Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
  1   2   3   4   5   6   7   8   9   ...   28


     MDB ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi. 
    
Dünyanın 2 qitəsini - Avropanın şərq yarısını, Asiyanın şimal hissəsini əhatə edir. 
Təbii şəraiti qeyri - adi müxtəlifliyi ilə fərqlənir. MDB - nin şimal hissəsi buzlu 
zonadır. Bu Qərbi Avropanın ən böyük dövləti olan Fransadan 40 dəfə artıqdır. 
Burada ən isti ayda temperatur 0° S-ə yaxındır. Qışı ilıq keçən subtropik ərazilər də 
vardır. İynəyarpaqlı Tayqa meşələri qaratorpaq çöllərlə əvəz olunur. Müxtəlif 
landşaftların bir-birini əvəz etməsi səciyyəvidir. Yeknəsək düzənlik, ovalıqlar, 
(Rusiya, Qərbi Sibir, Turan ovalığı) uca sıra dağlar və yaylalarla növbələnir. Geniş 
Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıdır.  
   MDB-nin sərhədləri dəniz, okean, həmçinin qurudan keçir. Ən müxtəlif landşaftlar 
Zaqafqaziya subtropik meşələrindən, Orta Asiyanın susuz sahələrindən, daimi qarla 
örtülü yüksək dağ sistemlərindən, Sibir Tayqasından, Zabaykalye çölləri, Ussuriya 
qarışıq meşələrini keçərək Yapon dənizi sahillərində qurtarır, Qara dənizlə Xəzər 
dənizi arasında Qafqaz dağları, Orta Asiyanın cənubundan Kopetdağ silsiləsindən, 
Pamir yaylası və Tyan-Şan dağlarından, Sibirdə Altay, Şərqi Sayan və Zabaykalye 
sıra dağlarından keçir. Uzaq Şərqdə Arqun, Amur, Ussuri çayları sərhəd təşkil edir. 
 
MDB ərazisinin coğrafi öyrənilməsi tarixinin qısa xüsusiyyəti 
   MDB təbiəti haqqındakı müasir təsəvvürlər bir çox coğrafiyaşünas və səyyahlar 
nəslinin verdiyi məlumat nəticəsində yaranmışdır.  
   MDB-nin cənub rayonlarının təbiəti haqqında o qədər də dəqiq olmayan ilk 
məlumatı qədim dünya coğrafiyaşünasları vermişlər. Herodot “Tarix” əsərində 
səyahət etdiyi Skifiyanın-Qara dənizyanı çöllərin təbiətini ətraflı təsvir edir. O bu 
çöllərdə meşə olmadığını,  relyefin düzənlik və iqlimin kontinental olduğunu göstərir. 
Qafqaz, Xəzər dənizi və Orta Asiya səhraları da Herodota məlum idi.  
   Orta Asiya təbiətinin öyrənilməsi üçün Xarəzm alimləri çox iş görmüşlər. Qafqazın 
ilk coğrafi təsvirləri də uzaq keçmişdə verilmişdir. Zaqafqaziyanın coğrafiyasına dair 
orijinal material VII əsrdə yaşamış erməni filosof və coğrafiyaşünası Anani Şirakatsa 
məxsusdur.  
   Rus salnamələrində Kiyev və Moskva Rus dövlətinin  coğrafiyası haqqında ətraflı 
və dürüst məlumat verilir. Kiyev salnaməçisi Nestor XII əsrin əvvəlində  “Ötən illərin 
dastanı” nı tərtib etmiş və burada Rusiya düzənliyinin cənub-qərb və mərkəzi 
rayonları haqqında çoxlu coğrafi məlumat vermişdir.  
behruzmelikov.com
behruzmelikov.com


   Sibirdə və Uzaq Şərqdə ən mühim coğrafi kəşfləri VII əsrdə ruslar etmişlər. 1581-
1582-ci illərdə Yermakın Ural dağları arxasında müvəffəqiyyətli hərbi yürüşündən 
sonra “sənaye adamları” (əsasən xəzlik heyvan ovu və alverlə məşğul olan adamlar) 
su və quru yolu ilə çox sürətlə Sibirin şərqinə və şimal-şərqinə səfərlər etməyə 
başladılar. Onları bura cəlb edən tutulmamış torpaqlar, ucuz xəz və morj dişi idi.  
   Beləliklə 1633-1635-ci illərdə İ. Rebrov Yana çayının mənsəbinə, 1639-cu ildə isə 
İ. Moskvitin Oxot dənizinin sahillərinə gəlib çatdı. 1643-1646-cı illərdə V. Poyarkov 
Amurda olmuş, və Oxot dənizi ilə üzmüşdür. 1648-ci ildə S. Dejiyov  F. Alekseyevlə 
birlikdə dəniz yolu ilə Asiyanın şimal-şərq qurtaracağını, indiki Dejnyov burnunu 
dolanmışdır.  
   XVII əsrin lap axırlarında isə (1697-1699-cu illər) V. Atlasov Kamçatka haqqında 
məlumat vermişdir.  
   XVII əsrin sonu XVIII əsrin 1-ci rübündə I Pyotrun təşəbbüsü ilə Rusiyanın cənub, 
şərq və şimal-şərq ucqarları öyrənilmiş, çaylar plana salınmış, Xəzər və Aral dənizləri 
xəritədə göstərilmiş, Kamçatka ekspedisiyasının təşkili məsələsi qoyulmuşdur.  
   XVIII əsrin 1-ci yarısının görkəmli coğrafiyaşünaslarından biri V. N. Tatişşevdir. O 
Rusiyanın ilk coğrafi təsvirinə çox böyük əmək sərf etmişdir. Bu dövrdə Rusiyanın 
Asiya hissəsinin şimal və şimal-şərq ucqarları haqqında məlumatlar çox səthi idi. 
Buzlu okeanın Uraldan şərqə tərəf olan sahilləri yalnız çay mənsəblərinə yaxın 
hissələrdə öyrənilmişdir. S. Dejnyovun Asiyanın şimal-şərqinə səyahəti və onun 
nəticəsində, əslində Asiyanı Amerikadan ayıran boğazın kəşf olunması haqqında 
yazdığı məlumat Yakutsk arxivində itirilsə də, səyahətdən 88 il keçdikdən sonra 
həmin arxivdən tapılmışdır. I Pyotr 1725-ci ildə I Kamçatka ekspedisiyası üçün 
təlimat yazmışdır. Ekspedisiyanın vəzifəsi Asiyanı Amerika ilə birləşdirən dənizi 
tapmaq idi.  
   I Pyotr tərəfindən qarşıya qoyulan vəzifəni II Kamçatka ekspedisiyası (Böyük Şimal 
ekspedisiyası) qəti həll etdi. Böyük Şimal ekspedisiyası zamanı Kamçatkanın təbiəti 
öyrənildi, Şimali Amerikanın şimal-qərb sahillərinin bir hissəsi kəşf olundu. Buzlu 
okeanın sahilləri Kara dəzinindən başlayaraq Şərqi Sibir dənizindəki Böyük baranov 
burnuna qədər təsvir edildi. 1742-ci ildə S. Çelyuskin Asiyanın ucqar şimal nöqtəsinə- 
sonralar onun adı verilmiş Çelyuskin burnuna gedib çataraq onu xəritəyə köçürdü. 
Ekspedisiyanın iştirakçıları Sibirin daxili rayonlarının təbiəti haqqında da çoxlu 
material topladılar. Böyük Şimal ekspedisiyasının işlərindən sonra Avroasiyanın 
behruzmelikov.com
behruzmelikov.com


