üçün,
preslər əlavə ələkli slindr filtrlərlə təchiz oluna bilər.
Səbətlərin tutumu 250 kq-dan 25 min kq arasında dəyiĢir. Presin
orta iĢ vaxtı belədir: doldurulma 0,25-dən 2 saatadək, boĢaldılma
5-dən 10 dəqiqəyədək.
Yuxarı təzyiqli səbətli presləri Zambelli firması (Ġtaliya) istehsal
edir. AĢağı təzyiqli Vertikal səbətli preslər Angelo e Tallio Bosselo
S.n.c. (Ġtaliya) firması hazırlayır.
Diemme firması (Ġtaliya) hidravlik ötürməli T10 markalı səbətli
pres istehsal edir. Presin səbəti paslanmayan poladdan 4000 dm
3
tutumunda hazırlanır; Ģirənin ayrılama dövrünün davam etməsi
100-130 dəq müddətində 2 mərhələdə gedir- zəif sıxılmaqla (0,1-
0,3MPa) özbaĢına axılmla Ģirənin ayrılması və 0,5-0,7 MPa
təzyiqdə sonuncu sıxılmaqla ayrılmadır.
Bucher-Guyer AG (Ġsveçrə) firması hidravlik səbətli LHP və SP
tipli tutumu 800-dən 4000 dm
3
-dək olan preslər buraxır.
Son vaxtlar pnevmatik (membran) səbətli preslər geniĢ tətbiq
olunmağa baĢlanılmıĢdır. Sintetik materialdan (elastomer) hazır-
lanan membrandan və küləklənən sıxılmıĢ havadan istifadə olun-
ması hesabına sıxılan kütləyə təzyiq bərabər səviyyədə ötürülür və
nəticədə salxımın bərk hissələrinin dağılması baĢ vermir. Bu
preslərdə Ģirənin götürülməsi, preslənən kütlənin doldurulduğu
yarımslindr bölməsinin divarında yerləĢən Ģadaralı novun köməyilə
aparılır. Bu tip preslərdən alınan Ģirənin keyfiyyəti digər səbətli
preslərlə müqayisədə daha yüksəkdir ki, bu da təzyiqin bütün
radiuslar üzrə paylanması ilə əlaqədardır (Ģəkil 4.12).
Dostları ilə paylaş: |