şimal sahil xətti həqiqətə yaxın olan ümumi şəkildə dünya xəritələrində ilk dəfə 
verildi.  
   XVIII əsrin ortaları coğrafiya elminin inkişafında haqlı olaraq Lomonosov dövrü 
adlandırıla bilər. Uzun illər Elmlər akademiyasının Coğrafiya departamentinə 
rəhbərlik edən M. V. Lomonosov geodeziya və kartoqrafiya işlərini, Rusiyanın 
coğrafi təsviri üçün matgerial toplanmasını təşkil etmişdir.  
   XVIII əsrin 1-ci yarısında fəaliyyət göstərmiş görkəmli coğrafiyaşünası Baxuşti 
Baqrationinin “Gürcüstanın coğrafi təsviri” əsəri XVIII əsrdə Qafqazın təbiəti və 
əhalisi haqqında son dərəcə lazımlı məlumatdır.  
   1768-1774-cü illərin akademik ekspedisiyaları coğrafiya tarixində bütöv bir dövr 
təşkil edir. Bu dövrdə səyyahların marşrutları Rusiyanın Avropa hissəsini, Uralı, 
Qafqazı, qismən də Qərbi və Şərqi Sibiri əhatə edirdi. Ekspedisiya iştirakçılarının nəşr 
olunmuş yol gündəliklərində onların getdikləri yerlərin iqlimi, geoloji quruluşu, 
relyefi, faydalı qazıntıları, bitki və heyvanlar aləmi haqqında zəngin məlumat 
verilmiş, əhalinin əsas məşğuliyyəti, məişəti, dini ətraflı təsvir edilmişdir.  
   XIX əsrin 1-ci yarısı rusların dünya dəniz səyahətləri ilə əlamətdardır. Dənizdə ilk 
dünya səyahətlərinin bilavasitə məqsədi Şimali Amerika və Uzaq Şərqdə rus 
mülklərini ərzaq və başqa mallarla təchiz etmək idi. Bu səyahətlər Rusiyanın ucqar 
şərq rayonlarının təbiətini ətraflı öyrənməyə çox kömək edirdi.  
   XIX əsrin 2-ci yarısında P.P. Semyonov-Tyan-Şanskinin təşəbbüsü ilə N.A. 
Severtsov, A.P. Fedçenko, İ.V. Muşketov, A.N. Krasnov və başqa tədqiqatçılar Orta 
Asiyanı öyrənməklə məşğul olmuşlar.  
   XIX əsrin 2-ci yarısında coğrafi tədqiqatlarda kəskin differensasiya prosesi baş 
verdi. Tədqiqatlar getdikcə dar ixtisaslar (geologiya, zoologiya, botanika, 
iqlimşünaslıq və s.) üzrə aparılmağa başladı. Bu proses qanunauyğun idi. O elmlərin 
ümumi ixtisaslaşmasından və praktikanın tələblərindən irəli gəlirdi. XIX əsrin 
sonunadək toplanmış çox geniş faktik materialın sintezində V.V. Dokuçayev və A.İ. 
Voyeykov böyük rol oynamışlar.  
   Vətənimizin təbiətinin öyrənilməsində V.V. Dokuçayevin bir çox şagirdləri – A.N. 
Krasnov, Q.İ. Tanfilyev, Q.N. Vısotski və başqaları böyük xidmətlər göstərmişlər. 
A.N. Krasnov Tyan-Şanın və Qafqazın bitki aləmini tədqiq etmiş, bir neçə dəfə xarici 
ölkə tropiklərində olmuş, Batumi botanika bağının əsasını qoymuş və ümumi 
yerşünaslıq üzrə rus universiteti üçün ilk dərslik yazmışdır. Müasir dövrdə MDB 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə